Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə37/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   33   34   35   36   37   38   39   40   ...   189

Gəncə,  Nuxa  kimi  iri  şəhərlərdə  40-a  qədər,  Quba,  Lənkəran,  Naxçıvan  və 

Ordubadda isə 20-yə qədər sənətkar peşəsi var idi. 

Şəhərlərin  müəyyən  sahə  üzrə  ixtisaslaşması  getdikcə  güclənirdi. 

Məsələn,  Gəncə  şəhəri  ipək  və  pambıq  parçaların  boyanması  ilə,  Şamaxı  şəhəri 

ipək  parça  və  baş  örtükləri  istehsalı  ilə,  Şəki  şəhəri  gözəl  xalçaların  hazırlanması 

ilə,  Nuxa  şəhəri  ipək,  mahud  məxmər  parçalar  üzərindəki  tikmələrlə  məşhur  idi. 

Azərbaycan  ustalarının  zərif  məhsulları  yalnız  Cənubi  Qafqaz  şəhərlərində 

satılmır, həm də Rusiyanın müxtəlif yerlərinə aparılırdı. 

Lakin şəhər sənətkarlıq istehsalının fərqləndirici xüsusiyyəti ondan ibarət 

idi  ki,  istehsalçı,  başlıca  olaraq,  sifariş  üçün  işləyir  yalnız  yerdə  qalan  məhsullar 

satışa gedirdi. 

Sənətkarların  sayı  sürətlə  artırdı.  Yüzilliyin  30-cu  illərinin  əvvəllərində 

Azərbaycan şəhərlərinin hər birində orta hesabla 200-300 sənətkar var idi və yalnız 

Şamaxıda onların sayı 668 idi. İyirmi ildən sonra Gəncə şəhərində artıq 1193, Şuşa 

şəhərində  1863,  Şamaxı  şəhərində  2192  və  Nuxa  şəhərində  isə  3  mindən  çox 

sənətkar  yaşayırdı.  Bütövlükdə  isə,  1830-cu  ildən  1850-ci  ilədək  şəhərlərdə 

sənətkarların sayı 2,5-3 mindən 12 minə qədər artmışdı [77]. 

Manufakturalar  və  haqqında  bu  fəslin  3-cü  paraqrafında  danışılan 

yaranmaqda olan fabrik istehsalı başlıca olaraq şəhərlərdə inkişaf edirdi. 

Çar  xəzinəsi  şəhərlilərdən  çoxlu  vergi  və  mükəlləfiyyət  toplayırdı. 

Sənətkarlardan toplanan vergilər ildə 1,2 manatdan 20 manata qədəri təşkil edirdi. 

Tacirlərdən  toplanan  xüsusi  vergilərdən  biri  mizan  pulu  (şəhər  tərəzilərindən)  idi. 

1842-ci ildə mizan  vergisi  Şamaxıda 3,5 min  man., Nuxada 18 min  man., Şuşada 

1,4  min  man.  təşkil  etmişdi.  Xırda  tacirlər  və  sənətkarlar  həmçinin  dükan  və 

emalatxanaların  icarəsinə  görə  pul  ödəyirdilər.  1849-cu  ildən  şəhərlərdə  mənzil 

mükəlləfiyyəti əhalinin tərpənməz əmlakının 8 %-nin dəyərini təşkil edən yüksək 

pul vergisi ilə əvəz olundu. Şəhərlərin müəyyən hissəsi kənd təsərrüfatı ilə məşğul 

olurdu.  Maraqlıdır  ki,  şəhər  binaları  və  digər  tikililər  üçün  ayrılan  torpaqlardan 

əlavə, şəhərlərə  məxsus böyük örüş və  əkin  sahələri,  meyvə  və  üzüm bağları  var 

idi.  Məsələn,  Şamaxı  sakinlərinin  2478  desyatin,  Ordubad  sakinlərinin  2641 

desyatin, Quba sakinlərinin isə 2388 desyatin belə torpaqları var idi. 

Şəhər sakinləri yalnız əkin sahələri, bağ və bostanlara malik olmayıb həm 

də heyvan saxlayırdılar. Məsələn, Quba şəhərinin sakinləri hər il 2 min puda qədər 

taxıl, min puda qədər arpa yığırdılar. Onların, 300 baş iribuynuzlu mal-qarası və 3 

minə  qədər  qoyunu  var  idi.  1849-cu  ildə  Nuxa  şəhərinə  məxsus  torpaqlarda  990 

çetvert taxıl və 500 çetvert arpa əkilmişdi. Şəhərlilərin üzüm və meyvə bağı 216-ya 

çatmışdı [78]. 

 

 



 

 

 



Şəhər həyatının inkişafı şəhər tikintisinin genişlənməsi üçün şərait yaradırdı. Şəhərlərdə daş binalar tikilir, Bakı, Şamaxı, Nuxa, Şuşa, Gəncədə isə ikimərtəbəli binalar var idi. 50-ci illərdə şəhərlərdə 18 mindən çox daş bina mövcud idi. Küçələrin, Şəhər həyatının meydanların, 

Şəhər  həyatının  inkişafı  şəhər  tikintisinin  genişlənməsi  üçün  şərait 

yaradırdı.  Şəhərlərdə  daş  binalar  tikilir,  Bakı,  Şamaxı,  Nuxa,  Şuşa,  Gəncədə  isə 

ikiməttəbəli  binalar  var  idi.  50-ci  illərdə  şəhərlərdə  18  mindən  çox  daş  bina 

mövcud idi. Küçələrin, meydanların, körpülərin sayı artırdı. 



 

§ 7. KOMENDANT ĠDARƏ SĠSTEMĠ 

VƏ ONUN BÖHRANI 

 

Quzey  Azərbaycanın  Rusiya  tərəfindən  istila  edilməsinin  gedişində  yeni 



inzibati  sistemi  yaradılmağa  başladı.  Rus  qoşunlarına  müqavimət  göstərən  xanlar 

hakimiyyətdən  məhrum  edilir,  xanlıqlar  isə  başda  komendant  olmaqla  dairə  və 

əyalətlərə  çevrilirdilər.  Komendantlar  Qafqazdakı  rus  ordusunun  baş  komandanı 

tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindəntəyin olunurdu. Məsələn, 

Gəncə  xanlığı  hərbi  cəhətdən  tabe  edilən  kimi,  ləşv  edildi;  onun  yerində  başında 

rus zabiti dayanan hərbi dairə yaradıldı. Bakıda da elə belə olmuşdu. 

Bəzi  hallarda  komendant  idarə  sistemi  tətbiq  edilməzdən  əvvəl  qısa 

müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-cı ildə işğal edildikdən sonra 

rus  hərbi  dairələrinin  nəzarəti  altında  yerli  bəylərdən  –  naiblərdən  təşkil  olunmuş 

müvəqqəti  orqan  tərəfindən  idarə  olunan  əyalətə  çevrildi.  Yalnız  1810-cu  ildə 

hakimiyyət komendanta verildi. 

Ölkənin  yerdə  qalan  hissəsində  -  Qarabağ,  Şəki,  Şirvan  və  Lənkəran 

xanlıqlarında  işğalın  birinci  mərhələsində  əvvəlki  sistemi  və  idarə  aparatı 

saxlanılmışdı.  Bu xanlıqlar Rusiyaya  ikitərəfli (dövlətlərarası)  müqavilə  əsasında, 

silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin 

siyasi  statusları  ilə  fərqlənirdilər:  adları  çəkilən  xanlıqlar  Rusiya  imperiyası 

sistemində  asılı  dövlət  qurumları  vəziyyətində  idilər.  Xanların  daxili  idarəçilikdə 

hüquqları əvvəlki həcmdə saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli 

dəyişikliyə məruz qalmaqla məhdudlaşdırıldı. Belə ki, xanlıqlarınm ərazisində rus 

hərbi  qüvvələri  yerləşdirilir,  hakim  vassaların  özləri  isə  çar  generalları  siyahısına 

daxil  edilir  və  Qafqazdakı  hərbi  məsələlər  üzrə  baş  komandanın  tapşırıqlarını 

yerinə yetirirdilər. Bununla belə, 20-ci illərə yaxın çarizm öz vassalarının xidmətin 

dən imtina etməyi lazım bildivə bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819-

cu ildə, Şirvan  xanlığında 1820-ci ildə, Qrabağ xanlığında 1822-ci ildə, Lənkəran 

xanlığında  1826-cı  ildə  köhnə  idarəçilik  ləğv  edilərək,  komendantlıqlarla  əvəz 

edildi. 


Şimali  Azərbaycan  ərazisində  altı  əyalət  –  Talış,  Şirvan,  Şəki,  Qarabağ, 

Bakı  və  Quba  əyalətləri,  Yelizavetpol  dairəsi,  Car-Balakən  vilayəti  (1830-cu  ildə 

yaradılmışdı)  və  iki  distansiya:  Qazax  və  Şəmşəddil  distansiyaları  yaradıldı. 

Naxçıvan  və  İrəvan  -  əzəli  Azərbaycan  torpaqlarını  rus  çarizmi  ―Erməni 

vilayəti‖nin tərkibinə daxil etdi. 

Əyalətlər iki dairədə birləşdirildi. Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri 

Şuşada  yerləşən hərbi dairəyə tabe olan, ―Müsəlman dairəsi‖ adlandırılan dairəyə 

daxil idilər. 

Faktiki  olaraq  əyalətdə  bütün  hakimiyyət  komendantların  əlində 

cəmlənmişdi. Onun ən mühüm vəzifələrindən biri dövlət əmlakına rəhbərlik etmək 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə