Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


FƏALİYYƏTİN ƏN RİSKLİ İSTİQAMƏTLƏRİ ÜZRƏ QƏRARLAR



Yüklə 325,83 Kb.
səhifə5/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   2   3   4   5   6   7   8   9   ...   14

4.FƏALİYYƏTİN ƏN RİSKLİ İSTİQAMƏTLƏRİ ÜZRƏ QƏRARLAR




4.1Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri





      1. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri işgüzar təcrübənin və qarşı-tərəflərlə sabit işgüzar münasibətlərin qurulmasının zəruri hissəsidir. Lakin bəzi hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri üçüncü şəxslərlə qərarların qəbul edilməsinə qanunsuz təsir etmə, eləcə də rüşvət kimi qəbul edilmə ehtimalından Şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərə bilər. Bu riskləri azaltmaq, eləcə də şəffaflığı təmin etmək məqsədilə Şirkət məqbul hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinə dair hazırki Siyasətdə və Şirkətin digər daxili sənədlərində nəzərdə tutulan mütləq tələblər müəyyən edir.




      1. Hazırki Siyasətin məqsədləri üçün yalnız Şirkətin işçiləri tərəfindən üçüncü şəxslərin xeyrinə/ üçüncü şəxslərdən verilən/alınan hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri nəzərdən keçirilir.




      1. Şirkətin işçilərinə üçüncü şəxslərdən onlara və ya onların yaxın qohumlarına hədiyyələrin verilməsini və/və ya işgüzar qonaqpərvərlik əlamətlərinin göstərilməsini xahiş etmək, tələb etmək və ya buna məcbur etmək qadağan edilir.




      1. Şirkət hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin verilməsi və alınmasını hər hansı sövdələşmənin nəticəsinə və/və ya hədiyyəni alanın təmmiz niyyətlə hədiyyə verənin xeyrinə qərar qəbul edilməsinə təsir edə biləcək hallarda qadağan edir.




      1. Hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin verilməsi və alınması yalnız aşağıdakı tələblər mütləq yerinə yetirildiyi təqdirdə mümkündür:


Qanunilik:


Əsas (səbəb, məqsəd):

  • Şirkətin işgüzar fəaliyyəti ilə (məsələn, layihə və ya müqavilənin təqdimatı, icrası və tamamlanması) və ya rəsmi bayramlarla (məsələn Yeni il, Novruz Bayramı, Azərbaycan Respublikası Neftçilər Günü və s.) bilavasitə bağlı olmalıdır;

  • Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) alan tərəflə Şirkətin işgüzar fəaliyyətinə təsir göstərəcək qərarların (məsələn, sövdələşmə, müqavilə, lisenziya və ya icazə alınması və s.) qəbul edilməsinə birbaşa və ya dolayı təsir göstərməsini və ya digər qeyri-etik və ya qanunsuz məqsədləri güdməməlidir;

  • Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) hədiyyəni alan şəxs üçün heç bir öhdəlik yaratmamalıdır;

  • Göstərilmiş xidmət və ya yerinə yetirilmiş iş üçün mükafatlandırma (o cümlədən gizli) olmamalıdır.


İqtisadi məqsədəuyğunluq:

  • əsaslandırılmış, məntiqli və konkret hadisəyə (səbəbə) mütənasib olmalıdır;

  • bahalı və zinət əşyası olmamalıdır.


Növlər:

  • nəğd və ya qeyri-nəğd pul vəsaitləri, qiymətli kağızlar, qiymətli metallar, hədiyyə sertifikatları və ya digər pul ekvivalenti formasında hədiyyələrin verilməsi və alınmasına yol verilmir.


Şəffaflıq:

  • verilmə və alınma prosesi şəffaf olmalıdır;

  • həmin hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərcləri haqqında məlumat açıqlanarsa Şirkətin, onun işçilərinin və/və ya digər şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.




      1. Yuxarıda göstərilən bütün tələblər hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətləri və təmsilçilik xərclərinin Şirkətin işçiləri tərəfindən birbaşa eləcə də vasitəçilərlə həm alınması, həm də verilməsinə tətbiq edilir.




      1. Şirkətin rəsmi iştirak etdiyi sərgilərdə, açıq prezentasiyalarda, forumlarda və digər təmsilçi və marketinq tədbirlərində suvenir məhsulları və ya qiyməti yüksək olmayan, hədiyyə verənin simvolikası və/və ya loqotipi göstərilən məhsullar formasında hədiyyələrə yol verilir və onlar imic materialları hesab olunur.



      1. Üçüncü şəxslər tərəfindən verilmiş və ya üçüncü şəxslərə Şirkətin adında verilən hədiyyələr, eləcə də imic materialları Şirkətin daxili sənədlərinə uyğun olaraq təfərrüatı ilə məlumat göstərilməklə xüsusi reyestrdə əks etdirilməlidir.



      1. Rəsmi, protokol və digər tədbirlərdə və ya görüşlərdə, eləcə də öz iş vəzifələrini yerinə yetirmək məqsədilə işgüzar səyahətlərdə üçüncü şəxslər tərəfindən verilmiş hədiyyələr, imic materialları eləcə də yemək məhsulları və aşağı qiymətli hədiyyələr istisna olmaqla, Şirkətin mülkiyyəti hesab olunurlar.

Bununla bağlı, Şirkətin işçisi yuxarıda qeyd olunan hallarda aldığı hədiyyələrlə bağlı aşağıdakıları yerinə yetirməlidir (Şirkətin daxili sənədlərinin tələblərinə uyğun olaraq):



  • Öz birbaşa rəhbərini həmin hədiyyə haqqında məlumatlandırmalı;

  • Müvafiq struktur bölmənin rəhbərinə xidməti yazı təqdim etməli;

  • Müvafiq struktur bölmənin rəhbərinə aldığı hədiyyəni təhvil verməlidir.


4.2“Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”


        Şirkət hakimiyyət orqanaları, rəsmi və digər şəxslərin xeyrinə “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in həyata keçirilməsinə yol vermir.





Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə