Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə53/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   49   50   51   52   53   54   55   56   ...   189

1840-cı  ildən  onlar  Cənubi  Qafqaz  məktəbləri  Baş  müfəttişinin,  1849-cu 

ildən isə Qafqaz təhsil dairəsinin sərəncamında olub ərazi əlaməti əsasında bilavasitə 

onun müdiriyyətindən birinə tabe idi. Öyrənilən dövrdə adları çəkilən bütün məktəblər 

Şamaxı-Dərbənd müdiriyyətinin tərkibinə daxil idi. 

Rus təhsil  müəssisələrinin ləng artımı çar hökumətində  kütləvi  xalq təhsilinə 

marağını  olmaması  ilə  bağlı  idi.  Yeni  məktəblərə  inamın  zəif  olması  və  müsəlman 

ruhaniləri, həmçinin proqramda və tədris vasitələrində olan nöqsanlar da müəyyən təsir 

göstərirdi.  Dövlət  təminatında  olan  rus  məktəbləri  çox  məhdud  büdcəyə  malik  idi 

(1835-ci  ildə  gümüş  pulla  1780  manatdan,  1853-cü  ildə  2920  manata  qədər)  [15]. 

Məktəblərin  təşkili  zamanı  nəzərdə  tutulan  tədris  binalarının  yenidən  qurulması  ləng 

və keyfiyyətsiz həyata keçirilirdi. 

Məktəblərin  əksəriyyəti  yüksək  haqla  kirayə  edilən  və  tədris  işləri  üçün 

tamamilə  yararsız  olan  binalarda  yerləşirdi.  Hökumətin  maarifə  göstərdiyi  "qayğını" 

aşağıdakı  rəqəmlər  yaxşı  əks  etdirir:  1804-cii  ildən  1848-ci  ilə  qədər  Cənubi 

Qafqazdakı  maarif  işlərinə  gümüş  pulla  bir  milyon  manatdan  az  vəsait  buraxıldığı 

halda, təkcə 1840-cı ildə diyarın qubemiya və qəza idarələrinin saxlanılmasına 1075 

min manat buraxılmışdı [16]. 

Binaların  darısqallığı  və  rahat  olmaması  şagirdlərin  sayını  artırmağa,  vaxtlı-

vaxtında 2 sinifli məktəbləri 3 sinifli məktəblərə çevirməyə, paralel siniflər yaratmağa 

imkan  vermirdi.  Bəzi  hazırlıq  siniflərində  şagirdlərin  sayı  100-170  nəfərə  çatırdı 

[17]. 

Çar  hökumətinin  maarif  sahəsindəki  siyasətinin  həyata  keçirilməsi 



müəllimlərin  üzərinə  qoyulurdu.  Rusiya  üçün  xarakterik  olan  savadlı  və  qabiliyyətli 

müəllimlərin  çatışmazlığı  Qafqazda, o  cümlədən  Azərbaycanda  xüsusilə  kəskin  hiss 

edilirdi.  Bu  çatışmazlıq  müəllimlərin  maddi  təminatının  pis  olması,  ağır  sosial 

vəziyyətləri ilə izah edilirdi. 1835-ci il "Əsasnaməsi"nə görə, müəllimlərin illik əmək 

haqqı  gümüş  pulla  cəmisi  280-300  manat  idi.  Məktəb  nəzarətçilərinin  maaşı  isə 

bundan 80 manat artıq idi [18]. Bu, məhəllə nəzarətçilərinin  əmək haqqından (455 

manat) [19] xeyli az idi. 

Sonra  əsasnamələrlə  nəzarətçilərin  və  müəllimlərin  əmək  haqqı  artırıldı 

(gümüş pulla müvafıq olaraq 700 və 300-400 m). Nəzarətçilər ali təhsilli şəxslərdən təyin 

edilməli idilər. Yerli dilləri və qeyri-pravoslav dinləri tədris edən müəllimlərin əmək 

haqqı əvvəlki səviyyədə - ildə gümüş pulla 200 manat məbləğində saxlanıldı [20]. 

İxtisaslı  müəllimlərin  olması  diyarda  rus  məktəblərini  inkişaf  etdirməyin 

həlledici  şərtlərindən  idi.  Ona  görə  də  onların  hazırlanması,  xidmətə  cəlb  edilməsi  və 

maddi təminatı diyarın təhsil işləri rəhbərlərinin diqqət mərkəzində idi. Azərbaycanda 

xüsusi pedaqoji sinfi olan gimnaziyanın təşkili və yaxud Qafqazda ali təhsil ocaqlarının 

yaradılması ilə yaranmış vəziyyətdən çıxmaq olardı. Lakin çar hökuməti bu tədbirləri 

həyata  keçirməyə  tələsmirdi,  çünki  bu,  ruslaşdırma  siyasətilə  bir  yerə sığmırdı. Yerli 

dillərdən dərs demək üçün müəllimlər əksər hallarda ümumtəhsil hazırlığı olmayan din 




xadimlərindən  seçilirdi.  Yalnız  50-ci  illərdən  başlayaraq  onların  tərkibi  qəza 

məktəblərinin ilk məzunları olan azərbaycanlılar hesa-bına artmağa başladı. 

Müəllimlərin  siyasi  cəhətdən  etibarlı  olmasına  çox  mühüm  əhəmiyyət 

verilirdi.  İşə  qəbul  edilərkən  müəllimlər  sədaqətlə  xidmət  edəcəkləri  və  gizli 

cəmiyyətlərlə əlaqələri olmayacaqları haqqında "sədaqət andı" içməli idilər [21]. Rus 

dili  müəllimlərinin  çoxmillətli  diyarın  ruslaşdırılmasında,  müstəmləkə  siyasətinin 

həyata keçirilməsində fəallıq göstərmələrinə böyük əhəmiyyət verilirdi. 

İlk  dövrlərdə  Azərbaycanın  qəza  məktəblərində  başlıca  olaraq  rus 

məmurlarının uşaqları təhsil alırdılar. İllər ötdükcə bütün üstünlükləri ilə birlikdə dövlət 

xidmətinə daxil olmağa yol açan rus təhsilinin vacibliyi, ən başlıcası isə iqtisadi tələbat 

yerli  əhalidən  olan  uşaqların  rus  məktəblərinə  daxil  olmasına  maraq  yaratdı. 

Azərbaycanın bütün rus məktəblərində 1843-cü ildə 476 [22], 1848-ci ildə 537 [23], 

1852-ci  ildə  633,  1856-cı  ildə  822  [24]  şagird  təhsil  alırdı.  1834-cü  ildə  Qarabağ 

əyalətində hər 1247, Şəki əyalətində isə hər 1990 yerli kişi əhalisinə 1 şagird düşürdü 

[25]. 

Biliklərə,  düzgün  təsərrüfatçılıq  etməyə,  xidmətə  daxil  olmağa,  vergi 



yükündən  azad  olmağa  marağı  olanların  (tacirlərin,  sənətkarların)  uşaqları  şagirdlərin 

əsas hissəsini təşkil edirdi. Qəza şəhərlədə yaşayan kəndli uşaqları oxuyanların çox 

az  qismini  əhatə  edirdi.  1848-1853-cü  illərdə  ölkədə  irticanın  güclənməsi  ilə 

əlaqədar kəndliləri qəza məktəblərinə qəbul etmək tamamilə qadağan edilmişdi [26]. 

Getdikcə  rus  məktəblərində  təhsil  alan  azərbaycanlıların  sayı  artırdı. 

Onların ən yüksək faizi 1852-ci ildə Nuxada (37 faiz – 24 nəfər) və Şamaxıda (36 

faiz – 80 nəfər) müşahidə olunurdu. Azərbaycanın bütün qəza məktəblərində 1857-

ci ildə cəmi 148 azərbaycanlı şagird vardı. 

Azərbaycanlı  şagirdlərin  sayının  artması  ümumi  səbəblərlə  yanaşı,  rus 

məktəblərində  həm  də  Azərbaycan  dilinin  və  müsəlman  dininin  tədrisinin  həyata 

keçirilməsi ilə bağlı idi. Yerli əhalini kütləvi şəkildə rus dövlət məktəblərinə cəlb 

etmək cəhdlərinə baxmayaraq, çar hökuməti bu zaman məcburiyyət tədbirlərinə əl 

atmırdı. 

Yuxarıda  adları  çəkilən  məktəblər  ancaq  oğlanlar  üçün  nəzərdə 

tutulmuşdu.  Azərbaycanda  rus  qadın  təhsili  xeyli  sonralar  meydana  gəlmiş    və 

başlıca  olaraq  diyarda  xidmət  edən  rus  məmurlarının  uşaqları  üçün  nəzərdə 

tutulmuşdu.    İbtidai  məktəb  sinfi  olan  ilk  belə  məktəb  1848-ci  ilin  aprelin  30-da 

Şamaxıda eyni adlı xeyriyyə cəmiyyəti tərəfindən açılmış Müdəqqəs Nina məktəbi 

idi [27]. 

Rus  məktəblərinin  proqramları  daxili  siyasətin  istiqamətlərindən  və 

müstəmləkəçilik siyasətinin konkret vəzifələrindən asılı olaraq dəyişdirilirdi. 1835-

ci  ildə  qəza  məktəblərinin  rus  dili,  hesab,  hüsn-xət  və  ilahiyyatdan  ibarət  olan 

proqramı  tarix,  coğrafiya  və  həndəsəyə  giriş  kimi  fənlər  hesabına 

genişləndirilmişdi [28]. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə