Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə55/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   51   52   53   54   55   56   57   58   ...   189

Müsəlman  məktəblərini ixtisaslı  müəllimlərlə  və  dərs vəsaitləri ilə  təmin 

etməyi  mümkün  olmaması  nəzərdə  tutulan  proqramın  həyata  keçirilməsunə  mane 

olurdu. Təhsilin həcmi ruhanilər hazırlamaq üçün  kifayət deyildi  və bu  məktəblər 

uzun illər ərzində təşəkkül tapmışmədrəsələrə qarşı dura bilərdi. Bununla birlikdə 

bu  kurslar  dini  məktəblərin  bütün  nöqsanlarını  qoruyub  saxlayırdı.  Beləliklə, 

ruhanilərə  müsəlman  məktəblərində  hazırlamaq  vəzifəi  həll  edilməmiş  qalırdı. 

Lakin  şagirdlərin  bu  məktəblərə  axını  onların  həm  də  rus  tədris  müəssisələrində 

sayının artmasına yardım göstərdi. Çar məmurları yerli əhali arasında təhsilə güclü 

meyil  olduğunu  etiraf  etməyə  məcbur  olmuşdular  [41].  Bununla  belə  rus 

məktəblərinə  inamsızlıq  xeyli  zəiflədi.  Onların  üstünlüyü  aydın  oldu.  Beləliklə, 

müsəlman məktəbləri azərbaycanlı əhali arasında rus təhsilini yaymaq işində onun 

üzərinə qoyulan vəzifələri doğrultdu. 

Proqramların  həddən  artıq  məhdud  olmasına  ixtisaslı  pedaqoqların 

çatışmazlığına,  təhsilin  keyfiyyətinin  aşağı  olmasına  baxmayaraq,  rus  dövlət 

məktəbləri  Azərbaycanı  qəza  mərkəzlərində  yaşayan  azərbaycanlıların,  ləzgilərin 

və  digər  xalqların  uşaqlarına  ümumi  ibtidai  təhsil  verə  bilən  yeganə  pulsuz  təhsil 

müəssisələri idi. Təhsil sistemində aparıcı yer məhz bu məktəblərə məxsus idi. Rus 

dövlət  təhhsili  müəssisələri  bütün  nöqsanlarına,  çarizmin  şovinist  məqsədlərinə 

baxmayaraq, Azərbaycanın xalq maarifi tarixində müsbət rol oynamışdır. 

 

§ 2. ELM. ĠCTĠMAĠ FĠKĠR 



 

Ölkənin  sosial  və  iqtisadi  inkişafı  ilə  meydana  gələn  yeni  maddi  və 

mənəvi  tələbat  Azərbaycanın  savadlı  adamlarının  elmi,  ədəbi,  fəlsəfi  maraq 

dairələrini  xeyli  dərəcədə  yeniləşdirir  və  genişləndirir.  Dünyəvi  təlim  və  tərbiyə 

ocaqlarının,  xüsusilə  qəza  məktəblərinin,  dövri  məbuatın  və  milli  teatrın 

rüşeyimlərinin meydana gəlməsi xidmətdə olan köhnə ziyalıların mənəvi cəhətdən 

yeniləşməsinə,  yeni,  müasir  tipli  ziyalıların  yaranmasına  yardım  göstərirdi. 

Qabaqcıl  zadəgan  ziyalıları  Avropa  maarifi  ilə  tanış  olmağa  başlayırdılar.  Bunu 

nəticəsində  Azərbaycanda  elmi  təfəkkürün  fəlsəfə,  filologiya,  coğrafiya, 

astronomiya  kimi  ənənəvi  sahələri  nəzərə  çarpacaq  dərəcədə  canlanır  və  inkişaf 

edirdi. Faktlara və şəxsi təcrübəyə əsaslanan dəqiqi və əsaslandırılmış konkret elmi 

tədqiqatlar  meydana  gəlirdi.  Belə  bir  şəraitdə  Azərbaycan  alimləri,  hər  şeydən 

əvvəl,  doğma  diyarın  tarixi  keçmişini  dərk  etməyə  daxili  tələbat  hiss  edirdilər. 

Vətən  tarixini  bilmək  həvəsi  öz  əsərləri  ilə  Azərbaycanda  gerçək  tarixi  bilikləri 

yayan və inkişaf etdirən vətənpərvər ruhlu tarixçilərin və salnaməçilərin bütöv bir 

nəslinin  meydana  gəlməsinə  yardım  göstərdi.  Onlar  ilk  mənbələr,  canlı  şahidlər, 

maddi  mədəniyyət  abidələri  əsasında  Azərbaycanın,  onun  ayrı-ayrı  xanlıqlarının 

tarixini öyrənirdilər. 

Vətən  tarixinin  yaratmağın  əhəmiyyətrini  ilk  dəfə  dərk  edənlərdən  biri 

Abbasqulu  Ağa  Bakıxanov  idi.  (1794-1846)  olmuşdur.  O,  Bakı  xanlarının 




nəslindən  idi.  A.Bakıxanov  o  dövr  üçün  dərin  müəslman  təhsili  almışdı.  1820-ci 

ildə  o,  Tiflidə  rus  ordusunda  xidmətə  daxil  olmuş  və  o  vaxtdan  25  il  ərzində 

Əlahiddə  Qafqaz  korpusu  komandanlığının  yanında  Şərq  dilləri  üzrə  tərcüməçi 

işləmişdi.  Bu  xidməti  dövründə  Bakıxanov  Gülüstan  sülh  müqaviləsi  ilə  nəzərdə 

tutulmuş  İranla  sərhədləri  müəyyənləşdirmə  komissiyasının işində, onun Qarabağ 

əyalətinin  təsvirində  Rusiyanın  İran  və  Türkiyə  ilə  müharibələrində  xüsusilə 

Türkmənçay  sülhünü  bağlamaq  üçün  onların  danışıqlarında  həmçinin  rus  ordusu 

hissələrini  Qafqaz  dağlıları  ilə  müharibələrində  və  diplomatik  danışıqlarında  fəal 

iştirak  etmişdi.  Bu  vəzifədə  təcrübəli  zabit-tərcüməçi,  Şərq  dilləri  ədəbiyyatının 

böyük  bilicisi  kimi  şöhrət  qazanmış  A.Bakıxanov  rus  ordusunun  polkovniki 

rütbəsinə qədər yüksəlmiş, bir sıra rus, İran və Türkiyə orden və medalları ilə təltif 

olunmuşdu. 

Çoxillik  tərcüməçilik  fəaliyyəti,  ərəb  və  fars  filologiyasının  dərindən 

öyrənmək,  təhsil  görmüş  zabitlərlə  təmasda  olmaq  A.Bakıxanovda  elmi-tədqiqat 

işinə dərin maraq oyatdı. Eyni zamanda həm də Cənubi Qafqazın müstəmləkə idarə 

sistemindən  narazı  olan  A.Bakıxanov  hərbi  xidmətdən  getmək,  özünü  tamamilə 

elmi  axtarışlara  həsr  etmək  qərarına  gəldi.  Müddətsiz  məzuniyyət  almaq  üçün 

A.Bakıxanov  1833-cü  ildə  Peterburqa  uzunmüddətli  səfər  etdi.  O,  9  aya  yaxın 

Varşavada  və  Peterburqda  qaldı.  Özünün  Peterburqa  səfərini  A.Bakıxanov  haqlı 

olaraq ona  ―Avropa  mədəniyyəti ilə  yaxından tanış olmaq‖  imkanı  verən  səyahət 

hesab edirdi. O, öz tərcümeyi-halında yazırdı: ―Mən ürək və ağıl üçün maraqlı olan 

çox şey gördüm və onlardan faydalanmağa çalışdım‖ [42]. 1835-ci ilin əvvlindən 

Bakıxanov  özünü  demək  olar  ki,  bütün  əsərlərini  yaratdığı  Quba 

əyalətinin  Əmsar kəndinə köçür. 

A.Bakıxanov  1845-ci  ildə  Məkkəyə  ziyarətə  gedir.  Özünün  Yaxın  Şərq 

ölkələrinə  səfərindən  həm  də  elmi  məqsədlər  üçün  istifadə  edir.  Tehranda  o,  iki 

aydan  çox  ləngidi  və  ―burada  alimliyi  və  həm  də  davranışı  ilə  ümumi  hörmət 

qazana  bildi‖  [43].  O,  İstanbulda  olarkən  1846-cı  ildə  burada  türk  dilində  çap 

olunan  ―Əsrarəl-məlaküt‖  (―Səma  şadlığının  sirləri‖)  adlı  astronomik  əsərini  türk 

sultanına  hədiyyə  etdi.  A.Bakıxanov  1846-cı  il  dekabrın  ortalarında  Məkkədən 

qayıdarkən, Ərəbistanda, Vədiyi-Fatimə deyilən yerdə vəfat etdi [44]. 

Özünün alim, tarixçi  və  şair şöhrətilə  A.Bakıxanov rus zabitləri arasında 

yaxşı tanınırdı. O, A.S.Qriboyedov, A.A.Bestujev-Marlinski, A.S.Puşkin, sürgündə 

olan  polyak  şairi  Faddey  (TadeuşLada)  Zabolotski  ilə  sıx  təmasda    olmuş  və 

onlarla  dostluq  edirdi.A.Bakıxanovun  şəxsiyyəti  Azərbaycanın  bu  görkəmli  alim-

mütəffəkirinin portretini yaratmış  rus rəssamları V.İ.Moşkovu və Q.Q.Qaqarini də 

maraqlandırırdı.Qazan  və  Peterburq  şərqşünasları  M.C.Topçubaşov,M.Kazımbəy, 

F.Şarliya, X. Fren, P.İ.Brosse, İ.Berezin, B.Dorn onu yaxşı tanıyırdılar.Fransız  və 

alman  səyyahları  qraf  Süzanne,  K.Kox,F  Bodenşted  Qubada  və  Tiflisdə 

Bakıxanovla  görüşmüş, onun  haqqında  öz  xatirələrini  yazmışdılar.  A.Bakıxanovu 

Azərbaycanın,Gürcüstanin  və  Ermənistanın  yazıçı,  şair  və  mədəniyyət  xadimləri, 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə