Azərbaycan Respublikası Mərkəzi Bankı Banklara Nəzarət Departamenti



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix14.09.2018
ölçüsü1,1 Mb.
#68533
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
 
- Maliyyə təşkilatının risklərin qiymətləndirməsi 
prosesinin  çirkli  pulların  yuyulmasına  qarşı 
nəzarət  mexanizmlərinin  dizaynı  (quruluşu) 
barədə məlumat verməsinə dair sübutlar var. 
-  Maliyyə  təşkilatı  çirkli  pulların  yuyulmasına 
riskinə  dair  yaxşı  məlumat  mənbələrini 
müəyyən 
etmiş, 
məsələn 
FATF-ın 
qiymətləndirmə  və  tipologiya  hesabatları, 
MMX-nın  xəbərdarlıqları, 
mətbuat  üçün 
hesabatlar,  məhkəmə  qərarları,  qeyri-hökumət 
təşkilatlarının  və  özəl  araşdırma  xidmətləri 
təchizatçılarının hesabatları. 
-  Maliyyə  təşkilatı  müştərilərlə  əlaqələr  üzrə 
menecerin  çirkli  pulların  yuyulması  riskini 
görmək 
və 
obyektiv 
qiymətləndirmək 
imkanlarına təsir edə biləcək müştəri ilə hədsiz 
dərəcədə yaxınlıq etməsi riskini müəyyən edir. 
Bu riskin effektiv idarəedilməsinə kömək edir.
 
 
 
-
 
Qeyri-düzgün  risklərin  təsnifləşdirilməsi 
sistemi hər hansı əlaqələrin ―yüksək riskli‖ kimi 
təsnifləşdirilməsini  demək  olar  ki,  mümkünsüz 
edir.   
 
-  Geniş  araşdırma  tədbirlərinin  həyata 
keçirməmək  üçün  yüksək  riskli  ölkələrə  aşağı 
risk dərəcələri verilmişdir. 
- Əlaqələr üzrə menecer öz qərarını dəstəkləmək 
üçün  kifayət  qədər  dəlil  gətirmədən  müştəriyə 
verilən  risk  dərəcəsinə  zidd  hərəkət  etmək 
imkanlarına malikdir. 
-  Maliyyə  təşkilatı  müştərilərilərə  nə  üçün 
yüksək,  orta  və  ya  aşağı  risk  dərəcəsinin 
verildiyini başa sala bilmir. 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
Müştərinin eyniləşdirilməsi 
Çirkli pulların yuyulması riskinin qiymətləndirilməsi maliyyə təşkilatının ÇPY ilə mübarizə səylərinin əsas 
hissəsini təşkil edir və ÇPY-na qarşı effektiv siyasət və prosedurlarının hazırlanması üçün vacibdir. 
Maliyyə  təşkilatları  çirkli  pulların  yuyulması  riskini  müəyyən  etmək,  qiymətləndirmək,  nəzarət  və  idarə 
etmək üçün sistemlər və nəzarət mexanizmlərini yaratmalıdır. Bu sistemlər və nəzarət mexanizmləri geniş 
əhatəli  və  maliyyə  təşkilatının  fəaliyyətinin  xüsusiyyətlərinə,  həcminə  və  mürəkkəbliyinə  mütənasib 
olmalıdır. Maliyyə təşkilatları risklərin qiymətləndirməsi prosesinin hər zaman aktuallığını saxlamaq üçün 
onu müntəzəm olaraq nəzərdən keçirməlidir. 
Özünü qiymətləndirmək üçün suallar: 

 
Fəaliyyətin  hansı  sahələri  çirkli  pulların  yuyulması  baxımından  daha  böüyk  risklər  daşıyır? 
(Maliyyə  təşkilatınız  müxtəlif  növ  müştəri  və  ya  benefisiar  mülkiyyətçi,  məhsul,  biznes  xətti, 
coğrafi  ərazi  və  təchizat  xəttləri  ilə  bağlı  riskləri  müəyyən  etmişdirmi  (məsələn,  internet,  telefon, 
filiallar)? Təşkilat bu risklərin mümkün təsirini qiymətləndirmişdirmi?) 

 
Risklərin qiymətləndirilməsi gündəlik fəaliyyətlər barədə məlumat verirmi (təsəvvür yaradır, onları 
başa  düşməyə  kömək  edir)?  (Məsələn,  tətbiq  edilən  müştəri  araşdırmasının  səviyyəsi  və  ya 
əlaqələrin yaradılması və ya davam etdirilməsi qərarlarınız barədə məlumat verməsinə dair sübutlar 
mövcuddurmu?)   
 
PİS təcrübə
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
 
-
 
Fərdi  biznes  əlaqələri  ilə  bağlı  çirkli  pulların 
yuyulması 
riskini 
nəzərdən 
keçirərkən, 
aşağıdakı amillər nəzərə alınır: 
  a) şirkətin strukturları; 
  b) siyasi əlaqələr; 
  c) ölkə riski
  d) müştərinin və ya benefisiarın reputasiyası; 
  e) gəlir mənbəyi; 
  f) vəsaitlərin mənbəyi
  g) hesab üzrə gözlənilən fəaliyyət; 
  h) sektor riski; və 
  i) dövlət müqavilələrində iştirak. 
 
 
 
-  Yeni  və  ya  mövcud  müştərilərin  potensial 
gəlirliyi  çirkli  pulların  yuyulması  riskinin 
qiymətləndirməsinə lazımsız təsir göstərmişdir.   
-  Filial  və  ya  törəmə  təşkilat  ÇPY  ilə  bağlı 
tələblərə  riayət  olunmasını  qiymətləndirmədən 
qrupun risk qiymətləndirilməsinə əsaslanır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
PİS təcrübə
 


Nəzarət Departmenti   
ÇPY/TM ilə mübarizəyə dair Təlim 
Müştərinin Riskinin Qiymətləndirilməsi
 
-    İri  pərakəndə  maliyyə  təşkilatı  potensial 
çirkli  pulların  yuyulması  hallarını  müəyyən 
etmək  üçün  gördüyü  digər  tədbirlərdən  əlavə 
əməliyyatların 
monitorinqi 
üzrə 
avtomatlaşdırılmış sistemdən istifadə edir. 
- Maliyyə təşkilatı istifadə etdiyi əməliyyatların 
avtomatlaşdırılmış  monitorinqi  sistemlərinin 
imkanlarını və məhdudiyyətlərini başa düşür. 
-  Kiçik  maliyyə  təşkilatları  müştərilərin 
davranışını  araşdırmaq  üçün  etibarlı  manual 
prosedurlarda istifadə etmək imkanındadırlar. 
 
 
 
-  Maliyyə  təşkilatı  biznes  əlaqələri  ilə  bağlı 
riskləri  başa  düşmək  üçün  adekvat  tədbirlər 
görmək  imkanında  deyil  və  ona  görə  də 
məqsədli monitorinq apara bilmir
-  ÇPYM  qeyri-adi  əməliyyatların  onun 
diqqətinə çatdırıldığına dair az dəlil gətirə bilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
YAXŞI təcrübə
 
2
 
Müştərinin davamlı monitorinqi 
Maliyyə  təşkilatı  öz  biznes  əlaqələrinin  risk-əsaslı  davamlı  monitorinqini  həyat  keçirməlidir.  Davamlı 
monitorinq biznes əlaqələrinin maliyyə təşkilatının müştəri barədə biliklərinə uyğun olmasını təmin etmək 
üçün  əməliyyatların  araşdırılması  və  maliyyə  təşkilatının  bu  əlaqələr  barədə  biliklərinin  köhnəlməməsini 
təmin etmək üçün tədbirlərin görülməsi deməkdir. Bunun üçün maliyyə təşkilatları müştərinin araşdırılması 
kontekstində  əldə  edilən  sənəd  və  məlumatları  (o  cümlədən,  biznes  əlaqələrinin  məqsədi  və  nəzərdə 
tutulmuş  xüsusiyyəti  barədə  məlumat)  yeniləməlidir.  Əvvəllər  əldə  edilmiş  sənəd  və  məlumatların 
düzgünlüyü və ya adekvatlığı barədə hər hansı sübhə yaradıqda, müştərinin araşdırılması tədbirləri yenidən 
həyata keçirilməlidir.   
Biznes  əlaqələri  ilə  bağlı  risklər  artıqda,  maliyyə  təşkilatları  bu  əlaqələrin  geniş  davamlı  monitorinqini 
həyata keçriməlidirlər. 
Özünü qiymətləndirmək üçün suallar: 

 
Potensial  çirkli  pulların  yuyulması  hallarını  müəyyən  etmək  üçün  əməliyyatlar  necə  monitorinq 
edilir?  Biznesin  hecmi,  xüsusiyyəti  və  mürəkkəbliyi  kimi  amilləri  nəzərə  alaraq  monitorinqin 
(avtomatlaşdırılmış, manual və ya hər ikisi) adekvatlığı və effektivliyi sizi qane edirmi? 

 
Maliyyə  təşkilatı  qeyri-adi  fəaliyyətləri  və,  müvafiq  hallarda,  müştərinin  verdiyi  izahları 
araşdırırmı?
 

 
Qeyri-adi əməliyyatlar necə araşdırılır? (Həyacan signallarının/Xəbərdarlıqların bir çoxu, xüsusilə 
də  avtomatlaşdırılmış  sistem  tərəfindən  verildikdə,  yalnış  olur.  Maliyyə  təşkilatı  hansı  davranışın 
həqiqətən şübhəli olmasını necə müəyyənləşdirir?)   

 
Monitorinq zamanı aşkarlanan faktlar müştərinin risk profilinə necə daxil edilir (əks etdirilir)?   
 
 
PİS təcrübə
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə