Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə4/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   2   3   4   5   6   7   8   9   ...   131

 

12 


uğrunda mübarizənin qayəsini düzgün nişan verir: “Mən çağırdım 

yüz-yüz, min-min sütül gənci Elbrusdan uca duran bir amala!”. Bu 

amalın adı Azərbaycanın milli-mənəvi bütövlüyü uğrunda 

mübarizədir. Təbriz radiosunun farsca bir verilişini dinləyən şairin 

həyəcanları, fikir təlatümləri “Səsin gəlsin, Təbrizim!”  şerində 

məhz böyük amal səviyyəsində bədii ifadəsini tapmışdır. “O qədər 

doğmasan ki, hətta, yadlar dilində doğmalığın bilinir. Radionu az 

qala söykəyirəm köksümə. Dinlədikcə  səsini, işıq gəlir gözümə. 

Nəfəsindən güc alır qolum, qanadım, dizim. Bəs niyə özgə dildə, 

canım, gözüm, Təbrizim?!”  Şer yanıqlıdır. Ümumən, Xəlil Rza 

poeziyası üçün səciyyəvidir. 

Sənətkar öz lirik qəhrəmanının qüvvəsinə inanmışdır. 

İnanmışdır ki, bir fərd öz xalqının mədəniyyət tarixinə  işıq sala 

bilər, cəmiyyətə yaşayıb-yaratmağın yeni etalonunu təqdim edə 

bilər. Buna görə o, təklənməkdən, yalqız qalmaqdan qorxurdu. 

“Birsən... yüz min olmalısan. Fərdsən... Vətən olmalısan! Gülsən... 

bahar olmalısan. Kəsafəti alt-üst edən təzə rüzgar olmalısan” 

“Ömürdən uzun gecələr” kitabı müəllifin poetik nəfəsinin 

dərinləşməsindən, genişlənməsindən, bədii dil sənətkarlıq cəhətdən 

xeyli püxtələşməsindən, zənginləşməsindən xəbər verirdi. Bu 

zənginlik məhəbbət  şerlərində xüsusilə parlaq biçimdə ortaya 

çıxırdı. Xəlil Rzanın məhəbbət  şerləri də  təravətlidir, yenidir. Bu 

şerlərdə  həyatın mənasını sevməkdə, özünü başqasına həsr 

etməkdə görən lirik qəhrəmanın mənəvi həyatı verilir. Sevgi 

şerlərinin hər iki qütbü: aşiq də, məşuq da fəaldır, yaradıcı 

insandır, tərəqqi uğrunda mübarizdir. Ən başlıcası - xarakter 

sahibidir. 

“Hara gedir bu dünya?..” kitabı X.Rzanın yaradıcılıq intibahının 

sanballı göstəricisi olmuşdur. Bu toplu o vaxta qədər heç bir 

Azərbaycan  şairinin kitabında olmadığı  dərəcədə milli istiqlal, 

cəsurluq, qəhrəmanlıq yükü ilə yüklənmişdi. 80-ci illərin ortalarına 

qədər  şairlərin rəsmi ideologiya çərçivələrini dağıdan, milli 

müstəqillik ehtirası 

  



 

13 


 

ilə aşılanmış əsərlərini nəşr etdirməsi müşkül məsələ idi. Ona görə 

də X.Rza bəzi hallarda istiqlal ruhlu əsərlərini çətinliklə də olsa, ya 

əyalət mətbuatında (bəzi rayon qəzetlərində) buraxdırmaq, ya da 

xaricə göndərməyə təşəbbüs etməklə təskinlik tapmış, hər iki halda 

rəsmi inzibati orqanlar tərəfindən cəzalandırılmış, daha ağır 

qadağalara məruz qalmışdır. 

“Davam edir 37...” (1992) kitabı X.Rzanın  ən sanballı 

kitablarındandır. Burada şairin qiymətli siyasi lirika nümunələri 

toplanmışdır. Onun siyasi lirikası məzmunca yeni olmaqla yanaşı, 

öz hərarəti, gərgin dramatik özəyi, münaqişə ruhu, odu-alovu, 

daxili yanğısı etibarilə seçilirdi. 70-ci illərin sonlarında başlayan, 

80-ci illərdə vüsətlənən, 90-cı illərin  əvvəllərində kulminasiya 

nöqtəsinə çatan Azərbaycan azadlıq hərəkatında X.Rzanın fəal 

iştirakı, siyasi şerləri, publisistikası çağdaş  gəncliyin milli 

ideologiyanı başa düşüb qavraması, onunla silahlanması  və milli 

özünüdərkində bir məktəb olmuşdur. Kitabın adına çevrilmiş 

“Davam edir 37...” X.R.Ulutürkün proqram şerlərindən biri və  ən 

qüvvətlisidir.  Şerdəki bu qüvvət vətəndaş  şairin daxili aləmindən, 

onun sarsılmaz iradəsindən, inam və  cəsarətindən mayalanmışdır. 

Azərbaycanın qırmızı imperiya tərəfindən işğalından bu şerin 

yazılmasına qədər keçən az qala yetmiş il ərzində sovet 

hakimiyyəti, onun antixalq, antibəşər, totalitar siyasəti, ölkəni 

bürümüş  həbs düşərgələrinin dəhşətləri, Azərbaycanda xüsusi 

canşəfanlıqla həyata keçirilən antiazərbaycan, antitürk, antiislam 

tədbirləri, doğma dilimizin inzibati idarələrin qapıları dalında 

boynu bükük vəziyyətdə qalması heç bir şairin  əsərində bu qədər 

kəskin və amansızlıqla yüksək bədii səviyyədə ifşa edilməmişdir. 

Şeir yaddaş mövzusu ətrafında  şairin poetik gəzişmələri ilə 

başlanır. Tarixi yaddaş motivini 30-cu illərin sovet repressiyasına 

bədii surətdə bağlayan  şair xalq yaddaşını ayıq-sayıq olmağa 

çağırır. 

 

 



 

14 


 

  

Yox, 

unuda 

bilmərik biz xeyir cildi geyən şəri,  

 Yüzminləri qanunsuz və məhkəməsiz  

 

 

 

gülləbaran edənləri.  

Miz üstündə yetim qalmış qələmə, kağıza istinadən, repressiya 

olunmuş ədib və şairlərimizin pak ruhunu dindirmək üçün şair bu 

poetik vasitədən istifadə edərək yazmışdır: 

 

Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq,  

 

Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.  

 

Xəyanətə qurban getdi neçə igid,  

 Pensneli, 

zər əsalı, nur heykəli ulu Cavid. 

 

 

 Qurban 

getdi 

dağ bülluru Yusif Vəzir, 

 Yalçın qaya - Əhməd Cavad, 

 Qoç 

Koroğlu - Sanı oğlu Hacı Kərim, 

 Ulduzları salxım kimi göydən dərən 

 

  Çobanzadə Bəkirimiz, 

 Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.  

Müəllif ölkənin bütün qeyrətli vətəndaşlarını azadlıq 

mübarizəsinə qoşulmağa çağırır, rəsmi dövlət siyasətinə qarşı öz 

iradlarını bildirmək üçün onları meydanlara səsləyir. Qarabağdakı 

xəyanətin, Sumqayıtdakı  fəlakətin  əsl səbəbkarlarını  sərrast 

ifadələrlə ifşa edən sənətkar Azərbaycanın azadlığı  uğrunda 

mübarizənin həm tarixinə, həm də coğrafiyasına müxtəsər poetik 

ekskurs etmişdir. “Davam edir 37...” şeri siyasi lirikanın çox 

əhəmiyyətli nümunələrindəndir. 

80-ci illər  ədəbiyyatının nadir poetik hadisəsi olan “Silahları!” 

(1988)  əsəri də  Xəlil Rzanın  ən kəskin siyasi şerlərindəndir. 

Ermənilər gen-bol silahlanıb torpaq iddiasilə  hərbi müdaxiləyə 

hazırlaşanda, soydaşlarımızın isə ov tüfəngləri də  əllərindən 

almanda Xəlil Rza xalqa müraciətlə “Silahları!” demişdi. Hökumət 

dairələri, rəsmi təbliğat, dövrü mətbuat, televiziya və radionun 

düşmən tərəfini saxladığı bir vaxtda tribun şair cəsarətlə deyirdi: 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə