Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə20/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

54

2012/

IV

ərazidə  hökm  sürmüşlər. Üçüncü  qrup  isə Britaniya  istiqamə-tinə  yürüş

edərək orada Britaniya dövlətçiliyinin və ilk kral sülaləsinin əsasını qoy-

muşdular.  İngilis  mənbələrinə  görə,  Britaniyanın  ilk  əfsanəvi  kralı,

əfsanəvi  Kamelot  şəhər-dövlətinin  və  kral  sülaləsinin  əsasını  qoyan  ser

Artur sarmat idi.O öldükdən sonra əsl türk kimi dəfn edilmiş və məzarının

üzərində böyük bir kurqan ucaldılmışdı. Dördüncü qrup isə Quzey Afrik -

ya qədər gedib çıxmışdı (24, 75, 80-81).

Musa Kağankatlı “Albaniya tarixi” kitabının “Yafəs və Arandan başla-

yaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı”

adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam et di ri -

lən şahlığın nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın (Tür -

kün) adıını çəkir:

“Yafəs, Homer (Kimer), Tiras, Toqarma (Türk)...” (1, 19).

Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans im -

peratoruna yazdığı məşhur məktubunda xəzərlərin Toqarmanın (Türkün)

10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını qeyd et məkdə, To qar -

manın oğullarının adlarını belə  sıralamaqdadır: Uyğur, Tu ris, Oğuz, Bi -

zal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir (25, 7).

Bu fakt xəzərlərin etnogenezinin bilavasitə Azərbaycan və Şərqi Ana -

dolu  ilə  bağlı  olduğunu  söyləmək  üçün  tamamilə  yetərlidir.  Mək tubun

sonrakı  hissəsində  söylənilənlər  də  bu  faktı  təsdiqləyici  mahiyyətdədir.

Xaqan yazır ki, ən başda xəzərlər az saylı və zəif idilər, lakin sonralar öz -

lərindən qat-qat güclü olan boylarla mübarizə aparıb onlara qalib gəldilər,

onların  torpaqlarına  sahib  oldular.  Onlar  qaçır,  xəzərlər  təqib  edirdilər.

Bu, rəqiblərin Kuştantiniya yaxınlığındakı Runa çayını keç mələrinə qədər

davam etdi. Məktubda qaçanların kimlər olduğu da bildirilir: u-n-n-t-r. Bu

məktubda  deyilənləri  şərh  edən  alimlər  buradakı  Runa  çayının  Dunay,

Kuştantiniyanın Konstantinopol (İstanbul), “u-n-n-t-r” kimi oxunan xal -

qın  isə  onuyğurlar  və  ya  utiqurlar  (otuzuyğurlar),  başqa  sözlə,  uyğurlar

olduğu fikrində yekdildilər (25. 7).

Burada istər-istəməz,  Diador Siciliyalının iskitlər  haqqında  söylədik-

ləri yada düşür və hər iki müəllifin eyni hadisədən söhbət açdığı ehtimalı

ağla gəlir. Diador Siciliyalı yazır:

“...Əvvəllər onlar azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöh -

rət sahibləri olmadıqları üçün onlara həqarətlə baxılırdı. Lakin hələ qədim

vaxtlardan strateji bacarığı ilə seçilən bir savaşqan başçılarının başçılığı

altında onlar Qafqaza qədər dağlarda, Okean və Meoyiy (Azov) gölü sa -




55

2012/

IV

hil lərindəki düzlərdə və Tanais çayına qədərki s. bölgələrdə özlərinə ölkə

əldə etdilər...Xeyli vaxt keçəndən sonra ...Tanais çayından o tərəfdə Tra -

kiyaya qədər geniş əraziləri də özlərinə tabe edib, hərbi yürüşlərini başqa

istiqamətdə yönəltdilər...” (26, 101).

Məlumat  üçün  bildirək  ki,  Dunay  çayının  axdığı  ölkələrdən  biri  də

Bol qarıstandır və Trakiya bu ölkənin bir hissəsini əhatə edir. Həmin ərazi

İstanbula yaxındır. Əgər hər iki halda eyni hadisədən söhbət gedirsə, antik

müəlliflərin  bütün  türkləri,  o  cümlədən  xəzərləri  iskit  adlandırdığı  mə -

lum dur.  Bu  halda  xəzərlərin  öz  tarixlərinin  ən  başında Araz  çayı  sahil -

lərində yaşadıqları heç bir şübhə oyatmır.

Söhbətin bu yerində xəzərlərin etnogenezinin ilkin mərhələsinin Azər -

baycanla bağlılığını təsdiq edən daha bir tarixi faktı, Təbərinin son dərəcə

maraqlı bir məlumatını diqqətə çatdırmağa ehtiyac duyuruq. Salna mə çi -

nin  yazdığına  görə,  Sasani  şahı  Qubadın  ömrünün  son  illərinədək Aran

(Albaniya), Gürcüstan, Vaspurakan, Sisəcan (Sisakan // Zəngəzur) xəzər-

lərin əlində qalmış..., Qəbələ hunların mərkəzi olmuşdur:

“…Buna  görə  bu  əyalətlərlə  birlikdə  Azərbaycana  Xəzər  məmləkəti

demişlər” (27, 90).

Xəzər xaqanı İosifin Yafəs soyundan Toqarmanın oğulları sırasında ad -

la rını çəkdiyi üç nəfər, o cümlədən xəzərlərin soy babası Xəzər haqqında

Vll  əsrdə  yaşamış  suriyalı  salnaməçi  İohan  Efeslinin  “Tarix”  əsərində

daha qədim mənbələrdən götürülmüş çox maraqlı bir qeyd var:

“Bizans  imperatoru  Mavrikinin  dövründə  Daxili  İskitiyadan  (İskitlər

ölkəsindən) üç qardaş öz xalqları ilə birlikdə hərəkətə keçdilər. Qar daş lar -

dan Bulqar adlı biri Roma imperiyasının sərhədlərinə tərəf yollandı. Di -

gər ikisi isə alanların Bersiliya adlandırılan ölkəsində məskunlaşdılar. Bu

ərazi sonralar qardaşlardan birinin – Xəzərin adı ilə Xəzər adlanmağa baş -

ladı” (25, 15).

Xəzər  xaqanının  məktubundan  göründüyü  kimi,  Xəzər  xaqanı  həm

xəzərləri, həm də oğuz, uyğur, bulqar, savir və s. türk boylarını Albaniya,

yəni Azərbaycan hökmdarının soyu kimi təqdim edir və bununla da türk

xalqlarının ilkin etnogenezinin Azərbaycan ərazisi ilə bağlı olduğunu do -

la yısıyla təsdiq etmiş olur. Bu sırada oğuzların da adının çəkilməsi diq qət -

çəkicidir. 

İşin elmi nəticəsi. Nuh və Yafəslə bağlı əfsanə və rəvayətlərin qədim

qaynaqlarla  tutuşdurulması  bizə  ölkəmizin  ərazisinin  əzəldən  ən  qədim

Türk Yurdu  olduğunu,  pratürklərin  bu  ərazidə  zəngin  maddi  və  mənəvi



56

2012/

IV

mədəniyyət nümunələri yaratdığını söyləməyə əlavə əsas verir. Bu, gəl di -

yimiz əsas nəticədir.

İşin  elmi  yeniliyi.  İşin  elmi  yeniliyi  tədqiqatın  metodundadır.  Fikri -

miz cə, məsələyə məhz bu kontekstdən yanaşma gələcəkdə folklorşünaslıq

və  tarixşünaslıq  elmlərinin  qovuşağında  tamamilə  yeni  bir  istiqamətin

doğmasına gətirib çıxara bilər.



İşin tətbiqi əhəmiyyəti. Əgər sonrakı tədqiqatlar eyni nəticəni verər -

sə, gələcəkdə bölgələrə folklorşünas, etnoqraf və arxeoloqların birgə eks-

pedisiyalarının  təşkili  zərurəti  yarana  bilər.  Gəlinən  nəticələr  bu  ekspe-

disiyalar üçün “yol xəritəsi” rolunda çıxış edər. 



ƏDƏBİYYAT

1. Kalankaytuklu M. Alban tarixi."Elm", B., 1993

2. Алиев К. Античные источники по истории Азербайджана. "Элм", Б.,

1987


3. Bakıxanov A. Gülüstani – İrəm, B., 1951

4.  Rəşidəddin.  Oğuznamə.  Tərtibçi  İ.M.Osmanlı.  B.:  Azərbaycan  Milli

Ensiklopediyası, 2003, 108 s.

5. Oğuz Y, Tuncay B. Türkün gizli tarixi, B., 2009

6. Səfərоv Y. Bir əfsanənin mənşəyi. Elm və həyat, 1982, №10, s. 32-33

7. Səfərоv Y. Azərbaycan əfsanə və rəvayətləri və оnların təsnifinə dair. Gənc

ədəbiyyatşünasların  V  rеspublika  kоnfransı,  məruzələrin  tеzisləri.  Bakı,  Еlm,

1997, s. 105-106

8. Kрамер С. Н. История начинается в Шумере. Наука, М., 1965, 256 с.

9. Azərbaycan Folkloru Antologiyası. Naxçıvan folkloru, Bakı, 1994

10. İsmayıl Rüstəm qızı M. Naxçıvan əfsanələri. Naxçıvan, Elm, 2008

11. Azərbaycan tarixi, B.,"Azərnəşr", 1994

12.  Меликашвили  Г.  Древневосточные  материалы  по  истории  народов

Закавказья, l, Наири-Урарту,Тбилиси, 1954

13. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. "Элм", Б., 1991

14.  Дьяконов И.М.  Ассиро-вавилонские  источникн по  истории  Урарту.

ВДИ, 1951, № 2

15.  Oğuz  Y.  Qədim  Azəbaycan  və  Anadolu  türkləri.  "Azərbaycan  Milli

Ensiklopediyası" NPB., B., 2002

16. Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006

17.  Грантовский  Э.А.  Индо-иранские  касты  у  скифов.  XXV  Меж ду на -

род ная конференция востоковедов. Доклады делегации СССР, М., 1960

18.  Гасанов  З.  Царские  Скифы.  "Liberty  Publishing  House",  New  York,

2000



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə