Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix22.07.2018
ölçüsü4,66 Mb.
#58400
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

Mübariz  Yusifov

enin!  Yerdə  sizin  üçün  müəyyən  vaxta  qədər  (ömrünüzün 

axınnadək)  sığınacaq və  yaşayış  (dolanacaq) vasitələri  var»,  - 

dedik».  (Bəqərə, 2,  35,  36).

Bu ayələrdən göründüyü kimi, Allah insanı sərbəst,  azad, 

müstəqil  yaradıb.  Onlara  şüur  (ağıl,  idrak,  təfəkkür)  verib  ki, 

hadisələri  təhlil  edə  bilsin,  xeyri  və  şəri  təyin  edə  bilsin. 

Ancaq  Adəmin  özünün  timsalında  o  da  deyilir  ki,  hər  şeyi 

ölçüb  biçib  ona  qiymət  vermək  lazımdır.  Bu  gündən  sabahı 

görmək  lazımdır.  Yoxsa  Allah  verən  ağıldan  faydalanmaqda 

çətinlik yaranmış  olar.  Lakin  Allah  haqdır,  ədalətlidir.  Adəmi 

cənnətdən çıxarırsa,  ona yer üzündə nemətlər də verir.  Bu ne­

mətlər  də  asan  başa  gəlmir.  Onun  üçün  əziyyət  çəkmək,  ağıl 

ilə  onları  dərk  etmək,  çətinlikləri  asanlaşdırmaq,  təbiətin 

yetirdiyi yeraltı  və yerüstü nemətləri  axtarıb,  arayıb quraşdırıb 

kəşflər  aparıb  ortaya  çıxarmaq  lazımdır.  Daha  sonra  yer 

üzərində  nəsil  törədib,  cəmiyyət  yaradıb  ona  Allahın 

məsləhət  gördüyü,  ədalətlilik  bünövrəsində  qayda-qanunlar 

tətbiq  etmək  Adəm  nəslinin  ixtiyanna  buraxılır.  Cəmiyyətdə 

ədalətliliyin  bərqərar  edilməsi  haqqında  «Qurani-Kərim»in 

çox  vacib  göstəriciləri  vardır.  Ədalətlilik,  ədalətli  davranış, 

höküm  edilməsi  barədə  bu  ayələrdə  ciddi  göstərişlər  ifadə 

olunur:  Nisa  (4),  3,58,  65,  105,  135;  Maidə  (5)  8,42;  Əraf (7) 

159,  18; Nəhl (16)  76,  90;  Ənbiya (21) 47;  Əhzab (33)  5;  Şora 

(42)  15;  Hədid  (57)  25;  Mümtəhinə  (60)  8;  Hücurat  (49)  10; 

Ənbiya (21) 47; Nisa (4),  135;  Maidə (5) 42.

Nizami  «Quran»da  ədalətlilik  və  azadlıq  haqqındakı 

ayələrin  göstərişlərini  əldə  rəhbər  tutaraq  cəmiyyətdə,  xüsu­

sən, 

onun  yaşadığı 



və 

haqqı 


tapdanan  Azərbaycan 

cəmiyyətində  azadlıq,  sərbəstlik,  müstəqillik,  ədalətlilik 

görmək  istəyirdi.  Ədalətli  hökmdar  obrazlan  isə  zahiri  bər­

bəzək  idi.  Ədalətli  hökmdar  ideyası  sovet  dövrünə  xas  olan 

kommunist  ideologiyasının  məhsulu  idi.  Guya  Sovet quruluşu 

ədalətli  idi,  qalanlan  ədalətsiz.  Guya  Nizami  öz  dövründə 

yaşadığı  cəmiyyətin  ədalətsizliyini  dərk  edərək,  Y.Bertelsin 

dediyi  kimi,  Şimalda «bərabərlik  və  qardaşlıq  ölkəsinə  gedən 

yolu  göstərmək  istədiyini  anladıb.  Bu  idealın  həyata  tətbiq

42  2 ^ *



Nizamidə  azərbaycançılıq

olunacağını  Nizami bəlkə  heç ağlına da gətirmirdi.  Onun üçün 

bu  gözəl,  lakin  nail  olmayan  bir  arzu,  bir  xəyal  idi.  Dövrün 

şəraiti,  ona  həyatı  bu  ideala  yaxınlaşdıran  yollan  belə  qeyd 

etməyə  imkan  vermirdi.  Ancaq  böyük  şairin  sonuncu 

poemasının  axmnda  belə  bir  mənzərənin  verilməsi  onu 

göstərir  ki,  Nizami  heç  bir  şeydən  qorxmadan  son  sözünü 

söyləmək,  dəhşətli  zülm və  əsarət dünyasına qarşı  azad bəşər 

cəmiyyətinin  harmonik  inkişaf  dünyasını  qoymaq  istəyir. 

Nizami  bu  xoşbəxt  ölkəni  Şimalda  tapmışdır!  Bu  fikir  bizi, 

böyük  sosializm  vətəninin  xoşbəxt  övaldarmı  çox  sevindirir. 

XII  əsrdən bizim həyatımıza tərəf görünməz əllər uzanır, bizi 

böyük  sənətkarla  əlaqələndirir.  Nizami  bizim  zamanımızda 

yaşamış  olsaydı-bizimlə  olardı-sözünü  qətiyyətlə  söyləməyə 

imkan verir!  Nizami  arzuları  həyata  keçirilmişdir,  bunun  üçün 

bəşəriyyətin  gözəl  gələcəyi  uğrunda  qorxmadan  həyatlarını 

vermiş «utopistlər» içində Nizamiyə də təşəkkür etməliyik».1

Nizaminin  XII  əsrdə  XX  əsrdəki  sovet  ittifaqını  görməsi 

və  onu  ideal  cəmiyyət  hesab  etməsi  barədə  Y.Bertelsin 

sadəlövlüklə  uydurduğu  fantaziyanın  əslində  Nizamiyə 

aidiyyəti  olmasa da  Nizami  həqiqətən,  öz  cəmiyyətində  müs­

təqil,  sərbəst,  azad  bir  dövlət  quruculuğunna  inanırdı. 

Qətiyyətlə  onu  demək  lazımdır  ki,  bu  arzu  Nizamidən  əvvəl 

də  mövcud  idi,  lakin  bu  arzu  Nizamidə  olduğu  kimi  bədii 

lövhələrlə canlandırıla bilməmişdi.

Nizaminin  ideal  cəmiyyət  arzularının  əsası  və  bünövrəsi 

«Qruran»dan gəlirdi.  Ona görə  onu  uydurma  saymaq olmazdı. 

Ancaq  bu  ideyaların gələcək,  qeyri-müəyyən bir zamanda hə­

yata  keçiriləcəyi  xəyalpərəstlik  deyildi.  Nizaminin  fikirlərini 

özündən  dörd  yüz  il  sonra  formalaşan  «Utopik  sosialistlərin» 

təməli  kimi  də  qiymətləndirmək  olar.  Utopik  cəmiyyət 

haqqında  fikirlər  Nizamidən  əvvəl  də  var  idi.  Utopik 

cəmiyyət  haqqındakı  fikirlərə  X  əsrin  görkəmli  Şərq  filosofu 

Fərabinin  (870-950)  «Xeyirxahlar şəhəri  əhalisinin görüşləri»

1 Y.Bertels.  Böyük Azərbaycan şairi Nizami.  «AAZM» Nəşriyyatı, Bakı,  1940, s.  123- 

124.


43 2 ^ *


Mübariz  Yusifov

adlı  əsərində  rast  gəlmək  olur.  Utopiya  sözü  mənşəcə  yunan 

dilinə  məxsusdur.  U  inkar  şəkilçisi,  «Topos»  yer  deməkdir. 

Əslində  isə  bu  sözün  mənası  «heç  yerdə  (olmayan)» 

deməkdir.  İctimai  mülkiyyətin  hökmranlığına  əsaslanan 

quruluş  heç  yerdə  yoxdur,  lakin  bu  quruluş  mümkün  və 

ağlabatandır.  Burada  bəxti  gətirən  bir  dənizçinin  gedib  çata 

bilmədiyi  uzaq  və  xoşbəxt  bir  ölkə  haqqındakı  əfsanə  yararlı 

olmuşdur.  Belə  bir  əfsanə  antik  zamanlarda  da  var  idi.  Bu 

əfsanə  böyük  coğrafi  kəşflər  zamanı  xüsusilə,  geniş 

yayılmışdır.  Bu zaman naməlum ölkələrə sayəhətlər haqqında 

xeyli  kitab  buraxılırdı.  İlk  utopistlər  də  ictimai  quruluş 

haqqında  öz  baxışlanm  şərh  etmək  üçün  belə  bir ədəbi  üsula 

əl  atmışdılar».1 1

  Demək  olmaz  ki,  Nizaminin  antik  dövr 

ədəbiyyatmdakı  utopiya  barəsində  və  Şərqin  böyük  filosofu 

Fərabinin əsəri haqqında məlumatı yox idi.  Əlbəttə ki, var idi. 

Nizami  müqəddəs  «Quran»  bazasında  ədalətlilik,  azadlıq  və 

ictimai  bərabərlik  motivlərindən  qidalanmaqla,  eləcə  də 

utopik 


cəmiyyət 

barədə 


mövcud 

olan 


mənbələrdən 

yararlanmaqla  öz  utopiyasını  ortaya  qoymuşdur.  Nizaminin 

utopik  cəmiyyət  haqqındakı  fikirləri,  əlbəttə  ki,  birdən-birə 

yaranmamışdı.  O  Azərbaycanın  ictimai-siyasi  həyatını  yaxşı 

görürdü.  Ona  görə  də  «Sirlər  xəzinəsi»  əsərindən  tutmuş  ta 

sonuncu  «İskəndəmamə»  əsərinin  «İqbalnamə»  hissəsində 

cəmiyyət  haqqındakı  utopik  fikirlərini  ümumiləşdirmişdir. 

Məmməd  Cəfər  qədim  utopiya  barədəki  fikirləri  Nizami 

utopiyası  ilə  müqayisə  edərək  belə  fikrə  gəlir  ki,  «Farabi 

feodal  dövlət  mexanizmini  bir  çox  cəhətdən  tənqid  etsə  də 

onun  xəyali  «xeyirxahlıq  şəhəri»ndə  yenə  də  əhali  bir  neçə 

sinfə,  təbəqəyə  bölünmüşdü.  İmtiyazlı  siniflər  feodal  dövlət 

quruluşunu  dəyişmirdi.  XIV  əsrin  böyük  mütəfəkkirlərindən 

İbn Xəldun (1332-1406) Fərabinin və ondan əvvəlki  filosofla­

rın (həm də Platonun) utopik görüşlərindən danışarkən göstər­

mişdi  ki,  bu  filosoflar  fərziyyə  şəklində  təsəvvür  etdikləri

1 Bax: Elmi  Kmmunizmin əsasları. Bakı,  1971, s.  11-12; M.Yusifov. Füzulinin söz 

dünyası. Bakı, «Elm və təhsil», 2011, s.  115.

44

Nizamido  azorbaycançıhq

ideal  cəmiyyəti  «xeyirxahlar  şəhəri»  və  bu  cəmiyyətdəki 

üsul-idarəni  «vətəndaşlıq  üsul-idarəsi»;  «hökmdarsız  cəmiy­

yət»  adlandırsalar  da  onların  təsvirində  cəmiyyətin  bütün 

üzvlərinin  bərabərliyi,  ümumi  rifahı  görünmür.  Nizaminin 

«Ədalət  şəhərində»  isə  əksinə,  imtiyazlı  hakim  sinif,  təbəqə 

görünmür,  bütün əhali bərabərhüquqlu vətəndaşlardır və  şairə 

görə  ədalətli  ictimai  quruluş  belə  də  olmalıdır».1  Qəzənfər 

Əliyev  Nizaminin  öz  əsərlərinə  istinad  edərək  ədəbiyyatda 

yazılmış  «ədalətli  şah»,  «ideal  hökmdar»  kimi  fikirlərə 

münasibətini  bildirərək  yazır:  «Humanist  sənətkar  tədricən 

«ədalətli»  hakimlərin də bəşər cəmiyyətinə  insanların həmişə 

arzulamış olduğu səadəti  gətirə biləcəyi  fikrindən əl çəkməyə 

başlayır  və  əsərin  ikinci  hissəsini  təşkil  edən  «İqbalnamə»də 

İskəndəri  azad  cəmiyyət  münasibətlərinin  hökm  sürdüyü 

xoşbəxtlər ölkəsinə  gətirir və bununla da təsdiq  edir ki,  bəşər 

cəmiyyətinin  səadət  dolu  gələcəyi  ədalətli  şah  konsepsiyası 

ilə deyil,  ancaq maddi və mənəvi azadlıq ideyaları  ilə bağlıdır. 

Şairin  bu  «sosial  utopiyası»  onun  təsvir  etdiyi  azad  cəmiyyət 

haqqında  görüşləri  o  zamankı  dünya  ədəbiyyatında  misilsiz 

bir hadisə idi».2

Nizamidən sonrakı  dövlərdə  də  utopik cəmiyyət barəsin­

dəki  fikirlər  davam  etmişdir.  Nizamidən  sonrakı  dövrdə 

Avropada  yeni  «utopistlər»  nəsli  meydana gəlmişdi.  Bunlann 

ən  görkəmli  nümayəndələri  XVI-XVII-XVIII əsrlərdə  Tomas 

Mor, Tommazo  Kampanella, Jan Milye,  Morelli,  Qrakx  Baböf 

olmuşdur.  Bu  utopistlərin  hamısının  firavan  və  xoşbəxt 

cəmiyyət  haqqındakı  fikirləri  bir-birinin  oxşan  deyildi.  Hər 

bir  utopist  gələcək,  xəyali  xoşbəxt  ölkəni  öz  təsəvvüründə 

canlandırdığı  kimi  təsvir  edirdi.  Doğrudur,  onlann  hər  biri 

yaratdığı  xəyali  aləmdə  öz  cəmiyyətlərinin  fıravanlığını 

nəzərdə  tuturdu.  Bunlann  əksəriyyəti  dövlət  quruculuğu 

təsəvvüründən  çox  macəraçılıq  təəssüratı  yaradırdı.  Məsələn, 

Tomas  Mor  (1478-1535)  İngiltərədə  yüksək  dövlət  vəzifəsi

1 Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı»,  1982, s.  113.

2 Qəzənfər Əliyev.  Qəhrəmanlıq dastanı. Nizami Gəncəvinin «İskəndəmamə» 

(«Şərəfnamə») əsərinin əvvəli. Bakı, «Lider nəşriyyat», 2004, s.  10-11.

45



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə