Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə19/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

52

2012/

IV

"Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır.

Onun fikrincə, yazıdan belə çıxır ki, kimmerlərin öndəri Tuqdamme Aş -

şur  mənbələrindən  Manna  ilə  bağlı  olduqları  məlum  olan  sakların  üzə -

rində də hökm sahibi imiş (17, 84). 

Herodotun yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu bölgədəki

hakimiyyətinə  hansısa  iskit  tayfası  son  qoymuş,  onları  Araz  çayını

keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahil lə -

rinə sıxışdırmışdır. Tarixin atasının yazdığına görə, iskitlər Araz çayı sa -

hilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər

və onları təqib etməyə başladılar (18, 24). Lakin mütəxəssislər həmişə nə -

dənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmışlar. Halbuki,

arxeoloji  faktlar  da,  ən  qədim  yazılı  mənbələr  də  iskit  və  iskit-sakların

ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir.

Musa Kağankatlı Yafəsin övladlarından, yəni oğullarından və nəvə lə -

rindən danışarkən, Əşkinazın (Aşkenaz, Askenaz) da adını xüsusi vurğu-

layaraq sarmatların onun soyundan olduqlarını qeyd etmişdir:

“Tirasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəddidir...” (1, 15).

Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23)

iskitləri əsasən iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikncilərin isə

çar  sarmatları  və  kaziq  sarmatlarından  ibarət  olduqlarını  vurğulamışdır

(18. 51). İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi

söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskitlərin

sarmat adlanan hissəsi" ifadəsini işlətməkdədir (18, 53). 

Yuxarıda qeyd  etdiymiz kimi,  Strabona görə,  sarmatların bir bölümü

"sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax

xalqının etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olub (19,

116). Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdi-

vacından törəmişlər və iskit dilində danışırdılar. Bu müəlliflərin yazdığı-

na görə, sarmatlar Qara dəniz iskitlərindən və Don çayından şərqdə məs -

kun idilər. Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaq -

ları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol və Rostov böl-

gələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları "savromat" da

adlandırmışlar. Məsələn, Herodot "savromat" yazdığı halda, eradan əvvəl

lV  əsrdə  yaşamış  Skilak  Karianidli  "sarmat"  ifadəsini  işlətmiş,  Ovidiy

Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları

"savromat" adlandırdıqlarını bildirmişdir (13, 329-330).

Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan,




53

2012/

IV

yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu

səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylar-

la eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiya lı la -

rın törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış,

Pomponiy  Mela  isə  türklərlə  sarmatların  qonşu  olduqlarını  yazmışdır.

Eradan əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyni -

ləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri də

sarmatlardır və onlar qazaxların içərisində "şermat" və "sarmat teleu" ad -

ları  ilə  məşhur  idilər  (13,  329-330,  334).  Bu  fakt  qədim Atropatenanın

paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nədən

qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast

təşkil etdiyini başa düşməmizə yardımçı olur. 

Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıq ları

maday xalqının da qazaxların etnogenezində iştirak etdikləri mə lum dur.

Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılarkən, on -

lardan  birinin  Maday  olduğu  bildirilir.  Eradan  əvvəl  lX-Vlll  əsrlərə  aid

mixi  yazılarda  Madayın  soyundan  gələn  xalqdan  -  maday  xalqından  və

eradan əvvəl Vll-Vl əsrlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanda

qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri, o

cümlədən eradan əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya döv -

ləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.

Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və

boyları  kimi  madayların  da  izlərinə  sonrakı  əsrlərdə  Türküstanda  rast

gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk

soyu  qazax  türklərinin  etnogenezində  yaxından  iştirak  etmişdir.  Qazax

xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar (20, 118).

Azərbaycanda  yaşayan  və  sonradan  qazaxların,  qırğızların,  özbəklərin,

eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan

biri də albanlardır (21, IV, 326; 19. 66, 82; 22. 16, tablo 2; 23. 41). Yafəsin

soylarından  biri  olan  albanların adı  yazılı mənbələrdə miladdan  sonrakı

mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrdə baş vermiş olay-

larla əlaqədar yad edilirlər.

Azərbaycandan  iskitlər  tərəfindən  köçə  zorlanan  və  Şimali  Qafqaz

ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən darmadağın edil dik -

dən sonra bir neçə istiqamətə yayılmışdılar. Bunların bir hissəsi Qa za xıs -

tan ərazisinə köçərək qazax xalqının etnogenezində yaxından iştirak emiş,

ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət bu




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə