Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə19/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   15   16   17   18   19   20   21   22   ...   189

əhəmiyyət  verirdi.  Buna  görə  də  ingilislər  Azərbaycanın  Rusiyanın  tərkibində 

qalması  ilə  onların  İrandakı  mövqelərinin  itiriləcəyindən  ehtiyat  etdiklərini 

gizlətmirdilər.  İngilis  diplomatiyasının  bu  siyasəti  digər  səbəblərlə  birlikdə 

Azərbaycanın,  onun  xalqının  iki  yerə  bölünməsində  mühüm  rol  oynadı.  Cənubi 

Azərbaycan  şah  istibdadının,  İran  feodallarının  zülmü  altına  düşdü.  Şimali 

Azərbaycan  isə  çar  Rusiyasının  müstəmləkəsinə  çevrildi.  Həmin  vaxtdan 

Azərbaycanın şimal və cənub hissəsinin tarixi inkişafı müxtəlif yollarla getdi. 

Türkmənçay  müqaviləsi  16  maddədən  ibarət  idi.  İran  Rusiya  arasında 

sərhəd  xəttini  dördüncü,  İranın  Qafqaz  dağlarına  qədər  bütün  Zaqafqaziya 

ərazisini,  o  cümlədən  Gülüstan  müqaviləsinə  əsasən,  Rusiyaya  keçmiş  ərazilərini 

və ―Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını‖... 

Rusiyaya ―güzəştə‖ getdiyini beşinci maddələr müəyyən edirdi. 

Səkkizinci  maddəyə  görə,  İran  Xəzər  dənizinin  Rusiyanın  daxili  dəniz 

olduğunu  tanıyırdı.  Xəzər  dənizində  hərbi  donanma  saxlamaq  hüququ  ancaq 

Rusiyaya  verildi.  Bu  maddə  Xəzər  dənizində  hərbi  donanma  yaratmağa  can  atan 

İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya İranın istədiyi 

şəhərində  özünün  diplomatik  nümayəndəliyini  açmaq  və  ticarət  etmək  hüququ 

verilirdi.  Müqaviləyə  əsasən,  İran  Rusiyaya  20  minyon  manat  məbləğində  hərbi 

təzminat  ödəməli  idi.  Müqavilədə  Cənubi  Azərbaycandan  Cənubi  Qafqaz 

ərazisində  köçənlərin  hüquqlarını  müdafiə  edən  maddə  var  idi.  Türkmənçay 

müqaviləsinə  əsasən,  əhalinin  Cənubi  Azərbaycandan  Cənubi  Qafqaz  və  əksinə 

hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi 

Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər. 

Həm  1804-1813-cü  və  1826-1828-ci  illər  Rusiya-İran  müharibələrinin 

gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin İran, Türkiyə və Cənubi 

Azərbaycandan  Zaqafqaziyaya,  o  cümlədən  də  Qarabağa  köçürülməsi  nəticəsində 

burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər Rus-İran müharibəsinin 

gedişində  İrandan  və  Azərbaycanın  cənub  ərazilərindən  Zaqafqaziyayan,  o 

cümlədən  Qarabağa  18  min  erməni  ailəsi  köçürüldü.  Məlumdur  ki,  1826-1828-ci 

illər  Rusiya-İran  müharibəsinin  Rusiya  üçün  qalibiyyətlə  başa  çatmasından  sonra 

iki vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə, ermənilərin 

maneəsiz olaraq İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. Bu 

akt  ermənilərin  İrandan  Zaqafqaziyaya,  o  cümlədən  Qarabağa  kütləvi  halda 

köçməsinə  imkan  verirdi.  İki  il  ərzində,  1828-ci  ildən  1830-cu  ilədək, 

Zaqafqaziyaya 40 mindən çoz İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar 

erməni  əhalisinin  cüzi  olduğu  Yelizavetpol  və  İrəvan  quberniyalarının  ən  yaxşı 

torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. 

Yararlı  torpaqların  köçkünlərə  verilməsi  yerli  azərbaycanlı  kəndliləri 

narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular. 

Bu  hadisələrin  şahidi  olan  rus  səfiri  A.S.Qriboyedov  yazırdı:  ―Biz  onunla, 

həmçinin  müsəlmanları  onların  uzunmüddətli  olmayacaq  indiki  ağırlaşmalarla 



barışdırmaq  və  onlardan  ermənilərin  ilk  vaxtlarda,  köçürüldükləri  torpaqları 

həmişəlik tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara olunacaq təlqin 

barədə  çox  mülahizələr  etdik.  Bu  mənada  mənim  yanımda  olmuş  xanla 

danışılmışdı‖. 

1832-ci  ildə  Qarabağ  əhalisinin  91%-ni  azərbaycanlılar,  8,4%-ni  isə 

ermənilər  təşkil  edirdilər.  1832-ci  il  kameral  təsvirlərinin  materiallarına  görə, 

Qarabağ əyalətinin Ərazisindəki 20546 ailədən 13965-i azərbaycanlılar, 6391-i isə 

ermənilər idi. Beləliklə, çarizmin XIX əsrin 30-cu illərinin əvvəllərindəki köçürmə 

siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə 

qalxdı. 


             Türkmənçayda  rus  tacirlərinə  bir  sıra  üstünlük  verən  və  xüsusi  ―akt‖ 

adlandırılan ticarət sazişi bağlandı. 

Türkmənçay  sülh  müqaviləsi  XIX  yüzilliyin  birinci  qərinəsinin  Rusiya-

İran  müharibəsinə  son  qoydu  və  İranın  Cənubi  Qafqaza  və  Dağıstana  olan 

iddialarından  imtina  etdiyini  təsbit  etdi.  O,  Rusiyanın  Qafqazdakı  strateji 

mövqeyini möhkəmləndirdi, onun qonçu ölkələrdə siyasi və iqtisadi təsirinin daha 

da  genişlənməsinə  zəmin  yaratdı.  Cənubi  Azərbaycan  İranın  hakimiyyəti  altında 

qaldı. Beləliklə, Azərbaycanın iki hissəsinin inkişafı müxtəlif yollarla getdi. 

İkinci Rusiya-İran  müharibəsinin başa  çatdığı dövrdə  Rusiya  ilə  Türkiyə 

arasında  münasibətlər  kəskin  şəkildə  pisləşdi.  Mülkədarların  mənafeyi  keşiyində 

duran  çarizm  öz  müstəmləkə  mülklərini  genişləndirməyə,  Xəzər  və  Qara 

dənizlərini  ələ  keçirməyə  can  atırdı.  İran  üzərində  qələbədən  sonra  Xəzər,  demək 

olar  ki,  Rusiyanın  daxili  dənizi  idi.  İndi  çar  Rusiyası  qarşısına  Qara  dənizi,  ilk 

növbədə  isə  Qara  dənizdə  hökmranlığın  açarı  hesab  edilən  Bosfor  və  Dardanel 

boğazlarını ələ keçirmək vəzifəsini qoymuşdu. Qara dəniz Rusiya üçün nəzərlərini 

boğazlara və Qafqaza yönəltmiş İngiltərə və Fransadan özünün cənub sərhədlərini 

qorumaq baxımından da mühüm əhəmiyyət kəsb edirdi. 

Çar  hökuməti  Türkiyə  ilə  müharibəni  əvvəlcədən  görür  və  ona 

hazırlaşırdı.  ―Hökmdarın  beynində  türkiyə  ilə  müharibə  qərara  alınmışdı‖  [45].  I 

Aleksadr  1825-ci  il  noyabrın  əvvəllərində  Türkiyə  ilə  müharibəyə  hazırlığı 

yoxlamaq  üçün  şəxsən  cənnuba  gəldi,  lakin  ölüm  ―onun  işini‖  dayandırdı.  I 

Nikolayın  da  xarici  siyasəti  Türkiyə  ilə  müharibəyə  başlamaq  yolu  ilə  ―Şərq 

məsələsi‖nin həll edilməsinə yönəldilmişdi [46]. 

İngiltərə  və  Fransanın  köməyindən  istifadə  edən  Türkiyə  də  müharibəyə 

hazırlaşırdılar. Sultan II Mahmud hələ 1826-cı ildə hərbi islahat keçirmiş, özünün 

keçmiş  qüdrətini  itirən  yeniçəri  qoşunu  ləğv  edilmişdi.  İngilis  və  Fransız 

təlimatçılarının yardımı ilə nizami yaradılmışdı. 

1828-ci  ilin  aprelində  Rusiya  Türkiyəyə  müharibə  elan  etdi.  Rus 

komandanlığı  Soğanlıq  sıra  dağları  və  Ermənistan  yaylasından  sürətli  yürüşlə 

Anadolu içərilərinə daxil olmağı,  Ahalkələki,  Ahalsıx, Qars, Qanlı çay, Milli düz 

hüdudlarında  tür  qoşununun  əsas  qüvvələrini  darmadağın  etməyi,  Anadolunun 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə