Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə42/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   189

Bununla  kifayətlənməyən  iltizamçı  kəndli  torpaqlarını  ələ  keçirir,  heyvanlarını 

Şamaxı  əyalətinə  sürüb  aparmağı  və  yaxud  quru  otlaq  saxlamağı  üstün  tutan 

kəndlilərdən də otlaq xərci alırdı. Hətta Quba komendantı da etiraf etməyə məcbur 

olmuşdu ki, ―Bundan belə nəticə çıxarmaq olar ki, guya dövlət özünə məxsus olan 

əmlakı, otlaq yerlərini deyil, əhaliyə məxsus olan əmlakı – qoyunları iltizama verir, 

iltizamçılar bu maddəni belə başa düşürdülər və müqavilə ilə öz fəaliyyətlərini belə 

istiqamətləndirirdilər‖ [97]. 

Dövlət  vergilərinin  ağırlığını  onları  toplayarkən  yol  verilən  görünməmiş 

özbaşınalıqlar  daha  da  artırırdı.  Bütün  rütbələrdən  olan  vəzifəli  şəxslər  kəndliləri 

soyub  talayırdılar.  Polkovnik  Gimbut  komendant  olduqdan  sonra  vilayətdə 

özbaşınalıq daha da güclənirdi. 

Vergilər kəndlilərdən qanunla müəyyənləşdirildiyindən bir neçə dəfə artıq 

toplanır,  fərq  isə  komendant  tərəfindən  mənimsənilirdi.  Gimbut  kənlilər  üzərinə 

qanunla  nəzərdə  tutulmamış  vergilər  qoyurdular.  1837-ci  ilin  yazında  Müşkür 

mahalının  kəndliləri  öz  şikayətlərində  bildirirdilər  ki,  Gimbut  onların  üzərinə 

xüsusi  vergi  qoymuş,  pulları  isə  özü  mənimsəmişdir.  Şeşpara  mahalının 

kəndlilərinin  şikayətində  göstərilir  ki,  Gimbut  onlardan  ―zəlzələyə  görə  pul‖ 

toplamışdır. Komendantın özbaşınalıqlarını 15 maddədə ifadə edən kəndlilər qeyd 

edirdilər  ki,  Gimbut  onları  pulsuz  olaraq  özü  üçün  işləməyə,  ot  biçməyə,  bağ 

becərməyə, odun tədarük etməyə məcbur edir. 

Əyalətin idarə  edilməsi  üzrə  komendant köməkçiləri olan  mahal  naibləri 

də  öz  rəislərindən  geri  qalmırdılar.  Əyaləti  təftiş  edən  adamın  şəhadətinə  görə, 

―mahal naiblərinin özbaşınalıqlarının hüdudu yox idi‖. 

Komendant  və  digər  vəzifəli  şəxslərn  azğınlığı  məhkəmə  işlərinin 

aparılmasında da özünü aydın göstərirdi. Şikayətçilərin tələbləri tələbləri çox nadir 

hallarda ödənilirdi. Həbsə alınmış adamlar bəzən illərlə istintaqsız və məhkəməsiz 

həbsxanada saxlanırdılar. 

Çarizm tərəfindən Quba əyaləti kəndlilərinə amansız  müstəmləkə zülmü, 

Azərbaycanda  vəzifəli  şəxslərin  əhalini  açıq  şəkildə  soyması,  onların  azğınlığı  və 

özbaşınalığı  üçün  əlverişli  şərait  yaradan  komendant  üsul  –  idarəsinin  bərqərar 

olması 1837-ci il Quba kəndlilərinin üsyanının əsas səbəbləri idi. 

Müflisləşmiş  kəndlilər  dövlət  boyunduruğunu  daşımaq  iqtidarında 

deyildilər  və  nəticədə  vergi  borcları  sürətlə  artırdı.  Kəndlilərin  vəziyyəti  elə 

pisləşmişdi  ki,  onlar  1836-cı  ildə  buğda  və  arpa  ilə  ödənilən  natural  vergini 

ödəməyi dayandırmağa məcbur olmuşdular. 

Hökumət  dairələrinin  Yuxarıbaş  mahalı  kəndlilərinə  Varşavada  yerləşən 

süvari müsəlman alayında xidmət üçün könüllülər vermək təklifi kəndlilərin səbir 

kasasını  dolduran  sonuncu  damla  oldu  [98].  Könüllülər  tamamilə  yerli  əhali 

hesabına təchiz edilməli (silah, at, paltar və s.) olduğundan, əslində çarizm bu aktla 

çar  hakimiyyət  orqanlarının  əlavə  özbaşınalıqları  üçün  mənbə  olan  yeni 

mükəlləfiyyət tətbiq edirdi. 



Bu  tələb  kəndlilər  tərəfindən  əsgəri  mükəlləfiyyətin  başlanması  kimi 

qəbul  edildi  və  1837-ci  ilin  aprelində  əyalətdə  kütləvi  kəndli  hərəkatının 

başlanmasına təkan verdi. Hərəkat Yuxarıbaş mahalında başlandı, sonra iki qonşu 

mahala yayılaraq tezliklə bütün əyaləti bürüdü. 

Gündüzqala  kəndində  toplanan  kətxudalar  hərbi  dairə  rəisi 

Reutdanəyalətin  əhalisini  süvarilər  verməkdən  azad  etməyi  tələb  etdilər.  Tezliklə 

kətxudalar  əlavə  tələblər  irəli  sürdülər:  dövlət  mükəlləfiyyətlərin  azaldılması, 

komendant Gimbutun vəzifəsindən kənar edilməsi, əhalinin nifrət etdiyi iki mahal 

naibinin  vəzifəsindən  kənar  edilməklə  əyalətdən  çıxarılması.  Hərəkat  çox  sürətlə 

inkişaf  edərək  müstəmləkə  və  feodal  əsarəti  əleyhinə  çevrilmiş  hərəkat  xarakteri 

aldı. 

Yaranmış  vəziyyətin  ciddiliyi  hökuməti  güzəştə  getməyə  məcbur  etdi. 



Reutn adından elan olundu ki, ―Quba əyalətindən süvarilər tələb olunmayacaqlar‖ 

[99].  Kəndlilərin  Gimbutun  və  haqqında  danışılan  naiblərin  vəzifələrindən 

götürülməsi  tələbləri  də  yerinə  yetirildi.  Hökumət  bu  yolla  kəndliləri 

sakitləşdirməyə,  vaxt  qazanmağa  və  kəndlilərə  mükəlləfiyyətlərin  azaldılması 

haqqındakı  əsas  tələbləri  unutdurmağa  ümid  bəsləyirdi.  Reutun  taktikası 

müvəffəqiyyət qazandı. Kəndlilər evlərinə dağılışdılar və bununla hərəkatın birinci 

mərhələsi  başa  çatdı.  Lakin  Quba  əyalətində  kəndli  hərəkatını  doğuran  sosial 

ziddiyyatlar  həll  edilməmiş  qalırdı.  Kəndlilərin  mükəlləfiyyətlərin  azaldılması 

haqqında  əsas tələbləri yerinə  yetirilmədi.  Narazılığın  yeni  partlayışı labüd idi və 

onu çoz gözləmək lazım olmadı. 

1837-ci  ilin  avqustunda  Quba  əyalətində  kütləvi  silahlı  üsyan  başlandı. 

Ona  Xuluq  kəndinin  kətxudası  –  aprel  həyəcanlarının  fəal  iştirakçısı  Hacı 

Məhəmməd  rəhbərlik  edirdi,  Dağıstan  dağlılarının  Şamil  tərəfindən  rəhbərlik 

edilən  mübarizəsi  də  Quba  əyalətlərindəki  hadisələrin  inkişafına,  əhali  arasında 

müstəmləkə əleyhinə əhavali-ruhiyyənin güclənməsinə təsir göstərirdi. 

1837-ci il avqustun əvvəlində Hacı Məhəməd mürid Əmir Əli ilə görüşdü. 

Görüşdə Əli Şamilin Yuxarıbaş kətxudalarının adına ünvanlandığı məktubunu ona 

verdi,  Şamil  onları  çar  hakimiyyət  orqanlarının  yalançı  vədlərinə  inanmamağa, 

əldə silah öz hüquqlarını müdafiə etməyə çağırırdı. Şamil yazırdı: ―Silaha sarılın, 

üsyan  qaldırın‖.  Hacı  Məhəmməd  və  kətxudalar  qubalılara  silahla  kömək 

göstərməyə  söz  vermiş  dağlıq  Dağıstanın,  Kürə  və  Qazıqumuğun  iri  feodal 

hakimlərindən biri olan Məhəmməd mirzə xana böyük ümid bəsləyirdilər. 

Avqustun  20-dən  sonra  Hacı  Məhəmməd  üsyan  bayrağını  qaldırdı.  Çar 

müstəmləkəçiləri ilə silahlı üsyana başlamaq çağırışını o, oğlunun Xuluq kəndində 

keçirilən  və  üç  yuxarı  mahaldan  200-ə  yaxın  adamın,  o  cümlədən  kətxudaların 

iştirak etdikləri toyunda irəli sürdü. Kətxudalar Hacı Məhəmmədə tərəfdar çıxdılar 

və kəndlərə çaparlar göndərərək, kəndliləri silahlı mübarizəyə çağırdılar. 

Hadisələr çoz sürətlə inkişaf edirdi. Artıq bir neçə gündən sonra, Barmaq 

mahalı  istisna  olmaqla,  bütün  əyalət  kəndli  üsyanı  alovlarına  bürünmüşdü. 





Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə