Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə111/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   107   108   109   110   111   112   113   114   ...   189

Torpağın kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün hazırlanmasında rus 

köçkünləri  yerli  əhaliyə  nisbətən  əsasən  daha  təkmil  alətlərdən  istifadə  edirdilər. 

Onlar  torpağı  Rusiyadan  gətirilmiş  və  yaxud  özlərinin  hazırladıqları  kotanlarla 

şumlayırdılar.  Cənubi  Qafqaz  dəmiryolu  xəttinin  istifadəyə  verilməsi  ilə  rus 

kəndliləri Şimali Azərbaycanda birincilər sırasında təkmil kənd təsərrüfatı alətləri əldə 

etməyə və onlardan öz təsərrüfatlarında müvəffəqiyyətlə istifadə etməyə başladılar. 

 

§ 2. KƏNDLĠLƏRĠN VƏZĠYYƏTĠ VƏ MƏĠġƏTĠ 

 

Kəndlilərin  maddi  rifah  halının  səviyyəsini  müəyyənləşdirən  əsas 

amillərdən  biri  onların  torpaqla  təmin  olunması  idi.  Artıq  yuxarıda  qeyd  olunduğu 

kimi,  kəndlilərin  çox  hissəsi  ciddi  torpaq  çatışmazlığı  hiss  edirdi.  Qazax  qəzasının 

kəndliləri  yazırdılar  ki,  ―aztorpaqlılıq  bizi  tam  dilənçiliyə  gətirib  çıxarıb.  Bizim 

qətiyyən  örüş  törpağımız  yoxdur,  ona  görə  də  əkinçilikdən  qazandığımız  nə  varsa 

hamısı özgə torpaqlarında mal-qaramızı otarmaq hüququnun alınmasına sərf olunur‖ 

[27]. 


Dövlət kəndlilərinin torpaq təminatını kəskin surətdə pisləşdirən amillərdən 

biri onların pay torpaqlarının bəylər tərəfindən kütləvi şəkildə tutulması idi. Bəylərin 

xəzinə torpaq sahibliyi üzərinə hücumu daha da güclənmiş və kütləvi xarakter almışdı. 

Kəndli torpaqlarının bəylər tərəfindən ələ keçirilməsi barəsində rəsmi şəxslərin təsirli 

məlumatları  mövcuddur.  Əkinçilik  və  dövlət  əmlakı  nazirliyinin  1897-ci  ildə 

Azərbaycanda  olmuş  məmuru  Lisenkov  bu  barədə  yazmışdır:  ―Yerli  əhali 

içərisindən olan diribaş və nüfuzlu adamlar Yelizavetpol quberniyasında yüz minlərlə 

desyatin  xəzinə  torpağını  ələ  keçirmişlər‖  [28].  Azərbaycanda  öz  sosial  dayağını 

möhkəmləndirmək  naminə  kəndlilərin  mənafeyini  bəylərə  qurban  verən,  pay 

torpaqlarının  qorunması  üçün  təsirli  və  qəti  tədbirlər  görməyən  çar  hökumətinin 

torpaq siyasəti xəzinə torpaqlarının kütləvi surətdə ələ keçirilməsinə şərait yaradırdı 

[29]. 


Kəndlilər  suvarma  suyuna  da  kəskin  ehtiyac  duyurdular.  Suvarma  suyunun 

çatışmazlığı onlarm təsərrüfatlarma öldürücü təsir göstərirdi. Azərbaycan kəndlilərinin 

çox  hissəsi  aztorpaqlılıqdan  əziyyət  çəksə  də,  kəndlilərdən  alınan  vergi  və 

mükəlləfıyyətlərin bütün ağırlığı onların üzərinə düşürdü. Vergi dövlət kəndlilərindən 

―həyət vergisi‖ adlanan torpaq töycüsü şəklində alınırdı. 

Çar  hakimiyyət  orqanları  torpaq  vergisinin  həcmini  müəyyənləşdirərkən 

kəndli  təsərrüfatlarının  gəlirinin  müəyyənləşdirilməsi  üzrə  heç  bir  iş  görməmişdi. 

Onların kəndli təsərrüfatının real imkanları deyil, hər şeydən əvvəl xəzinənin mənafeyi 

maraqlandırırdı.  Nəticədə  Azərbaycanın  dövlət  kəndliləri  üzərinə  onların  verməli 

olduqlarından xeyli çox vergi qoyulmuşdu. Torpaq vergisinin məbləği heç bir yerdə kəndli 

təsərrüfatlarının real gəlirinə müvafiq deyildi. 

Bir  tərəfdən,  həyətlər  üzrə  toplanan  vergilərin  kəndlilərin  iqtisadi 

imkanlarına uyğun gəlməməsi, digər tərəfdən isə onun qeyri-bərabər bölünməsi kəndli 



kütlələri  üçün  bu  vergini  çox  ağırlaşdırırdı.  XIX  yüzilliyin  80-ci  illərində  dövlət 

kəndini tədqiq etmiş müəlliflər bir səslə dövlət kəndliləri üzərinə qoyulan bu verginin 

soyğunçu xarakterini qeyd edirdilər. 

Kəndlilərin  pulla  ödədikləri  vergilər  içərisində  zemstvo  mükəlləfiyyətləri 

adlanan  vergilər  əsas  yerlərdən  birini  tuturdu.  Bu  mükəlləfiyyətlər  dövlət  və 

quberniya zemstvo rüsumları adı altında iki yerə bölünürdü. Zemstvo vergiləri kəndlilər 

üçün həddən artıq ağır idi. Vergilərin ağırlığı onların bölünməsi və yığılması zamanı 

yol verilən özbaşınalıqlar nəticəsində daha da kəskinləşirdi [30]. 

Azərbaycan qəzalarının çoxunda vergilər kəndlilərin əmlak vəziyyətinə müvafıq 

şəkildə  bölünmürdü.  Bu  zaman  varlı  kəndlilər  hər  vasitə  ilə  vergilərin  ağırlığını 

kəndlilərin əsas  kütləsinin  üzərinə  qoymağa çalışır və çox vaxt buna nail olurdular. 

Vergilərin  yığılması  zamanı  da  böyük  özbaşınalıqlara  yol  verilirdi.  Vergilərin 

toplanılmasına  başçılıq edən  kətxuda  və  varlı  kəndlilər bundan  özlərinin  varlanması 

üçün istifadə edirdilər. 

80-ci  illərin  ortalarında  Qazax  qəzasının  tədqiqatçısı  tərəfindən  vergi 

yığılmasındakı  dərin  dramatizmin  mənzərəsi  belə  təsvir  olunur:  ―Vergi  və 

mükəlləfiyyətlərin  yığılması  prosesi  bir  sıra  kədərli  mənzərələrlə  müşayiət  olunur. 

Burada vergi yığanlar onların artıq vergi almasının üstünü açıb çığır-bağır salmış 

qoca  ilə  deyişirlər.  Orada  mis  qazanı  satılmaq  üçün  kətxuda  tərəfindən  əlindən 

alınan  dul  arvad  şivən  qaldırır.  Bir  yanda  pulunun  olmaması  bəhanəsi  ilə  canını 

qurtarmaq  istəyən  kişini  döyür,  elə  oradaca  müsadirə  olunmuş  inəyi  tövlədən 

çıxarırlar. Gah vergilərin ədalətsiz bölgüsü üçün vergi yığanların ünvanına qarğış 

eşidilir,  gah  onları  sui-istifadəyə  görə  təqsirləndirirlər,  gah  da,  nəhayət,  onlara 

aman  vermək  barədə  yalvarır  və  ya  vergilərin  alınmasını  təxirə  salmaq  barədə 

onlardan xahiş edirdilər‖ [31]. 

Kəndlilər  həm  də  kənd  icmasının  üzərinə  düşən  mükəlləfiyyətləri  (yol 

çəkilməsi, hərbi dəstələrin təmin olunması və s.) yerinə yetirirdilər. 

Bu  mükəlləfiyyətlərin  həcmi  qanun  tərəfindən  müəyyənləşdirilməmişdi. 

Bu da onları daha məşəqqətli edirdi. Onların içərisində ən ağırı  yol mükəlləfiyyəti 

(şose və ya kənd yollarını çəkmək və onları,  habelə körpüləri təmir etmək, çirkab 

kanallarını  təmizləmək)  idi.  Kəndlilər  bu  işləri  öz  iş  heyvanları  və  alətləri  ilə 

görməyə borclu idilər. 

Bunlarm  şahidi  olmuş  müəllif  yazırdı:  ―Yol  mükəlləfiyyəti  kəndlilər 

içərisində  haqlı  olaraq  ən  çox  narazılıq  doğuran  mükəlləfiyyət  sayılır.  O,  təkcə 

böyük xərclər tələb etmir, həm də ən pisi də elə budur - təsərrüfatla məşğul olmağa 

mane  olur  və  çox  vaxt  əkinçinin  bütün  təşəbbüs  və  zəhmətini  puça  çıxarır...  Hər 

şeydən  çox  xoşa  gəlməyən  hal  bundan  ibarətdir  ki,  bu  tələblər  (yol 

mükəlləfiyyətinin  yerinə  yetirilməsi  üzrə  tələblər.  -  Red.)  mütləq  yazda  və  ya 

payızda,  yəni  tarla  işləri  zamanı  irəli  sürülür.  Belə  hallarda  isə  bəzən  bircə  gün 

kəndlinin taleyini və onun ailəsinin təmin olunması məsələsini həll edir‖ [32]. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə