Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə36/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   189

Rəncbər sıralarının  genişlənməsi ilə  yanaşı, onların ixtisar olunması kimi 

əks prosesi də gedirdi. Hökumət orqanları özlərinə düşmən olan feodalları iqtisadi 

təqibə  məruz  qoyaraq,  onları  rəncbərlərdən  məhrum  edirdi.  Məsələn,  Quba 

əyalətində belə müsadirələrin hesabına sahibkar rəncbərlərinin sayı kəskin surətdə 

azalmışdı.  Rəncbərlik  geridə  qalmış  feodal  institutu  idi.  Rəncbər  əməyi  az 

məhsuldar olduğundan, məhsuldar qüvvələrin inkişafına maneə törədirdi. 

Rəncbərlər  rəiyyətlərə  nisbətən  daha  amansız  istismara  məruz  qalırdılar. 

Onlar  bir  qayda  olaraq,  öz  təsərrüfatlarına  malik  olmayıb  ancaq  bəylər  üçün 

işləyirdilər,  yəni  rəncbərlər  feodal  rentası  işləyib  ödəmə  rolunu  icra  edirdilər. 

Feodalların təsərrüfatında işin müqabilində rəncbərlər məhsulun cüzi hissəsini, çox 

vaxt 4,1-ni alırdılar [72]. 

 

§ 6 ġƏHƏRLƏR 

 

XIX  yüzilliyin  əvvəllərində  Şimali  Azərbaycanda  doqquz  şəhər  var  idi: 



Şamaxı, Bakı, Yelizavetpol, Nuxa, Şuşa, Quba, Lənkəran, Naxçıvan və Ordubad. 

Ən  böyük  şəhər  Şamaxı  şəhəri  idi.  Bununla  belə  Şamaxı  xanlığı  ləğv 

olunanadək şəhər ikinci dərəcəli rol oynayırdı, xanın iqamətgahı Fitdağ qalası idi. 

1821-ci  ildə  rus  hakimiyyət  orqanları  tərəfindən  Şamaxının  bərpa  edilməsi  planı 

işlənib hazırlandı, 1824-cü ildə isə o, köhnə şəhərin yerinə yenidən tikildi. Fitdağ 

qalasının  iqamətgah  rolunun  ləğv  edilməsi  ilə  həmin  ildə  Şamaxı  rəsmi  olaraq  

Şirvan  əyalətinin,  1840-cı  ildən  1846-cı  ilədək  Xəzər  vilayətinin,  1846-cı  ildən 

1859-cu  ilədək  Şamaxı  quberniyasının  mərkəzi  oldu.  Şəhərin  bərpa  edilməsi  ilə 

onun əhalisi də artmağa başladı. Əgər yüzilliyin 30-cu illərinin əvvəllərində orada 

10 minə yaxın əhali yaşayırdısa, 1850-ci ilə yaxın artıq 19.733 əhali yaşayırdı [73]. 

Bu  müddət  ərzində  Azərbaycanın  digər  şəhərlərinin  də  əhalisi  sürətlə 

artırdı:  Nuxada  əhalinin  sayı  14770-dən  17945-ə,  Şuşada  10118-dən  15194-ə, 

Gəncədə 9164-dən 16700-ə, Qubada 3968-dən 7909-a, Naxçıvanda 3800-dən 5157 

nəfərə çatdı.  Azərbaycanın şəhər əhalisinin ümumi sayı isə buna  uyğun olaraq 84 

min  nəfərdən  100  min  nəfərə  çatdı,  yəni  16  min  nəfər  artdı.  Yüzilliyin  ortalarına 

yaxın  şəhər  əhalisi  Şimali  Azərbaycanın  ümumi  əhalisinin  təxminən  10  faizini 

təşkil edirdi [74]. 

Şəhər  əhalisinin  sosial  tərkibinin  rəngarəng  idi.  Belə  ki,  yüzilliyin 

ortalarında  Şamaxıdakı  4036  ailənin  282-si  hakim  feodal  sinfinə  mənsub  idi. 

Şəhərdə 863 nəfər tacir və 2192 nəfər sənətkar var idi. Belə mənzərə Azərbaycanın 

digər şəhərləri üçün də səciyyəvi idi. Şəhərlərdə bütövlüklə 4 minə yaxın bəy, 300 

xan  ailəsi  üzvləri,  5  min  nəfər  ruhani  yaşayırdı.  Onlar  hamısı  birlikdə  şəhər 

əhalisinin ümumi sayının 9 faizini təşkil edirdilər. Şəhərlərdə sənətkarların ümumi 

sayı 12 min, tacirlərinki isə 7 min nəfərə yaxın idi [75]. 

Komendant  sisteminin  tətbiqi  ilə  hərbi,  mülki,  məhkəmə  və  maliyyə 

müəssisələri:  hərbi  komendantın  dəftərxanası,  şəhər  polisi,  əyalət  və  yaxud  şəhər 




məhkəməsi, xəzinə şəhərlərdə - əyalət mərkəzlərində cəmləşdirildi. Bundan əlavə, 

1824-cü ildə Şuşada və Dərbənddə komendantların həm hərbi, həm də mülki işlər 

üzrə  tabe  olduqları  Cənubi  Qafqaz  müsəlman  əyalətlərinin  hərbi-dairə  rəisinin 

dəftərxanaları    təsis  edildi.  Gəncə  şəhəri  həmçinin  ali  rütbəli  ruhanilərin  yaşadığı 

mərkəz oldu. 

Azərbaycan  şəhərlərində  ictimai  əsaslarla  hər  hansı  bir  idarə  yaratmaq 

istəməyən  çar  hökuməti  digər  funksiyalarla  birlikdə,  şəhərin  idarə  olunmasını  da 

şəhər  polisinə  həvalə  etdi.  Şəhər  polisinin  tərkibinə  xüsusi  pristavlar,  məhəllə 

nəzarətçiləri,  kovxa  və  mühafizə  dəstəsi  daxil  idi.  Polisin  fəaliyyətində  mülki 

əhalinin  nümayəndəsi  kimi  ―ictimaiyyətin  nümayəndələri‖  deyilən  iki  deputat 

iştirak edirdi. Polisin ştatı ayrı-ayrı şəhərlərdə müxtəlif idi. 

Deputatlar xüsusi pristavlarla birlikdə şəhər evlərinin, ticarət dükanlarının, 

karvansaraların,  sənətkar  emalatxanalarının,  dəyirman  və  hamamların  hesabını 

aparır,  onların  sahiblərini  və  əldə  etdikləri  gəlirlərin  miqdarını  müəyyənləşdirir, 

şəhər  əhalisindən toplanan, polisin  saxlanılmasına  və  ictimai  xərclərə  sərf olunan 

pul  vergilərinin  bölüşdürülməsində  iştirak  edir,  bu  vəsaitin  toplanması,  ordunun 

məskunlaşması üçün mənzillər ayrılması və s. ilə məşğul olurdular. 

 

 



 

 1840-cı ilin inzibati-məhkəmə islahatı Azərbaycan şəhərlərinin idarə olunmasında əsaslı dəyişikliklər yaratmadı. Şəhər təsərrüfatı yenə də əvvəlki kimi polisin sərəncamında qalırdı. Cənubi Qafqaz diyarının şəhərləri əhalinin sayından asılı olaraq islahata görə dörd dərəcəyə bölünürdü: əhalisi çox 

olan  orta  əhalisi  az  olan  və  ştata  daxil  olmayanlar.  Gəncə  və  Şamaxının  böyük 

şəhərlər olması ilə əlaqədar bu şəhərlərdə qalabəyindən, iki xüsusi pristavdan, dörd 

məhəllə nəzarətçisindən və 16 polisdən ibarət xüsusi şəhər polisi təsis edilirdi [76]. 

Orta şəhərlərdə polisin tərkibinə qalabəyi, xüsusi pristavlar və deputatlar, əhalisi az 

olan şəhərlərdə - qalabəyi, məhəllə nəzarətçiləri və deputatlar, ştata daxil olmayan 

şəhərlərdə və Salyan kimi kiçik yaşayış məntəqəsində sahə iclasçıları və məhkəmə 

nəzarətçiləri, Zaqatalada qəza rəisi daxil idi 

1840-cı  il  qanunu  polis  idarəsindən  şəhərlərin  hər  il  mədaxil  və  məxaric 

smetasını  tərtib  etməyi  tələb  edirdi  ki,  bununla  da  əlaqədar  yerli  hakimiyyət 

orqanlar şəhər təsərrüfatını və şəhər smetasını yoxlamağa başladılar. Bu tədbirlər, 

şübhəsiz ki, şəhər təsərrüfatında müəyyən qayda yaratdı. Şəhərlərin vəsaiti çox az  

idi. Məsələn, Lənkəran şəhərində 1700 manatdan Şamaxıda 15 min manata qədər. 

Şəhərlərin  gəliri  şəhər  ölçü  və  tərəzilərindən,  şəhər  əmlaklarından  bağlardan, 

bostanlardan, 

dəyirmanlardan, 

 

karvsaralardan, 



dükanlardan, 

sənətkar 

emalatxanalarından,  peşələrdə  heyvan  kəsilməsindən,  ticarət  hüququna  görə  və  s. 

dən təşkil olunurdu. Şəhərlərin demək olar ki, bütün gəlirləri polisin, həbsxananın 

saxlanılmasına,  qarovulxananın  qızdırılmasına  və  işıqlandırılmasma,  buradan 

keçən hərbi komandalar üçün odun toplanılmasına sərf olunurdu. 

Çar  hakimiyyət  orqanları  şəhərlərin  abadlaşdırılmasına  heç  qayğı 

göstərmirdilər.  Bu  məqsədlə  xüsusi  vəsait  ayrılmır,  illik  toplanan  şəhər 

gəlirlərindən isə buna vəsait qalmırdı. 

Azərbaycan  şəhərlərinin  iqtisadi  həyatın  əsasını  sənətkarlıq  istehsalı, 

ticarət  və  əkinçilik  təşkil  edirdi.  Yüzilliyin  30-50-ci  illərində  bütün  şəhərlərdə 

sənətkar  peşələrinin  və  sənətkarların  sayının  artması  müşahidə  olunurdu.  Şamaxı, 






Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə