Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə46/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   42   43   44   45   46   47   48   49   ...   189

vilayət  rəisi  çarın  fərmanı  ilə  təyin  edilir  və  bilavasitə  Qafqazın  baş  rəisinə  ta-be 

olurdular. 

Quberniya və vilayət orqanları sisteminə qubeniya (vilayət) idarəsi, xəzinə 

və  dövlət  əmlakı  palatalan,  zemstvo  mükəlləfiyyətləri  komitəsi  və  s.  daxil  idi. 

Gürcüstan-İmeretiya  quberniyasından  fərqli  olaraq,  Xəzər  vilayətində  xeyriyyə 

işlərinə  rəhbərlik  edən  zadəgan  deputatlar  məclisi,  təbabət  idarəsi  və  bəzi  digər 

idarələr  yaradılmamışdı.  Guya  ki,  bu  fərqlər  "Zaqafqaziyanın  bu  və  ya  digər 

hissəsinin  rus  vətəndaşlıq  hüququnu  qəbul  etməyə  hazırlığının  qeyri-bərabərliyi 

üzündən  yerli  xüsusiyyətlərə  qayğı  xatirinə"  qoyulmuşdu.  Əslində  isə,  bu, 

müsəlman  əhalisi  ilə  məskunlaşmış  milli  ucqarlara  münasibətdə  çar  hökumətinin 

müstəmləkəçilik siyasətinin bir daha təzahürü idi. 

Qəza  idarəsinə  qəza  rəisi  başçılıq  edirdi.  O,  qəzada  qayda-qanuna  riayət 

olunmasına, şəhər və zemstvo polisinin vəzifələrinə daxil olan hər işə cavabdeh idi. 

Qəza rəisinin köməkçisi, qəza xəzinəsi,  nahiyə iclasçıları  və şəhər polisi ona tabe 

idi. 

"Qayda-qanun"un 



bilavasitə 

keşikçisi,  hakimiyyət  orqanları  və 

məhkəmənin bütün sərəncamlarının icraçısı nahiyə iclasçısı idi. O, vergilərin əhali 

tərəfindən  vaxtında  ödənilməsini  və  bütün  digər  mükəlləfiyyətlərin  yerinə 

yetirilməsini təmin etməli idi. 

1840-cı  il  10  aprel  qanunu  Zaqafqaziyanın  məhkəmə  sistemində  mühüm 

dəyişikliklər etdi. Qəza məhkəməsi hakimlərdən, çar hakimiyyət orqanları və vergi 

verən  təbəqələrdən  olan  iclasçılardan  ibarət  idi.  Qəzanın  polis  və  məhkəmə 

orqanlarında  işlərin  aparılması  üzərində  nəzarəti  qubeniya  və  vilayət 

prokurorlarının  təqdimatı  üzrə  diyarın  baş  rəisi  tərəfindən  təyin  edilmiş  qəza 

prokurorları həyata keçirirdi. 

Məhkəmə  islahatı  həm  də  bunda  ifadə  olundu  ki,  artıq  cinayət  işlərinə 

hərbi məhkəmələrdə yox, ümummülki məhkəmələrdə baxılırdı. Lakin bu islahatın 

əsas ideyalarından biri - məhkəmənin idarəçilik işindən ayrılması həyata keçmədi 

və  məhkəmə  səlahiyyətlərinin  bir  hissəsi  nahiyədən  tutmuş  diyaradək  Qafqaz 

hakimiyyət  orqanlarının  əlində  qalmaqda  idi.  Məsələn,  qəza  rəislərinə  əmlak 

mübahisələrini və iddialarım, habelə bəzi cinayət işlərini 100 manat məbləğinədək 

həll etməyə icazə verilirdi [111]. 

Məhkəmə  işləri  mərhələlərin  çoxluğu  ilə  səciyyələnirdi.  Nahiyə  iclasçısı 

formal  istintaq  aparır  və  materialları  qəza  rəisinə,  sonuncu  isə  qəza  məhkəməsinə 

təqdim  edirdi.  Qəza  məhkəməsinin  hökmü  və  ya  qərarı  isə  baxılmaq  üçün  qəza 

prokurorluğuna  təqdim  olunurdu.  İş  qəza  prokurorunun  qərarı  ilə  birlikdə 

quberniya  və  ya  vilayətin  cinayət  və  mülki  məhkəmə  palatasına  daxil  olurdu. 

Sonuncunun  qərarı  quberniya  və  ya  vilayət  prokuroruna  ötürülür,  o  isə  öz 

göstərişləri ilə birlikdə məhkəmə palatasına qaytarır, palata prokurorun qeydlərini 

nəzərdən keçirir və hökmdə düzəlişlər aparırdı. Bundan sonra bütün iş qubernatora 




(və ya vilayət rəisinə) göndərilirdi. O, altı həftə ərzində ya hökmü təsdiq edir, ya da 

onu öz qeydləri ilə birlikdə geriyə - palataya qaytarırdı. 

Mülki işlərə ümumimperiya qanunlarına əsasən baxılırdı. Mülki məhkəmə 

prosesində  əhalinin  yoxsul  təbəqələrinin  müraciətini  çətinləşdirən  və  onların 

narazılığını doğuran xeyli lüzumsuz formalizm nəzərdə tutulurdu. 

1840-cı il qanunu ruhanilərin əlində ancaq nikah və vərəsəlik işlərini həll 

etmək  hüququnu  saxlasa  da,  Azərbaycanın  yerli  sakinləri  bütün  mülki-hüquqi 

mübahisələrə  görə  şəriət  məhkəmələrinə  üz  tutmaqda  davam  edirdilər.  Çar 

hökuməti  şəriət  məhkəmələrinin  saxlanılıb  onlara  nisbətən  geniş  hüquqlar 

verilməsindən,  mütləqiyyətin  sosial  dayağı  kimi,  müsəlman  ruhaniləri  ilə  ittifaqı 

möhkəmləndirmək üçün istifadə etməyə can atırdı [112]. 

İnzibati  məhkəmə  islahatının  obyektiv  olaraq  bəzi  müsbət  cəhətləri  var 

idi. Çünki o, feodal pərakəndəliyinin aradan qaldırılmasına şərait yaradırdı. İslahat 

vahid  pul,  ölçü  və  çəki  sistemlərinin  tətbiq  olunmasını,  rahdar  vergisinin  ləğvini 

sürətləndirirdi.  Bu  isə  sabit  olan  idarə  və  məhkəmə  sisteminin  yaradılmasına 

gətirib çıxarırdı. Bütün bunlar sənaye və ticarətin inkişafına şərait yaradırdı. 

Lakin 1840-cı ilin inzibati məhkəmə islahatı eyni zamanda çarizmin milli-

müstəmləkə zülmünün daha da güclənməsinə səbəb oldu. Azərbaycanlı məmurlar 

inzibati  idarələr  və  məhkəmələrdən  çıxarılır,  hər  yerdə  onların  vəzifələrinə  rus 

məmurları  təyin  olunurdu.  Bütün  kargüzarlıq  ancaq  rus  dilində  aparılırdı. 

Saxlanılma  xərcləri  ağır  yük  kimi  zəhmətkeş  əhalinin  üzərinə  düşən  bürokratik-

məmur aparatının tərkibi xeyli genişləndi. Xəzinə və xüsusi sahibkar torpaqlarında 

yaşayan  kəndlilərdən  alınan  vergilər  artırıldı,  pul  mükəlləfiyyəti  tətbiq  olundu, 

kəndlilər və şəhər yoxsullarının narazılığının daha da artmasına səbəb olan bir sıra 

digər tədbirlər həyata keçirildi. 

Yeni  inzibati-polis  aparatında  məsul  vəzifələrə  çox  vaxt  əhaliyə 

münasibətdə  sui-istifadələrdə  və  qanunsuzluqlarda  ittiham  olunan  keçmiş 

komendantlar və başqa şəxslər təyin edilirdi. 

İnzibati-məhkəmə  islahatı  çarizmin  sosial  dayağı  məsələsini  xeyli 

kəskinləşdirdi.  İslahatın  keçirilməsi  zamanı  hökumətdə  mütləqiyyətin  etibarlı 

dayağı  ancaq  "təbii  rus  zadəganları"  olmalıdır,  rus  zadəganlarım  burada  bəy  və 

ağaların, tiyul torpaq sahibliyini ləğv etmək hesabına  malikanələrdə  yerləşdirmək 

fikirləri  mövcud  idi.  Çarizm  xüsusi  və  xəzinə  ticarət-sənaye  kompaniyalarına 

paylamaq üçün həmin yolla torpaq fondu yaratmaq niyyətində idi. 

Bəzi  tərəddüdlərdən  sonra  çar  hökuməti  belə  bir  addımı  atmaq  qərarına 

gəldi.  Zaqafqaziya  diyarı  Baş  İdarə  Şurasınm  Gürcüstan-İmeretiya  quberniyası 

Qazax, Şəmşəddil və Borçalı nahiyələrinin ağaları və maliklərinin kəndlərin idarə 

olunmasından kənar edilməsi barəsində 1841-ci il 13 fevral tarixli [113] və Xəzər 

qərarlarına  əsasən  vilayəti  bəylərinin  kəndlərin  idarəsindən  kənar  edilməsi 

barəsində 1841 -ci il 24 mart tarixli bəylər və ağalar özlərinin tiyul torpaqlarından 

məhrum edildilər [114]. Əslində bu qərarlardan ancaq birincisi həyata keçirilsə də, 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə