Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə12/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   ...   6   7   8   9   10   11   12   13   14
Nəticə
XV əsrin II yarısından XVII əsrin I yarısına qədərki dövrdə beynəlxalq aləmdə dünyanın gələcək nizamını dəyişən hadisələr baş verdi. Avropalılar Hindistan ticarətinə çıxmaq üçün yeni yolu «kəşf etdilər». Tarixə «Böyük coğrafi kəşflər» adı altında düşmüş bu nadir hadisə Avropanın gələcək taleyində müstəsna rol oynadı. Bu vaxta qədər dünyanın iqtisadi cəhətdən kasıb bölgəsi sayılmış Avropa xarici ticarət baxımından Şərq ölkələrindən bilavasitə asılı idi. Şərq ticarətində isə hökmranlıq mövqeyi İtaliya şəhər-dövlətlərinə məxsus idi. Avropalılar Şərq məhsullarnı, o cümlədən uzun müddət ərzində qızıldan qiymətli sayılan ədviyyatı məhz İtaliya şəhər-dövlətlərinin müəyyən etdiyi qiymətlərə almağa məcub idilər. İtaliya şəhər-dövlətlərinin bu sahədəki inhisarçılıq mövqeyi və onların qiymət artımı siyasəti avrpopalıları xeyli narahat edir, onları problemin həlli yolları barədə düşünməyə vadar edirdi. Məhz bu dövrdə osmanlılar tərəfindən Konstantinopolun fəthi (1453) vəziyyəti daha da kəskinləşdirdi. Şərq ticarət yolları osmanlıların əlinə keçdi. Osmanlılar xarici ticarətə tam nəzarət etmək üçün yeni vergi sistemini tətbiq etdilər. İtalyan şəhər-dövlətlərinin Şərqlə ənənəvi ticarətinə ağır zərbələr endirildi. Ədviyyatın qiyməti həddən artıq bahalaşdı. Həmin dövrdə ədviyyatdan Avropada yalnız ərzaq məhsulu kimi deyil, təbabətdə və hərbi işdə də istifadə edirdilər. Avropa ölkələrinin həyatında baş verən iqtisadi inkişaf Qərb dövlətlərini bütün vasitələrlə bilavasitə Şərqə çıxmağa məcbur edirdi. Unutmayaq ki, əsrlər boyu durğunluq dövrü keçirmiş Avropa iqtisadiyyatı XII əsrdən etibarən çiçəklənməyə başlamışdı. Manufaktura istehsalı geniş surətdə inkişaf edirdi. Manufakturalar üçün yeni xammal mənbələri əldə etmək lazım idi. Bu xammal isə Şərq ölkələrində hasil olunan xam ipək idi. İpək ticarəti isə artıq bilavasitə Osmanlı imperiyasının əlində idi. Yaranmış şəraitdə avropalıların qarşısında iki çıxış yolu dururdu: ya bütün Avropa dövlətlərini Osmanlı imperiyası ilə müharibəyə cəlb etmək, onu məğlubiyyətə uğratmaq, ya da Osmanlı dövlətinin ərazilərinə daxil olmadan Hindistana təhlükəsiz çıxışı təmin etmək. Birinci yol qeyri-məqbul və qeyri-real idi. Çünki Avropa dövlətləri arasında dərin ziddiyyətlər var idi və onlar Venesiya Respublikasının şərq ticarətində tutduğu inhisarçı mövqeyi ilə barışa bilmirdilər. Venesiya Respublikası isə bu ticarətdə mövqeyini qoruyub saxlamaq üçün artıq Osmanlı sultanları ilə danışıqlara başlamış, razılığa gəlmişdi. Doğrudur, ilk vaxtlarda Venesiya hakim dairələri Osmanlı imperiysına qarşı çıxış etmək istədilər, lakin sonra bu çıxışın uğursuz olacağını anlayaraq, Şərq ticarətindəki inhisarçı mövqeyini əldə saxlamaq üçün osmanlılarla danışıqlara üstünlük vermişdilər. Bütün bunlar isə Avropa həyatına da təsirsiz qalmadı: avropalılar birinci yolun uğursuz olacağını düşünərək, Osmanlı imperiyasının ərazilərinə daxil olmadan dəniz yolu ilə Hindistana çıxmağı qərara aldılar. Beləliklə, Osmanlı imperiyasının Şərq ticarət yollarına nəzarət etməsi və Venesiya Respublikasının Şərq ticarətində inhisarçı mövqe tutması Avropa dövlətlərinin «Böyuk coğrafi kəşf»lərinə səbəb oldu. Portuqaliya okean yolu ilə Hindistana çıxış əldə etmiş ilk Avropa dövləti oldu. Bununla da Şərq ölkələri ilə Avropa arasında ikinci bir ticarət yolu - okean xətti işləməyə başladı. «Böyük coğrafi kəşflər» yalnız Avropa həyatında deyil, bütün dünyada böyük dəyişikliklərlə müşayiət olundu. Tarix yenidən ümumiləşdi və ümumdünya səciyyəsi kəsb etməyə başladı. Avropa həyatı okean ticarətinə çıxışı olan və okean ticarətindən kənarda qalmış iki düşərgəyə bölündü. Bundan sonra Şərq ölkələri ilə münasibətlərdə həmin amil ciddi rol oynadı.

Həmin dövrdə Şərqdə üç güclü imperiya mövcud idi: Ağqoyunlu imperiyası, sonralar (1501) onu əvəz etmiş Səfəvi imperiyası, Osmanlı imperiyası və Misir Məmlüklər imperiyası. Bu dövlətlər Şərqdə hökmranlıq uğrunda ciddi mübarizə aparırdılar. Onlardan hər biri Avropa ilə ticarət əlaqələrini öz nəzarətində saxlamağa çalışırdı. Ağqoyunlu-Osmanlı, Osmanlı-Səfəvi mübarizəsi daha kəskin idi. Misir məmlüklərinin imperiyası bu dövrdə artıq tənüzzül mərhələsini yaşayırdı.



Beləliklə, XV əsrin II yarısından etibarən beynəlxalq aləmdə baş vermiş hadisələr Avropada və Şərqdə ciddi dəyişikliklərə gətirib çıxardı. İki düşərgəyə bölünmüş Avropa dövlətləri Şərq ölkələrinə münasibət məsələsində bir-birindən kəskin şəkildə fərqlənən siyasi xəttə əməl edirdilər. Okean ticarətindən kənarda qalmış Avropa dövlətləri üçün bu dövrdə iqtisadi maraqlar daha çox əhəmiyyət kəsb edirdisə, okean ticarətinə çıxışı olan Qərb dövlətləri siyasi maraqlara üstünlük verirdilər. Çünki okean ticarətinə çıxışı olan Qərb dövlətlərinin rəhbərləri Osmanlı sultanlarının fəthlərindən dərin təşviş hissi keçirirdilər. Osmanlı sultanları isə Avropanı fəth etməklə yanaşı, Hindistana yönələn okean ticarətinə çıxışı da əldə etmək istəyirdilər. Avropanın okean ticarətindən kənarda qalmış dövlətləri ilkin mərhələdə Osmanlı imperiyası ilə normal münasibətlərin marağında deyildilər və hətta rəqibin sıradan çıxarılmasının tərəfdarı idilər, lakin daha sonralar həmin dövlətlər Avropanın okean ticarətini öz nəzarəti altına almış dövlətlərlə ziddiyyətlərdə olduqlarına görə Osmanlı imperiyasının öncül Avropa dövlətlərini sıradan çıxarmaq siyasətini dəstəkləyirdilər. Onlar bu dövrdə osmanlıların nəzarəti altında olan Levant ölkələrində geniş ticarət aparırdılar. Levant ticarəti isə öz həcminə görə okean ticarətindən geridə qalmırdı. Avropa dövlətlərinin arasındakı ziddiyyətlərdən bəhrələnməyə çalışan Osmanlı sultanları bu ziddiyyətləri daha da dərinləşdirmək siyasəti yeridir, Avropanın okean ticarətindən kənarda qalmış dövlətlərinə öz ərazilərində ticarət güzəştləri verirdilər. Bu elə bir dövrdə baş verirdi ki, həmin tarixi məqamda Avropanın okean ticarətinə çıxışı olan dövlətləri Osmanlı imperiyasına qarşı əvvəlcə Ağqoyunlu imperiyası, sonra isə onu əvəz etmiş Azərbaycan Səfəvi imperiyası ilə danışıqlar aparırdılar. Onların bu istəyi Ağqoyunlu və Səfəvi imperiyalarının strateji xəttinə uyğun idi. Çünki Osmanlı imperiyası onların Avropa ölkələri ilə ticarətini iflic etmişdi. Portuqalların İran körfəzində möhkəmlənməsi Azərbaycan Səfəvi imperiyasını demək olar ki, ticarət blokadasına salmışdı. «İpək yolu»nu tam şəkildə ələ keçirmək istəyən Osmanlı Sultanı öz imperiyasının varlığına ən böyük təhlükə gördüyü Səfəvilər imperiyasını sıradan çıxarmaq məqsədini güdürdü. Bununla kifayətlənməyən Osmanlı sultanı səfəvilərin Avropa ilə ticarət münasibətlərində mühüm rol oynayan, ənənəvi ticarət yolu olan Volqa-Xəzər yolunu, həmin dövrdə beynəlxalq ticarət mərkəzləri olan Kazanı və Həştərxanı da ələ keçirmək üçün böyük hərbi plan həyata keçirmək niyyətində idi. Belə olan halda Qırmızı dəniz ticarətini ələ keçirmiş osmanlılar bütün Xəzər ticarətinə sahib ola bilərdilər. Osmanlıların İran körfəzinə olan iddialarını da buraya əlavə etsək, Osmanlı imperiyasının dünya ticarət imperiyası olmaq niyyətləri gerçəkləşə bilərdi. Göründüyü kimi, bu maraqlar Səfəvi şahlarının maraqları ilə toqquşurdu. Çünki Səfəvi şahları da bütün Şərq aləmində ticarət vasitələrinə nəzarəti ələ keçirib sərhədlərini Avropaya qədər genişləndimək niyyətində idilər. Məhz bu məqsəd onları Avropanın Osmanlı impreiyasına qarşı olan dövlətləri ilə danışıqlara girməyə məcbur edirdi. Həmin dövrdə Avropanın okean ticarətindən kənarda qalmış dövlətləri də iqtisadi amil baxımından Səfəvi imperiyası ilə bilavasitə əlaqələrdə maraqlı olmuşlar. Səfəvi şahları da bu əlaqələrin dərinləşməsində maraqlı idilər. Buna görə də XVI əsrdə Səfəvi dövlətilə ticarət əlaqələrinə Volqa-Xəzər yolu ilə başlayan ingilislərə Səfəvi şahı geniş ticarət güzəştləri vermişdi.

Beynəlxalq aləmdə baş vermiş bu hadisələr Avropada siyasi vəziyyəti daha da kəskinləşdirdi, bölgədə bloklaşmanı sürətləndirdi. Nəticədə isə Avropada otuzillik müharibə (1618-1648) baş verdi. Ortuzillik müharibə əslində iqtisadi hökmranlıq uğrunda Avropa dövlətlərinin çəkişməsi faktlarından biri idi.

Baş vermiş hadisələr Osmanlı-Səfəvi münasibətlərinə də ciddi təsir göstərdi. Osmanlı və Səfəvi imperiyaları arasında hökmranlıq uğrunda fasilələrlə iki yüz ildən artıq davam etmiş müharibələr iki türk dövlətinin iqtisadi və siyasi həyatını sarsıtdı. XVI əsr boyunca və XVII əsrin birinci yarısında dünyada öncül sayılmış bu imperiyalar məhz bu səbəbdən artıq tənəzzül dövrünə daxil oldular. Unutmayaq ki, bir dövlətin iqtisadiyyatının çökməsi onun siyasi süqutunu sürətləndirir. Buna görə də orta əsrlərdə mövcud olmuş bu imperiyaların iqtisadiyyatının tənəzzülünün səbəblərinin öyrənilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Zəngin iqtisadi və hərbi potensiala malik olan bu dövlətlər orta əsr Avropasının həyatında müstəsna rola malik olmaqla, orada qərarlaşmağa başlayan Yeni Dünya nizamının təşəkkülündə də tarixi rol oynamışlar. Bu imperiyaların varlığı Avropa dünyasında yeni sistemin formalaşmasına rəvac verdi. Konkret desək, qlobal və regional miqyasda baş verən proseslər otuzillik müharibədən sonra Avropada Yeni Dünya nizamının yaranmasını istəyən dövlətlərin xeyrinə oldu. Problemə bu istiqamətdən yanaşılması «antik Avropa» süqut etdikdən sonra orta əsrlərdə özünün iqtisadi vəziyyətini Şərqin zəngin potensialı hesabına düzəldən Avropanın ictimai - iqtisadi cəhətdən inkişaf etməsi, beynəlxalq aləmdə mövcud olan müvazinətin pozulması, Qərbin birinci yerə çıxması səbəblərinin aydınlaşdırılmasına yardım edir. Bu dövrdə Avropa həyatı təsərrüfat münasibətlərinin yüksək səviyyədə inkişafı ilə səciyyələnir. Həmin dövrdə ticarət şəbəkəsi genişləndi, cəmiyyətin müxtəlif təbəqələrini əhatə etdi. Ticarət bir sıra dövlətlərin nəinki ictimai-iqtisadi, həm də siyasi inkişafında əhəmiyyətli rol oynayan amilə çevrildi, beynəlxalq əlaqələrin xarakterini müəyyən etməyə başladı.

Orta əsrlər tarixinin tədqiqi sübut edir ki, XV əsrin II yarasından XVII əsrin II yarısına qədərki tarixi mərhələ Avropa dövlətləri üçün böyük dönüş idi. Məhz bu dövrdə Avropada silki zümrələrin müstəqilliyinin qarşısı alındı, şəhərlərin özbaşına idarəçiliyi ləğv edildi və mütləq monarxiyalar quruldu. Mütləqiyyət Avropa dövlətlərinin gələcəkdə siyasi və iqtisadi cəhətdən birləşməsinə ciddi təsir etdi, Qərbdə sənayenin, ticarətin və dənizçiliyin inkişafına təkan verdi. Avropadan fərqli olaraq Şərqdə bu proses geriyə doğru istiqamətləndi. Bu vəziyyətin başlıca səbəblərindən biri köhnə ənənələrə uyğun olaraq Şərq aləmində dövlətçiliyin inkişafı idisə, digər amillərdən biri də Şərqdə mövcud olan böyük imperiyaların bir-biri ilə toqquşması idi. Həmin səbəblərin nəticəsi Şərqin hər iki türk imperiyası üçün uğursuz oldu. İqtisadi maraqlar naminə baş vermiş Osmanlı-Səfəvi müharibələri bölgədə böhranlar yaratdı. Bu isə sonralar bölgəni Avropanın və qonşu Rusiyanın (XVIII əsrin əvvəllərindən) maraqlarında iqtisadi-siyasi çəkişmələr meydanına çevirdi. Oxşar siyasət müxtəlif vasitələrlə indi də davam etdirilir. Bu baxımdan orta əsrlər tarixinin daha dərindən araşdırılması dövrümüzün vacib məsələlərindən biridir. Müstəqil Azərbaycan dövlətinin diplomatiyasında uğurlar qazanılması naminə bəhs etdiyimiz tarixi dövr daim xüsusi maraq obyektimiz olmalıdır.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT

Azərbaycan dilində

1.Aşurbəyli S.B. Şirvanşahlar dövləti (VI–XVI əsrlər). Bakı: Azərnəşr, 1997, 405s.

2.Azərbaycan tarixi (Ən qədim zamandan XX əsrədək). I c., Z.M.Bünyadovun və Y.B.Yusifovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1994, 687 s.

3.Azərbaycan tarixi: 7 cilddə, III c., (XIII–XVIII əsrlər). Məsul redaktor: Oqtay Əfəndiyev. Bakı: Elm, 1999, 534 s.

4.Bartold V.V. Müsəlman dünyası tarixində Xəzəryanı bölgələrin yeri. Akademik Z.Bünyadov və t.e.n. E.Ağayevanın tərcüməsində. Bakı: Elm, 1999, 159 s.

5.Çələbi Evliya. Səyahətnamə. Türk dilindən işləyəni və şərhlərin müəllifi Seyidağa Onullahi. Bakı: Azərnəşr, 1997, 87 s.

6.Əbdürrəşid əl–Bakuvi. Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri. Ərəbcədən tərcüməsi, müqəddimə və şərhləri akademik Ziya Bünyadovundur. Bakı: Şur, 1992, 173 s.

7.Əfəndiyev O. Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, (müəyyən əlavələrlə 2007-cı ildə yenidən nəşr olunmuşdur) 299 s.

8.Əhmədov B.A. 1579–1581–ci illər ekspedisiyası və İngiltərə–Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri // S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi əsərləri, Tarix və fəlsəfə elmləri seriyası, Bakı, 1967, № 3, s. 87-93.

9.Əhmədov B.A. XVII əsrin birinci yarısında İngiltərənin Şərq siyasəti. Bakı: Nafta-press, 1998, 234 s.

10.Əlibəyov İ.V. Osmanlı dövründə Türkiyədə dövlət-iqtisadiyyat münasibətləri / Türkiyə Respublikası və Osmanlı dövləti. Türkiyə Cümhuriyyətinin 75 illiyi və Mustafa Atatürkün xatirəsinə həsr edilmiş elmi konfransın (Bakı, noyabr, 1998-ci il), Osmanlı imperiyasının 700 illiyinə həsr edilmiş elmi sessiyanın (Bakı, 7 may 1999-cu il) materialları. Bakı: Elm, 2000, s. 113-129.

11.Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı : Kür, 1999, 241 s.

11a.Gözəlova Y.H. IX-XII əsrlərdə Azərbaycanın beynəlxalq ticarət əlaqələri. Bakı: Elm, 2005, 160 s.

11b.Həsənəliyev Z. XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri. Bakı: Nurlan, 2007, 344 s.

12.İbrahimov C.M. Məşhur rus səyyahı Afanasi Nikitinin Azərbaycana səyahəti. (Oxunmuş mühazirənin steneoqramı). (Azərbaycan SSR Siyasi və elmi bilikləri yayan cəmiyyət). Bakı: 1956, 34 s.

13.Kalankatuklu Moisey. Albaniya tarixi. Mxitar Qoş. Alban salnaməsi. Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünyadovundur. Bakı: Elm, 1993, 269 s.

14.Kruşinski Y.T. Xristian səyyahın tarixi. Səfəvilər dövlətinin süqutuna dair qiymətli ilkin mənbə. Farscadan tərcümə edəni və çapa hazırlayanı Şahin Fazil. Bakı: Azərnəşr, 1993, 102 s.

15.Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı: Aspoliqraf, 2008, 448 s.

16.Quliyev Ə.S. XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövlətində sənətkarlıq istehsalı (Mikel Membrenin «Səyahənamə»si əsasında) / Şah İsmayıl Xətai. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsis etdiyi «Şah İsmayıl Xətai» qrupunun birgə keçirdiyi IV elmi-praktiki konfransın materialları. Bakı: 2007, s.116-120.

17.Mahmudov Y.M. Səyyahlar Azərbaycana gəlir, Bakı: Gənclik, 1977, 140 s.

18.Mahmudov Y.M. İngilis səyyahı Azərbaycanda // Elm və həyat jurnalı, Bakı: 1977, № 8, s.32-33.

19.Mahmudov Y.M. Odlar yurduna səyahət. Bakı: Gənclik, 1980, 120 s.

20.Mahmudov Y.M. Azərbaycanın Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri) / V.İ.Lenin adına APİ-nin 60 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: APİ-nin nəşri, 1981, s. 246-247.

21.Mahmudov Y.M. Moskva kompaniyası. Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, c.VII., Bakı: 1983, s.70-71.

22.Mahmudov Y.M. «Səyyahlar, kəşflər, Azərbaycan». Bakı: Gənclik, 1985, 186 s.

23.Mahmudov Y.M. Azərbaycanın Avropa ölkələrilə əlaqələri: Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı: ADU, 1986, 91 s.

24.Mahmudov Y.M. Azərbaycan-Şərqlə Qərb arasında qızıl körpü. Azərbaycan diplomatiyası. Müstəqil elmi-kütləvi jurnal, Bakı: 1993, s.10-16.

25.Mahmudov Y.M. «Azərbaycan tarixi. İntibah dövrü». Bakı: Altay dünyası, 1996, 80 s.

26.Mahmudov Y.M. Azərbaycan diplomatiyası. «Azərbaycan diplomatiyası» jurnalının nəşri. Bakı: 1996 (müəyyən əlavələrlə 2006-cı ildə yenidən nəşr olunmuşdur). Berchet G. La Repubblica di Venezia e la Persia. – Torino: 1865, 289 s.

27.Məmmədova Ş.K. "Xülasət Ət-Təvarix" Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: Elm, 1991, 116 s.

28.Mirzəyeva E.Q. Orta əsr Azərbaycan şəhərlərində gömrük qaydalarına dair (XVI-XVII əsrlər) / Azərbaycan Gömrüyü: tarixi ənənələr və müasirlik. Müstəqil Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi yaradılmasının 15 illiyinə həsr olunur. Bakı: Elm, 2007, s.71-81.

29.Nemətova M.X. Şirvanın XIV – XV əsrlər tarixinin öyrənilməsinə dair (Epiqrafik abidələr əsasında). Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1959, 142 s.

30.Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000, 197 s.

31.Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı: «Elm», 1982, 278 s.

32.Pyer Davit. Dünya və ya onun dörd tərəfinin ümumi təsviri. Kornel Lö Brən. Moskoviya, İran və Şərqi Hind adalarına səyahət. Fransız dilindən tərcümə edən: Sayalı Əliyeva. Bakı: Nurlan, 2006, 88 s.+30.

33.Süleymanov Nizami. Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı: Elm, 2006, 397 s.

34.Şardən Jan. Səyahətnamə. Fransız dilindən tərcümə edən Vaqif Aslanov. Bakı: Elm, 1994, 91 s.

35.Şklovski V.B. Səyyah Marko Polo. Bakı: Gənclik, 1973, 251 s.

36.Tehrani Əbubəkr. Kitabi – Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin müəllifi Rəhilə Şükürova. Bakı: Elm, 1998, 335 s.

37.Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikel Membre və Vinçenso Alessandri). İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı: Təhsil, 2005, 112 s.

38.Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993, 153 s.

39.Vəzirov S.Ə., İsayev A.S. Bakı neft sənayesi: Təkamül tarixi, yeni faktlar, rəqəmlər. Bakı: Elm, 1998, 69 s.

40.Vilayəti Ə.Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Bakı: Əlhuda, 1998, s.421 s.

Türk dilində

41.Akgündüz Ahmed, Öztürk Said. 700. Yılında Bilinmeyen Osmanlı. Osmanlı Araştırmalar Vakfi. OSAV. İstanbul: 2000, 528 s.

42.Aktepe M.Münir. Osmanlıların Rumelide ilk fethettikleri çimbi kalası // Tarih Dergisi, İstanbul Üniversitesi Edebiyat fakultesi, Cilt. 1, sayı.2, Mart 1950. İstanbul: İbrahim Horoz Basımevi, s.283-308.

43.Aka İsmail. Diyarbakırda Akkoyunlu hakimiyeti // Türk Kulturü, Aylık dergi, Sayı.325, Yıl. XXVIII, Mayıs.1990, Ankara Üniversitesi Basımevi, s.296-303,

44.Aka İsmail. Selçuklu Sonrası Orta Doğuda Türk Varlığı. Genel Türk tarihi. 10 cilt, c.4., Editor Hasan Celal Yüzel, prof. dr. Ali Birinci. Yeni Türkiye Yayınları, Ankara: 2002, s.315-350.

45.Atasoy Nurlan. Osmanlı ipekli kumaşları. Osmanlı Uygarlığı. 2 cilt, 2., Yayına hazırlayanlar: Halil İnalcık. Günsel Renda. TC Kültür ve Turizm Bakanlığı. Ankara: 2004, s.760-787.

46.Aydüz Salim. XIV-XVI asırlarda Avrupa ateşli silah teknolojisinin osmanlılara aktarılmasında rol oynayan avrupalı teknisyenler (TAİFE-İ EFRENCİYAN) // Türk Tarih Kurumu, belleten, Cilt.LXII, Sa.235, Aralık, 1988. Ankara: Türk Tarih Kurumu basımevi, 1999, s.791-804.

47.Balkan Selva (Roma). Güney–Doğu Asiyada Osmanlı imperatorluğu etkileri // Türk kültürü, Sayı 439, yıl. XXXVII, Kasım, 1999, s.641-648.

48.Babinger Frans. Fatih Sultan Mehmed ve İtaliya. Türkçeye çeviren Bekir Sitki Baykal // Türk tarih kurumu, Bell, c.XVII, sayı: 65. Ankara: 1953, s.41-82.

49.Barkan Ömer Lütfi. Osmanlı devrinde Akkoyunlu hükümdarı Uzun Hasan beye ait kanunlar. Tarih Vesikaları, Sayı: 2, Ağustos 1941, Cilt: 1, s.91-106.

50.Barkan Ömer Lütfi. Akkoyunlu hükümdarı Uzun Hasan beye ait kanunlar. Tarih Vesikaları, Sayı: 3, Birinciteşrin, 1941, Cilt: 1, s.184-197.

51.Baykara Tuncer. İzmir şehri tarihi. Bornova-İzmir: EGE Universitesi Matbaası, 1974, 140 s.

52.Baykal Bekir Sitki. Uzun Hasanın osmanlılara karşı katı mücadeleye hazırlıkları ve Osmanlı-Akkoyunlu harbinin başlaması. Türkmen Akkoyunlu İmperatorloğu. Siyasal, Soysal ve Kültürel Tarihine İlişkin Makaleler Antolojisi. Hazırlayanlar: Necip Aygün Akkoyunlu, Dr.Adil Şen. Ankara: 2003, s.235-242.

53.Baykal Bekir Sitki. Fatih Sultan Mehmet-Uzun Hasan rekabetinde Trabzon meselesi. Türkmen Akkoyunlu İmperatorluğu. Siyasal, Soysal ve Kültürel Tarihine İlişkin Makaleler Antolojisi. Hazırlayanlar: Necip Aygün Akkoyunlu, Dr.Adil Şen. Ankara: 2003, s.145-152.

54.Bilecik Gülberk. Fetihten sonra İstanbulda ticaret yapılarının gelişimi. Türkler. 20 cilt, 10., Editörler: Hasan Celal Güzel. prof. Dr. Kemal Çiçek. prof. Dr. Salim Koca. Yeni Türkiye yayınları. Ankara: 2002, s.764-770.

55.Bizbirlik Alpay. «Tereke Defterleri» ve Edirne Tereke Defterleri Üzerine Bir Deneme. Türkler. 20 cilt, 10., Editörler: Hasan Celal Güzel. prof. Dr. Kemal Çiçek. prof. Dr. Salim Koca. Yeni Türkiye yayınları. Ankara: 2002, s.731-735.

56.Braudel Fernand. Akdeniz ve Akdeniz Dünyası. c.II. çev: M.Ali Kılıçbay. İstanbul: 1990, 752 s.

57.Brockelmann Carl. İslam Ulusları ve devletleri tarihi. Türkçeye çeviren. prof. Dr. Neşet Çağatay. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992, 511 s.

58.Bulut Mehmet. XVII. Yüzyılın ilk yarısında hollandalı tüccarların Osmanlı bölgelerindeki faaliyetleri. Osmanlı. 12 cilt, 3 c., İktisat. Editör: Güler Eren. Yeni Türkiye yayınları, Ankara: 1999, s.210-220.

59.Burian Orhan. Türk-İngilis münasibetinin ilk yılları // Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, cilt.IX, sayı: 1-2. Ankara: Türk Tarih Kurumu basımevi, Mart-Haziran 1951, s.1-17.

60.Burian Orhan. Türkiye hakkında dört ingilis seyahatnamesi // Türk Tarihi Kurumu, Belleten, Cilt: XV, Nisan.1951. Ankara: 1951, s.223-245.

61.Çağatay Neşet. Akkoyunlular. Türkmen Akkoyunlu İmparatorluğu. Siyasal, Soysal ve Kültürel Tarihine İlişkin Makaleler Antolojisi. Hazırlayanlar: Necip Aygün Akkoyunlu, Dr.Adil Şen. Ankara: 2003, s.43-50.

62.Çuvarlı Mustafa. Kapitülasyonların Mahiyeti ve Osmanlı Devletinin Yıkılışındakı Rolü // Türk Yurdu, Aralık 1999-Ocak 2000, Cilt 19-20 / sayı 148-149, 700-yılında osmanlı, s.156-164.

63.Dalsar Fahri. Türk sanayi ve ticaret tarihinde Bursada ipekçilik. İstanbul: 1960, 262 s.

64.Danişmend İsmail Hami. İzahlı Osmanlı Тarihi Kronolojisi 4-5. cilt.2. M.1513-1573. H.919-981, İstanbul: Türkiye yayın evi, 1971, 80 s.

65.Dirimtekin Feridun. İstanbulun Fethi. İstanbul: Belediye matbaası, 1949, 272 s.

66.Doğan Cahit. Kapitülasyonların siyasi ve iktisadi sepepleri // Türk Dünyası Araştırmaları Dergisi, Yıl.: 2, Cilt. 2, Sayı. 7, Ağustos, 1980, s.127-166.

67.Eickhoff Ekkehard (Emeki Büyük elçi-Almaniya). Akdenizdeki Osmanlı Deniz cephesi. (XVI-XVIII yüzyıl). Osmanlı. 12 cilt, I c., Siyaset. Editör: Güler Eren. Ueni Türkiye yayınları, Ankara: 1999, s.384-391.

68.Ekinçi İlhan. Kızıldenizin güneyinde rekabet-Şeyx Said ve Fersan adaları meselesi // Türk tarihi kurumu, Cilt: LXIX, Sa. 255, Ağustos, 2005, s.567-599.

69.Erdem İlhan, Mustafa Uyar. Akkoyunlular-Akkoyunluların Tarih Sahnesine Çıkışları ve Kökenleri. Genel Türk tarihi. 10 cilt, c.4., Editor Hasan Celal Yüzel, prof. dr. Ali Birinci. Yeni Türkiye Yayınları, Ankara, 2002, s.365-379.

70.Erşahin Seyfettin. Akkoyunlular. Siyasal, Külturel, Ekonomik ve Sosyal Tarih. Ankara: 2002, 317 s.

71.Ertaylan İsmail H. Trabzonun Fethi. Türkmen Akkoyunlu imperatorluğu. Ankara: 2003, s.153-172.

72.Giorgio Rota. Safevi İranı ile Venedik Cumhuriyeti Arasındakı Diplomatik İlişkilere Genel Bir bakış. Çeviren: Nasun Uslu. Türkler. 20 cilt, 6., Editörler: Hasan Celal Güzel. prof. Dr. Kemal Çiçek. prof. Dr. Salim Koca. Yeni Türkiye yayınları. Ankara: 2002, s.899-906.

73.Gögebakan Göknur. Döğu Anadolunun Osmanlı Hakimiyetine Girişi. Türkler. 20 cilt, 9., Editörler: Hasan Celal Güzel. prof. Dr. Kemal Çiçek. prof. Dr. Salim Koca. Yeni Türkiye yayınları. Ankara: 2002, s.459-467.

74.Gökbilgin M.Tayyib. XVI yüzyıl başlarında Trabzon livası ve Doğu Karadeniz bölgesi // Belleten, cilt XXVI, sayı 102 (Nisan 1962) den ayrıbasım. Ankara: Türk Tarih Kurumu basımevi, 1962, s.293-337.

75.Gudiashvili David. XV–XVII yüzyıllarda Türkiyede ipekli kumaş dokumacılığı. Osmanlı. 12 cilt, 3c., İktisat. Ankara: 1999, s.86-96.

76.Gündoğdu Abdullah. Osmanlılar ve Dünya ticareti. Osmanlı. 12 cilt, 3 c., İktisat. Yeni Türkiye yayınları. Ankara: 1999, s.45-50.

77.Gürsel Haluk F. Tarih boyunca Türk-Rus ilişkileri. İstanbul: 1968, 252 s.

78.Hakı Aydın. XVI yüzyılın ikinci yarısında Osmanlı-Rus ticari ilişkileri // Belgelerle Türk Tarhi dergisi, Aylık Tarih ve Kültür Dergisi, İstanbul "Menteş" Matbaası, Mayıs 1969, №20, s.29-40.

79.Hammer Joseph Von. Osmanlı tarihi. 2 cilt, cilt.II., çeviren Mehmet Ata. İstanbul: 1990, 534 s.

80.Hinz Valter. Uzun Hasan ve Şeyx Cüneyd. Türkmen Akkoyunlu imparatorluğu. Ankara: 2003, s.97-116.

81.Hoca Sadeddin Efendi. Tacüt-tevarih. 5 cilt, III c., Milli Egitim Basımevi. İstanbul: 1979, 390 s.

82.İbn Kemal. Tevarih-i Al-i Osman. VII defter. Ön söz, indeks ve içindekileri hazırlayan Dr. Şerafettin Turan. Ankara: 1954, 625 s.

83.İnalcık Halil. İstanbul Fethinin yakın sebepleri // Ankara Üniversiteti Dil ve Tarih – Coğrafya fakültesi Dergisi, c. XI, sayı: 2,3,4, Haziran–Eylul–Aralık. 1953. Türk Tarih Kurumu Basımevi, Ankara, s.345-354.

84.İnalcık Halil. Mehmed II. İslam ansiklopedisi. c.VII. – İstanbul: «Maarif» basımevi, 1957, s.524.

85.İnalcık Halil. Bursa: XV asırda sanayi ve ticaret tarihine dair vesikalar // Türk tarih kurumu, belleten, Ankara, 1960, c. XXIV, sayı.93. s.45-102.

86.İnalcık Halil. Osmanlı imperatorluğu // Türk Dünyası Araştırmaları, 1994, Aralık. №93, s.145-175.

87.İnalcık Halil. Osmanlı tarihine toplu bir bakış. Osmanlı. 12 cilt, I., Siyaset. Editor: Güler Eren. Yeni Türkiye yayınları. Ankara: 1999, s.37-116.

88.İnalcık Halil. Osmanlı imparatorluğunun ekonomik ve sosyal tarihi. Editör Halil İnalcık ve Donald Quataert. I. Cilt: 1300-1600. Türkçeye çeviren Halil Berktay. Eren Yayıncılık, 2000, 496 s.

89.İnalcık Halil. Osmanlı imparatorluğu. Klassik çağ (1300-1600). Çevirən: Ruşen Sezer. İstanbul: Yapı kredit yayınları, 2003, 285 s.

90.İnalcık Halil. Osmanlı Tarihinde Dönemler: Devlet-Toplum-Ekonomi. Osmanlı Uygarlığı. 2 cilt, 1., Yayına hazırlayanlar: Halil İnalcık. Günsel Renda. TC Kültür ve Turizm Bakanlığı. Ankara: 2004, s.30-235.

91.İnalcık Halil. Siyaset, Ticaret ve Kültür Etkileşimi. Osmanlı Uygarlığı. 2 cilt, 2., Yayına hazırlayanlar: Halil İnalcık. Günsel Renda. TC Kültür ve Turizm Bakanlığı. Ankara: 2004, s.1048-1089.

92.İslam ansiklopedisi. 30 cilt (davamı var), cilt.I., İstanbul: 1988, s.17-19.

93.İslam ansiklopedisi. 30 cilt (davamı var), cilt.5., İstanbul: 1992, s.108-117.

94.İslam ansiklopedisi. 30 cilt (davamı var), cilt.22., Türkiye Diyanet Vakfı. İstanbul: 2000, s.361-365.

95.İsmail Hacıfettah OĞLU. Kuruluşundan Fethine Trabzonun kısa tarihi ve fethi. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.117-126.

96.İzgüzer Ahmet Zeki. Osmanlı imparatorluğu tarafindan Avusturyaya verilen ticari imtiyazlara dair // Türk Dünyası Araştırmaları, Nisan 89. 59, 10 yıl, s.75-86.

97.Kalman Benda. Hristiyan Birliği ve XV asırda Osmanlı imperatorluğu–Macarıstan münasebetleri. Tarih Dergisi, Sayı: 28-29, 1974-1975, İstanbul Üniversitesi Edebiyat fakültesi matbaası, İstanbul, 1975, s.83-112.

98.Kavas Ahmet. Osmanlı Devletinin Afrika kitasında hakimiyeti ve nüfuzu. Osmanlı. 12 cilt, I c., Siyaset. Ankara: 1999, s.421-430.

99.Kılıç Remzi. Kanuni Sultan Süleymanın İrakeyn seferi (1533 -1535) öncesi Anadoluda ortaya çıxan bazı geişmeler // Türk Araştırma Enstitüsü. Türk Kültürü, Sayı, 442, Yıl. XXXVIII, Şubat, 2000, s.85-102.

100.Kırzıoğlu Fahrettin. Osmanlıların Kafkaz Ellerini Fethi (1451-1590). T.T.K. Yay. Ankara: 1993, 550 s.

101.Kitabçı Zekeriya. Osmanlıların Orta Afrika Politikası: askeri, ticari ve siyasi ilişkiler. Osmanlı. 12 cilt, I c., Siyaset. Ankara: 1999, s.411-420.

102.Konukçu Enver. Osmanlı-Akkoyunlu. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.279-306.

103.Köymen Mehmet Altay. Büyük Selçuklu İmparatorluğunun kuruluşu // Ankara Üniversitesi Dil ve Tarih-Coğrafiya Fakültesi Dergisi, Cilt: XV, Sayı: 1-3, Mart- Haziran-Eylul 1957. Ankara: Türk Tarih Kurumu Basımevi,1957, s.97-191.

104.Küçükdağ Yusuf. Osmanlı devletinin Şah İsmailin Anadoluyu şiileştirme çalışmalarını engellemeye yönelik önlemeleri. Osmanlı. 12 cilt, 1., Siyaset. Yeni Türkiye yayınlar. Ankara: 1999, s.269-281.

105.Kütükoğlu Mübahat. XVIII yüzyılda İngiliz ve Fransız Korsanlık Hareketlerinin Akdeniz Ticareti Üzerindeki Etikileri // Belgelerle Türk Tarihi Dergisi (BTTD), Tertip-Baskı, Menteş Matbaası, Eylül 1968, №12, s.57-71.

106.Kütükoğlu Bekir. Osmanlı-İran siyasi münasibetleri. I. 1578-1590. İstanbul: Edebiyat Fakültesi matbaası, 1962, 232 s.

107.Mantaran Robert. XVI. ve XVII. Yüzyıllarda Osmanlı imparatorluğu ve Asya ticareti // Çeviren: Zeki Akıkan. Türk Tarih Kurumu, Belleten, Cilt. LI, Sa. 201, Aralık 1987, Türk Tarih Kurumu basımevi, 1988, s.1433-1443.

108.Mantaran Robet. XVII. Yüzyılın ikinci yarısında Doğu Akdenizde ticaret, Deniz korsanlığı və gemiler kafileleri // Türk Tarih Kurumu, Belleten, Cilt: LXI, Sa, 203, Ağustos. 1988. Ankara: Türk Tarih Kurumu basımevi, 1988, s.685-695.

109.Memmedov Hüsamettin Karamanlu. XVI-XVIII. Yüzyıllar Osmanlı-Safevi savaşları. Osmanlı. 12 cilt, I c., Siyaset. Ankara: 1999, s.502-508.

110.Murphey Rhoades. Fatih Sultan Mehmet döneminde osmanlı iç ve diş siyaseti. Osmanlı. 12 cilt, I., Siyaset. Ankara: 1999, s.239-246.

111.Mükrimin Halil Yinanç. Akkoyunlular. Türkmen Akkoyunlu İmparatorluğu. Siyasal, Sosyal ve Kultürel Tarihine İlişkin Makaleler Antolojisi. Ankara: 2003, s.21-42.

112.Ocak Ahmet Yaşar. Osmanlı kaynaklarında ve Modern Türk tarihçiliğinde Osmanlı-Safevi münasibetleri (XVI-XVII yüzyıllar) // Türk Tarih Kurumu, belleten, cilt: LXVI, sayı.246, Ağustos 2002. Ankara: Türk Tarih Kurumu basımevi, 2002, s. 503-516.

113.Ortaulı İlber. Otlukbelne dair. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.307-308.

114.Özbaran Salih. Osmanlı imparatorluğu ve Hindistan yolu. Onaltıncı yüzyılda Ticaret Yolları üzerinde Türk-Portegiz Rekabet ve ilişkileri // Tarih Dergisi, İstanbul Universitesi Edebiyat Fakültesi, Sayı: 31, Mart 1977. İstanbul: Edebiyat Fakültesi Matbaası,1978, s.66-146.

115.Öztuna Yılmaz.T. Başlanğıcından zamanımıza kadar Türküye tarihi. 12 cilt, c.4., İstanbul: Ticaret Matbaacılık Sanayii A.Ş. Matbaası, 1964, 285 s.

116.Öztuna Yılmaz.T. Başlanğıcından zamanımıza kadar Türkiye tarihi. 12 cilt, c.6., İstanbul: Ticaret Matbaacılık Sanayii A.Ş. Matbaası,1965, 285 s.

117.Öztuna Yılmaz. Türk ve Dünya tarihinde Fatih // Türk mecmuası, cilt:1, Sayı.2, sıra: 26, 1 mart 1967, yıl:3, s.16-22.

118.Öztuna Yılmaz. Kanuni Sultan Süleyman. Türk Büyükleri Dizisi: 117. Kültür Bakanlığı, 1989, 163 s.

119.Sarıtaş Mehmet. Osmanlıdan Cumhuriyete Geçişin Sosyo-Ekonomik Dinamikleri // Türk Yurdu, Aralık 1999-Ocak 2000, Cilt 19-20/sayı 148-149, 700-yılında osmanlı, s.88-96.

120.Sayılı Aydın. Üçüncü Muradın İstanbul Rasathanesindeki mücessem Yer küresi ve Avrupa ile kültürel temaslar // Türk Tarih Kurumu, belleten, cilt. XXV, 1961, sayı:99. Ankara, 1961, s.397-435.

121.Selahattin Tansel. Osmanlı kaynaklarına göre Fatih Sultan Mehmedin siyasi ve askeri faaliyeti. Ankara: 1953, Türk Tarih Kurumu basımevi, 1953. 356 s.

122.Selahattin Tansel. Trabzon Rum imperatorluğunun ortadan kaldırılması. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.243-248.

123.Selahattin Tansel. Fatihin Doğu siyaseti. Türkmen Akkoyunlu imperatorluğu. Ankara: 2003, s.173-188.

124.Soysal İsmail. Fransız ihtilalı. Türk–Fransız Diploması münasebetleri (1789 -1802). 2. Baskı. Ankara: Türk Tarih basımevi, 1987, 383 s.

125.Sümer Faruk. Çukur-ova tarihine dair araştırmalar (Fethten XVI yüzyılın ikinci yarısına kadar) // Tarih Araştırmaları dergisi, cilt. 1, sayı, 1. Ankara-1963: Ankara Universitesi basımevi, 1964, s.1-113.

126.Sümer Faruk. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolu (Şah İsmail ile Halefleri ve Anadolu Türkleri). Selçuklu Tarih ve Medeniyeti Enstitüsü yayınları. Tarih Dizisi №2. Güven matbaası, Ankara: 1976, 265 s.

127.Sümer Faruk. Akkoyunlular // Türk Dünyası Araştırmaları, 40.Şubat 1986, p.k. 94, Aksaray/İstanbul: 1986, s.1-38.

128.Şenel Sennur. Osmanlılarda Ticaret Anlayışı ve Ticaret Teşkilatında Yeni Bir Yapılanma: Hayriye Tüccarı. Türkler. 20 cilt, 10., Editörler: Hasan Celal Güzel. prof. Dr. Kemal Çiçek. prof. Dr. Salim Koca. Yeni Türkiye yayınları, Ankara: 2002, s. 736-743.

129.Tabakoğlu Ahmet. Osmanlı iktisadi yapısının ana hatları. Osmanlı. 12 cilt, 3 c., İktisat Editör. Güler Eren. Yeni Türkiye yayınları, Ankara: 1999, s.17-31.

129a.Tavernier J.B. XVII. Asır ortalarında Türkiye üzerinden İran’a seyahat. Çeviren: Ertuğrul Gültekin. İstanbul: Kervan kitabçılık basın sanayi ve ticaret A.Ş., 1980, 113 s.

130.Togan A.Zeki Velidi. Umumi Türk Tarihine giriş. Cilt I. En eski devirlerden 16 asra kadar. 3 Baskı. İstanbul: 1981, 537 s.

131.Toksoy Ahmet. Osmanlı Devletinin Kuruluşu ve Osmanlı-Erzincan İlişkileri // Türk Yurdu, Aralık 1999-Ocak 2000, Cilt 19-20/sayı 148-149, 700-yılında osmanlı, s.394-401.

132.Toksoy Ahmet. II Bayezid Döneminde Osmanlı-Safevi İlişkileri // Türk Yurdu, Aralık 1999-Ocak 2000, Cilt 19-20/sayı 148-149, 700-yılında osmanlı, s.416-419.

133.Turan Şerafettin. Venedikte türk ticaret merkezi. (Fondaco dei Turchi) // Türk Tarih Kurumu, Belleten, Cilt: XXXII, №126, Nisan. 1968. Ankara: Türk Tarih Kurumu basımevi, 1968, s.247-277.

134.Turan Şerafettin. Fatih Mehmet-Uzun Hasan mücadelesi ve Venedik. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.189-234.

135.Türk Ansiklopedisi: 33 cilt, cilt XXVIII., Ankara: Milli Egitim basımevi, 1980, s.339-358.

136.Tursun Bey. Koyluhisar ile Trabzonun fethi ve Uzun Hasanın tedibi. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.127-128.

137.Uzunçarşılı İ.H. Karamanoğulları devri. Vesikalarından: İbrahim beyin Karaman imareti vakfiyesi // Türk Tarih Kurumu, bell, c.I, sayı.1. Ankara: 1937, s.156-143.

138.Uzunçarşılı İsmail Hakkı. Osmanlı tarihi. 4 cilt, III cilt., 2. Kısım. XVI yüzyıl ortalarından XVII yüzyıl sonuna kadar. Ankara: Türk Tarih Kurumu basımevi, 1954, 656 s.

139.Uzunçarşılı İsmail Hakkı. Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu devletleri. II Baskı. Ankara: Türk Tarih Kurumu basımevi, 1969, 297 s.

140.Uzunçarşılı İ. Osmanlı Tarihi. 4 cilt, II cilt., İstanbulun fethinden Kanuni Sultan Suleymanın ölümüne kadar. Ankara: 1988, 756 s.

141.Ümit Koç. Klasik Dönem Anadolu Sanayii Üzerine Bir Degerlendirme (1500-1605). Türkler. 20 cilt, 10., Editörler: Hasan Celal Güzel. prof. Dr. Kemal Çiçek. prof. Dr. Salim Koca. Yeni Türkiye yayınları. Ankara: 2002, s.771-780.

142.Vallerşteein İmmanuel - Faruk Tavak. Osmanlı imparatorluğu, Akdeniz ve Avrupa Dünya ekonomisi (1560-1800). Osmanlı. 12 cilt, 3 c., İktisat. Ankara: 1999, s.202-209.

143.Veinstein Gilles. İtalyanlardan osmanlılara: Onaltıncı yüzyılda Kuzey Karadeniz kıyılarının durumu // Türk Dünyası Araştırmaları, ETAM A.Ş., Matbaa tezisleri, №95, Nisan 1995, s.152-166.

144.Yazqan Turan. Osmanlı zaferlerinin temeli: Ekonomi. Ustalar Konuşuyor. Ankara: Türk Edebiyatı vakfı yayınları, 2002, s.142-157.

145.Yılmaz Ömer Faruk. Fatih sultan Mehmed Han. Osmanlı yayınları. I. Baskı. İstanbul: Ağustos 2000, 402 s.

146.Yücel Yaşar. Fatihin Trabzonu fethi öncesinde Osmanlı-Trabzon-Akkoyunlu ilişkileri // Türk Tarih Kurumu, Cilt. XLIX, Sa.194, Ağustos, 1985, s.287-311.

147.Yücel Yaşar, Sevim Ali. Türkiye tarihi, III. Osmanlı dönemi (1566-1730). Ankara: 1991, 359 s.

148.Yücel Yaşar. Reformçu bir hükümdar Fatih Sultan Mehmed // Türk Tarih Kurumu, belleten, Cilt: LV, Sa.212, Nisan, 1991, s.79-86.

149.Yücel Yaşar. Fatihin Trabzonu fethi öncesinde Osmanlı-Trabzon-Akkoyunlu ilişkileri. Türkmen Akkoyunlu İmperatorluğu. Ankara: 2003, s.129-144.

150.Zaim Sabahaddin. Yükselme devrinde Osmanlı Devletinin iktisadi durumu. Osmanlı. 12 cilt, 3 c., Ankara: 1999, s.32-43.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə