Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə84/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   80   81   82   83   84   85   86   87   ...   189

vermiş  böhranın  təsiri  altında  1881-1882-ci  illərdə  Rusiyada  ağır  böhran,  onun 

ardınca isə uzun müddət davam edən depressiya başlandı. 

Bu  illərdə  neft  sənayesində  vəziyyətin  ağır  olduğunu  həm  də  o  sübut 

edirdi  ki,  neft  sənayeçiləri  tez-tez  neft  və  mazut  ehtiyatlarını  dənizə  və 

Abşerondakı  göllərə  axıdır,  yandıraraq  məhv  edirdilər.  Ramana  gölündə  neft 

sənayeçilərinin  axıtdığı  külli  miqdarda  neft  yandırılmışdı.  1886-cı  ildə 

H.Z.Tağıyev özünün güclü fontan vurmuş Bibiheybət mədənində pulsuz neft təklif 

edirdi  [10].  Neft  sənayesindəki  böhran  80-cı  illərin  ikinci  yarısında  canlanma  və 

yeni yüksəlişlə əvəz olundu. Bu, neftin ölkənin xalq təsərrüfatında tətbiqinin daha 

da genişlənməsinə və duru yanacağa tələbatın artmasına yardım etdi. 1884-1889-cu 

illərdə bir sıra dəmir yolları neft yanacağından istifadəyə keçdilər. Xəzər və Volqa 

donanmasının,  ölkənin  mərkəzi  quberniyalarının  bir  çox  fabrik-zavod 

müəssisələrinin neft istehlakı artdı [11]. 

Belə  bir  şəraitdə  1890-cı  ilə  yaxın  neftin  qiyməti  xeyli  artdı.  Quyuların 

qazılması  xeyli  sürətləndi.  1891-ci  ildə  neft  hasilatı  1883-cü  illə  müqayisədə  4,8 

dəfə artdı. 

Mədənlərin  texniki  təchizatında  yeni  müvəffəqiyyətlər  əldə  edildi. 

Qazmada  və  neft  çıxarılmasında  yerli  mühəndislər  tərəfindən  yaradılmış  daha 

mükəmməl avadanlıqlar tətbiq edildi. Neft sənayesinin enerji təchizatı artdı. 

Neft  sənayesinin  yüksək  inkişaf  sürəti  azad  kapitalın  çatışmadığı  Rusiya 

bazarının  imkanlarını  qabaqlayırdı.  Bununla  belə,  ölkədə  daha  çox  kapital 

qoyuluşu  tələb  edən  bu  sahənin  xarakterik  xüsusiyyətlərindən  biri  məhz  iri 

istehsalın inkişafı idi. Texniki inqilabla müşayiət olunan neft təsərrüfatının coşqun 

inkişafı  əsaslı  vəsait  tələb  edirdi.  Ancaq  uzunmüddətli  müvəfəqiyyətə  o  firmalar 

ümid bəsləyə bilərdilər ki, onların həm neftli torpaqlara, mədən və zavodlara, həm 

də  xüsusilə  neft  məhsullarının  saxlanılmasına  və  daşınmasına  kapital  qoymağa 

imkanları  olsun.  Adətən  belə  imkanlara  ancaq  ən  böyük  neft  istehsalçıları  malik 

idilər.  1883-cü  ildə  Bakıda  ildə  20  mln.  puddan  çox  neft  istehsal  edən  ancaq  bir 

firma  müvcud  idi.  1890-cı  ildə  belə  firmaların  sayı  artıq  8  idi  və  bütünlüklə 

çıxarılan  yanacağın 65,4 faizi onların payına  düşürdü.  Neft emalı sənayesində  də 

istehsalın  belə  yüksək  təmərküzləşmə  göstəriciləri  özünü  göstərirdi.  Elə  həmin 

1890-cı ildə 148 neftayırma zavodunun 13 ən irisi (9 faizdən az) işıqlandırma üçün 

istehsal  olunan  bütün  yağın 

3/



–nü  və  yaxud  51  mln  pudunu  istehsal  edirdilər. 

Onların  arasında  ―Nobel  qardaşları‖  şirkəti,  Xəzər-Qara  Dəniz  neft  Sənayesi 

Cəmiyyəti (Rotşildlər) firmaları, Xəzər şirkəti, Şibayevin, Nağıyevin, Lianozovun, 

Adamovun, Budaqovun və Əsədullayevin firmaları var idi [12]. 

Özünün  meydana  gəldiyi  dövrdə  kapitalist  neft  sənayesi  kapital 

qoyuluşunun iki əsas mənbəyinə - bir tərəfdən, Azərbaycan və Cəbnubi Qafqazın 

iqtisadiyyatının  başqa  sahələrinə,  digər  tərəfdən  isə  Mərkəzi  Rusiyanın  kapital 

axınına  malik  idi.  Birinci  mənbə  H.Z.Tağıyevin,  M.Nağıyevin,  A.İ.Mantaşovun, 

Q.M.Lianozovun  və  digərlərinin  simasında  Azərbaycan  və  erməni  kapitalı 



tərəfindən  yaradılmış, ikinci  mənbə isə Peterburq metal zavodçuları L.E.Nobel və 

P.A.Bilderlinq,  Moskva  tikiş  fabrikçisi  S.M.Şibayev  və  başqaları  ilə  təmsil 

olunmuşdu [13]. 

Sahənin  ən  böyük  müəssisəsi  1879-cu  ildə  əsas  kapitalı  3  mln  manat 

(1884-cü  ildən  15  mln  manat)  olan,  səhmdarlıq  əsasında  təşkil  edilmiş  ―Nobel 

qardaşları‖ neft istehsalı şirkəti idi. 

Kompaniyanın təsisçiləri Lüdviq Nobel və peterburqlu baron və sənayeçi, 

İjevsk şəhərindəki silah zavodu üzrə Nobelin ortağı P.A.Bilderlinq idilər. 

Çar hökuməti xarici sahibkarlığa xeyirxah münasibət bəsləyirdi. 1886-cı il 

mayın  1-də  xüsusi  yığıncağın  xaricilərin  Bakı  rayonunda  neft  mədənlərinə 

buraxılması  məsələsi  üzrə  qərar  qəbul  olundu.  Qərar  ―Xaricilərin  və  xarici 

cəmiyyətlərin  hazırkı  şəraitdə  rus  neft  sənayesində  iştirakının  faydalı  və 

məqsədəuyğunluğunu‖ elan etdi. 

80-cı illərin ortalarında  Rotşildlərin Paris bankir evi Rusiyada alınmış  və 

fəaliyyətdə  olan  müəssisələrin  əsasında  daha  bir  iri  kompaniyanın  –  Xəzər-Qara 

dəniz  Cəmiyyətinin  əsasını  qoydu.  İngilis  kapitalının  Bakının  iqtisadiyyatına 

soxulması  90-cı  illərin  ikinci  yarısına  aiddir.  1898-ci  ilə  yaxın  Bakıda  yenə  də 

hazır  müəssisələrin  əsasında  təşkil olunmuş altı ingilis  neft sənayesi kompaniyası 

fəaliyyət  göstərirdi.  Müəssisələrin  satın  alınması  üçün  yalnız  bir  il  ərzində  ingilis 

işbazları yerli kapitalistlərə 12 mln manatdan çox pul vermişdilər. 

İngilis kapitalının güclü axını çarizmin maliyyə vəziyyəti və xarici siyasi 

niyyətləri  ilə  izah  olunurdu.  Çar  hökuməti  bu  yolla  İngiltərənin  imperialist 

dairələrinin bir hissəsində Rusiya əleyhinə olan əhvali-ruhiyyəni neytrallaşdırmağa 

çalışırdı. Güclü hərbi dəniz donanmasına malik olan İngiltərə üçün Bakı rayonunun 

strateji əhəmiyyəti var idi. Bundan əlavə, İngiltərə ilə müqayisədə çar Rusiyasında 

―fəhlələr həyat səviyyəsi, onların əmək haqqı xeyli aşağı idi‖. Buna görə də buraya 

kapital qoyuluşu Sitidən olan sahibkara külli miqdarda gəlir vəd edirdi [14]. 

Yerli  müəssisələrin  xarici  kapitalın  nəzarəti  altına  keçməsi  onların 

səhmdar  cəmiyyətinə  cəlb  edilməsi  yolu  ilə  həyata  keçirilirdi.  Bu  proses 

sənayesinin,  o  cümlədən  xarici  hesab  edilən  müəssisələrin  təşkilat-maliyyə 

quruluşuna özünəməxsus təsir göstərirdi. 

1897-ci ildə Bakının ən iri firmalarından biri – ―H.Z.Tağıyev‖ firması bir 

qrup  ingilisə:  Q.Qladstona,  Ç.Mura  və  b.  satıldı.  Çoxprofilli  kombinatın  bütün 

təsərrüfat kompleksi – neft mədənləri, ağ neft yağ və kükürd turşusu zavodları, neft 

kəməri,  neftdaşıyan  gəmilər,  firmanın  dəmir  yolu  sisternləri  parkı  və  həmçinin 

Rusiyanın  bir  çox  şəhərlərində  ağ  neft  və  mazut  saxlamaq  üçün  anbarlar  5  mln 

manat  müqabilində  ingilis  işbazlarının  əlinə  keçdi.  Bu  müəssisələrin  bazasına 

―Oleum‖  adı  altında  səhmdar  cəmiyyəti  təsis  edildi.  Səhmlərin  nəzarət  paketi  və 

kompaniyanın  fəaliyyətinin  idarə  mexanizmi,  ingilis  kapitalistlərinin  əlində 

cəmləşdi.  Lakin  əvvəlki  sahibkar  yeni  təsis  edilmiş  kompaniyanın  rəhbərliyi 

sistemində  özünü  yerlə  təmin  edə  bildi.  Öz  müəssisələrinin  ―satın  alınmış 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə