Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə18/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   14   15   16   17   18   19   20   21   ...   189

Əlahiddə  Qafqaz  korpusunun  əsas  qüvvələri  İran  qoşunları  tərəfindən 

viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə  hərəkət etdi, 

səhəri  gün isə İrəvan qalasına  yaxınlaşaraq, onu  mühasirəyə aldı. Mühasirə iki ay 

davam  etdi.  Bu  müddət  ərzində  düşmən  bir  neçə  dəfə  həmlə  etdi,  lakin  hər  dəfə 

canlı qüvvə və silah itirərək məğlub oldu. Ən böyük həmlə ayın 8-də baş verdi. O, 

qanlı  döyüşlə  qurtardı.  Düşmən  geri  çəkilməyə  məcbur  oldu.  Lakin  rus  qoşunu 

sayının  azlığı  ucbatından  (8600  adam)  İrəvanda  müvəffəqiyyət  qazana 

bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı 

və  qoşununu  Naxçıvan  üzərinə  yeritdi.  1827-ci  il  mayın  26-da  20  kilometlik 

yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına 

yaxınlaşdı.  Bu  qalanın  böyük  strateji  əhəmiyyəti  var  idi.  Belə  ki,  o,  şah 

hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi. 

İran komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və 

Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 

5-də  Cavanbulaq  deyilən  yerdə  döyüş  baş  verdi.  Qüvvələr  həddindən  artıq  qeyri-

bərabər  idi.  Lakin  rus  qoşunu  üstün  gəldi  və  İran  qoşununun  bu  məğlubiyyəti 

iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu [40]. 

Rus  qoşunu  İrəvana  yaxınlaşana  qədəravqustun  17-də  Uşağanda  və  b. 

yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. O, 

ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını 

mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da 

İrəvan  qalasının  da  mühasirəsi  başlandı.  İrəvan  xanlığı  əhalisinin  əksəriyyəti 

azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, ―İrəvan vilayətində 10 min müsəlman 

(azərbaycanlı  –  Red.)  və  ancaq  3  min  erməni  ailəsi  var  idi‖  [41].  Bu  əhalinin 

müəyyən  hissəsi,  başlıca  olaraq  ermənilər  rus  qoşununa  hər  cür  yardım 

göstəriridilər.  ―Qala  divarları  üstündə  görünən  sakinlər  papaqlarını  yellədərək, 

işarə  edirdilər  ki‖,  onlar  təslim  olurlar.  Onlar  çimal  darvazalarını  açdılar  və 

oktyabrın  1-də  rus  qoşununu  qalaya  buraxdılar.  Elə  həmin  gün  qanlı  döyüşdən 

sonra rus qoşunu İrəvan qalasını ələ keçirdi. 

İrəvan  qalasındakı  qələbə,  onun  alınması  Rusiya-İran  müharibəsinin 

gedişində  rus  komandanlığı  üçün  mühüm  əhəmiyyətə  malik  idi.  Bu  vaxta  qədər 

general  Kristovun  komandanlığı  altında  Cənubi  Azərbaycanın  sərhədlərində 

dayanan rus qoşunu ölkənin içərilərinə  doğru irəliləməyə  başladı.  Oktyabrın 2-də 

Mərənd döyüşsüz ələ keçirildi. 

Rus qoşunu Xoy şəhərinə  yaxınlaşarkən  müqavimətə rast gəlmədi. 1827-

ci  il  oktyabrın  11-də  rus  qoşunu  Təbrizə  hərəkət  etdi.  Eristov  yazırdı:  ―Şəhərə 

rəhbərlik üçün göndərilmiş şahın kürəkəni və birinci naziri Allahyar xan əhalini və 

orada  olan  2  batalyon  sərbazı  müdafiə  olunmağa  razı  salmaq  üçün  hər  vasitədən 

istifadə  etdi‖.  1827-ci  il  oktyabrın  13-də  rus  qoşunu  Təbrizə  daxil  oldu.  Çoxlu 

qənimət – 40 top, mindən çox tüfəng,çoxlu mərmi ələ keçirildi [42]. 




Şəhəri  idarə  etmək  üçün  Təbrizdə  müvəqqəti  idarə  yaradıldı.  Müvəqqəti 

idarəyə  yüksək  rütbəli  rus  zabitlərindən  başqa,  Təbriz  ruhanilərinin  başçısı  Ağa 

Mirfəttah,  Təbrizin  keçmiş  qubernatoru  Fətəli  xan  və  b.  daxil  oldular. 

Dekabristlərə yaxın olan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və 

bütün  Azərbaycanın  idarə  olunmasına  dair  təlimat  A.S.Qriboyedov  tərəfindən 

tərtib  edilmişdi.  Rus  qoşununun  Təbrizi  ələ  keçirməsi  ilə  Tehrana  yol  açıldı. 

Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ 

keçirməyə  ümid  edən  Cənubi  Azərbaycanın  feodal  hakimləri  Paskeviçə  cənuba 

hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər [43]. 

Bununla  belə,  daxili  və  beynəlxalq  vəziyyət  Rusiyanı  İranla  müharibəni 

başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı 

və  Rusiya  Türkiyə  ilə  müharibənin  yaxınlaşdığını  hiss  edirdi.  1827-ci  il  noyabrın 

7-də  danışıqlar  başlandı.  Rusiya  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ona  güzəştə 

gedilməsini,  İran  qoşununun  Talış  xanlığını  tərk  etməsini  və  gümüş  pulla  30 

milyon  manat  təzminat  verilməsini  təklif  edirdi.  Şah  sarayı  isə  rus  qoşunlarının 

Azərbaycan  ərazisindən  çıxarılmasını  tələb  edirdi.  Lakin  ingilis  diplomatiyasının 

təhriki  və  Türkiyənin  təzyiqi  altında  danışıqlar  kəsildi.  1828-ci  il  yanvarın  24-də 

Paskeviç  rus  qoşununa  Ərdəbil  və  Tehran  istiqamətində  hərəkət  etməyi  əmr  etdi. 

Rus  qoşunları  yanvarın  28-də  Urmiyanı,  fevralın  8-də  isə  Ərdəbili  tutdular.  Rus 

qoşunun  yeni  hücumunu  İranın  hakim  dairələri  arasında  vahimə  doğurdu.  İranın 

tamamilə  darmadağın  ediləcəyindən  ehtiyat  edən  Britaniya  səfiri  Makdonald 

döyüşən  tərəflər  arasında  vasitə  kimi  çıxış  etdi.  1828-ci  il  fevralın  6-da  (18-də) 

Təbriz  yaxınlığındakı  Türkmənçay  kəndində  Abbas  Mirzə  ilə  Paskeviç  arasında 

sülh  danışıqları  yenidən  başlandı.  Rusiya  hökuməti  Paskeviçin  qarşısında  şahdan 

Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini 

qoymuşdu.  Danışıqların  iştirakçısı  A.S.Qriboyedov  da  Cənubi  Azərbaycan 

ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı. 

Britaniya  diplomatiyası  danışıqlarda  vasitəçiliyə  can  atırdı.  O,  İranın 

tamamilə  dağılmasından,  bütün  Cənubi  Azərbaycanın  rus  qoşunları  tərəfindən 

tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi 

Azərbaycana  olan  iddialarından  əl  çəksin.  Türkiyə  ilə  yaxınlaşmaqda  olan 

müharibə  təhlükəsi  şəraitində  çar  hökuməti  İranla  sülh  müqaviləsi  bağlamağa 

tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. 

Türkmənçay  sülh  müqaviləsinə  görə,  İran  Şimali  Azərbaycana  olan  öz 

iddialarından  əl  çəkir,  onun  üzərində  Rusiya  hakimiyyətini  tanıyırdı.  Cənubi 

Azərbaycan isə İranın himayəsində qaldı. Azərbaycan iki yerə bölündü. 

Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə qətiyyətlə mane 

oldu. Burjua zadəgan tarixçisi yazırdı: ―İranlıların özlərindən çox ingilislər Abbas 

Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın 

İrandan  alınması  ingilislərin  qüdrət  və  nüfuzunu  tam  sarsılması  demək  idi‖  [44]. 

İngilis  hökuməti  Cənubi  Azərbaycanın  mühüm  hərbi  strateji  mövqeyinə  böyük 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə