Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə94/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   90   91   92   93   94   95   96   97   ...   189

Tiflis-Bakı  dəmir  yolu  Cənubi  Qafqaz  iqtisadiyyatının  Rusiya  və  dünya 

ticarət  dövriyyəsinə  cəlb  edilməsində  çox  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Cənubi 

Qafqaz  dəmir  yolunun  Bakı  və  Yelizavetpol  quberniyaları  hüdudlarında  olan 

stansiyalarının ümumi yük dövriyyəsi 1885-ci ildə 20,8 mln puddan 1900-cü ildə 

124,3  mln  puda  çatdı,  daha  doğrusu  6  dəfə  artdı  [99].  Bu  dəmir  yolunun  yük 

dövriyyəsində neft yükləri əsas yer tuturdu. Burada, əvvəlcə neft sahəsində, sonra 

isə Bakı-Batum xəttində neft məhsulları dünyada ilk dəfə dəmir yolu ilə daşınmağa 

başladı.  Neft  yükləri  XIX  yüzilliyin  90-cı  illərinin  ortalarında  Cənubi  Qafqaz 

dəmir  yolu  ilə  daşınan  bütün  yüklərin 

2

/



3

-ni  təşkil  edirdi.  Ağ  neft  və  digər  neft 

məhsulları  Batuma  aparılır,  buradan  isə  Avropa  və  digər  xarici  bazarlara  ixrac 

olunurdu.  Batuma  aparılan  neft  burada  onun  üçün  tikilmiş  müəssisələrdə  emal 

olunurdu.  80-ci  illərin  sonlarında  və  90-cı  illərdə  Bakıdan  Batuma  neft 

aparılmasının  xeyli  artmasına  baxmayaraq,  dəmir  yolunun  daşıma  qabiliyyətinin 

məhdud olması nəticəsində daşınan neftin yalnız 20%-i onun payına düşürdü. 

Belə  şəraitdə  neft  sənaye  inhisarları  dəmir  yolu  ilə  neft  məhsullarını 

daşımaq imkanlarının genişləndirilməsi uğrunda öz aralarında mübarizə aparırdılar. 

Çar  hökumətinin  neft  sənayeçiləri  ilə  birlikdə  yaratdığı  orqan  -―Sisternlərin  neft 

sənayesi  firmaları  arasında  bölüşdürülməsi  və  neft  yüklərinin  daşınmasını  qaydaya 

salmaq  üzrə  Bakı  komitəsi‖  əsasən  neft  sənayesi  inhisarlarının  xeyrinə  fəaliyyət 

göstərirdi [100]. 

Bakı dəmir yolu qovşağı (Bakı stansiyası, Bakı limanı, Biləcəri və s. dəmir 

yolu  emalatxanaları,  anbarları  olan  depo  və  s.)  ilə  yanaşı,  yüklərin  daşınmasında 

Gəncə, Ağstafa, Dəllər, Yevlax, Ucar, Ləki, Kürdəmir, Hacıqabul stansiyaları mühüm 

rol oynayırdılar. 1885-1890-cı illərdə Bakı dəmir yolu qovşağının yük dövriyyəsi 7,5 

Gəncə-Ağstafa  qovşağınınkı  2  dəfə,  Yevlax  stansiyasınınkı  isə  2,2  dəfə  artmışdı 

[101]. 

Cənubi  Qafqaz  dəmir  yolunun  Bakı  və  Yelizavetpol  quberniyalarında  olan 



stansiyalarında,  Bakıdan  çoxlu  miqdarda  neft  məhsulları  daşınması  nəticəsində 

(sisternlər  buraya  yüksüz  qayıdırdılar),  1900-cü  ildə  yük  dövriyyəsinin  75%-i,  yük 

yola salınmasının isə yalnız 25%-i yük qəbulunun payına düşürdü. 

Bakı və Yelizavetpol quberniyaları hüdudlarında Cənubi Qafqaz dəmir yolu 

ilə  daşınan  yüklər  arasında  neftlə  yanaşı,  sənayenin  digər  sahələrinin  və  Şimali 

Azərbaycanın  kənd  təsərrüfatı  məhsulları,  kimyəvi  məhsullar,  mis,  pambıq,  ipək 

parçalar,  xalçalar,  taxıl  bitkiləri,  mal-qara,  dəri,  meyvə  və  tərəvəz  mühüm  yer 

tuturdu.  Eyni  zamanda  Cənubi  Qafqaz  dəmir  yolu  ilə  Azərbaycan  qəzalarından 

dənizlə  Bakı  və  Batuma  gətirilən  çoxlu  rus  və  xarici  mallar  -  metal  və  metal 

məmulatı, manufaktura, maşınlar, ağac və daşkömür, kimyəvi məhsullar, qənd və bir 

çox şeylər daşınırdı. 

Dəmir  yolu  ilə  həm  də  xeyli  sərnişin  daşınırdı  ki,  bu  da  əhalinin,  xüsusilə 

fəhlələrin və onların ailə üzvlərinin miqrasiyasına şərait yaradır, Şimali Azərbaycanın 

proletar kadrlarının formalaşmasına yardım göstərirdi. 




Bakı  (Biləcəri)  və  Port-Petrovski  arasında  xəttin  çəkilməsindən  sonra  dəmir 

yolunun Şimali Azərbaycanın iqtisadiyyatındakı rolu daha da artdı. 90-cı illərdə ölkədə 

dəmir  yolu  tikintisinin  yeni  yüksəlişi  şəraitində  Xəzər dənizinin  qərb  sahili boyunca 

dəmir  yolu  tikintisi  haqqında  təklif  həyata  keçirilməyə  başladı.  Burada  tikinti  işləri 

Vladiqafqaz  dəmir  yolu  tərəfindən  1897-ci  ilin  fevralında  başlandı,  1900-cü  ilin 

noyabrında  isə  Bakı  ilə  Port-Petrovsk  arasında  hərəkət  başlandı  [102].  Biləcəridə 

stansiya  və  Vladiqafqaz  dəmir  yolunun  deposu  tikildi.  Beləliklə,  Cənubi  Qafqaz 

dəmir yolunun çəkilməsi və Cənubi Qafqaz dəmir yollarının Bakı (Biləcəri) vasitəsi 

ilə  Rusiyanın  dəmir  yolu  ilə  birləşdirilməsi  Şimali  Azərbaycanın  və  bütün  Cənubi 

Qafqazın  ölkənin  digər  hissələri  ilə  iqtisadi  əlaqələrin  genişlənməsinə  yardım  etdi. 

Qafqazın ən böyük dəmir yolu qovşağı kimi Bakının rolunu artırdı. 

70-90-cı  illərdə  Xəzər  dənizində  gəmiçilik  hiss  olunacaq  dərəcədə 

genişləndi. Bakı Xəzər dənizində ən böyük liman idi. Şimali Azərbaycanın digər sahil 

məntəqələrinin - Lənkəran və Astaranın da əhəmiyyəti artdı. Gəmidaşımaları Kürün 

aşağı axarında da həyata keçirilməyə başladı. 

Xəzər  ticarət  donanmasının  inkişafı  üçün  ən  mühüm  amil  neft  sənayesinin 

inkişafı  oldu.  70-ci  illərin  sonlarına  qədər  neft  və  neft  məhsulları  ağac  çəlləklərdə 

daşınırdı ki, bu da böyük xərc tələb edirdi. 1873-cü ildə gəmi sahibləri Artyomovlar 

yelkənli  gəmiləri  yenidən  quraraq  neft  məhsullarını  çənlərə  doldurmaq  qaydası  ilə 

daşımağa  başladılar.  Bu  yenilik  Nobel  qardaşları  tərəfindən  istifadə  edildi.  1878-ci 

ildə  də  Xəzərdə onun  ilk  neftdaşıyan  ―Zoroastr‖  gəmisi,  onun  ardınca  isə  bir  neçə 

digər neftdaşıyan gəmi peyda oldu. Neft yüklərinin daşınmasında maye daşımaq üçün 

çənləri olan gəmilərdən ―Qafqaz və Merkuri‖, ―Drujina‖ və digər gəmi kompaniyaları 

da istifadə etməyə başladılar [103]. 

Volqa hövzəsində gəmiqayırmanın inkişafı, gəmilərdə neftdən yanacaq kimi 

istifadə edilməsi neftdaşıyan donanmanın genişlənməsinə imkan yaradırdı. 

Xəzər  dənizində  buxarla  işləyən  neftdaşıyan  gəmilərin  sayı  və  tonnajı 

sürətlə artırdı. 1900-cü ildə Xəzər neftdaşıma donanmasının tutumu 68,2 min ton olan 

126  gəmidən  ibarət  idi.  90-cı  illərdə  yelkənli  neftdaşıyan  gəmilərin  sayı  azalsa  da, 

1900-cü ildə Xəzər dənizində təmiz tutumu 72,6 min ton olan 211 belə gəmi var idi 

[104].  Bakıdan  dənizlə  neft  və  neft  məhsulları  daşınması  yalmz  90-cı  illərdə  2,6 

dəfə artaraq, 1900-cü ildə 352,9 mln puda çatmışdı. Bu da Bakıdan çıxarılan neft və 

neft məhsullarının 80 faizindən çoxunu təşkil edirdi [105]. 

Digər yüklərin və sərnişinlərin də dənizlə daşınması genişlənirdi. Yüzilliyin 

sonunda Xəzərdə belə daşımalarla 83 buxar gəmisi və  312 yelkənli gəmi  məşğul idi. 

Buxar gəmilərinin əksəriyyətinin texniki cəhətdən zəif olmasına, xeyli hissəsinin isə 

yüzilliyin  sonuna  yaxın  köhnəlməsinə  baxmayaraq,  Xəzərdə  yeni  tipli  gəmilər 

məsələn, iki vintli tankerlər meydana çıxdı. 

Xəzər  dənizi  və  Volqa  çayı  ilə  olan  su  yolu  Azərbaycanı  ölkənin  digər 

hissələri ilə iqtisadi cəhətdən birləşdirən mühüm nəqliyyat yolu idi. Xəzər donanması 

İranla da ticarət əlaqələrini həyata keçirirdi. Rusiyadan və Şimali Azərbaycandan oraya 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə