Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə82/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   78   79   80   81   82   83   84   85   ...   189

idi.  Lakin  bu  əsasnamələrin  verilməsindən  sonra  da  bəylər  kənd  hakimiyyəti 

orqanlarına təsir göstərə bilərdilər. Lakin onlar, təbii ki, kəndlilər üzərində əvvəlki 

hökmranlıqlarını itirmişdilər. 

Seçki  sistemini  həyata  keçirən  ―Əsasnamə‖  çar  müstəmləkəçilərinin 

idarəsindən asılı olmayaraq və onun ziddinə kəndlilərin şüurunu müəyyən dərəcədə 

fəallaşdırdı,  onların  çoxəsrlik  ətalətdən  xilas  olmasına  və  feodalların 

hakimiyyətinin ―əbədiliyinə‖ olan inamlarının sarsılmasına yardım etdi [85]. 

XIX  yüzilliyin  son  rübündə  çar  hökuməti  bütün  polis  aparatını  xeyli 

genişləndirdi, ona əlahiddə səlahiyyətlər verdi. Jandarmlar korpusu haqqında 1867-

ci  il  9  sentyabr  əsasnaməsinə  görə,  bir  çox  qəza  mərkəzlərində  özlərini  daimi 

əməkdaşları olan Bakı və Yelizavetpol quberniya jandarm idarələri yaradıldı [86]. 

Jandarmlara  siyasi  işlər  üzrə  istintaq  apararkən  lazımi  ifadə  almaq  üçün  hər  cür 

vasitədən,  o  cümlədən  müttəhimi  uzun  müddət  istintaq  etməkdən,  ona  psixoloji 

təsir göstərməkdən, fitnədən və s. istifadə etməyə icazə verilirdi [87]. 

Daxili  işlər  nazirindən  başlayaraq  qəza  rəisinə  qədər  polis  hakimiyyət 

orqanlarına  çox  geniş  səlahiyyət  verən  14  mart  1881-ci  il  tarixli  ―Dövlət 

təhlükəzliyini  və  ictimai  asayişi  qorumaq  üzrə  tədbirlər  haqqında  Əsasnamə‖nin 

tətbiq edilməsi irticanın parlaq ifadəsi oldu. 

1882-ci  il  martın  12-də  açıq polis  nəzarəti  haqqında  yeni  qaydalar  təsdiq 

edildi  [88].  Polisin  açıq  nəzarəti  altında  olan  şəxslərdən  onun  rütbəsi  və  yaşayış 

tərzi  haqqında  sənədlər  alınır  və  əvəzində  müəyyən  yerdə  yaşaması  haqqında 

şəhadətnamə verilirdi. Nəzarət altında olan şəxslərin hökumət orqanlarının icazəsi 

olmadan  yaşayış  məntəqəsini  tərk  etməyə,  pedoqoji  fəaliyyətlə  məşğul  olmağa, 

mühazirələr  oxumağa,  elmi  cəmiyyətlərin  yığıncağında  iştirak  etməyə,  mətbəə, 

fotoqrafiya, kitabxana açmağa ixtiyarları yox idi. Onlar dövləti və ictimai xidmətə 

buraxılmırdılar. 

Daxili  İşlər  Nazirliyi  tərəfindən  1882-ci  il  martın  1-də  təsdiq  edilmiş 

məxfi – polis nəzarəti haqqında əsasnamə 1886-cı ildə Cənubi Qafqazda da tətbiq 

edilməyə başladı [89]. Məxfi və yaxud gizli nəzarət daxili işlər nazirinin icazəsi ilə 

polis  departamentinin  öz  mülahizəsinə  və  yaxud  yerli  hakimiyyət  orqanlarının 

tələbinə əsasən ―siyasi etiqadca şübhəli‖ şəxslərə qarşı tətbiq edilirdi. 

İslahat  dövründə  Şimali  Azərbaycanda  maliyyə,  ticarət  və  statistika 

orqanları  sistemi  yaradıldı.  1872-ci  ilin  avqustunda  vergi  və  mükəlləfiyyətlərin 

toplanmasına ümumi nəzarət edən, tabeliyində olan quberniya və qəza xəzinələrini 

təftiş  edən  Bakı  Xəzinə  Palatası  təsis  edildi.  1873-cü  ilin  yanvarında  fəaliyyəti 

Bakı  və  Yelizavetpol  quberniyalarına,  Dağıstan  vilayətinə  və  Zaqatala  dairəsinə 

yayılan  Bakı  Nəzarət  Palatası  yaradıldı.  ―Zaqafqaziyada  statistika  bölməsini 

dəyişdirmək haqqında‖ 2 iyun 1899-cu il qanunu əsasında qubernatorların sədrliyi 

ilə  bilavasitə  Daxili  İşlər  Nazirliyinin  Mərkəzi  Statistika  Komitəsinə  tabe  olan 

quberniya statistika komitələri təsis edildi. 




XIX  yüzilliyin  sonunda  çar  hökuməti  fəhlə  hərəkatının  təzyiqi  altında 

Şimali Azərbaycanda mədən və fabrik nəzarəti orqanları təsis etməyə məcbur oldu. 

1887-ci  ilin  fevralında  Bakıda,  Bakı  və  Yelizavetpol  quberniyalarındakı  mədən 

sənayesi,  neft,  duz  və  digər  xüsusi  müəssisələrin  işinə  nəzarət  etmək  üçün  II 

Qafqaz  mədən  dairəsi  mühəndisinin  dəftərxanası,  1899-cu  ilin  iyununda  isə  Bakı 

quberniyasının fabrik müfəttişliyi yaradıldı. 

Fabrik  qanunvericiliyinə  əməl  edilməsinə  nəzarət  üçün  yaradılmış  fabrik 

müfəttişliyi və mədən nəzarəti əslində sahibkarların mənafeyini medafiə edir, onlar 

tərəfindən  əmək  qanunvericiliyi  haqqında  çar  qanunlarında  olan  çox  məhdud 

qaydaların  belə  kobudcasına  pozulmasına  göz  yumurdular.  Digər  tərəfdən,  fabrik 

müfəttişliyinin nəzarəti Bakı quberniyasındakı müəssisələrin çox az hissəsinə şamil 

edilmişdi [90]. 

Beləliklə,  çarizm  digər  ucqarlar  kimi,  Cənubi  Qafqazın  əhalisini  idarə 

edərkən  diyarın  milli  tərkibini,  iqtisadi  həyatının  və  məişətinin  xüsusiyyətlərini 

nəzərə  almırdı.  Milli  ucqarların  əhalisi  idarə  işlərində  iştirak  etmək  hüququndan 

məhrum  edilmişdi.  Azərbaycanlıların  çoz  az  bir  qismi  quberniya  və  qəza 

mərkəzlərindəki  çar  idarələrinə  və  polisə  daxil  ola  bilmişdi.  Çar  idarələri  qatı 

irticaçı  məmurlarla  doldurulmuşdu.  Bu  məmurların  özbaşınalığına  qarşı  edilən 

şikayətlər heç bir nəticə vermirdi. 

Həm  rəsmi  hökumət  idarəsi,  həm  də  imperiyanın  razılığı  ilə  yaradılmış 

yerli,  özünüidarə,  bələdiyyə  və  s.  orqanlar  ilk  növbədə  çarizmin  mənafeyinə 

xidmət edib müstəmləkəçi siyasətin icraçıları rolunu yerinə yetirməli idilər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



V FƏSİL 

 

ĠSLAHATDAN SONRAKI DÖVRDƏ 

KAPĠTALĠST MÜNASĠBƏTLƏRĠNĠN ĠNKĠġAFI 

 

§ 1. NEFT SƏNAYESĠNĠN TƏRƏQQĠSĠ, 

NEFT ĠNHĠSARLARININ TƏġƏKKÜLÜ VƏ ĠNKĠġAFI 

 

İltizam  sistemi  ləğv  edildikdən  sonra  Bakı  neft  sənayesi  sürətlə  inkişaf 



etməyə  başladı.  Görkəmli  Azərbaycan  maarifçi-demokratı  Həsən  bəy  Zərdabinin 

yazdığı  kimi,  ―...hər  tərəfdən  buraya  kapital  və  bilik  axmağa  başladı  və  keçmiş 

inzibati sürgün yerində həyat qaynadı‖ [1]. 

İltizam sistemi ləğv edildikdən sonra elə birinci il neft çıxarılması iki dəfə 

yarımdan çox artdı: 1872-ci  ildə  1,4 mln pud, 1873-cü ildə  isə  artıq 3,9 mln pud 

neft çıxarıldı. Bu hadisədən keçən ilk onnillik ərzində neft hasilatı 35 dəfədən çox 

artdı. Belə ki, 1876-cı ildə Bakıda 10,6 mln pud, 1882-ci ildə isə 50 mln pud neft 

çıxarılmışdı  [2].  Bakı  rayonunda  neft  çıxarılmasının  artımı  öz  sürətinə  görə  o 

dövrdə  ən  güclü  hüsab  edilən  Amerika  neft  sənayesini  xeyli  qabaqlayırdı.  70-ci 

illərin  əvvəllərində  Bakı  neft  sənayesində  məhsuldarlıq  Amerikadakından  20  dəfə 

az  idi.  Lakin  artıq  1894-cü  ildə  Bakıda  neft  çıxarılması  340  mln.  puda  çataraq, 

Amerikadakı ilə bərabərləşdi, sonrakı illərdə isə onu ötüb keçdi. 

Neft çıxarılmasının artması xüsusilə qazma işlərinə yeni texnikanın tətbiq 

edilməsi  ilə  müşayiət  olunurdu.  Quyuların  özülləri  zərbəştanq  metodu  adlanan 

metodla qoyulmağa başladı ki, bunun da nəticəsində qazma yolu ilə ilk dəfə neftli 

torpağın  zəngin  qatlarına  çatmaq  mümkün  oldu.  1873-cü  ildə  qazılmış  quyular 

içərisində ―Xələfi‖ adı ilə məşhur olan sahədə qazılmış quyu diqqəti xüsusilə cəlb 

edirdi. Bu quyudan görünməmiş güclü vuran fontan, demək olar ki, bir ay davam 

etmiş və hər gündə ən azı 100 min pud neft alınmışdı. Bu mənzərənin təsiri altında 

Balaxanı  sahəsinin  sahibkarı:  ―Özünü  gözlə,  Amerika!‖,  ―Yaşasın  Balaxanı!‖, 

―Pensilvaniya bizdə indi gör haradır‖ – deyə sevinc  içində qışqırmışdılar [3]. Bu 

fontan sahibkarlar arasında quyulara olan psixoloji inamsızlığı birdəfəlik dağıtdı və 

1874-cü ildə buruqların sayı artıb 29-a çatdı. 

Yaxın  beş  il  ərzində  digər  mədənlərdə  də  zəngin  yataqlar  istismara 

başlandı.  Sabunçuda  quyular  bir-birinin  ardınca  fontan  vururdu.  1876-cı  ildə 

burada 204, Balaxanıda 47, Suraxanıda 22, Bibiheybətdə 19 quyu var idi [4]. 1877-

1878-ci illər ərzində Zabrat və Bibiheybətdə fontan vuran quyular istismara verildi. 

Tağıyevin  və  Zubalovun  az  tanınan  mədənləri  neft  çıxarılması  üzrə  ən  böyük 

müəssisələrə çevrildilər. 

Quyuların,  xüsusilə  fontanların  sayının  artması  neftin  qiymətinin  kəskin 

şəkildə  dəyişməsinə  səbəb  oldu.  1873-cü  ildə  neftin  qiyməti  hələ  iltizam  dövrü 

səviyyəsində  (bir  pudu  45  qəpik)  qalırdı.  Lakin  ―Xələfi‖  sahəsindəki  fontandan 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə