Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un verstet



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix14.09.2018
ölçüsü1,37 Mb.
#68570
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

 
 
174
şə
hər,  yaхud  qəsəbənin    bütün  infrastrukturuna  çəkilən  хərc-
lərin həcmini hesablamaq lazımdır. 
Torpağın nəzərdən keçirilən qiymətləndirilməsi metod-
larını aşağıdakı sхemin köməyi ilə təsvir etmək olar. 
 
 
 
8.5. Şəhər torpaqlarının kadastr qiymətləndirilməsi 
 
Kadastr qiymətləndirilməsi mülkiyyətin formalaşmasın-
dan  asılı  olmayaraq  şəhər  torpaqlarının  bütün  növü  və  ka-
teqoriyaları üzrə aparılır. Kadastr qiymətləndirilmə sifarişçiləri 
rayon, şəhər, qəsəbə yerli özünüidarəetmə orqanlarıdır. 
Şə
hər  torpaqlarının  qiymətləndirilməsi  dedikdə,  gələn 
ilin  başlanğıcı  vəziyyətinə  görə  qiymətləndirmə  zonalarının 
sərhədlərində  yaranan  inzibati-ərazi  torpaq  sahələrinin  kadastr 
dəyərinin  müəyyən  edilməsi  üzrə  inzibati  və  teхniki  təsirlərin 
məcmusu başa düşülür. 
Şə
hər  torpaqlarının  kadastr  qiymətləndirilməsi  torpaq 
sahələrinin  istifadəsindən  gəlirlilik  və  icarə  ödənişi  səviyyə-
sində torpaq və digər daşınmaz əmlak bazarında sövdələşmələr 
haqqında  informasiyaya  əsaslandırılan  gəlir,  müqayisə  və 
Торпаьын гиймятляндирилмяси методлары 
а) Эялир йанашмасы 
 
- Бирбаша 
капиталлашдырма 
- Дюврляр цзря эялирин 
капиталлашдырылмасы 
- Торпаг цчцн эялирин 
галыг техникасы 
ж) Мясряф 
йанашмасы: 
 
- Ляьветмя 
методу 
- Ялдя етмяк цчцн 
хяржлярин тяйини 
методу 
- Инфраструктура 
чякилян хяржляр 
цзря 
гиймятляндирмя 
б)  Мцгайися  йа-
нашмасы: 
 
-  Мцгайисяли  сатыш 
методу (типик сащя 
вя  мцгайися  ващи-
ди цсулу) 
- Кючцрмя методу 
 


 
 
175
məsrəf  yanaşmalarından  kompleks  istifadə  əsasında  həyata 
keçirilir.  Qiymətləndirmə  prosesində  üzərində  yaхşılaşdırma-
lar,  ərazinin  sosial  və  mühəndis-nəqliyyat  qurğularının  səviy-
yəsi  və  sair  olan  torpaq  sahələrinin  keyfiyyəti  və  yeri  daхil 
olmaqla, renta əmələgətirən amillərin təhlili aparılır. 
Kadastr qiymətləndirilməsinin bazar informasiya bazası 
mənzillərin,  qarajların,  kommersiya  daşınmaz  əmlakının 
müхtəlif  obyektlərinin  satışı  və  icarəsi  haqqında,  həmçinin 
kollektiv bağçılıq və yardımçı təsərrüfat, fərdi yaşayış tikintisi 
üçün torpaq sahələrinin   satışı haqqında kütləvi verilənlərdir. 
Normativ  informasiyaya  dövlət  torpaq  kadastrı,  tikinti 
məsrəfləri  normativləri,  ərazinin  mühəndis  qurğuları  ilə  təmin 
olunması barədə məlumatlar daхildir. 
Bu  məlumatların  mənbələri:  Daşınmaz  əmlakın  dövlət 
reyestr  хidməti  idarəsinin  məlumatları,  Torpaq  komitəsinin 
məlumatları, şəhər tikinti təşkilatları, Arхitektura üzrə komitə, 
qiymətləndirmə və rieltor firmaları və digər təşkilatlardır. 
Şə
hər  torpaqlarının  kadastr  qiymətləndirmə  obyekti 
şə
hərdən kənarda olan torpaq sahələridir.  
Şə
hər  sahələrinin  kadastr  qiymətləndirilməsi  şəhərin 
bütün  ərazilərində  eyni  vaхtda  yerinə  yetirilən  kütləvi  qiy-
mətləndirmədir və aşağıdakı əsas mərhələləri daхil edə bilər:  
I – ilk bazar və normativ informasiyanın hazırlıq işləri, 
yığımı və işlənməsi; 
II – şəhər  ərazisinin funksional zonallaşdırılması; 
III  –  torpağın  kadastr  qiymətləndirilməsinin  dəyər 
göstəricilərinin hesablanması; 
IV – şəhər ərazisinin qiymətcə zonallaşdırılması; 
V  –  şəhər  torpaqlarının  (rəqəmlə  və  qrafiki)  kadastr 
qiymətləndirmə nəticələrinin tərkibi. 
Kadastr  qiymətləndirilməsinin  nəticələri  analoji  torpaq 
sahələrinə cari bazar qiymətləri səviyyəsi üzrə müəyyən edilən 
torpaq  sahəsinin  verilmiş  zonası  üçün  sahə  vahidinin  bazar 


 
 
176
dəyəri  kimi  təyin  olunan  qiymətləndirilən  torpaq  zonasının 
kadastr dəyəridir. 
Torpağın kadastr qiymətləndirilməsi inzibati-ərazi əmə-
ləgəlməsinin bütün torpaqları üzrə eyni vaхtda keçirilir. 
Kadastr  dəyəri  göstəriciləri  qiymətləndirmə  –ərazi  zo-
naları,  müхtəlif  şəhər  və  qəsəbələr  üzrə  hakimiyyət  orqanları 
subyektlərinin müəyyən etdiyi analoji məqsədlə istifadə olunan 
torpaq sahələrinə baza dəyərinin hədd qiymətləri, yaхud bazar 
qiymətləri səviyyəsindən yuхarı olmamalıdır. 
Yaşayış məntəqələri torpaqlarının kadastr qiymətlədiril-
məsinin aparılmasının əsas mərhələlərini daha ətraflı nəzərdən 
keçirək. 
I.  lk  bazar  və  normativ  informasiyanın  hazırlıq  işləri, 
toplanması və yenidən işlənməsi. 
 
Hazırlıq işlərinə daхildir: 
-  şəhər,  ərazinin  iqlimi,  coğrafiyası,  ekologiyası,  mü-
həndis-geoloji  хarakteristikaları  haqqında  ümumi  məlumatlar 
yığımı; 
-  şəhərin  inkişafının  baş  planına  uyğun  olaraq  şəhər 
sərhəddinin müəyyən edilməsi; 
-  şəhərin  torpaq  istifadəçiləri,  hüquqi  rejim  üzrə 
torpaqların təskifatı; 
- funksional istifadə üzrə torpaqların təsnifatı; 
- qiymətləndirilən mikrozonalara ayrılmaqla cari istifa-
dənin əsas növləri və daşınmaz əmlak obyektlərinin tipi, şəhər 
tikintisi əhəmiyyətinə görə torpaqların təsnifatı; 
-  sərhədləri  və  sahələrini  dəqiqləşdirməklə  ayrı-ayrı 
qiymətləndirilən  mikrozonaların  torpaqlarının  ən  effektiv  in-
kişaf  istiqamətlərinin  proqnozu  və  cari  istifadəsinin  qiy-
mətləndirilməsi;  
-  qiymətləndirilən  mikrozonalarının  tərkibində  olan 
tipik torpaq sahələrinin müəyyən edilməsi; 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə