Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə93/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   89   90   91   92   93   94   95   96   ...   189

Əhalinin  böyük  ehtiyacı  olan sənət  sahələrindən  biri da  dulusçuluq  idi. Bu 

sənət  Quba,  Lənkəran,  Şamaxı,  Göyçay,  Nuxa,  Naxçıvan  və  qismən  Yelizavetpol 

qəzasında daha çox inkişaf etmişdi.  XIX  əsrin  70-ci  illərində  Bakı  quberniyasında 

93  dulus  karxanası  fəaliyyətdə  idi.  Yelizavetpol  quberniyasında  dulus  istehsalı 

tədricən  artırdı.  Əgər  70-ci  illərdə  quberniyada  10  dulus  karxanası  işəyirdisə,  90-cı 

illərdə  onların  sayı  47-yə  çatmışdı.  Bu  artım  özünü  eyni  zamanda  dulusçuların 

sayında  və  istehsal  məbləğində  də  bariz  şəkildə  göstərirdi.  Belə  ki,  70-ci  illərdə 

quberniyada cəmi 24 nəfər dulus ustası olduğu halda, 90-cı illərdə onların sayı 113 

nəfərə çatmışdı [90]. 

Hər  bir  dulus  karxanasında  orta  hesabda  2-3  nəfərin  işlədiyini  və  ən  çox 

sifarişlə  iş  görüldüyünü  nəzərə  alsaq,  bu  müəssisələrin  böyük  əksəriyyətinin  kustar 

sənət xarakteri daşıdığını görmək olar. Lakin bunların arasında bazar məhsulu hazırlayan 

xırda  əmtəə  istehsalçıları  da  var  idi.  Bununla  belə,  XIX  əsrin  sonlarında  ümumən 

Azərbaycanda dulusçuluq sənəti tənəzzül etməyə başlamışdı [91]. 



Ağacişləmə  sahəsində  sənət  ənənələri  XIX  əsrin  II  yarısında  hələ  də 

davam etməkdə idi. Təkcə Quba qəzasında araba ustaları ildə 10000 manatlıq məhsul 

istehsal  edirdilər  [92].  O  zaman  yeganə  təkərli  nəqliyyat  vasitəsi  olmaq  etibarı  ilə 

arabaya hər yerdə böyük ehtiyac olduğundan Şimali Azərbaycanın bütün qəzalarında 

araba istehsalı geniş inkişaf tapmışdı. 

Ağacişləmənin  digər  sahələrindən  olan  xarratlıq  əsasən  Azərbaycanın 

dağətəyi-meşəlik zonalarında geniş yayılmışdı. 

Çəlləkçilik  sürətlə  inkişaf  edirdi.  Neft  kəmərinin  çəkilməsinə  qədər 

mədənlərdən  Bakıya  neft  çəlləklərlə  daşınırdı  [93].  Digər  tərəfdən,  90-cı  illərdən 

etibarən  dəniz  yolları  ilə  aparılan  neft  məhsulları  da,  həmçinin,  çəlləklərdə 

daşınırdı. 

Şərabçılığın  inkişafı  da  çəlləkçilik  sənətinin  kəndlərdə  geniş  yayılmasına 

səbəb olmuşdu. 

Metalişləmə  sənətinin  müxtəlif  sahələri:  misgərlik,  zərgərlik,  dəmirçilik, 

tənəkəçilik və s. kustar sənət və ya əmtəə istehsalı formasında hələ də davam edirdi. 

Lahıc  kəndi  misgərliyin  əsas  mərkəzi  olaraq  qalmaqda  idi.  Burada  1000  nəfərə 

qədər adam bu sənətlə bağlı idi [94]. 

İstehsal  prosesini  nəzərdən  keçirdikdə  aydın  olur  ki,  təkcə  misin 

yastılanması əməliyyatında ustadan başqa 13 nəfər iştirak edirdi [95]. Bundan əlavə, 

hər  ustanın  yanında  adətən  4  nəfər  muzdlu  kargər,  10  nəfər  şagird  olurdu  [96].  Bu 

faktdan görünür ki, Lahıcda mis qab istehsalı işçilərin sayı cəhətdən sənət hüdudunu 

aşaraq xırda əmtəə istehsalı səciyyəsi kəsb etmişdi 

80-90-cı  illərdə  Şimali  Azərbaycan  misgərliyində  geriləmə  baş  verir. 

Rusiyada hazırlanan və daha ucuz zavod məhsullarının gətirilməsi ilə əlaqədar olan 

bu geriləmə metalişləmə sənətinin bütün sahələrini çulğamışdı. 

Beləliklə,  Şimali  Azərbaycan  iqtisadiyyatının  müəyyən  sahələrinin 

kapitalist  inkişafı  yoluna  düşməsi,  ticarət  əkinçiliyinin,  əmtəə  istehsalı  və  bazar 




əlaqələrinin  artması  üzündən  bu  dövrdə  bir  tərəfdən,  ənənəvi  ev  peşələrinin 

fəaliyyət dairəsi tədricən, lakin mütəmadi surətdə məhdudlaşmağa başlamış, digər 

tərəfdən  isə  əmtəəpul  münasibətlərinin  artması  gedişində  bəzi  ev  peşələri  xeyli 

inkişaf edib əmtəə istehsalı səviyyəsinə yüksəlmişdi. 

Sənət  və  xırda  əmtəə  istehsalının  inkişafında  əhalinin,  o  cümlədən  şəhər 

əhalisinin  artmasının,  deməli  sənətkarlıq  məhsullarına  da  tələbatın  çoxalmasının 

müəyyən təsiri olmuşdur. XIX əsrin sonunda şəhər əhalisinin sayı 1,5 dəfə artmış, 

başqa sözlə 200 min nəfər çoxalmışdı [97]. 

İctimai  əmək  bölgüsünün  daha  da  dərinləşməsi  ilə  əlaqədar  olaraq  sənət 

istehsalı şəhərlərlə yanaşı, kəndlərdə də əmtəə səciyyəsi daşıyırdı. Kənd təsərrüfatı 

məhsullarının  istehsalı  yaşayış  ehtiyaclarını  lazımi  səviyyədə  ödəmədiyindən, 

kəndlilər  arasında  kənar  peşələrə  meyil  güclənirdi.  Kənd  təsərrüfatı  əməyinin 

mövsümü səciyyə daşıması, nəqliyyat vasitələrinin zəif inkişafı, şəhər sənətlərinin 

kəndin  zəruri  tələbatını  ödəyə  bilməməsi,  ucuz  xammal  ehtiyatının  bolluğu  və  s. 

amillər  kənd  yerlərində  müxtəlif  sənət  növlə-rinin  intişar  tapmasına  güclü  təkan 

verirdi. 



 

§ 4. NƏQLĠYYAT VƏ RABĠTƏ 

 

1872-ci  ilin  sonlarına  yaxın  Cənubi  Qafqazda  Tiflis  və  Potini  birləşdirən 



dəmir yolu çəkildi. Böyük gəlir götürəcəyinə ümid bəsləyən Poti-Tiflis dəmir yolu 

cəmiyyətinin  rəhbərliyi  ona  Tiflislə  Bakı  arasında  dəmir  yolu  xətti  çəkmək  və 

istismar etmək  hüququ  verilməsi haqqında  məsələ  qaldırdı.  Cəmiyyətin bu təklifi 

hökumət dairələrində müsbət qarşılandı. 

Hələ  Tiflis-Bakı  yolunun  tikintisi  haqqında  məsələnin  həllinə  qədər 

Cənubi  Qafqaz  dəmir  yolunun  neft  sahəsi  adlandırılan,  Bakının  və  Balaxanı-

Sabunçu  neft  mədənlərini  birləşdirən  dəmir  yolunun  çəkilməsi  haqqında  məsələ 

qaldırılmışdı.  İyirmi beş verst uzunluğunda  olan bu dəmir yolunda  (Bakı sərnişin 

və  neft  limanla  Sabunçu,  Balaxanı,  Suraxanı)  1880-ci  ilin  yanvarında  qatarlar 

hərəkətə başladı [98]. 

Bakı  rayonunda  dəmir  yolunun  fəaliyyətinin  ilk  illərində  bu  yolla  xeyli 

neft  yükləri  daşınmışdı.  Abşeronda  neft  kəmərləri  çəkildikdən  sonra  bu  yoldan 

sərnişin,  həmçinin  neft  sənayesinin  ehtiyacları  üçün  yük  daşınmasında  istifadə 

olunmağa başladı. 

Hələ  neft  sahəsinin  tikintisi  başa  çatmamış  Tiflis  və  Bakı  arasında  dəmir 

yolu çəkilməsi məsələsi həll edildi. Burada işlər 1880-ci ildə başladı, 1883-cü ilin 

mayında isə dəmir yolu artıq fəaliyyət göstərirdi. 

Xüsusi  dəmir  yollarından  götürülən  gəliri  artırmağa  cəhd  göstərən  çar 

hökuməti 80-ci  illərdə  onlardan bəzilərini  satın aldı.  1889-cu ildə  Cənubi Qafqaz 

dəmir yolu dövlətin sərəncamına keçdi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə