Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə37/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

103

2012/

IV

yoxdur. Amma burası da var ki, sosial məzmun, satirik mahiyyət axtarıla-

axtarıla heyvanlar aləmindən bəhs edən nağılların ən ilkin, ən səciyyəvi

xüsusiyyətləri diqqətdən kənarda qalır. Bu xüsusiy yətlər isə, ilk növbədə,

ondan ibarətdir ki, heyvanlar aləmindən bəhs edən nağıllarda insan kimi

danışıb  davranmaq  heyvanları  heç  də  insanlarla  eyniləşdirmir,  heyvan-

ların  hərəkətlərində  yalnız  ictimai  münasibətlər  əks  olunduğunu  iddia

etməyə əsas vermir (5, 41). 

Heyvanlar  aləmindən  bəhs  edən  nağıllarda  heyvan-insan  münasi-

bətlərini aydınlaşdırmaq baxımından həm heyvanların, həm də insanların

iştirak  etdiyi  komik  nağıllar  da  xüsusi  maraq  doğurur.  “Tülkü  baba  və

hacıleylək”,  “Tülkünün  kələyi”,  “Şəngülüm,  Şüngülüm,  Məngülüm”,

“Pıs pısa  xanım  və  Siçan  solub  bəy”,  “Cik-cik  xanım”,  “Xoruz  və  pad -

şah”, “Armudanla tülkü” və b. nağıllarda heyvanlarla insanların qarşılıqlı

münasibəti bir qədər qabarıq şəkildə üzə çıxır (5, 45). 

Qeyd etdiyimiz kimi, heyvanlar haqqında nağılların tərbiyəvi əhə miy -

yəti  olduqca  böyükdür.  Ona  görə  də  bu  nağıllar  fikirlərə,  hisslərə  eyni

vaxtda  və  eyni  qüvvə  ilə  təsir  göstərir.  Heyvanlar  haqqında  nağıllarda

sözlər üçün darısqallıq, fikirlər üçün genişlik vardır. Heyvanlar haqqında

nağıllarda  həqiqi  həyat  qaynağı  olmaq  etibarilə  sevincə  əhəmiyyət  və

qiymət verilməsi onların həyata münasibəti ilə tam bir ahəngdədir. Daha

doğrusu, heyvanlar haqqında nağıllarda insana münasibət həyata münasi-

bətdən  doğur,  insanlar  arasındakı  münasibətlər  isə  heyvanlar  üzərinə

küçürülüb cəmiyyətə təqdim edilir.

Bizə məlumdur ki, təmsil şeirin ən mürəkkəb növlərindəndir. Bu şeir

satira və lirikadan doğur. Burada yumor, istehza və gülüş bir-birinə qarı -

şır. Şairlərimiz, adətən, təmsillərin yazılma tarixini göstərirlər ki, on ların

məzmunu,  həyat  hadisələri  ilə  əlaqəsi  düzgün  anlaşılsın.  Təmsillərdə

mənfi surətlər əqrəb, ilan, tülkü, şir, pişik və s. heyvanların cildində tən-

qid atəşinə tutulur. Bu heyvanlar Azərbaycan təmsili üçün yeni deyil, la -

kin onlar təmsillərdə hər zaman yeni-yeni cəhətləri ilə diqqəti cəlb edirlər.

Bizə  məlumdur  ki,  bu  heyvan  surətlərinin  arxasında  insan,  onun

hərəkətləri, münasibətləri durur və daha maraqlısı odur ki, təmsillər adə -

tən real həyatla bağlı olub yaşadığımız illərin hadisələri ilə səsləşir, insan-

ların  ilk  baxışda  gözə  görünməyən  mənfi  xislətini  açıb  göstərə  bilir.

Sənətkar,  adətən,  belə  xislətlərin  ifadəsi  üçün  heyvanları  diqqətlə  seçir,

hər  xislətə  görə  müvafiq  surət  tapır  və  oxucu  bu  heyvan  surətlərində

insanları görə bilir. 




104

2012/

IV

Təmsil həcmcə bir o qədər də böyük olmayan, tənqidi və nəsihətamiz

məzmunda, satirik, təsviri əsərdir. Çox vaxt nəzm şəklində yaranır, lakin

bəzən  nəsr  şəklində  də  təmsillərə  təsadüf  edilir.  Təmsil,  adətən,  təsvir

edilən hadisəni mənalandıran, yekunlaşdıran və əsərin ifadə etdiyi məqsə-

di izah edən qısa nəsihətamiz nəticə ilə qurtarır. B.Q.Belinski yazmışdır:

“Təmsilin mahiyyəti budur: hekayə və məqsəd; onun əsas keyfiyyəti bun-

lardır: satira və istehza” (7, 169).

İnsan  xarakterinə məxsus cəhətlər, insani münasibətlər  təmsildə hey-

vanların, bitkilərin, yaxud əşyaların təsviri, bəzən isə inikası yolu ilə ve-

rilir, başqa sözlə, alleqorik təsvir təmsildə geniş istifadə olunan bədii ifadə

üsuludur. Krılovun “Tülkü və qarğa”, S.Ə.Şirvaninin “Xoruz və çaqqal”

təmsillərində iştirakçılar heyvanlardır, yəni misal çəkdiyimiz bu əsərlər -

dəki ideya, mətləb heyvan surətləri vasitəsi ilə ifadə olunmuşdur.

Təmsilin dili sadə, konkret, həcmi isə çox kiçik olur, lakin dərin satirik

məna ifadə edir. Təmsilin ruhunu, canını tənqid, satira təşkil edir. Yazıçı

həyatda  müşahidə  etdiyi  nöqsanları  cəmiyyət  həyatından  təbiət  və  hey-

vanlar aləminə köçürür. Təbiət və heyvanlar şəxsləndirilir. Təmsil əxlaqi,

nə sihətamiz  səciyyə  daşıyır.  Yazıçı  insanların  bir-birinə  münasibətində

mü şahidə  etdiyi  nöqsanları  tənqid  atəşinə  tutmaqla  yanaşı,  bir  qayda

olaraq,  özünün  də  əxlaqi,  nəsihətamiz  fikirlərini  irəli  sürür.  S.Ə.Şirvani

“Qaz və durna”, Q.Zakir “Tısbağa, qarğa, kəsəyən və ahu” təmsillərində

insanları ittifaqa, dostluğa səsləyir, adamlar arasında sədaqəti, vəfanı, eti -

barı təbliğ edir. Təmsilçi özünün əxlaqi fikirlərini ya təmsilin əvvəlində

verir, ya da sonunda verərək fikrini tamamlayır.

Qeyd etdiyimiz kimi, bu gün heyvanlar haqqında nağıllar xalq arasın-

da, təmsillər isə yazılı ədəbiyyatın tərkibində yaşamaqdadır. Ümumiy yət -

lə, yazılı ədəbiyyat şifahi xalq ədəbiyyatından bəhrələnməklə ya naşı, həm

də şifahi xalq ədəbiyyatı nümunələrini qoruyub saxlayır. 

Təmsil yazılı ədəbiyyatın ən qədim janrlarındandır. Onda heyvanların

və quşların mənşəyi, heyvanlar və insanlar arasındakı əlaqə, totem hey-

vanlar barədə  süjetlərə rast  gəlinir. Təmsillərdə heyvanlar aləmi  insanın

fikir və hissi, onun həyati görüşlərinin əksi forması kimi ifadə olunur. İn -

san kimi düşünən, özünü insan kimi aparan, danışan heyvanlar poetik şər -

ti  lik daşıyır. Belə ki, təmsil hər şeydən öncə, məxsus olduğu xalqın istək

və arzusunu, gələcəyə ümidini, tarixə münasibətini, insan və zaman haq -

qında dünyagörüşünü poetik şəkildə ifadə edir. Cəmiyyət həyatının aktu-

al  problemləri,  gerçəklikdə  olan  müxtəliflik  öz  bədii  ifadəsini  təmsil də




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə