Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə17/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

 54 
mane olur ki, bu da bitkilərdə ion müvazinətinin pozulması ilə 
nəticələnir.  Bundan  başqa,  duzluluq  şəraitində  yetişdirilən 
bitkilərdə  Ca  və  P-lu  maddələrlə  mikroelementlərin  miqdar-
ları  arasında  da  uyğunsuzluq  baş  verir  ki,  bu  da  bitkilərin 
normal böyüyüb inkişaf etməsinə mane olur [248].  
Artıq  dərəcədə  Na-K  qatılıqları  və  ümumi  duzun  yüksək 
qatılıqları  fermentləri  inaktivləşdirərək,  zülal  sintezinə  mane 
olurlar.  Xloroplastlarda  yüksək  qatılıqda  Na-Cl  birləşmələri  fo-
tosintezi zəiflədir. Nisbətən həssas bitkilərdə karbon metabolizmi 
və fotofosforlaşma, fotosintetik elektron daşınmasından daha öncə 
baş verir [248]. 
Müəyyən  olunmuşdur  ki,  yarpaqlarda  fotosintetik  piqment-
lərin  miqdarı  fotosintetik  aparatın  fəaliyyətində  və  onun  məh-
suldarlığında  əsas  rol  oynayan  amildir  və  fotosintetik  məhsul-
darlıqla  xlorofil piqmentlərinin miqdarı arasında mürəkkəb əlaqə 
mövcuddur. Duzluluq stresi xlorofilin quruluşunda və xloroplast-
ların  membranında  pozuntular  yaradır  və  beləliklə,  onun  struk-
turunun  pozulmasına,  fotokimyəvi  fəallığının  və  işıq  udma 
qabiliyyətinin  azalmasına  səbəb olur. Həmçinin  xlorofil  öz  ener-
jisinin  bir  qismini  təbii  halda  istilik  və  ya  flüoresensiya  yolu  ilə 
itirir.  Lakin  onun  quruluşunda  baş  verən  dəyişikliklər  sayəsində 
enerji  itkisi  daha  da  artır.  Bu  səbəblərə  görə,  şoranlıqla  əlaqədar 
aparılan  təcrübələrin  əksəriyyətində  xlorofil  indeksi  önəmli 
göstərici hesab olunur [20, 103, 195, 199, 308].  
Duz  mühiti  şəraitində  xloroplastların  daha  çox  dağılması 
duza  davamsız  bitkilərdə  müşahidə  olunur  və  ona  görə  də  bit-
kilərin  fotosintetik  aparatına  duz  stresinin  təsirinin  öyrənilməsi 
stres amillərə davamlılıq və onun fizioloji parametrlərlə əlaqəsinin 
tədqiqi baxımından maraq kəsb edir. 
Davamlı  və  həssas  düyü  sortları  üzərində  aparılmış  təd-
qiqatlarla  duzluluq  stresinin  fotosintetik  məhsuldarlığa,  ağız-


 
55 
cıq  keçiriciliyinə,  xlorofilin  miqdarına  təsiri  öyrənilmişdir. 
Stresin əvvəlində xlorofil a və b-nin miqdarının və Xla/b nis-
bətinin  artması,  daha  sonra  isə  azalması  müşahidə  olunmuş-
dur.  Həssas  sortlarda  bu  göstəricilərin  dəyişmə  dərəcəsi  da-
vamlı sortlara nisbətən daha yüksək olmuşdur [399]. 
Ranjbarfardoei və həmkarları [323] hər iki növ xlorofil (a 
və b) quruluşunun pozulması və son olaraq qatılıqlarının azal-
masını,  şoranlıqda  becərilmiş  badam  cücərtilərində  sübut  et-
miş  və  göstərmişdir  ki,  şoranlıq  0,3  dS/m-dən  yüksək  ol-
duqda, xlorofilin flüoresensiyasının kinetikası kəskin dəyişir.  
Bitkilər,  vakuollardakı  ion  kompartmentlərı  vasitəsilə 
yarpaqlardan  ionları  kənarlaşdıraraq  zəhərlənmədən  qoru-
nurlar. Bitkilər arasında duza həssas və orta dərəcədə davamlı 
olanların  duzdan  qorunmaları,  köklərin  potensial  zərərli  ion-
ların  yarpaqlara  çatdırılmasının  qarşısını  ala  bilməsi  qabiliy-
yətindən  asılıdır.  Duzlar  yarpaqlardan  kənarlaşdırıldığı  za-
man,  bitkilər  vakuolların  və  sitoplazmaların  həlletmə  poten-
siallını  azaltmaq  üçün  üzvı  maddələrdən  istifadə  edirlər,  bu 
isə yarpağın su potensialını aşağı salır. Hüceyrə metobolizma-
sında iştirak etməyən belə üzvi maddələrə yüksək qatılıqlı qli-
sin,  betain,  prolin,  sorbitol  və  saxaroza  aiddir.  Spesifik  bitki 
növlərinin nümunələri bu birləşmələrin birindən  və  ya  ikisin-
dən  istifadə  edir.  Bu  üzvi  birləşmələrin  sintezi  üçün  istifadə 
olunan karbonun miqdarı olduqca çoxdur [133]. 
Aparılan  son  tədqiqat  işləri  göstərir  ki,  taxıllar  vegetativ 
və  erkən  generativ  inkişaf  dönəmlərində  duza  daha  çox  həs-
saslıq  nümayiş  etdirirlər.  Buğdada  sünbül  əmələgəlmə  faza-
sında duzluluq stresinin, xüsusilə, generativ inkişafı qısaltdığı 
aşkar edilmişdir [253]. 
R.S.Yadav (1993) duzlu torpaqlarda 25 elit arpa üzərində 
apardığı tədqiqatlarla, bitkilərdə  gövdələrin sayının, sünbülün 


 56 
uzunluğunun  və  1000  dənin  kütləsi  üçün  genetik  variasiya-
ların  yüksək olduğunu aşkar  etmişdir. Müəllif eyni zamanda, 
1000 dənin kütləsi xaricində, məhsul və məhsuldarlıq element-
lərinə  aid  keyfiyyət  göstəricilərinin  duzlu  ərazilərdə  nisbətən 
daha aşağı olduğunu müəyyən etmişdir [413]. 
A.Roya və R.Aragües (1995) 115 arpa sortu üzərində beş il 
müddətində davam  edən  tarla təcrübələrinin  nəticələrinə  əsasla-
naraq müəyyən etmişlər ki, sünbülün boyu, sünbülcüklərin sayı, 
sünbüldəki  dənlərin  sayı  və 1000 dənin  kütləsi  kimi  göstəricilər 
duza  tolerant,  dənin  iriliyi,  dən  məhsuldarlığı  və  bir  sünbülün 
məhsuldarlığı isə duza ən həssas cəhətlərdir [337]. 
G.V.  Udovenko  və  əməkdaşları  (1992)  vegetativ  qablarda 
buğda və arpa sortlarına 3-12 atmosferlik osmotik təziq yaradan 
NaCl  məhlulunun  təsirini  öyrənərək  müəyyən  etmişlər  ki,  duz 
bitkiləri məhv etməkdən daha çox onların fertiliyinin azalmasına 
səbəb  olur.  Digər  tərəfdən,  bitkilərin  yetişmə  dövründə  məh-
suldarlıq  elementlərinə  duz  stresinin  qısa  müddətli  təsiri  uzun 
müddətli təsirindən daha güclü olur [386]. 
Artan duz (NaCl)  stresi altında duza tolerant buğda və arpa 
sortları  yüksək  hüceyrə  qatılığına  malik  olduqları  halda,  duza 
həssas  sortlarda  artan  duzluluq  (NaCl)  stresi  ilə  hüceyrə  proto-
plazmasının  qatılığının  azalması  müşahidə  edilmiş  və  bu  had-
isənin  sadəcə  osmotik  streslə  əlaqədar  olmadığı,  eyni  zamanda 
duza tolerant və həssas sortlar arasında sitoplazmanın da önəmli 
bir mənbə olduğu açıqlanmışdır [258]. 
Buğda  və  arpa  sortları  ilə  aparılan  tədqiqatlarda, fərqli duz  
qatılığında, arpanın sudan istifadə qabiliyyətinin və böyüməsinin 
buğdaya nisbətən daha yüksək olduğu göstərilmişdir [330]. 
Azizov  və  b.  (2004)  NaCl  və  saxarozanın  yoncanın  em-
brioidlərinin  və  cücərtilərinin böyüməsinə  və formalaşmasına 
təsirini  öyrənmiş  və  saxarozanın  7,5  g/l  qatılığının  embrioid-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə