Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə3/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   2   3   4   5   6   7   8   9   ...   131

 

günəş”, “Təbəssüm”, “Ağ saçlı, cavan Xəzər”, “O qızın dedikləri” 



və digər  əsərlərdə  təsvir olunan hadisə  və insanlara incə, lirik 

münasibət, fərdi duyum üstün kefiyyət olmuşdur. Onun 60-cı illər 

şerlərinin başlıca mövzularını  təbiət lövhələri təşkil etmiş, təbiət 

hadisələri əsasında şair milli duyğu və düşüncələrini ifadə etməyə 

çalışmışdır. 

Xəlil Rzanı kifayət qədər oxumayanlar, şairin  əsərlərinə 

dərindən bələd olmayanlar bəzən onun millilik, türkçülük, 

azərbaycançılıq haqqında  şerlərində yanlış notlar axtarmış,  şairi 

şovinizmdə günahlandırmışlar. X.Rza isə orijinal bədii  əsərləri, 

elmi-tənqidçilik fəaliyyəti, publisist çıxışları, xüsusən, bədii 

tərcümələrilə Azərbaycanı ürəkdən sevən, həm də beynəlmiləlçi 

xalq ziyalısı olduğunu dönə-dönə sübut etmişdir. 

“Mən günəş ürəkli Xəlil Rzayam, Yer boyda, göy boyda 

təbiətim var. Reyhan yarpağından qarışqayacan yurdumda hər kəsə 

məhəbbətim var”  

-  misraları  şair üçün sadəcə deklarasiya, şüar olmamışdır. O, 

Azərbaycanda məskunlaşmış azsaylı qardaşlarımıza bəslədiyi 

səmimi məhəbbəti həmişə ürəkdən tərənnüm edirdi. 

Lahıc da, ləzgi də, tat da, talış da, 

Kürd, udin, rutul da var-dövlətimdir. 

Azərbaycanımın qucaqladığı, 

Bağrına basdığı can sərvətimdir. 

Fəxrim, qol-qanadım, şan-şöhrətimdir!  

SSRİ-də yeridilən antitürk, antiazərbaycan siyasətinə züy tutan 

o zamankı Bolqarıstanda türklər əleyhinə aparılan  şovinist siyasət 

də bu baxımdan  şairin nəzərini cəlb etmiş  və o, “Sən alçaqsan!” 

adlı  şerində bu antihumanist siyasətə qarşı  kəskin etirazını 

bildirmişdi. 

X.Rzanın poetik manifesti olan “Azadlıq”  şeri ilk dəfə 

“Ədəbiyyat və incəsənət” qəzetinin 24 dekabr 1960-cı il tarixli 

nömrəsində məlum senzor basqını nəticəsində “Afrikanın səsi” adı 

ilə  dərc edilmişdir. 70-ci illərin sonları, 80-ci illərin  əvvəllərində 

onun sovet mövzularından uza- 



 

10 


qlaşmaq meylləri daha da qüvvətlənmişdir. “Bir cüt göyərçin 

kimi”, “Ömrüm”, “Tufanda”, “Mində bir”, “Qasırğa”, 

“Şəhriyarım”, “Gül yastıq”, “Min yaşlı çinarlar” və başqa  şerləri 

fikir və duyğular sərbəstliyinin, qurub-yaratmaq əzminin,  əxlaqi-

mənəvi dəyərlərimizin, təbiətin fəal vətəndaş mövqelərindən 

tərənnümü baxımından fərqlənirdi. Onun siyasi cəhətdən “arzu 

olunmaz” şerlərinin kütləvi ədəbi məclislərdə, yubiley gecələrində 

oxunmasına icazə verilməmişdir.  Şair “Söz kürsüsü” şerində bu 

barədə yazır: 

Sənə söz kürsüsü verilməyəndə, 

Bəzən qərq olursan qəmə, qüssəyə. 

Mənsə özgəyəm. 

...Avtobus. Çimərlik. Təyyarə. Qatar. 

Gör mənim nə qədər kürsülərim var...  

Xəlil Rza Azərbaycanın Rusiya və İran tərəfindən parçalanması 

faciəsini ürək ağrısı ilə qələmə almışdır: 

Bir yanda şahənşah, hir yanda da çar, 

Qan ilə yazdılar sülh qərarını. 

Tikanlı məftillə sarıdı onlar, 

Böyük bir millətin yaralarını.  

Rəsmi təbliğat o vaxt bar-bar bağırırdı ki, guya Azərbaycan 

vaxtilə Rusiya imperiyasının tərkibinə könüllü daxil olmuşdur. 

X.Rzanın böyük xidmətlərindən biri bu tarixi ədalətsizliyi poetik 

sözün gücü ilə xalqa çatdırıb, onun vətəndaşlıq duyğularını 

oyatmasında idi: 



Gürşad tökdü, tufan oldu, 

Araz daşdı, ümman oldu. 

Qayaları al qan oldu, 

O sahildə, bu sahildə. 

Ölkə yandı, vətən yandı, 

Qızıl pul tək xırdalandı. 

Dövlət getdi, var talandı, 

O sahildə, bu sahildə.  

Xəlil Rzanın “Taparam səni” (1980) kitabının başlıca ideya-

məzmunu vətənsevərliyin, humanizmin və şair mən- 



 

11 


liyinin daha parlaq, emosional biçimdə  təsdiqindən, meşşanlığa 

qarşı mübarizənin daha qətiyyətlə ifadəsindən ibarətdir. Kitabın 

başlıca pafosu insan uğrunda mübarizədir. Bu baxımdan Xəlil Rza 

klassik poeziyamızın enənələrini ləyaqətlə davam etdirmiş, 

antihumanizmin  ən kiçik təzahürlərinə belə dözməmiş, bu sahədə 

heç kimə güzəştə getmədən qələm çalmışdır. “Gedəcəksən 

baharda” adlı lirik poemasındakı “Yalnız özüm üçün yaşasam əgər

bu gündən qazılsın məzarım mənim” beyti şairin bütün yaradıcılıq 

qayəsini yaxşı səciyyələndirirdi. 

Vətənsevərlik, humanizm, tərəqqi uğrunda ardıcıl mübarizə, 

fəal vətəndaşlıq mövqeyi Xəlil Rzanın 80-ci illər poeziyasında 

xüsusi bir qüvvətlə, zəngin boyalarda meydana çıxmışdır. Yaradıcı 

insanın gərgin mənəvi axtarışları, özünə inamı, öz mənliyinə 

güvənməsi, Araz problemi, Cənub həsrəti, ümumən Azərbaycanın 

milli-mənəvi bütövlüyünün təsdiqi “Ömürdən uzun gecələr” 

kitabındakı şerlərin başlıca pafosunu təşkil edir. 

Xəlil Rza dramatik poeziya ustasıdır. O, buna həyatın sərt 

həqiqətlərini, ziddiyyət və münaqişələrini dərindən öyrənməklə, 

onlan çəkinmədən şerə gətirməklə, can yanğısı sərf etməklə, ilham 

odu, daxili enerji xərcləməklə nail olmuşdur. Şairin lirik qəhrəmanı 

böyük və  cəsur insandır. O, həyatı sadəcə olaraq seyr etmir, 

yenidən yaradır.  Şair cəsarəti həyatı yaxşı bilməklə, dürüst ideya, 

məfkurə mövqeyi seçməklə, tərəqqi uğrunda mübarizənin ön 

cərgəsində getməklə, nəhayət, öz bədii istedadına güvənməklə 

şərtlənir. 

Xəlil Rza tribun olmuşdur. Onun köksü geniş, ürəyi alovlu idi. 

İctimai ideallarını  aşkarlayan  şerlerinin çoxu yollarda yaranmış, 

mübarizənin gedişində yetişmişdir. Hələ “Bilik” cəmiyyəti xətti ilə 

rayonları  gəzən, görüşlər keçirən, mühazirələr oxuyan şairin 

özünün dolğun bədii surətini işıqlandıran “Mənə  bənzər!”  şeri bu 

cəhətdən tipik idi. “Bir cüt limon” şeri insan uğrunda, kamil 

azərbaycanlı 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə