Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə52/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   48   49   50   51   52   53   54   55   ...   189

Azərbaycan  dili  lüğətinin  köməyilə  başlayırdılar.  Şagirdlər  hər  gün  müəyyən  qədər 

söz əzbərləməli idilər. 

Məktəblərin  əksəriyyətində  ana  dilinə  və  ədəbiyyata  lazımi  diqqət 

verilmirdi. M.F.Axundovun ilk əsərləri çap olunana qədər doğma Azərbaycan dilindo 

noşr olunmuş kitablar da yox idi [6]. 

Moktəblərdə  ruhani  şəxslərlo  yanaşı,  dünyəvi  fənlərdən  dərs  deyən 

müəllimlər  də  çalışırdılar.  Onlardan  nisbətən  daha  savadlıları  öz  şagirdlərinə  Şərq 

dillərindən və ədəbiyyatından yüksək biliklər verirdilər. Azərbaycan mədəniyyətinin 

bir  çox  görkəmli  xadimləri  o  cümlədən  gözəl  şair  Mirzə  Şəfı  Vazehdən  dərs  alan 

M.F.Axundov  ilk  təhsili  belə  məktəblərdə  almışdılar.  Məktəblər  dini  xarakter 

daşıdıqlarından həyatdan uzaq düşmüşdülər. Onlardan yalnız bəzilərində valideynlərin 

təkidi ilə hesabın əsasları, işgüzar kağız və məktubların tərtib edilməsi öyrədilirdi. 

Ərəb əlifbasının mənimsəməyin çətinliyi, xüsusilə hecalara bölmə  metodu ilə 

tədrisin  törətdiyi  çətinliklər,  praktiki  bilik  verməyən  Proqrama  marağın  olmaması, 

əzbərçilik, şagirdləri tərbiyə etmək vasitəsi kimi tətbiq edilən cismani cəza sistemi - bütün 

bunlar birlikdə məktəbə getməyi uşaqlar üçün uzunmüddətli əzaba çevirirdi ki, buna da hər 

şagird  dözə  bilmirdi.  Əlifbanın  öyrədilməsinə  5-6  il  vaxt  sərf  olunması  məktəblərdə 

tədrisin keyfiyyətinin necə olmasını göstərir. 

Təxmini  məlumatlara  görə,  Qafqazdakı  məktəblər  məktəbyaşlı  uşaqların 

ancaq  onda  birini  əhatə  edirdi  [7].  Proqramların  və  tədrisin  xüsusiyyətləri  ilə 

əlaqədar bunlarrı özləri də tam savada malik olmurdular. 

Sosial-iqtisadi  və  siyasi  dəyişikliklər  şəraitində  təsərrüfat  fəalliyyətinin 

müxtəlif  sahələrində  işləməyi  bacaran  savadlı  adamlara  tələbatın  artması  ənənəvi 

məktəbləri yararsızlaşdırırdı. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycan  mədəniyyətinin  qabaqcıl 

nümayəndələri  maarifin  yayılmasının  vacibliyini  bütün  kəskinliyi  ilə  başa  düşür, 

onu  xalqın  əsrlər  boyu  davam  edən  geriliyini  aradan  qaldırmağın  başlıca  vasitəsi 

hesab  edirdilər.  1832-ci  ildə  A.  Bakıxanov  Bakıda  pansionlu  dünyəvi  məktəbin 

layihəsini işləyib hazırladı. Layihədə ana dili və fars dili ilə yanaşı, rus dili, tarix, 

coğrafiya,  hesab  fənlərinin  tədrisi  nəzərdə  tutulurdu  [8].  Lakin  layihə  həyata 

keçmədi. Bu zaman artıq ölkədə rus ibtidai məktəblərinin yeni şəbəkəsi yaranmağa 

başlamışdı. 

Çar  hökuməti  ənənəvi  məktəbləri  sözün  həqiqi  mənasında  məktəb  hesab 

etmədiyindən  onların  açılmasında  müəyyən  qayda  yaradılmasını  artıq  hesab 

edərək,  şifahi  razılıq  verməklə  kifayətlənirdi.  Azərbaycanda  adi  məktəblərdən 

başqa  orta  ruhani  məktəbləri  -  mədrəsələr  də  fəaliyyət  göstərirdi.  Bu  məktəblər 

adətən  böyük  məscidlərin  nəzdində  açılır  və  onların  hesabına  saxlanılırdı. 

Mədrəsələrdə  təhsil  və  yaşamaq  pulsuz  idi.  Onların  sayı  dəqiq  məlum  deyildir, 

çünki  müvafiq  məmurlar  məktəblər  haqqındakı  ümumi  məlumatlarda  onları 

ayırmırdılar. 




Dəqiq  müəyyənləşdirilmiş  proqramı  və  təhsil  müddəti  olmayan 

mədrəsələrdə  məktəb  kursunu  bitirən  gənclər  və  həmçinin  yaşlılar  (30  yaşına 

qədər)  təhsil  alırdılar.  Onlar  mədrəsəni  bitirən  zaman  dini  rütbə  alırdılar.  Ərəb 

dilinə  sərbəst  yiyələnməyə  əsaslanan  proqrama  ―Quran‖ı,  ilahiyyatı  dərindən 

öyrənməklə  yanaşı,  ümumtəhsil  fənləri  -  fəlsəfə,  tarix,  coğrafiya,  astronomiya, 

təbabət,  müsəlman  hüququ  və  digər  elmlər  də  daxil  idi.  Həmin  elmlər  islam 

mövqeyindən tədris olunurdu. 

Mədrəsədə  tədrisin  təsirliyi  xeyli  dərəcədə  onun  rəhbərinin  təhsil 

səviyyəsindən  asılı  olurdu.  Mədrəsələrə  əsasən  xarici  ölkələrdə  -  İranda, 

Türkiyədə,  Misirdə  adi  dini  təhsil  almış  müdərrislər  başçılıq  edirdilər. Bu  isə  çar 

hakimiyyət orqanlarını narahat edirdi. 

Mədrəsələrdən  yalnız  mollalar,  məktəblərin  gələcək  müəllimləri  deyil 

şairlər və alimlər də çıxırdılar. Görkəmli pedaqoq və şair Qevid Əzim Şirvani də 

mədrəsənin yetirməsi idi. 

Azərbaycanda yaşayan digər xalqların təhsili kilsə və xüsusi məktəblərdə 

cəmlənmişdi.  Şamaxı  və  Şuşada  erməni  məktəbləri  xüsusilə  çox  idi.  Qarabağın 

erməni  məktəblərində  uşaqlar  erməni  dili  ilə  yanaşı,  Azərbaycan  dilini  də 

öyrənirdilər  [9].  Erməni  məktəblərindən  başqa  1827-ci  ildə  Gəncə  yaxınlığındakı 

Yelenendorfda  və  Anenfelddə  alman  kolonistləri  [10],  Zaqatalada  ingiloylar, 

Qubada isə tat əhalisi üçün savad məktəbləri var idi [11]. 

Xüsusi  məktəblərin  fəaliyyət  göstərməsinə  imkan  verən  çar  hakim 

dairələri  onların  üzərinə  ciddi  nəzarət  qoymuşdu  [12].  Ruhani  məktəblər  - 

mədrəsələr daha ciddi nəzarətdə saxlanılırdı. Digər tərəfdən, xüsusi məktəblər yerli 

əhalinin  təhsilə  tələbatını  ödəməkdə  dövlət  xəzinəsini  tədris  müəssisələrinə  əlavə 

vəsait xərcləməkdən xilas edirdi. 

Azərbaycanda  milli  məktəblərin  mövcudluğu  faktı  ilə  hesablaşan  çar 

hökuməti rus tədris müəssisələri şəbəkəsini də yayırdı. 

Azərbaycanda  rus  dövlət  məktəbləri  Zaqafqaziya  məktəbləri  haqqında 

1829-cu  il  "Əsasnamə"silə  meydana  gəlmişdi  və  ümumrusiya  xalq  maarifi 

sisteminin  bir  hissəsi  sayılırdı  [13].  Bununla  belə,  diyarda  mövcud  ictimai-siyasi 

şəraitlə  əlaqədar  onlar  özlərinə  məxsus  bəzi  xüsusiyyətlərə  də  malik  idi. 

Məktəblərin  təşkili  və  proqramların  tərtibi  zamanı  çar  məmurları  çoxəsrlik  milli 

mədəniyyəti və dini amilləri nəzərə almaya bilməzdilər. 

İlk qəza məktəbi 1830-cu ildə Şuşada, onun ardınca 1832-ci ildə Bakıda, 

1833-cü ildə Nuxada, 1837-ci ildo Gəncədə, 1838-ci ildə Naxçıvanda və Şamaxıda 

açıldı  [15].  XIX  yüzilliyin  50-ci  illərinin  sonunda  Azərbaycanda  olan  9  rus 

məktəbindən  5-i  qəza  (üçsinifli),  3-ü  birsinifli  ibtidai  (Qubada,  Lənkəranda, 

Ordubadda) və 1-i ali 4 sınifli (Şamaxıda) məktəb idi. İlk dövrlərdə özlərinin tədris 

rəhbərliyi  olmayan  bütün  bu  məktəblər  tədris  işləri  ilə  əlaqədar  Tiflis 

gimnaziyasının  direktoru  vasitəsilə  xalq  maarif  nazirliyi  ilə  ünsiyyətdə  olan 

Gürcüstan baş hakiminə tabe idi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə