Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə5/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   2   3   4   5   6   7   8   9   ...   131

 

15 


 

Nə qəm, kinlə silahlan, 

Topdan, tüfəngdən üstün

Tankdan, raketdən güclü 

Qeyrətinlə silahlan! 

Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan, 

Nuş et ildırımları, sən şimşəklə silahlan! 

O zaman silahlanmaq üçün imkanı olmayan Azərbaycan xalqını 

huşyar olmağa, “laylalara yatmamağa” çağıran bu qüdrətli səs hər 

bir vətəndaşı silkələyir, daha çətin sınaqlara sesləyir, məşəqqətli 

günlər qarşısmda mənəvi birliyə çağırırdı. “Davam edir 37...”, 

“Yaşasın Xalq Cəbhəsi”, “Silahları!”, “Qorxaqlıq, cəsurluq”, 

“Səlahiyyət istəyirəm” kimi şerlərin mayasında xalqın taleyi, onun 

faciəli, məşəqqətli həyatı dururdu. 

“Səlahiyyət istəyirəm!” şeri şairin mücadilə ruhlu əsərlərinin ən 

yaxşı nümunələrindən biridir. X.Rza Azərbaycanın istiqlaliyyəti 

uğrunda güclü, təsiredici sözü, şeri, yorulmaq bilməyən ictimai-

siyasi fəaliyyətilə ardıcıl mübarizə aparmış vətəndaş qələm sahibi, 

90-cı illərin əvvəllərində isə əqidəsi yolunda imperiya məhbəsində 

can çürütmüş ilk və yeganə Azərbaycan şairi olmuşdur. Onun üçün 

Azərbaycanın istiqlaliyyətindən, həmvətənlərin azadlığından, 

ölkəmizin dövlət müstəqilliyindən  əziz və qiymətli heç nə 

olmamışdır. Xəlil Rza Ulutürk də M.Hadi, Ə.Cavad kimi istiqlal 

şairimizdir. Bu bir həqiqətdir ki, yaradıcılığının son illərində 

(1988-1994) X.Rzanın baş mövzusu Azərbaycanın istiqlaliyyəti və 

onun taleyi məsələsi olmuşdur. 

“Hara qaçırsan, dayan!” əsəri qaldırdığı problemin vacibliyi

əhatə dairəsinin genişliyi və  kəskin ideya-məzmunu baxımından 

lirik poema təsiri bağışlayır. Bəzi gənclərin doğma torpağını, 

xalqının taleyini çətin vəziyyətdə qoyub, Azərbaycanın 

istiqlaliyyətini qorumaq əvəzinə fərarilik etməsi, ordu sıralarından 

qaçması dözülməz idi. Bu səbəbdən də  şair xitablar, suallar edir: 

“Yaxşı, tutaq ki, 

  



 

16 


sən qaçdın. Bəs sabah arvad-uşağının üzünə necə baxacaqsan? Bəs 

Məzahir Rüstəm, Seymur Məmmədli, Təbriz Xəlilbəyli kimi şəhid 

qardaşlarının, fədakarlıqla həlak olmuş milli qəhrəmanlarımızın 

xatirəsi qarşısında nə cavab verəcəksən?” Vətənin taleyi üçün 

ömrünü  şam kimi əridən, ağır xəstəliklərə düçar olan, imperiya 

zindanlarının küncündə  əzablara qatlaşan, sinəsinə çalın-çarpaz 

oğul dağı  çəkilən Xəlil Rza poemada məhz bu səlahiyyətlərinə 

görə vətən adından amiranə danışır: 



Nə qədər ki, gec deyil, qayıt bu yoldan, qafil, 

Ləyaqətlə ölməyi ömrün hünər tacı bil!  

X.Rzanın çox şerləri ilk növbədə kütlə qarşısında oxunmaq, 

adamları böyük ideallar üçün səfərbərliyə almaq məqsədilə qələmə 

alınmış, buna görə də publisistik ruhda olub və cidd ictimai-siyasi 

pafosu özündə  əks etdirmişdir. Vətəni Ana timsalı kimi 

cilvələndirən şair ona müraciətlə demişdir: 



Ordan-burdan pay ummaq, yurdum, yaraşmır sənə. 

Yumruğunu bərk sıxıb hökmünü bildirsənə! 

Zirvədədir bayrağın, bayrağı şərəf, ad san. 

Son öz istiqlalım qorumağı bacarsan, 

Ehtiyac zəncirini həlqə-həlqə qoparıb 

Tamam qıra bilərsən!  

Şairin lirik qəhrəmanının səciyyəvi xüsusiyyəti özünü ötüb-

keçmək, bunu gündəlik mübarizə amalma çevirməkdir. Onun lirik 

qəhrəmanının dili ilə ürəyi arasında məsafə yoxdur. Şairin 

poeziyasında “lirik qəhrəman” sözün əsl mənasında milli 

qəhrəman, milli xarakterdir. 

X.Rzanın lirik qəhrəmanı öz antipodları ilə mübarizədə bütün 

əzəmətilə canlanır. Bəzən bu qəhrəman öz antipodunu istintaq edən 

amansız müstəntiqə çevrilir, tərəf müqabilinin mürtəce mahiyyətini  

yerli-yataqlı, “konkret faktlar” əsasında açıb ifşa edir. “Nə cür 

baxacaqsan gözlərimə  sən?!”  şerinin ifşa hədəfi, respublikamızın 

90-cı illərin  əvvəllərindəki rəhbərləri olmuşdur.  Şerdə X.Rza 

Azərbaycan 

  



 

17 


xalqının başına gətirilən böyük müsibətlərı canlandırır, 

soydaşlarımızın doğma torpaqlarından qovulub çıxarılmasından, 

qocaların, körpələrin qarlı dağ  aşırımlarında həlak olmasından, 

Bakı küçələrinə sovet tanklarının od-alov yağdırmasından, 

günahsız həmvətənlərimizin kütləvi qırğınından bəhs edir. Bəzi 

rəhbərlər vəzifəsini, titullarını, deputatlığını, avtomobilini itirmək 

qorxusunu vətənin başına gətirilən faciələrlərdən ağır hesab edir. 

Şerdə meydana qoyulan həqiqətlərin fonunda “Cınqırın çıxdımı 

barı bircə yol?!” ittihamı çox tutarlı  səslənir və ifşa hədəfi olan 

namərd, nakəs, xain başçıları biabır, rüsvay edirdi. 

X.Rzanın həbsiyyə şerləri “Xüsusi təyyarədə” (28 yanvar 1990-

cı il) ilə başlayıb “Poeziya hökmdarı” adlı şeri ilə (sentyabr 1990-cı 

il) tamamlanır.  Şair “Davam edir 37...” kitabındakı bu qəbildən 

olan əsərləri “Qıfılı o üzdən qapılar” başlığı ilə çap etdirmişdir. 

“Həbsiyyə”yə daxil olan şerlərdəki fikir və  qənaətlərin 

konturlarına, ilk cizgilərinə X.Rzanın həbsxana gündəliklərinin 

ayrı-ayrı qeydlərində rast gəlirik. “Yox, mən qaça bilməzdim”, 

“Dustaq”, 

“Təbrik, Nelson Mandela”, “Salam, Boris Pasternak!”, 

“Bakıdan gələn bağlama” və onlarca digər  şeri göstərir ki, X.Rza 

onu mütəəssir edən hadisə, əhvalat, fakt, görüş, söhbət və xatirəni 

dərhal gündəliyində qeyd etmiş, sonra şerlərinin yazılmasında 

onlardan faydalanmışdır. “Həbsiyyə”  şerlərinin ümumi mövzusu 

azadlıq, istiqlaliyyət olsa da onların həyat materialı çox genişdir. 

Bu  əsərlərdə  cənublu qardaşlarımızın azadlıq savaşma, fransız 

müqavimət hərəkatına, Vyetnamın ABŞ-a qarşı azadlıq 

mübarizəsinə dair maraqlı hadisə və insanlarla da qarşılaşırıq. Şair 

bütün bunları özünün zindan həyatı, məhbus duyğuları ilə üzvi 

surətdə birləşdirib oxucuya təqdim etmişdir. “Qara hədəfə atəş” 

silsiləsi ictimai satiranın Mirzə  Ələkbər Sabir, Rəsul Rza 

ənənələrinə söykənən poetik nümunələridir. Xəlil Rzanı bu ustad 

şairlər ilə bağlayan başlıca cəhət satiranın 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə