Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə34/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   30   31   32   33   34   35   36   37   ...   189

Feodal-asılı  dövlət  kəndlilərinin  az  hissəsini  rəncbərlər  təşkil  edirdi. 

Dövlət rəncbərləri başlıca olaraq üç qəzada – Talış, Şəki, Şirvanda cəmləşmişdilər. 

Talış qəzasında çəltik plantasiyalarında çalışan rəncbərlər əkər adlanırdılar. Dövlət 

əkərləri Talış əyalətindəki dövlət kəndlilərinin 6%-ni təşkil edirdi. 

1842-  ci  ildə  Şəki  qəzasında  ipəkçilik  təsərrüfatında  çalışan  647  dövlət 

rəncbəri  ailəsi  var  idi.  Onlar  qəzadakı  bütün  dövlət  kəndlilərinin  4%-ni  təşkil 

edirdilər. 

1844-cü  ildə  Şirvan  əyalətindəki  xəzinə  ipəkçilik  təsərrüfatında  (511  tut 

bağında)  630  dövlət  rəncbəri  ailəsi  işləyirdi.  Bundan  başqa,  xəzinə  çəltik 

plantasiyalarında  da  təxminən  bu  qədər  rəncbər  çalışırdı.  Onlar  qəzanın  bütün 

kəndlilərinin təxminən 6%-ni təşkil edirdilər. 

Rəncbərlərin  əksəriyyəti  torpaqsız  olsalar  da,  kiçik  pay  torpaqları  olan 

rəncbərlər də var idi. Rəncbərlərin istismarı başlıca olaraq biyar formasında həyata 

keçirilirdi. Onlar rəiyyətlərə nisbətən daha amasız istismara məruz qalırdılar. Var-

yoxdan çıxmış rəncbərlərin çoxu daxma və zirzəmilərə sığınırdılar. 

Çəltikçilik təsərrüfatları rəncbərlərinin vəzifəsinə həm səpin, həm də biçin 

və  döyüm  daxil  idi.  Çəltik  plantasiyalarındakı  ağır  biyar  işlərinin  müqabilində 

rəncbərlər  toplanmış  məhsulun  1/3-ni  və  ya  2/1-ni  alırdılar.  Dövlət  rəncbərlərinin 

əksər  hissəsi  taxılçılıqla  məşğul  olur,  biyar  işləri  müqabilində  məhsulun  yarısını 

alırdılar. 

Dövlət  rəncbərləri  xəzinə  tərəfindən  qeyri-insani  istismara  məruz 

qalırdılar.  Talış  qəzasında  bütün  əkərlər  ildə  hər  ailədən  gümüş  pulla  2  manat 

zemstvo    vergisi  ödəməli  idilər;  bu  mükəlləfiyyət  onların  üzərinə  1840-cı  ildə 

Zaqafqaziyada  mülki  idarəçiliyin  yenidən  qurulması  ilə  əlaqədar  olaraq 

qoyulmuşdu.  Zemstvo  mülkiyyətindən  əlavə,  xəzinə  hər  həyətdən  əlavə  hər  əkər 

həyətindən  gümüş  pulla  daha  17  man.  40  qəp.  qoparırdı.  ―Təkcə  vergi  və 

mükəlləfiyyətlərin ödənilməsindəki bu ölçüsüz fərq əkərlər ifrat yoxsulluğa gətirib 

çıxarmışdı‖. 

Tut bağlarında  və  kənd təsərrüfatlarının digər sahələrində  çalışan  əkərlər 

də ağır vergi və mükəlləfiyyətlər yükü daşıyırdı. 

XIX yüzilliyin 40-cı illərində xüsusi sahibkar kəndliləri Xəzər vilayətində 

585794 nəfərlik bütün kənd əhalisinin 121116 nəfərini və ya 20,6%-ni təşkil edirdi. 

Dövlət  kəndliləri  kimi,  sahibkar  kəndliləri  də  rəiyyət  və  rəncbərlərə  bölünürdü. 

Sahibkar  kəndlilərin  pay  torpağı  orta  hesabla  3-3,6  desyatinə  bərabər  idi  [65]. 

Vilayətin ayrı-ayrı əyalətləri üzrə rəiyyətlərin torpaqla təmin olunmasının vəziyyəti 

orta  aşağıdakı  kimi  idi:  hər  rəiyyət  ailəsinə  Bakı  əyalətində  3,6  desyatin,  Şirvan 

əyalətində  3,5  desyatin,  Şəki  əyalətində  2  desyatin  və  Quba  əyalətində  1,25 

desyatin torpaq sahəsi düşürdü [66]. 

Çarizmin ən yaxşı torpaqların köçürmə fondu adlanan fond üçün müsadirə 

olunmasına  gətirib  çıxaran  müstəmləkəçi  köçürmə  siyasəti  sahibkar  kəndlilərin 

vəziyətinə  ağır  təsir  göstərirdi.  Sahibkar  rəiyyətlərin  aztorpaqlılıqdan,  suvarma 



suyunun çatışmazlığından  əziyyət çəkir, çox vaxt ağır şərtlərlə çar xəzinəsi və  ya 

yerli  feodallardan  torpaq  icarəyə  götürmək  məcburriyətində  qalırdılar.  Rəiyyətlər 

həm öz feodalları, həm də xəzinə tərəfindən amansız istismara məruz qalırdılar. 

Feodal  vergisi  rəiyyətlərdən  hər  üç  formada  –  işləyib  ödəmə,  natural  və 

pul formalarında alınır, özü də natural forma üstün mövqe tuturdu. 

XIX yüzilliyin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi 

və  mükəlləfiyyətlərinin  sayı  35-ə  çatırdı  [67].  Bu  çoxsaylı  mükəlləfiyyətlərin 

içərisində  rəiyyətlər  üçün  ən  ağır  və  zəhmətlisi  işləyib  ödəmə  mükəlləfiyyəti  idi. 

Rəiyyətlər  öz  feodalları  üçün  biyara  getməyə  borclu  idilər,  onun  bütün  kənd 

təsərrüfatı  işlərini  yerinə  yetirirdilər.  Bundan  əlavə,  rəiyyətlər  elliklə  ildə  3  gün 

feodal  üçün  işləməli  idilər.  Azərbaycan  qəzalarının  əksəriyyətində  bu 

mükəlləriyyət  əvrəz,  Şəki  qəzasında  isə  məci  adlanırdı.  Rəiyyətlər  biyar  və 

əvrəzdən  başqa,  fərdi  sutərdə  digər  biyar  işlərini  də  yerinə  yetirirdilər.  Kəndlilər 

bəzən  malikanələrin  işlər  müdiri  –  darğa  üçün  də  işləyirdilər,  onlar  bəyin 

torpaqlarının əkir, məhsulu yığır, ot biçir, tikinti üçün ağac materialı daşıyır, bəyə 

kömür,  habelə  müxtəlif  münasibətlərdə  ona  məcburi  ―hədiyyələr‖  verirdilər. 

Sahibkar  rəiyyətlərin  mükəlləfiyyətləri  nizama  salınmamışdı  və  onalr  nəinki  ayrı-

ayrı əyalətlərdə hətta, iki qonşu kəndində belə eyni deyildi. 

Çar  müstəmləkəçiləri  kənddə  sinfi  mübarizənin  kəskinləşməsindən  və 

kəndin  müflisləşməsinin  güclənməsindən  (bu  isə  xəzinə  gəlirlərinin  azalması 

təhlükəsini  yaradırdı)  ehtiyat  edərək,  kəndli  mükəlləfiyyətlərinin  nizamlanması 

üçün  bəzi  cəhdlər  göstərirdilər.  Feodal  istismarının  ən  yüksək  həddini 

qanunvericilik  yolu  ilə  müəyyənləşdirmək  üçün  ilk  cəhd  1812-ci  ildə  Quba 

komendantı tərəfindən edilmiş, lakin bu cəhd, eləcə  də  1824-cü ildə  həmin Quba 

əyalətində  digər  komendant  tərəfindən  göstərilmiş  ikinci  cəhd  tam 

müvəffəqiyyətsizliyə  uğramışdı.  1819-cu  ildə  Qazax  distansiyasında  kəndli 

mükəlləfiyyətlərinin ağaların xeyrinə olaraq nizamlanması cəhdi də uğursuz oldu. 

Bu  cəhdlərin  uğursuzluğu  qismən  uzun  müddət  çarizmin  yerli  feodalların  torpaq 

hüquqlarına  münasibətdə  qəti  müəyyənləşmış  mövqeyə  malik  olmaması  ilə  bağlı 

idi. 


Sahibkar  rəiyyətlərinin  geniş  yayılmış  vergiləri  malcəhət,  salyana, 

darğalıq, at arpası və s. idi. Bütün bu mükəlləfiyyətlər natural xarakter daşıyırdı. 

Malcəhət kənd təsərrüfatı bitkisi məhsulundan torpaq sahibkarının xeyrinə 

ayrılan hissədən ibarət idi. O, adətən dənli bitkilər məhsulun 

1

/

10



, pambıq və ipək 

məhsulunun isə 

1

/

5



hissəsi həcmində toplanırdı. 

Darğalıq  mükəlləfiyyəti  də  əsasən  natural  xarakter  daşıyırdı.  Darğalığın 

ancaq  cüzi  hissəsi  pulla  yığılırdı.  Darğalığın  həcmi  dəyişkən  olur,  çox  vaxt 

məhsulun 20%-nədək artırdı [68]. 

Sahibkar  kəndliləri  bəy  atlarının  yemlənməsi  üçün  feodallara  ―at  arpası‖ 

adlanan  daha  bir  natural  mükəlləfiyyət  icra  etməyə  borclu  idi.  Rəiyyətlərin 

məhsulunun 20%-ə qədəri at arpasının ödənilməsinə gedirdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə