Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 325,83 Kb.
səhifə4/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   2   3   4   5   6   7   8   9   ...   14

1.3Siyasətin tətbiqi sahəsi





      1. Hazırki Siyasət tutduğu vəzifədən asılı olmayaraq Şirkətin rəhbərliyinin bütün üzvləri və işçiləri tərəfindən dünyanın bütün ölkələrində mütləq icra olunmalıdır.




      1. Siyasətin başlıca prinsip və tələbləri Şirkətin törəmə və asılı şirkətlərinə, birgə müəssisələrinə, bütün qarşı-tərəflərinə, o cümlədən təchizatçılarına, agentlərinə, vasitəçilərinə, məsləhətçilərinə, nümayəndələrinə və digər şəxslərə o halda şamil edilir ki, müvafiq vəzifələr onlarla imzalanmış müqavilələrdə, onların daxili sənədlərində (o cümlədən, müvafiq halda Şirkətin təsisçi kimi qəbul etdiyi və ya verdiyi qərar, əmr, sərəncam və göstərişlərində) göstərilir və ya tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyindən birbaşa irəli gəlir.


1.4Dəyişikliklərin edilməsi qaydası

Hazırki Siyasətə dəyişikliklər ARDNŞ-nin prezidentinin əmri əsasında, aşağıdakı hallarda edilir:



  • tətbiq edilən korrupsiya ilə mübarizə qanunvericiliyinin və/və ya aparıcı beynəlxalq təcrübənin dəyişməsi;

  • qeyri-effektiv korrupsiyaya qarşı prosedurların aşkar edilməsi;

  • Şirkətin təşkilati strukturunun dəyişməsi;

  • Şirkətin normativ-hüquq bazasının təkmilləşdirilməsi və s.


2.KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİNİN ƏSAS PRİNSİPLƏRİ




2.1Korrupsiya fəaliyyətinin qəbul edilməməsi prinsipi





      1. Öz fəaliyyəti və layihələrin həyata keçirilməsi əsnasında, habelə hakimiyyət orqanları, rəsmi şəxslər, ictimai qurumlar və onların nümayəndələri, siyasi xadimlər, investorlar, qarşı-tərəflər, partnyorlar və digər şəxslərlə qarşılıqlı əlaqə zamanı Şirkət hər hansı növ və təzahürdə olan korrupsiyanın qəbul edilməməsi prinsipinə riayət edir («dözümsüzlük »).



2.2İyerarxik maneələrin olmaması prinsipi

Hazırki Siyasətin prinsip və tələblərinə, tutduğu vəzifədən, ARDNŞ ilə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq Şirkətin bütün işçiləri əməl etməlidirlər.



2.3Cəzanın qaçılmazlığı prinsipi

Şirkətin korrupsiyaya qarşı prinsip və tələblərini pozmuş işçilər Azərbaycan Respublikasının qanunvericiliyi və Şirkətin daxili sənədləri, o cümlədən hazırki Siyasətlə, eləcə də müvafiq hallarda beynəlxalq qanunvericilik və normativ hüquqi aktlar və xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulmuş çərçivədə və əsaslarla pozuntunun həcmi və formasından asılı olmayaraq, mütləq məsuliyyətə cəlb ediləcəklər.




3.KORRUPSİYA FƏALİYYƏTİ İLƏ MÜBARİZƏ SİSTEMİ




    1. Ali rəhbərliyin örnək olması

Prezident, rəhbər işçilər və Şirkətin digər yuxarı vəzifəli şəxsləri korrupsiyanın bütün forma və təzahürlərinə barışmaz münasibət yaratmaq üçün tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyi və Şirkətin daxili sənədlərin, o cümlədən hazırki Siyasətin tələblərinin yerinə yetirilməsinin və etik davranışın şəxsi nümunəsini təcrübədə nümayiş etdirməlidirlər.



    1. Korrupsiya riskinin idarə edilməsi




      1. Müvafiq struktur bölmə fəaliyyət göstərdiyi bütün ölkələr üçün səciyyəvi olan korrupsiya riskini müəyyən edir və müntəzəm şəkildə qiymətləndirir.

Bu məqsədlər üçün korrupsiya baxımından ARDNŞ-nin potensial zəif biznes prosesləri və fəaliyyət istiqamətləri üçün səciyyəvi olan korrupsiya riskinin əlamətlərinin siyahısı mütəmadi olaraq işlənib hazırlanır və yenilənir.




      1. ARDNŞ baş verməsinin mümkünlüyü və təsir dərəcəsindən asılı olmayaraq korrupsiya riskinin idarə edilməsi zərurətini qəbul edir. Riskin idarə edilməsi ARDNŞ-nin bütün fəaliyyət istiqamətləri və biznes proseslərinin quruluşunun xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir.



    1. Korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması və tətbiqi





      1. Korrupsiya riskinin azaldılması və tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə Şirkət korrupsiyaya qarşı prosedurlar sistemini işləyib hazırlayır və tətbiq edir.




      1. Müəyyən edilmiş və qiymətləndirilmiş risklərə məntiqi dərəcədə cavab verən korrupsiyaya qarşı prosedurlar hazırki Siyasətdə və Şirkətin digər daxili sənədlərində müəyyən edilmişdir və bütün İşçilər tərəfindən mütləq yerinə yetirilməlidir.




      1. Korrupsiya fəaliyyəti ilə mübarizə tədbirlərinin təşkil edilməsi, o cümlədən korrupsiya riskinin idarə edilməsi, korrupsiyaya qarşı prosedurların işlənib hazırlanması, tətbiqi və nəzarət edilməsi və s. üçün cavabdeh olan vəzifəli şəxslər ARDNŞ-nin prezidenti tərəfindən təyin edilir.



    1. Monitorinq və nəzarət





      1. Şirkətdə müntəzəm qaydada maliyyə-təsərrüfat fəaliyyətinin və daxili nəzarət sisteminin daxili və xarici auditi aparılır, tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin tələblərinin, o cümlədən hazırki Siyasətin müəyyən etdiyi korrupsiyaya qarşı prinsip və tələblərin yerinə yetirilməsinə nəzarət həyata keçirilir.




      1. Şirkət tətbiq edilmiş korrupsiyaya qarşı prosedurların effektivliyinin daim monitorinqini aparır, onların kifayətliliyi, mütənasibliyi və aktuallığını qiymətləndirir, eləcə də nəzarət mühitinin nöqsanları əsasında və/və ya tətbiq edilən korrupsiyaya qarşı qanunvericilikdə və aparıcı beynəlxalq təcrübədə dəyişikliklərə əsasəlanaraq onları təkmilləşdirir.




      1. ARDNŞ-nin prezidenti müntəzəm qaydada korrupsiya fəaliyyəti ilə mübarizə və Şirkət tərəfindən tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin normalarının və hazırki Siyasətin prinsip və tələblərinin Şirkət tərəfindən yerinə yetirilməsinin təmin edilməsi üzrə işin nəticələri haqqında hesabatları nəzərdən keçirir. Nəzarətin nəticələri ARDNŞ-nin Davamlı inkişaf haqqında hesabatında və ya digər formada açıqlanır.



Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə