Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə5/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   2   3   4   5   6   7   8   9   ...   72

Bu  fəsil  əsasən  layihələrə  verilən  təriflər, 
layihəni  səciyyələndirən  əlamətlər,  layihənin  növləri  və  təsnifatı, 
layihənin  mühiti  və  iştirakçılan,  layihənin  məqsədi,  strukturu  və 
həyat  dövrü  kimi  məsələləri  əhatə  edir.  Eyni  zamanda  layihəni 
səciyyələndirən  on  əlamətin  hər  biri  ayn-aynlıqda  izah  edilmiş  və 
layihələr təsir edən qüvvələrin qrafik təsviri göstərilmişdir. 
ikinci  fəsil:  İkinci fəsildə layihələrin idarə edilməsi prosesi 
ve  zərurəti,  layihələrin  idarə  edilməsindən  faydalanan  tərəflər  və 
layihələrin  intellektual  idarəetmə  sistemləri  ilə  bağlı  mövzularm 
izahatı verilmişdir. 
üçüncü  fəsil:  Burada  layihələrin  idarə  edilməsinin  Qərb 
modeli,  layihələrin  idarə  edilməsi  üzrə  Avropa  və  Amerika 
beynəlxalq  təşkilatlan  haqqında,  keçmişin  və  bu  günün  müsbət 
tendensiyalanmn təhlilləri haqqmda məsələlər açıqlanmışdır. 
Dördüncü  fəsil:  Burada  layihənin  təşkilati  strukturlarmın 
yaradılması  prinsipləri  və  təşkilati  strukturlann  növləri,  layihə 
komandasının  üzvlərinin  bilik  və  təcrübələrinin  beynəlxalq 
standartlar  əsasında  qurulması  prinsiplərinə  baxılmışdır.  Eyni 
zamanda Yapon sahibkannm idarəetmə üslubu nəticəsində  yüksək 
nəticələrin  əldə  edilməsi  nümunə  kimi  və  bir  model  kimi 
göstərilmişdir. 
Beşinci  fəsil:  Layihələrin  idarə  edilməsində  yaranmış 
münaqişələrin  növləri,  layihə  rəhbərinin  münaqişələrdə  rolu, 
münaqişələrin  nəticələri,  münaqişənin  digər  işlərə  təsiri  və  onun 
idarə  edilməsi  modelləri  kimi  mövzular  bu  fəsildə  öz  əksini 
tapmışdır. 
Altıncı  fəsil:  Burada  əsasən  keyfiyyətin  idarə  edilməsi, 
keyfiyyətin  idarə  edilməsində  layihə  rəhbərinin  rolu  və  apardığı 
siyasəti, onun bu istiqamətdə strategiyası,  keyfiyyət  sistemi  və bu 
sistemə olan tələblər araşdırılmışdır. Bölmənin so 
16 


nunda  keyfiyyət  sisteminə  və  siyasətinə  olan  tələblərə  nümunələr 
verilmişdir. 
Yeddinci  fəsil:  Bu  fəsildə  layihələrin  idarə  edilməsində 
biliklər  modeli,  şlüz  texnologiyası  və  biliyin  transfer  edilməsi 
mexanizmi  açıqlanmışdır.  İkinei  paraqrafda  layihələrin  idarə 
edilməsinin  metodologiyasının  konseptual  modeli  açıqlanmış  ve 
izahı verilmişdir. 
Səkkizinci fəsil: Bu fəsildə layihə ofisinin  yaradılması, onun 
idarə  edilməsi,  treninqlərin  keçirilmə  standartları,  təşkilatın  layihə 
menecerləri  ilə  təmin  edilməsi  və  diger  standartlann  izahatı 
verilmişdir. 
17 


 
Layihə anlayışı və təriflər 
GİRİŞ 
Layihə  sözü  texniki  sahə  termini  kimi  yaddaşımıza  həkk 
olunmuşdur. Bir çoxları “layihə” dedikdə binanın və ya hər hansı bir 
mexanizmin  layihəsi  kimi  qəbul  edir.  Bizim  təsəvvür  etdiyimiz 
“layihələrə”  inkişaf  etmiş  ölkələrdə  “dizayn”  deyirlər.  Layihə  isə 
daha  geniş,  daha  da  məzmunlu  və  mürəkkəb  bir  sistemdir.  Bu 
səbəbdən layihənin hələ də bu günkü günə qədər dəqiq və yeganə 
tərifi  yoxdur.  Hər  bir  alim,  hər  bir  mütəxəssis  layihəyə  öz 
düşüncələri çərçivəsində tərif vermişdir. Bu bölmə layihə anlayışmı 
daha da dərindən öyrənmək məqsədi daşıyır. 
Birinci  fəsil  doqquz  paraqrafdan  ibarətdir.  Bu  fəsil  əsasən 
layihələrə  verilən  təriflər,  layihəni  səciyyələndirən  əlamətlər, 
layihənin  növləri  və  təsnifatı,  layihənin  mühiti  və  işti-  rakçılan, 
layihənin məqsədi, strukturu və həyat dövrü kimi məsələləri əhatə 
edir.  Eyni  zamanda  layihəni  səciyyələndirən  on  əlamətin  hər  biri 
ayn-a)nlıqda  izah  edilmiş  və  layihələr  təsir  edən  qüvvələrin  qrafik 
təsviri göstərilmişdir. 
18 


h *■ 
1.1.
 
TƏRİFLƏR 
öa 
ictimai  yaşayış  binalanmn  inşası,  sənaye  obyektlərinin 
likilməsi,  kompüter  sistemləri  üçün  proqram  təminatının 
yaradılması  yeni  texnologiyanın  və  texnikanın  kəşfi,  yeni  müəs- 
Hişənin  açılması,  kino  və  filmlərin  çəkilişi,  vergi  sisteminin 
dəyişdirilməsi və bu kimi digər dəyişiklər layihə xarakterli tədbirlər 
adlanır. 
Bu tədbirlər ilə layihə arasında fərq nədən ibarətdir? 
Layihə nə deməkdir? 
Layihələrə verilən təriflərin bir qismi aşağıdakı kimidir : 
 
LAYİHƏ  -  elə  bir  hərəkətlər  çoxluğudur  ki,  burada 
insanlar, materiallar və maliyyə resurslan cəmləşib məhdud vaxt 
və  büdcə  şəraitində  nadir  işlər  paketini  yerinə  yetirmək  üçün 
təşkil  edilmişdir.  Layihələr  müəyyən  keyfiyyət  və  kəmiyyət 
dəyişiklikləri aparmaqla yerinə yetirilir. 
 
LAYİHƏ - nadir məhsul istehsal edən və xidmət göstərən 
müvəqqəti  müəssisədir.  Burada  “müvəqqəti’Mik  layihənin 
başlanğıc və sonu olması ilə bağlıdır. Layihənin baş 
19 


lanma  (start)  tarixi  olduğu  kimi  onun  nə  zamansa  sona  çatma 
(fınish)  tarixi  də  mövcuddur.  Hər  bir  layihənin  istehsalı 
yeganədir, yəni nadirdir. 
VEBSTER lüğətinə əsasən layihənin tərifi: 
 
 
 
'‘i'--*: 
'V 
'?>• 

ABŞ-m  Layihələrin  İdarə Edilməsi  İnstitutunun layihələrə verdiyi 
tərif [I]: 
LAYİHƏ - əvvəlcədən təyin olunmuş müəyyən məqsədli 
bir müəssisədir. Layihənin uğurla başa çatması müəyyən edilmiş 
məqsədlərə çatmaq deməkdir. . 
Layihələrin  İdarə  Edilməsi  İngiltərə  Assosiasiyasının  layihələrə 
verdiyi tərif [19]: 
 
Almaniya menencerlərinin tərifi [27]: 
LAYİHƏ  -  təkraredilməz  şərtlərlə  xarakterizə  olunan 
məqsədli müəssisədir. Bu şərtlər aşağıdakılardır: 
-
 
məqsədin müəyyənləşdirilməsi
-
 
vaxt, büdcə və başqa ehtiyatlar üzrə məhdudiyyətlər
-
 
ətraf mühit təsirlərinin müəyyənləşdirilməsi; 
-
 
layihələrin yerinə yetirilməsi planı. 
20 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə