Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə49/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   45   46   47   48   49   50   51   52   ...   189

hökuməti  bütün  imperiyada  olduğu  kimi,  feodalların  silki  hüquqlarının  qayğısına 

qalaraq  qeyd  edirdi  ki,  hüquqi  sövdələşmə  əsasında  Azərbaycan  feodalları 

nümayəndəsinin əlində olan malikanə o şəxsin əlinə keçə bilər ki, ya Zaqafqaziya 

diyarı ali müsəlman silkinə mənsub olmalı, ya da imperiyanın ümumi qanunlarına 

görə  məskun  mülklərə  sahiblik  etmək  üçün  zəruri  olan  keyfiyyətlərə  malik 

olmalıdır" [124]. 

Reskript torpaq sahibkarlarına öz torpaqlarından sərbəst surətdə istifadə etmək 

hüququ  verərək  torpağın  əmtəəyə  çevrilməsi  üçün  müəyyən  şərait  yaratsa  da,  feodal 

torpaq  mülkiyyəti  hələlik  kapitalist  torpaq  mülkiyyətinə  çevrilmədi.  Çünki  torpağın 

özəlləşdirilməsi  hüququ  onunla  məhdudlaşırdı  ki,  torpaq  ancaq  hakim  feodal  sinfin 

əlinə  keçə  bilsin.  Reskript  torpaq  üzərində  feodallarm  xüsusi  mülkiyyət  hüququnu 

möhkəmləndirərək  və  feodalların  torpaq  fondunun  toxunulmazlığını  təmin  edərək 

tiyuldar  bəylərin  öz  mülkiyyətçilik  hüquqlarının  tanınması  uğrunda  apardıqları  uzun-

müddətli mübarizəsinə bir növ yekun vururdu. 

Tiyul  və  mülk  torpaqlarının  feodal  torpaq  mülkiyyətinin  eyni  kateqoriyası 

şəklində  qovuşması  bu  mülkiyyətin  inkişafında  Azərbaycan  feodallarının  torpaq 

hüquqlarının güclənməsi ilə əlaqədar olan yeni mərhələ idi. Bu güclənmə ilk növbədə 

tiyulların mülklərlə eyniləşdirilməsi faktının özündə ifadə olunurdu. Lakin ən başlıcası 

ondan  ibarət  idi  ki,  reskript  keçmiş  tiyuldarların  torpaq  üzərindəki  mülkiyyətçilik 

hüquqlarınm miqyasını kəskin surətdə genişləndirdi. Əgər əvvəllər bu hüquq əslində 

asılı  feodal  kəndlilərindən  renta  almaq  hüququ  ilə  məhdudlaşırdısa,  indi  keçmiş 

tiyuldarlar  torpaq  mülkiyyətçilərinə  çevrilərək,  bu  torpaqlardan  istədikləri  kimi 

istifadə  etmək  hüququ  aldılar.  Kəndlilərin  əsrlərdən  bəri  istifadə  etdiyi  torpaqlar 

tamamilə feodallarm sərəncamına keçdi. 

Reskriptin xüsusi maddəsi artıq Azorbaycanın Rusiya tərəfindən istilasından 

sonra  çar  hökumətindən  tiyul  hüququna  əsasən  torpaq  sahələri  almış  feodalların 

mülkiyyətçilik hüququna həsr olunmuşdu. Canişinə  təklif olunurdu ki, müvəqqəti və 

ömürlük  istifadə  üçün  torpaq  verilmiş  bu  şəxslərin  xidmətlərini  nəzərə  alaraq,  tor-

pağın  bu  şəxslərdən  kimlərin  nəsli  sahibliyində  təsdiq  edilməsi,  kimlərin  isə 

müvəqqəti  istifadəsində  saxlanılması  barədə  çara  təqdimat  versin.  Artıq  varislərə 

keçmiş torpaqlar isə əgər onların alınması barədə heç bir sərəncam verilməmişdirsə, - 

varislərin  nəsli mülkiyyəti  kimi təsdiq olunurdu. 

Reskriptin  maddələrindən  biri  torpağa  sahibkarlıq  üstündə  xəzinə  ilə 

feodallar arasında baş  verə biləcək  mübahisələrdə dövlət  mənafeyinin qorunmasına 

xidmət  edirdi.  Xəzinəyə  mənsub  olmuş  xeyli  torpaq  mülkü  heç  də  həmişə  dəqiq 

mərzlənməməsi  nəticəsində  feodallar  tərəfindən  ələ  keçirilirdi.  Belə  mübahisələrə 

ümumi əsaslar üzrə məhkəmə orqanlarında baxılmalıydı. 

Hökumətin  fikrincə,  reskript  feodalların  torpaq  üzərindəki  hüquqlarını 

qanuniləşdirərək  və  gücləndirərək    Azərbaycanda  feodal  münasibətlərini 

möhkəmləndirməli idi, belə ki, feodal münasibətlərinin əsasını torpaq üzərində feodal 

mülkiyyəti təşkil edirdi. 



Xüsusi  sahibkar  kəndliləri  formal  olaraq dövlət  kəndliləri dərəcəsinə  şamil 

edildilər  və  müxtəlif  adların  (rəiyyət,  rəncbər,  nökər  və  s.)  yerinə  ümumi  ad  - 

"mülkədar  tabelisi"  adını  aldılar.  Kəndlilər  "torpaqdan...  istifadə  müqabilində  haqq" 

kimi mülkədarların xeyrinə müxtəlif mükəlləfıyyətləri yerinə yetirməli idilər və torpaq 

mülkiyyətçiləri polis nəzarəti altına verilirdilər. 

Bununla bərabər, feodalların kəndlilərə sahib olmaq hüququ təsdiq olunmurdu. 

Reskriptdə  "sahibkar  kəndliləri"  ifadəsi  işlədilmirdi,  feodalın  xeyrinə  mükəlləfiyyətlər 

isə  torpaqdan  istifadənin  müqabilindəki  haqq  kimi  təqdim  edilirdi.  Lakin  bu 

mükəlləfıyyətlərin məcmusu mahiyyətcə torpaq rentasından başqa bir şey deyildi. 

Çar  hökuməti  feodalların  torpaq  üzərində  mülkiyyət  və  kəndlilərin  feodal 

istismarı  hüquqlarını  təsdiq  edərək,  sədaqətlə  xidmət  göstərməyi,  hər  şeydən  əvvəl 

kəndli  hərəkatına  qarşı  amansız  mübarizə  aparmağı  tələb  edirdi.  Çar  reskriptində 

deyilirdi: "Biz  buna  möhkəm əminik ki,  Zaqafqaziya diyarının... ali müsəlman silki... 

onun üzərinə qoyulacaq vəzifələrin cani-dildən və ciddi-cəhdlə yerinə  yetirilməsinə... 

həmişə hazır olacaqdır" [125]. 

Reskriptdə  şərh  olunan  və  torpaq  sahibkarları  ilə  kəndlilərin  qarşılıqlı 

münasibətlərini  müəyyənləşdirən  prinsiplər  1847-ci  il  20  aprel  və  28  dekabr  tarixli 

"Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və 

Dərbənd  quberniyalarınm  bəy  kəndlilərinə,  yəni  Şamaxı,  Şuşa,  Nuxa,  Lənkəran, 

Bakı,  Quba  və  Dərbənd  qəzalannm  xüsusi  sahibkar  kəndlilərinə,  ikincisi  isə  Tiflis 

quberniyasının  Yelizavetpol  qəzasındakı  Qazax  və  Şəmşəddil  nahiyələri  ağalarının 

torpaqlarında yaşayan kəndlilərə  aid idi. 

1847-ci  il  20  aprel  "Əsasnaməsi"ndə  torpaq  mülkiyyətçiləri  ilə  kəndlilərin 

qarşılıqlı münasibətlərini müəyyənləşdirən, sahibkar kəndlilərinin iqtisadi və hüquqi 

vəziyyətinə aid bir sıra müxtəlif məsələlərə toxunulurdu. 

"Əsasnamə"  torpaq  mülkiyyətçilərinin  üzərinə  15  yaşından  yuxarı  kişi 

cinsindən olan  hər bir kəndlini taxılçılıq,  maldarlıq və bostançılıq  üçün  yararlı olan 5 

desyatinlik  pay  torpağı  ilə  təmin  etmək  vəzifəsi  qoyurdu.  Kəndlini  torpaqla  təmin 

etmək  vəzifəsini  irəli  sürən  qanunverici,  hər  şeydən  əvvəl  xəzinənin  və  dövlət 

təhlükəsizliyinin  mənafelərini  müdafiə  etməyi,  sahibkarlar  və  dövlət  üçün  torpaq 

rentasiyasının  toplanmasını  təmin  etməyi  qarşısına  məqsəd  qoymuşdu.  Sahibkar 

kəndliləri  isə  islahata  qədər  ki,  dövrdə  olduğu  kimi  5  desyatindən  az  torpaq 

sahələrindən istifadə edirdilər. 

"Əsasnamə"  bu  tələbin  sahibkarlar  tərəfindən  yerinə  yetirilməsini  təmin 

edəcək  heç  bir  tədbir  nəzərdə  tutmurdu.  Mükəlləfiyyətlərin  həcmi  pay  torpağının 

sahəsindən  asılı  olaraq  müəyyənləşdirilmədiyindən,  kəndlinin  pay  torpağının 

artırılmasına və "Əsasnamə"də nəzərdə tutulmuş ölçülərə çatdırmağa sahibkarın heç 

bir  marağı  yox  idi,  belə  ki,  torpağı  icarəyə  vermək  sahibkar  üçün  daha  əlverişli  idi. 

Bütün  bunlar  "Əsasnamə"nin  bu  maddəsini  qabaqcadan  uğursuzluğa  məhkum  edir, 

ona deklarativ xarakter verirdi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə