Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə28/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

80

2012/

IV

luş və semantika baxmından özünü göstərir. Sarınların qu muq folklorun-

dakı mövqeyi də bayatının və meyxanənin Azərbaycan folklorundakı ro -

luna çox yaxındır. 



ƏDƏBİYYAT

1. Abid  Əmin.  Seçilmiş  əsərləri  [Mətn]  /Əmin Abid;  tərt.  ed.  və  ön  sözün

müəl. B. Əhmədov. Bakı : Şərq-Qərb , 2007. 288 s.

2.  Azərbaycan  folkloru  antologiyası  (Dərələyəz  folkloru),  tərtibçilər:

H.Mirzəyev, H.İsmayılov, Ə.Ələkbərli. Bakı, Səda, 2006.

3. Bayatılar. Tərtibçi Həsən Qasımov. Bakı, Azərnəşr 1960.

4. Əzizqızı Çimnaz. Nənəmdən nəvəmə (Naxçıvan folkloru əsasında). Bakı,

2012.


5. Hacıyev Asif. Bayatı poetikası. Bakı, Elm, 2000.

6.Kumuk  xalk  avuz  yataıcıluvqu.  Tərtibçi  A.K.Abdullatipov,  A.M.Soltan -

muradov. Maxaçqala, 2002.

7. Mümtaz Salman. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, 1986.

8.  Meyxanalar,  Oturmusan  səmavərdən  yuxarı.  Həkim  Qəni,  Ağasəlim.

Toplayanı Balasadıq. Bakı, Yazıçı, 1993.

9. Paşayev Qəzənfər. Kərkük folklorunun janrları. Bakı, Elm 2003.

10.  Pekaçar  Çetin.  "Kumuk  Türkleri  Edebiyatı",  Türk  Dünyası  El  Kitabı,

Cilt: 4, Ankara, s. 319-340.

11. Sədnik Paşa Pirsultanlı. Heca vəzninin bayatı və qoşma möcüzələri, Bakı,

2003.

12. Şamil Əli. Uyğur, qaqauz, Güney Qafqaz türklərinin folkloru və ədəbiyy-



atı. Bakı, 2012.

13.  Tağısoy  Nizami.  Zülaim  Zakariyya.  Meyxananın  poetikası.  Bakı,

“Çaşıoğlu”, 2011.

14.http://www.ensonxeber.com/text_detail/91/26/meyxana_haqq%C4%B1n

da.htm

15. Аджиев А.М. Устное народное творчество кумыков. Махач кала, 2005. 



Rəyçi: F.e.d., prof. Hüseyn İsmayılov 


81

2012/

IV

AMEA Folklor İnstitutunun elmi işçi

e-mail: fexreddin_atayev@mail.ru

GÖYÇƏ AŞIQ  MÜHİTİNİN  FORMALAŞMASI

GÖYÇƏ AŞIQ MÜHİTİNİN FORMALAŞMASI

(XVI-XVII əsrlər)

(XVI-XVII  əsrlər)

XÜLASƏ

Hazırki məqalədə orta əsrlərdə Azərbaycanın Göyçə aşıq mühitinin for malaşması və

inkişaf istiqamətləri göstərilmişdir. Məqalədə həmçinin aşıq mühitində ifaçı və yaradıcı

(el şairləri) aşıqlar haqqında məlumatlar verilir.



Açar sözlər: Saz, aşıq, aşıq havası, musiqi, ənənə

FORMING OF COYCHA ASHUG SPHERE 

FORMING OF COYCHA ASHUG SPHERE 

(16

(16

th

th

-17

-17

th

th

CENTURIES)

CENTURIES)

SUMMARY

In the article the forming and development directions of Azerbaijan Goycha ashug

sphere in the Middle Ages are shown. The author also gi ves the information about per-

formers and creative ashugs in ashug sphere.



Key words: saz, ashuq, ashuq tune, music, tradition

ФОРМИРОВАНИЕ ГЁЧИНСКОЙ АШУГСКОЙ СРЕДЫ

ФОРМИРОВАНИЕ ГЁЧИНСКОЙ АШУГСКОЙ СРЕДЫ

(XVI-XVII 

(XVI-XVII 

веков

веков

)

)

РЕЗЮМЕ

В  данной  статье  рассматривается  пути  формирования  и  развития  Азер байд -

жанской ашугской среды средних веков. В статье, также даётся общие све дения об

исполнителях о поэтах любителях (непро фес сионалах – Ф.А.) ашуг ской среды.



Kлючевые слова: саз, aшыг, ашугский напев, музыка, традиция

Məsələnin qoyuluşu. Göyçə aşıq mühiti aşıq yaradıcılığının beşiyi sa -

yılır. Yüzlərlə  görkəmli  aşıq  və  el  şairlərini  dünyaya  bəxş  etmiş  Göyçə

aşıq  ifaçılıq  sənətində  özünəməxsus  ifa  ənənəsini  də  formalaşdırmışdır.

Bu regionun aşıq ifaçılıq ənənəsinin öyrənilməsində aşıq mühitinin araş -

dırılmasına  xüsusi  ehtiyac  duyulur.  Bu  məqsədlə  Göyçə  aşıq  mühitinin

for malaşmasının öyrənilməsi zərurətdən irəli gəlir.



İşin məqsədi. Məqalədə Göyçə aşıq mühitinin korifey sənətkarlarının

yaradıcılığı,  onların  zəngin  irsi təhlil  edilir.  XVI-XVII əsrlərdə  yaşamış

us  tad sənətkarların yaradıcılıq irsinin ümumaşıq mühitinə təsiri mə sə lə lə -

ri araşdırılarkən görkəmli aşıqların aşıq yaradıcılığına, ifaçılıq ən ənə  sinə

gətirmiş olduqları yeni məqamların, ifa cizgilərinin öyrənil məsi işin əsas

məqsədlərinə xidmət edir. Məqalədə adları  çəkilən aşıqların ya ra dı cılığı

izlənilir və onların aşıq mühitinin formalaşmasındakı rolu vur ğu la nır.

Azərbaycanın geniş coğrafi mühitində zəngin musiqi folkloru ənənə -




82

2012/

IV

ləri uzun əsrlərdən bəri özünü göstərməkdədir. Dağlıq əraziləri əhatə edən

qərb  bölgələrində  musiqi  folkloru  özünü  əsasən  maldarlıq,  sayaçılıq,

məişət və müxtəlif mərasim ənənələrinin keçirilməsində göstərmişdir. Bu

baxımdan Göyçə musiqi folkloru özünün spesifik xüsusiy yətləri ilə fərq -

lənmiş və bu gün də bu ərazilərdə yaranmış ifa xüsusiy yətləri öz fərdiliyi

və özünəməxsusluğu ilə seçilir.

Musiqi folklorunun və peşakar musiqi sənət dünyasının ayrılmaz tər-

kib hissəsi olan aşıq yaradıcılığı xalqın məişətinə o qədər dərin nüfuz et -

miş dir  ki,  ondan  bütün  mərasimlərdə  geniş  istifadə  olunması  bir  ənənə

şək lini almışdır. Göyçə aşıq mühitinin formalaşmasında bu ərazilərdə ya -

şa yan geniş xalq kütləsinin peşə sənəti, ədəbi irsi, milli ənənədən irəli gə -

lən  müxtəlif  məişət-mərasim  ayinlərinin  keçirilməsinin  təsiri  olmuşdur.

Eyni zamanda onu da qeyd etməliyik ki, aşıq mühiti peşəkar aşıq sənəti -

nin ifa mədəniyyəti ilə sıx bağlı olduğu üçün bu ərazilərdə yaşayıb-ya rat -

mış aşıq ifaçılarının da, bu sahədə böyük zəhmət və əməyi olmuşdur. 

Göyçə elə bir folklor (aşıq) mühiti idi ki, burada sənət və yaradıcılığın

istənilən təzahür formaları (yaradıcı və ifaçı sənətkarlar, onların yaratdığı

əsərlər) vahid aşıq sənəti məcrasında birləşirdi. Bu aşıq mühiti özünün bir

sıra keyfiyyətlərinə görə digər aşıq mühitlərindən ciddi şəkildə fərqlənir-

di. Əgər Şirvan aşıq mühiti muğam, yazılı ədəbiyyat, rəqqaslıq və s. mə -

dəni təsirlərə, Qarabağ folklor mühiti muğam və yazılı ədəbiyyatın təsir-

lərinə məruz qalırdısa, Göyçə folklor mühiti bu kimi faktorların birbaşa

təsirindən uzaq idi. Ona görə də, Göyçə folklor mühitinin mərkəzi sənət

və yaradıcılıq faktorunu aşıq sənəti təşkil etmişdir. Göyçədə ədəbi-mə də -

ni həyatın istənilən təzahürü aşıq sənəti, onun ifaçılıq və yaradıcılıq hə ya -

tı ilə sıx şəkildə bağlı idi.

“Göyçə Azərbaycan türklüyünün ən saf bölgələrindən biri olduğu üçün

orada saz və söz sənəti həmişə güzəranın ayrılmaz tərkib hissəsi olmuş və

ulusun mənəvi yaşam sistemində aparıcı mövqeyə yiyələnmişdir. Şübhə-

siz  ki,  əzəmətli  ozan  sənətində  əsas  məskənlərdən  biri  olmuş  bu  qədim

türk  yurdu  öz  misilsiz  koloritini,  bulaq  kimi  qaynayan  obrazlı  danışıq

tərzini milli ruhun ən saf və ən dərin qatlarından şirə çəkərək yaratmışdır.

Orta yüzilliklərdə aşıq sənəti təşəkkül tapdıqdan sonra Göyçədə qüdrətli

mühitlərdən  birinin  meydana  gəlməsi  oradakı  folklor  həyatının  ecazkar

qüdrəti ilə bağlıdır.”(5,169).

1524-cü  ildə  böyük Səfəvi  hökmdarı Şah  İsmayılın  vəfatından  sonra

milli  özünəməxsusluqdan,  türk  sufizminə  məxsus  ideyalardan  tədricən




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə