Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə21/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

57

2012/

IV

19. Абромзон С.М. Этнический состав северной Киргизии. Труды Кир -

гиз-ской археологическо-этнографической экспедиции., вып., lV , Москва,

1960


20.  Востров  В.В.,  Муканов  М.С.  Родоплеменной  состав  и  расселение

казахов. Алма-Ата,1968

21. Велиханов Ч.Ч. Сочинения, тт., l-lV

22. Кармышева Б.Х. Узбеки – локайцы Южного Тадикистана. М., 1954

23. Жданко Т. А. Очерки исторической этнографии каракалпаков. «ТИЭ.

Новая серия», 1950, т. lX

24. Ковалевская В.Б. Кавказ и аланы. "Наука", М.,1984

25. Плетнева С. А. Хазары, М., 1976, с. 7

26. Ağasıoğlu F. Azər xalqı, B. 2005

27. İslam Ansiklopedisi, Xll cüz, Milli Egitim Bakanlığı, İstanbul, 1950

28. Mahmud Kaşğari. Divanü lüğət – it – türk. Bakı, Ozan, 2006, I c. 512 s.

Rəyçi: F.f.d. Seyfəddin Rzasoy



58

2012/

IV

AMEA Folklor İnstitutunun doktorantı 

e-mail: folklorgirl@mail.ru

KƏLBƏCƏR  BAYATILARININ SƏCİYYƏVİ

KƏLBƏCƏR BAYATILARININ  SƏCİYYƏVİ

XÜSUSİYYƏTLƏRİ

XÜSUSİYYƏTLƏRİ

(Yeni  toplanmış nümunələr  əsasında)

(Yeni toplanmış  nümunələr əsasında)

XÜLASƏ

Bayatı xalqın hissinin, mənəviyyatının, kədər-sevincinin bədii ifadəsidir, onun tari xi

yaddaşıdır.  Bayatılar  Azərbaycan  xalqının  həyatını,  məişətini,  adət-ən`ənələrini  real

cizgilərlə əks etdirdiyi üçün xalq tərəfindən həmişə sevilmiş və mühafizə edilərək dillər

əzbəri olmuşdur. Kəlbəcər sakinlərindən toplanan bayatılarda onların həyat tərzi, müasir

dövrə aid duyğu və düşüncələri və köçkünlük həyatı öz əksini tapmışdır.



Açar sözlər: bayatı, Kəlbəcər, köçkün

TYPICAL FEATURES OF THE KALBAJAR BAYATIS

(On the basis of new examples which have gathered)

SUMMARY

Bayati is art expression of peoples’ sense, morality, sorrow and joy and its historical

memory.  Bayati  shows Azerbaijan  people’s  life,  traditions  with  real  lines  and  always

loved  and  saved  by Azerbaijan  people  and  all  of  them  recite  bayati  by  heart.  Bayati

gained from inhabitants of Kalbajar reflects their way of life, their glances, fellings and

thoughts on contemporary life. 



Key words: bayati, Kalbajar, nomad

УНИКАЛЬНОЕ СВОЙСТВА КЕЛБЕДЖАРСКИХ БАЯТЫ

(На основе новых материалов)

РЕЗЮМЕ

Баяты выразительная форма чувства народа, его моральность, горе и радость,

самое  главное  его  историческая  память.  Из-за  того  что,  баяты  выражает  жизнь

нашего  народа  его  традиции  с  реальными  качествами,  народ  всегда  сохраняет  и

люб ят говорить наизусть баяты. Баяты собранные от жителей Келбеджара отража -

ют их образ жизни взгляды чувства и мысли на современную жизнь. 



Ключевые слов: баяты, Kелбеджар, переселенцы 

Məsələnin  qoyuluşu. Məqalədə  işğal  altında  olan  Kəlbəcər  regionu -

nun əhalisindən toplanmış bayatıların mövzu və ideya xüsusiyyətləri, va -

riantları və onların müqayisəsi öz əksini tapıbdır. Öz yurd-yuvasından di -

dər  gin düşmüş nənə-babalarımızın qəlbində vətən həsrəti, köçkünlük dər -

di,  qəriblik  sağalmaz  yaraya,  dilində  isə  bayatıya  çevrilibdir.  Ayrı-ayrı

böl gələrin  özünəməxsus  şəraiti,  həyat  tərzi  olduğu  üçün  orada  yaşayan

əhalinin də poetik düşüncəsi fərqli olur.



59

2012/

IV

İşin  məqsədi.  Kəlbəcər  ən  qədim  insan  məskənlərindən  biridir.  Bu

ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji

dövrlə bağlıdır. Bu  dövr  isə 4  milyon  ildən artıq  bir tarix deməkdir. Kəl -

bəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir

ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə ya ra dılıb. 

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən

məşhuru  Xudavəng  məbəd  kompleksidir.  "Xudadəng"  də  adlandırılan

abi də kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə

isə bu abidə alban knyazlığının dini məbədi  olub. Rayonun Vəng kəndi

ərazisində də digər bir alban məbədi yerləşir. Kəlbəcərdə Tarix-diyarşü-

naslıq  muzeyi,  Aşıq  Şəmşir  adına  mədəniyyət  evi  var.  Bununla  yanaşı

rayonda iri və orta müəssisələrin sayı 140, məktəbəqədər uşaq müəssi sə -

lə rinin sayı 90, ümumtəhsil məktəblərinin sayı 115, texniki, orta ixtisas və

peşə məktəblərinin sayı 1, xəstəxanalar və tibb müəssisələrinin sayı 107,

mədəniyyət ocaqlarının sayı 214 idi. 

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı

altındadır.  İşğal nəticəsində  Kəlbəcərdə  511 nəfər şəhid oldu, 231 nəfər

itkin  düşdü,  100-lərlə  adam  şikəst  oldu.  130  yaşayış  məntəqəsi,  dünya

şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət

ob yekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə ob -

yekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qo -

yun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu. 

Hazırda Kəlbəcər rayonunda olan məcburi köçkünlər Bakı, Sumqayıt,

Gəncə şəhərləri ilə yanaşı Azərbaycanın digər 44 rayon və şəhərində məs -

kunlaşmışlar. Onlardan 8988 ailə ictimai binalarda, məktəblərdə, 351 ailə

yol  kənarında  və  son dövrlərdə  humanitar  təşkilatlar  tərəfindən  tikilmiş

müvəqqəti  yaşayış  yerlərində  yerləşdirilmişdir.  Kəlbəcər  rayonunda  er -

məni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri

yetim qalmışdır.

Əhalinin dağılması, müxtəlif ərazilərdə yerləşməsi ilə bağlı folklor nü -

munələrinin  toplanmasına  böyük  ehtiyac  duyulur.  Goranboy  rayonunda

məcburi köçkünlər üçün salınmış düşərgədə Kəlbəcərin Zivel, Qaraçanlı,

Keştək, Aşağı Ayrım, Milli, Sarıdaş, Dəmirçidam, Seyidlər, Qamışlı, Yan -

şaq  kəndlərinin  sakinlərindən  topladığımız  bayatı  nümunələri,  onların

mövzu və ideyası, sənətkarlıq xüsusiyyətləri xüsusi diqqət tələb edir.

Qədim dövrlərdən bayatılar geniş mənalı, çoxşaxəli janr olmuş, onun

həm ideya-məzmun, həm də biçim-quruluş etibarı ilə bir-birindən seçilən



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə