Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   2   3   4   5   6   7   8   9   ...   102

_________Milli Kitabxana_________ 
 
15
 
bu döyüşlərdə gah şahlığın, gah da sultanlığın bayrağını başı üs-
tünə qaldıran İrəvan xanlığı, düz dörd yüz il öz xanlıq statusunu 
qoruyub saxlamaqla bahəm, burada yaşayan insanların da rahatlı-
ğını,  əmin-amanlığını qoruyub saxlamışdı. Xanlığın  əsas  əhalisi 
Azərbaycan türkləri idi və bu torpaqlar da tarixən onlara məxsus 
olmuşdur. Türklərdən əlavə, xanlıq ərazisində ermənilər, kürdlər, 
aysorilər, farslar, ərəblər və digər azsaylı millətlərin nümayəndə-
ləri də hürr və  əmin-amanlıqla gün-güzəran keçirirdilər.  İrəvan 
xanlığı yaradılan zamandan (1410) Pir Hüseyn Əmir Səid xandan 
başlamış, ta 1828-ci ilə – Hüseynqulu xana və qardaşı Həsən xa-
na qədər xanlıq taxtında əyləşən 49 nəfər xanın hamısı Azərbay-
can türkləri olmuşdlar. Bu, bir daha göstərir ki, İrəvan xanlığının 
ərazisinin əsl sahibləri Azərbaycan türkləridir. 
Rəsmi arxiv sənədlərində öz əksini tapan faktları inkar etmək 
mümkünsüzdür. Azərbaycanın sosial-iqtisadi tarixi ilə bağlı olan 
sənədlərin Türkiyə kimi böyük dövlətlərin arxivlərində saxlandı-
ğını  nəzərə alan akademik Ziya Bünyatov İstambuldakı Başba-
kanlıq Arxivində saxlanılan iki “müfəssəl dəftərin” – 1727-ci il 
tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və “Naxçıvan 
sancağının müfəssəl dəftəri”nin mikrofilmlərinin əldə olunmasına 
təşəbbüs göstərmişdir. 1984-cü ildə başlanan bu nəcib işin bəhrə-
si olaraq, Şirindil Alışanlının naşirliyi ilə (Bakı, “Cabah” nəşriy-
yatı, 1997) 336 səhifəlik “Naxçıvan sancağının müfəssəl dəftəri” 
kitabı  tərcümə  və  nəşr edilərək oxuculara çatdırılmışdır. Naxçı-
van sancağının 14 nahiyədən və 315 yaşayış məntəqəsindən iba-
rət olduğu, bu nahiyəlrdə vəqflərin illik gəliri, xərclərin həcmi və 
gəlirlərə görə nisbətlər faizlə göstərilmişdir. (Tarixi ədəbiyyatda 
Naxçıvanın Osmanlı imperiyasının tərkibinə daxil olması 1724-
cü il kimi qəbul olunubdur.) Kitabda “İrəvan əyalətinin müfəssəl 
dəftəri”ndən nümunələrə də yer ayrılmışdır. Müxtəlif zamanlarda 
köçürmələr, hakimiyyət,  ərazilərin dəyişdirilərək başqa inzibatı 
vahidlərə aid edilməsini nəzərə alsaq, bu prosesin İrəvan xanlı-
ğında da getdiyini demək mümkündür. 


_________Milli Kitabxana_________ 
 
16
 
Həmin dövrlərdə  İrəvan xanlığında bir sultanlıq və on beş 
mahal olmuşdur. Bu mahallarda irili-xırdalı 2300 yaşayış məntə-
qəsinin 1500-dən çoxunda büsbütün Azərbaycan türkləri yaşayır-
dı. Burada da vəqflərin illik gəliri, xərclərin həcmi və  gəlirlərə 
görə nisbətlər faizlə göstərilmişdir. “Müfəssəl dəftər”də akade-
mik S.S.Cikityanın türk mənşəli erməni soyadları haqqında tarixi 
aspektdə  işlənilməyən məqaləsi (“Naxçıvan sancağının müfəssəl 
dəftəri”, Bakı, “Sabah”nəşriyyatı, səh.21) də öz əksini tapmışdı. 
...1828-ci ildə xanlıqda 310 erməni məskəni vardı ki, bu da xan-
lıqda yaşayan Azərbaycan türklərinin cəmi 25 faizini təşkil edir-
di. Bir yanı Naxşıvan, Qarabağ, Gəncə xanlıqlarına, Qazax və 
Şəmşəddin sultanlıqlarına, o biri yanı  İran və Osmanlı dövlətlə-
rinə söykənən, başı Çıldır, ayağı Ağrı dağına qədər uzanan İrəvan 
xanlığı ta XVIII əsrin  əvvəllərinə  qədər coğrafi, tarixi və etnik 
müxtəlifliyi baxımından belə idi. 
Digər xanlıqlar kimi XIX əsrin  əvvəllərində  İrəvan xanlığı-
nın üstünü Şimaldan gələn qara buludlar almağa başladı. Əslində 
bu buludların ilk işartısı hələ rus imperatoru I Pyotrun Xəzər də-
nizinin qərb sahillərini işğal etdiyi və isti dənizlərə yol açmaq 
üçün Qafqazı fəth etmək çağırışları günlərindən görünməyə baş-
lanmışdır. Bundan ən çox sevinən ermənilər olmuşdur və bu qara 
buludlar onların Azərbaycanın qədimdən də qədim torpaqlarında 
özlərinə yeni məkan və yeni “vətən” tapmaq ehtirasını gücləndir-
mişdir. Elə bu səbəbə görə də I Pyoturun yanına qaçan erməni ye-
piskopu İsrail Qrinin xahişi ilə çar işğal etdiyi Bakıya və Dərbən-
də xeyli erməni köçürülməsi ilə yanaşı, ermənilərin Rusiya höku-
məti tərəfindən himayə edilməsinə barədə də xüsusi fərman ver-
mişdir. I Pyotrun vəsiyyətlərinə dönmədən əməl edən, İstambula 
sahib çıxmaq və “İsti dənizlərə” – Hind okeanına yol açmaq ehti-
rası ilə alışıb-yanan Rusiya XIX əsrin ilk illərində Gürcüstanı, 
sonra isə Gəncə, Qarabağ, Şəki, Şirvan, Lənkəran xanlıqlarını is-
tila edərək Azərbaycan ərazilərinin böyük bir hissəsinə yiyələndi 
və Naxçıvan,  İrəvan xanlıqlarını da ələ keçirmək üçün fürsət 
gözlədi. 


_________Milli Kitabxana_________ 
 
17
 
Həmin fürsət isə Rusiyanın əlinə düz 14 il sonra – İran şah-
zadəsi Abbas Mirzənin ruslar tərəfindən ilhaq edilən Azərbaycan 
torpaqlarını geri qaytarması  həvəsindən sonra düşdü. 50 minlik 
ordu ilə əks hücuma keçən ruslar İrəvan, Naxçıvan, Ərdəbil, Xoy 
ərazilərini də işğal edib, Təbrizə qədəm basanda İran şahı Rusiya 
ilə sülhə gəlməyə məcbur oldu. 
Onu da qeyd edim ki, həmin müharibələrin bir böyük zərbəsi 
də o oldu ki, rusların işğal etdiyi ərazilərdən, xüsusən də İrəvan 
və Naxçıvan xanlıqlarından 240 min əhali, özü də rus istibdadına 
boyun əyməyən və rus təbəəliyini özlərinə təhqir sayan varlı təbə-
qə İrana və Türkiyəyə köç elədi. İrəvanın bir neçə mahalı, xüsu-
sən də  Sərdarabad, Gərni, Zəngibasar,  Şərur mahalları büsbütün 
boşaldı. Həmin boşalmış  ərazilərdə isə  dərhal  İrandan və Türki-
yədən qaçan kürdlər və ermənilər məskunlaşdılar. 
Nəhayət, Azərbaycanın Araz çayının  şimalında və  Xəzər 
dənizi sahillərində olan torpaqlarının Rusiya tərəfindən işğalını 
“de fakto” və “de yure” təsdiq edən bədnam “Türmkənçay” mü-
qaviləsi imzalandı. 
Müqavilədə öz əksini tapan bir neçə  şərtlə yanaşı, hər iki 
dövlət – İran və Rusiya dövlətləri İrandan və Türkiyədən Rusiya-
ya köçən ermənilərin, Azərbaycandan isə  İrana və Türkiyəyə 
köçən müsəlmanların yerləşdirilməsini öz üzərinə götürdü. Və 
beləliklə, həmin müqaviləyə əsasən, çox az bir vaxtda İrandan 40 
minə qədər, Türkiyədən isə 80 mindən çox erməni İrəvan quber-
niyasına və  Gəncə quberniyasının dağlıq  ərazilərinə köçürüldü. 
Bu azmış kimi, 1828-ci ildə 21 mart tarixli fərmanla  İrəvan qu-
berniyası ərazisində “erməni vilayəti” yaradıldı. 
...Həmin vur-haydan, köçhaköçdən o zaman Vedibasar maha-
lı, az da olsa, yan keçmişdir. Və bunun da əsl səbəbkarlarından biri 
o zaman burada böyük hörmət və nüfuz sahibi olan Mahmud ağa 
və onun oğlu  Şərəf bəy olmuşdur. Mahmud ağa başqa bəylərə
bəyzadələrə  və xanzadələrə qoşularaq  İrana köç etməmiş,  əksinə, 
Göyçəli Vəli ağadan nümunə götürərək, oğlu Şərəf bəyi özünə la-
yiq sovqatlarla İrəvana – Qədim Azərbaycan şəhərini özünə qərar-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə