Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə33/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

93

2012/

IV

hökmdarları haqqında məlumat əldə etmək, insanların hökmdarlara mü -

nasibətini öyrənmək üçün əyani vəsait hesab edilir.

Steblin-Kamenskinin yazdığına görə, «mifə münasibətdə bir şey mü -

bahisəsiz  olaraq  aydındır:  mif  nə  dərəcədə  qeyri-həqiqət  olmasına  bax-

mayaraq, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayət-

dir (18, 4). Elə mifin az-çox həqiqət kimi qəbul edilməsindəndir ki, eyni

təfəkkürdən  qaynaqlanan  görkəmli  alimlər,  mütəfəkkirlər  şah  obrazının

cə miyyətdə yüksək və mühüm mövqe tutduğunu nəzərə alaraq ha ki miy -

yətə, şahlara böyük əsərlər həsr etmişlər. Hələ qədimlərdə Pla tonun, Aris -

totelin,  Polibinin,  Lokkun,  Makiavellinin  əsərlərində  siyasi  davranışın

qaydaları işlənib hazırlanmış, liderlik texnologiyasının mühüm element -

ləri əksini tapmışdır (14, 34). Hökmdara olan belə münasibət Çingiz xa -

nın Ulu Yasasında da qabarıq şəkildə verilmişdir: «Qiyamçılara məktub

və ya elçi göndərəndə onları ordunun böyüklüyü və xaqana sədaqəti ilə

qorxutmaq lazım deyil. Sadəcə olaraq onlara bildirmək lazımdır ki, əgər

tabe  olsanız,  yaxşılıq  və  əmin-amanlıq  görəcəksiniz.  Əgər  müqavimət

göstərsəniz,  biz  nə  bilirik  nə  olacaq?  Yalnız  Ulu  Tanrı  bilir  ki,  sizi  nə

gözləyir (20, 18). Buradan belə nəticəyə gəlmək olar ki, Tanrının yerdəki

təmsilçisi  olmasına  başqa  xaqanlar  kimi,  Çingiz  xan  da  möhkəm  inam

bəsləyirdi. Eyni zamanda da biz Çingiz xanın insanları özünə ordu gü cü -

nə, qorxu ilə tabe etdirməyə qarşı çıxdığını görürük. Çünki ordusu olan

bir şaha insanlar onsuz da tabe olacaqdılar. Lakin Xaqanın bu sözləri de -

məsi ilə onun insanları özünə zor gücünə tabe etdirmək istəməməsi gö rü -

nür. Buna görədir ki, o, özünün hər hansı bir hərəkətini böyük Ya ra danın

adı ilə bağlayır, gördüyü işi Allahın buyruğu sayır (13, 72). Deməli, bütün

xalqların  mifologiyasında  olduğu  kimi  türk  dünyagörüşündə  də Allahın

hökmdarda  təcəssüm  etməsi  fikri  yüzilliklər  boyu  yaşamışdır.  Homer

Yunanıstanında başçılar və hökmdarlar haqqında müqəddəs, yaxud ilahi

varlıq kimi danışırdılar. Onların evləri və arabaları müqəddəs sayılırdı. Bu

fakt da tarix boyu hökmdarın Allahın yerdə elçisi, eyni zamanda da Allaha

ən  yaxın canlı hesab edildiyini göstərir (7,  28). Məsələn, bütün ölkələri

hakimiyyətində  birləşdirməyə  çalışan  Tey mur ləngin  özü  haqqında  fikri

belə idi: «Göydə tək olan Allah kimi, yerin hakimi də tək olmalıdır». O,

özünü «Tanrının qulu» hesab edirdi.

Təsadüfi  deyil  ki,  hətta  şahların  doğuluşu  da  möcüzə  ilə  əla qə lən di -

rilmişdir.  Məsələn,  Şah Abbasın  dünyaya  gəlişi  ilə  bağlı  əfsanəyə  görə,

bir dərvişin verdiyi almanı yarı bölüb yedikdən sonra Məhəmməd Xu da -




94

2012/

IV

bəndənin oğlu olmuşdur. Elə oğlana Şah Abbas adının verilməsi də dər vi -

şin məsləhəti ilə əlaqələndirilərək qeyri-adi əhvalat kimi təsvir edilmişdir.

Hətta  Çin  hökmdarlarının  obrazlarının  təsvirində  də  mifik  görüşlərə,

onların  fövqəltəbiiləşdirilməsinə  üstünlük  verilmişdir.  Belə  ki,  Çin

mifologiyasında e.ə. 2356 – 2235 illərdə hakimlik etmiş hökm dar Yaonun

dünyaya gəlişi də möcüzəviləşdirilmişdir (19, 121).  Şübhəsiz ki, hökm-

darın belə əfsanəviləşdirilməsi, qeyri-adi təsvir edilməsi onun heç də adi

adam olmadığını, bu ali mənsəbə Allah tərəfindən göndərildiyini bil dir -

mək üçün idi. Təsadüfi deyil ki, Rəşidəddinin «Oğuznamə»sində də dey-

ilir: «Padşahlıq taxtı yalnız Ulu Tanrının taxt-tac üçün seçdiyi adamlara

layiqdir (17, 47). Deməli, burada da şahlığın hər adama deyil, yalnız məx-

susi adamlara – yəni müəyyən istedad və qabiliyyətinə görə fərqlənənlərə

nəsib olması fikri irəli sürülür.

Bizans  ənənələrinə  əsaslanan  rus  dini-siyasi  görüşlərində  də  «hökm-

darın yer üzünün Allahı» olması inamı özünü büruzə verir (12, 91). Xü -

susilə də I Pyotrun hakimiyyəti dövründə bu fikir özünün təsdiqini tapır.

Belə ki, I Pyotrun dövrünə qədər Rusiyada, bir qayda olaraq, çar dini rəh-

bərin əlini öpməli idi. Lakin çar olmaqla bərabər, həm də kilsənin başçısı

olan  I  Pyotrun  dövründə çar  bir  az  da müqəddəsləşdirilmiş, bununla  da

məhz onun bu şahlığa layiq olması fikri özunü təsdiq etmişdir (10, 100).

Göründüyü kimi, tarixən hər bir xalqın öz hökmdarı olmuş və demək

olar ki, bütün ölkələrdə xalq onu müqəddəsləşdirmiş və fövqəltəbii şəx -

siyyət kimi xarakterizə etmişdir; bu isə xalqın həyatı və müəyyən dövr-

lərdə baş verən ictimai-siyasi proseslər kimi folklorda da əksini tapmışdır;

nəticə  isə birdir, tarixən bütün xalqlarda hökmdara olan eyni  mü nasibət

yaradılmış folklor nümunələrindən yan keçməmişdir. Belə ol ma saydı, bir

xalq  üçün  xarakterik  olan  motiv,  süjet  xətti  digər  xalqın  folklorunda,

oyunlarında  öz  əksini  tapmazdı.  Bu  da  T.  Benfeyin  fikrini  təsdiq  edir.

Çün ki Benfey belə hesab edirdi ki, süjetlərin oxşarlığı qohumluqdan de -

yil,  əksinə, xalqlar  arasındakı  tarixi-mədəni əlaqələrin  mövcudluğundan

doğmuşdur. Deməli, süjetlərin bir ölkədən başqa ölkəyə yol tapması hə -

min qarşılıqlı münasibətlər nəticəsində mövcud olmuşdur. O, bəşəriyyət

tarixinin üç mühüm hadisəsini, yəni – İsgəndərin qələbəsi və hökmranlığı,

ərəblərin  hücumunu və xaç  müharibələrini  nəzərə  alaraq  xatırladırdı  ki,

həmin müharibələr nəticəsində Şərqlə Qərb bir-birinə qaynayıb qarışdı və

insanlar bir ölkədən başqa ölkəyə doğru üz tutaraq, möv zular, yaxud da

ki, süjetləri də özləri ilə bərabər apardılar. Bu isə dünya ölkə lərində hök-




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə