Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Mərkəzi Hacıyev Tural Eldar oğlu


II Fəsil. Bitki mənşəli malların ekspertizası



Yüklə 0,51 Mb.
səhifə3/5
tarix17.09.2017
ölçüsü0,51 Mb.
1   2   3   4   5

II Fəsil. Bitki mənşəli malların ekspertizası

2.1 Bitki mənşəli malların keyfiyyətinin ekspertizasında istifadə olunan normativ-texniki sənədlər

Normativ texniki sənəd, müəyyən fəaliyyət sahələrinin qaydalarını və məhsulun keyfiyyəti üçün tələbləri müəyyən edir. Başqa bir ifadə ilə - məhsul keyfiyyətinə dair dövlət standardı, müəssisə standardı, spesifikasiyalar, texniki təsvir, tərkibinə aid tələbdir.4 Azərbaycan Respublikasında normativ-texniki prosedurlar və onların sənədləşdirilməsi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sələhiyyət və nəzarətindədir. Bu təşkilat beynəlxalq keyfiyyət qiymətləndirilməsi və komitənin tətbiq etdiyi standardlar əsasında texniki ekspertizanı təşkil edir. XİF-in ƏN-na uyğun hər bir qrup və fəaliyyət sahəsinin keyfiyyətinin qiymətləndirilməsi üçün əlaqədar normativ-texniki sənədlər mövcuddur. Bitki mənşəli malların hər bir qrupu üçün keyfiyyət ekspertizası zamanı istifadə olunan normativ-texniki sənədlər aşağıda qeyd olunmuşdur.



Çörək və çörək məhsullarının keyfiyyət ekspertizasında istifadə olunan normativ-texniki sənədlər. Bitki mənşəli malların tərkibinə daxil olan məhsulları qeyd edərkən, bu siyahıya daxil olan malların bəzilərini gündəlik həyatımızda istifadə etdiyimiz çörək və çörək məhsulları olduğuna diqqət yetirmək olar. Aşağıda çörək və çörək məhullarının ekspertizası zamanı istifadə olunan normativ-texniki sənədlər qeyd olunub:

- AZS 090-2003, ГОСT 27842-88 – Bu normativ texniki sənədlər buğda unundan hazırlanan çörəklərin keyfiyyət ekspertizası üçün tətbiq olunur.

- AZS 101-2003– Undan hazırlanmış şirniyyatların keyfiyyətinin analizində tətbiq olunan normativ-texniki sənədlərdir.

- ГОСТ 26574-85 – I, II və əla növ unların keyfiyyət analizi zamanı icra olunan sənəddir.

- TP TC 021/2011, ТУ 9119-019-40354742-11 – Buğda və çovdardan üyüdülərək bişirilən çörəklərin keyfiyyət analizi zamanı tətbiq edilir.

- AZS 125-2005 - Buğda unundan bişiri1ən lavaş məhsullarının keyfiyyət ekspertizası zamanı tətbiq edilən normativ-texniki sənədlərdən biridir.

- AZS 101-2003, TŞ AZ 1000030571-04-2013 – Vafli tipli şirniyyatların keyfiyyət yoxlaması zamanı istifadə olunur.

Bundan başqa, QОST 5667-85, QОST 21094-96, QОST 5669-96, QОST 5670-96, QОST 5668-68 və QОST 5698-68 normativ texniki sənədlər uyğun olaraq çörək və çörək məhsullarının nəmliyinin təyini, masamə1i1iyinin təyini, turşu1u1uğunun təyini, şəkərinin ölçüsünə əsasən noması və xörək duzunun ölçüsünə əsasən normasını təyin etmək üçün istifadə olunur.



Nişasta, qənnadı və şəkər mallarının keyfiyyətin ekspertizası zamanı istifadə olunan normativ-texniki sənədlər. Nişasta, qənnadı və şəkər məhsulları da bitki mənşəli malların tərkibinə daxil olurlar. Bu məhsullar da keyfiyyət ekspertizası zamanı normativ texniki sənədlərin tələblərinə cavab verməlidirlər. Bu məhsulların analizi zamanı istifadə olunan normativ texniki sənədlər:

- TP TC 021/2011, TP TC 022/2011 – Diabetik xüsusiyyətləri daşıyan şəkərin keyfiyyət yoxlaması zamanı tətbiq edilən normativ-texniki sənədlərdir.

- ГОСТ 14033-96, ТУ 9130-001-05127610-05, ТУ 9132-006-05127610-06 – Un1u qənnadı məhsullarının ekspertizası zamanı istifadə edilir.

- ГОСТ 6002-69 – Bu normativ texniki sənəd qarğıda1ı nişastasının keyfiyyət yoxlaması zamanı icra edilir.

ГОСТ 7698-78 normativ texniki sənədində nişasta, onun qəbul qaydası və sınaq metodları haqqında ekspertiza metodları qeyd edilmişdir. Əlavə olaraq, ГОСТ 14192-87 sənədində nişastanı qab1aşdırmaq, sax1amaq, marka1amaq və daşımaq metodları qeyd edilmiş; ГОСТ 19360-84 və ГОСТ 8516-67 texniki sənədlərdə onları qablaşdıracaq kağız kisə və toxuma kisələtin ekspertiza analizi qeyd edilmişdir.

ГОСТ 21-88, ГОСТ 22-88, ГОСТ 7247-83 və ГОСТ 12571-67 normativ-texniki sənədlərdə ardıcıllıqla şəkər, rafinad şəkər, bunların qablaşdırılması zamanı istifadə olunan ağ kağız və şəkərin saxarozasının müəyyənləşdirilməsi metodları qeyd edilmişdir.



Çayın keyfiyyətin ekspertizasında istifadə olunan normativ-texniki sənədlər. Bitki mənşəli malların tərkibinə daxil olan və Azərbaycan Respublikasının əsas qeyri-neft ixrac obyekti olan məhsullardan biri çaydır. Bu məhsul gömrük sərhəddini keçərkən aşağıdakı normativ texniki sənədlərdən istifadə edilməklə keyfiyyət analizi edilir:

- ГОСТ 32573-2013, TP TC 022/2011, TP TC 029/2012 – Xüsusi nişanlı çayların keyfiyyət ekspertizası zamanı istifadə edilən normativ texniki sənədlərdən biridir.

- TP TC 021/2011, TP 029/2012, ГОСТ 1939-90, TS 4600/30.5.1991, ГОСТ 32574-2013 – Bu nomrativ texniki sənədlər bitki çaylarının keyfiyyət yoxlaması zamanı istifadə olunur.

- ГОСТ 1938-90 – Qablaşdırılmış, çəkilmiş və bükülmüş qara mexmeri çay1arın ekspertizası zamanı tətbiq edilir.

- ГОСТ 1937-90 – Bükü1məmiş çayların keyfiyyət ekspertizası zamanı istifadə edilən normativ texniki sənəddir.

- TP TC 029/2012, TP TC 022/2011 – Aromatlı yaşı1 çayların keyfiyyət yoxlaması istifadə olunan normativ texniki sənəd formasıdır.

Bundan başqa, ГОСТ 19885-74, ГОСТ 28550-90, ГОСТ 28551-90, ГОСТ 28852-90, ГОСТ 1936-85 və ГОСТ 50502-693 normativ texniki sənəd formaları çay və çay məhsullarının keyfiyyət ekspertizası zamanı, əlavə olaraq çay tərkibindəki tan və kofeinin ölçüsünü, quru sınaq probların hazırlanması, suda hə11 olan maddələrinin təyin edilməsi, suda hə11 o1unmayan ölçüsü, təzə se1ülozanın müəyyən edilməsi və ən sonda keyfiyyətin qəbul edilməsi və buna uyğun rəy və nəticə bildirilməsi prosesi baş verir. TSЕ-ISО-ЕN-900 – Beynəlxalq standardlara cavav verən çay məhsullarının ekspertizası prosesidir.

Ədviyyələrin keyfiyyətin ekspertizasında istifadə olunan normativ-texniki sənədlər. Birki mənşəli malların tərkibinə daxil olan bir digər məhsul qrupu ədviyyələrdir. Bu məhsulların keyfiyyət yoxlaması zamanı bəzi normativ texniki sənədlərdən istifadə olunur. Bu sənədlər aşağıdakılardır:

- ТР ТС 021/2011 - Xüsusi nişanlı ədviyyaların keyfiyyət ekspertizası əməliyyatında istifadə edilən normativ-texniki sənəd formasıdır.

- ГОСT 29050-91 – Qara istiotların keyfiyyət yoxlaması zamanı tətbiq edilir.

- ГОСT 29046-91 – Sarıkök məmulatının keyfiyyət yoxlaması zamanı istifadə olunur.

Bundan başqa, ГОСT 18-275-86, ГОСT 18-276-86, ГОСT 18-277-86, ГОСT 18-278-86, ГОСT 18-279-86, ГОСT 18-280-86, ГОСT 18-281-86 və ГОСT 18-284-86 kimi normativ texniki sənədlər sıra ilə zəncəfil, mixək, musqat cevizi, darçın, muskat çiçəyi, zəfəran və badyan kimi bitki mənşəli malların keyfiyyət ekspertizası zamanı istifadə olunur. Digər ədviyyalardan qurudulmuş kərəviz (cəfəri), keşniş toxumu, cirə, razyana, zirə və dəfnə yarpağı və onların istehlakçılar tərəfindən qoyulan tələbləri sıra ilə ГОСT 16732-81, ГОСT 17081-83, ГОСT 18315-86, ГОСT 20460-85, ГОСT 24881-81 və ГОСT 17591-81 normativ texniki sənədlərində qeyd edilmişdir.

Ədviyyalar içərisində tərkibi və əlamətlərinin genişliyinə əsasən xüsusi yerlərdən birini efir-yağlı bitkilər tutur. Bu bitkilərin keyfiyyət ekspertizası zamanı bir normativ texniki sənəd formasından istifadə olunur. ГОСT 17082.1-88 – bu bitkinin orta və laboratoriya probunun götürü1məsi metodunu; ГОСT 17082.2-88 – nəmliyinin müəyyənləşdirilməsi; ГОСT 17082.3-88 – efiryağlı bitkilərinin qarışığının müəyyən edilməsi; ГОСT 17082.4-88 – qoxusunun və əks təsirlərinin müəyyənləşdirilməsi; ГОСT 17082.5-88 – yağın kütləsini müəyyənləşdirilməsi üçün tətbiq edilir.



Tütün məmulatlarının ekspertizasında istifadə olunan normativ-texniki sənədlər. Azərbaycan Respublikasının istehlak etdiyi əsas məhsullardan biri də tütün mal qrupuna daxil olan məhsullardır. Bu məhsullar zərərli məhsullar tərkibə daxil olduğu üçün keyfiyyət ekspertizası daha dəqiq, detallı və incəliklə edilir. Bu məhsulların ekspetizası zamanı istifadə olunan normativ texniki sənədlər bunlardır:

- ДСТУ ГОСТ 3935:2004, ГН 6.6.1.1-130-2006, ДСанПиН 8.8.1.2.3.4-000-2001 – Xüsusi nişanlı siqaretlərin keyfiyyət ekspertizasında istifadə olunan sənəd formalarıdır.

- AZS 335-2009 – Bu normativ-texniki sənəd qəlyan tütünlərinin ekspertizası zamanı tətbiq edilir.

- ГОСТ 3935-2000 – Siqaretlərin ekspertizası zamanı istifadə olunur.

Bundan başqa, ГОСТ 8073-77 – ferment1əşdiri1məyən tütün materialların; ГОСТ 8072-77 – sarı rəngli tütün malların; ГОСТ 9678-79 – maxorka tipli tütünlərin; ГОСТ 1505-81 – siqar1arın; ГОСТ 858-81 – çəkim tütün1ərin; ГОСТ 936-82 – çəkim maxorka1arın və TŞ 18 PF 662-81 – nanə dadı verən tütünlərin keyfiyyətinin analiz prosesi zamanı tətbiq edilən normative sənəd formalarından digərləridir.

Qəhvə məhsullarının ekspertizasında istifadə edilən normativ-texniki sənədlər. Qəhvə də bitki mənşəli malların tərkibinə daxil olan digər mal qrupudur. Bu malların keyfiyyət analizi zamanı aşağıdakı normativ texniki sənədlərdən istifadə olunur:

- TS 5800/30.1.2004 – Qəhvə məmulatlarının analizi zamanı tətbiq olunan normativ-texniki sənəd formasıdır.

- ДСТУ 4849:2007, ТУ У 15.8-00382220-003-2004, МБТ 5061-89 – Birdəfəlik qəhvələrin analizi zamanı istifadə olnurlar.

- СТБ 1205-2012, TP TC 021/2011 – Kakao məhsullarının keyfiyyət analizi zamanı tətbiq edilir.



Spirtli içkilərin ekspertizasında istifadə edilən normativ-texniki sənədlər. Spirtli içkilərin tərkibi, yəni bu məhsulu əldə etmək üçün istifadə olunan məmulatlar bitki mənşəli mallardır. Ona görə də, spirtli içkilərin keyfiyyətini analiz edərkən bitki mənşəli malların ekspertizasında istifadə olunan normativ texniki sənədlərdən istifadə olunur:

- ГОСТ 7190-93 – Tünd içkilərin keyfiyyətinin ekspertizası zamanı tətbiq edilən normativ-texniki sənəd formasıdır.

- ГОСТ 12712-2013, СТБ 978-2003, ГН 10-117-99, TP TC 021/2011, ГОСТ Р 51355-99, ТИ 9181-100-88727141-14, ТИ 9181-101-88727141-14 – Vodka tipli spirtli içkilərin keyfiyyətində tətbiq edilir.

- ГОСТ 32030-2013 – Təbii süfrə üzümü şərabının keyfiyyət analizi zamanı tətbiq edilən normativ-texniki sənəddir.

- ГОСТ 28685-90 – Şampan tipli içkilərin keyfiyyət yoxlamasında istifadə olunan sənədlərdən biridir.

- AZS 143-2005, ГОСТ 31711-2012, ГОСТ Р 51174-2009, ТР ТС 021/2011 – Pivə içkilərinin keyfiyyətinin ekspertizasında istifadə olunur.

- ГОСТ 7190-2013, ТР ТС 021/2011, Avropa şurası reqlamenti №110/2008, 15.01.2008 tarixli – Cin tipli spirtli içkilərin keyfiyyət yoxlaması zamanı tətbiq edilir.

- ГОСТ Р 52405-2005, СанПиН 2.3.2.1078-01, ГОСТ 51618-2000 – Bu normativ-texniki sənəd1ər tekila içkilərinin ekspertizası zamanı istifadə olunur.

- ГОСТ 31732-2014 – Konyak tipli spirtli içkilərin keyfiyyət analizi zamanı istifadə olunan normativ-texniki sənəddir.

Yarmaların keyfiyyət ekspertizasında istifadə olunan normativ-texniki sənədlər. Bildiyimiz kimi yarmalar bitki mənşəli malların tərkibinə daxil olan mal qruplarından biridir. Bu mallar da öz növbəsində keyfiyyət ekspertizasından keçir və özlərinə məxsus normativ texniki sənədlər tətbiq olunur.

ГОСТ 7022-97 – mannı yarmalarının; ГОСТ 3034-75 – vələmir yarmalarının; ГОСТ 572-60 darı yarmalarının; ГОСТ 6201-68 – noxudların; ГОСТ 5550-74 – qarabaşaq yarmalarının; ГОСТ 5784-60 – arpa yarmalarının; ГОСТ 276-60 – buğda yarmalarının; ГОСТ 6002-69 – qarğıdalı yarmalarının və TŞ 18-4-13-76 - bioloji olaraq keyfiyyəti yüksəldilmiş yarmaların keyfiyyət yoxlaması zamanı istifadə olunan normativ texniki sənədləridir.

Bundan başqa, yarmaların ekspertizasının aparılması formaları, göstəricilərinin təyin olunması qaydaları və tərkibinin təyin olunması metodlarının müəyyənləşdirilməsi üçün normativ texniki sənədlər mövcuddur:

- ГОСТ 26312.1-84 – Bu normativ texniki sənəd yarmaların keyfiyyət ekspertizasının qəbul edilməsi qaydalarını və probların götürülməsi metodlarını müəyyənləşdirir.

- ГОСТ 26312.2-84 – Yarmaların orqanoleptik göstəricisinin təyin edilməsi, qarabaşaq yarmasınının və və1əmirin həll olunmasının təyini metodları bu normativ texniki sənəddə yer alır.

- ГОСТ 26312.4-84 – Burada isə yarmaların nüvə1ərinin, böyüklüyünün və yarma nömrələrini müəyyənləşdirilməsi qaydaları qeyd edilib.

- ГОСТ 26312.5-84 – Yarmaların külünün müəyyənləşdirilməsi metodu bu normativ texniki sənəddən istifadə edilməklə təyin edilir.

- ГОСТ 26312.6-84 – Bu sənəddə vələmirin turşu1uluğun müəyyənləşdirilməsi metodu yer alır.

- ГОСТ 26312.7-84 – Yarmaların nəmliliyin müəyyənləşdirilməsi üçün bu normativ texniki sənəddən istifadə olunur.

Unun keyfiyyət ekspertizasında istifadə olunan normativ-texniki sənədlər. Un bir neçə maldan əldə edilir. Bunların keyfiyyət ekspertizası bir neçə normativ texniki sənədlərdən istifadə olunur.

ГОСТ 26574-85 – çörək bişirilməsi zamanı istifadə olunan unların keyfiyyətinin yoxlanılması zamanı istifadə olunan normativ texniki sənnəddir. Bundan başqa onun hər bir xüsusiyyətinin analizi üçün müxtəlif normativ texniki sənədlərdən istifadə olunur. ГОСТ 20239-74 – unların və onların kəpəklərinin qatışığını müəyyənləşdirilməsi metodlarlarını; ГОСТ 26361-84 – unların ağlığının müəyyənləşdiriləmsi metodlarını; ГОСТ 27493-87 – unların turşulu1uğunun müəyyənləşdirilməsi metodlarını; ГОСТ 27558-87 – unun rənginin, dadının, qoxusunun təyin edilməsi metodlarını; ГОСТ 27558-87 – unun tərkibinə zərərverivilərin yoluxmasını müəyyənləşdirilməsi metodlarını; ГОСТ 27560-87 – unun ölçüsün məyyənləşdiriləmsini; ГОСТ 27494-87 – unun külünün təyin edilməsi üsullarını; ГОСТ 27495-87 – unun avto1itik aktivliyinin müəyyənləşdirilməsi metodlarını; ГОСТ 27668-88 ekspertiza zamanı unlardan probların götürülməsi metodlarını təyin etmək üçün istifadə olunur.



Bitki mənşəli ərzaq məhsullаrın kеyfiyyət еkspеrtizаsındа istifаdə оlunаn nоrmаtiv-tехniki sənədlər. Bitki mənşəli malların tərkibinə daxil olan məhsulları qeyd edərkən, bu siyahıya daxil olan malların çoxunun gündəlik həyatımızda istifadə etdiyimiz ərzaq məhsulları olduğuna diqqət yetitmə olar. Gündəlik olaraq istehlak edilən bu məhsullar gömrük ekspertləri tərəfindən keyfiyyət analizi edilərək, buna uyöun rəy bildirilir. Gündəlik istehlak edilən bəzi ərzaq məhsulların keyfiyyət ekspertizası zamanı istifadə olunan normativ texniki sənədlər aşağıdakılardır:

- Azərbaycan Respublikası SN-nin 25 №-li, 30.04.2010 tarixli SE q. və n., ТУ У 30087693-002-2000 – Günəbaxandan hazırlanan halvanın keyfiyyət ekspertizası zamanı tətbiq edilən normativ-texniki sənəddir.

- TP TC 021/2011, TP 029/2012 – Tərkibi bitki qarışıq olan spirtsiz içkilərin keyfiyyət ekspertizası zamanı tətbiq edilən sənəd formalarıdır.

- AZS 204-2006 – Bu normativ texniki sənəd qənd məhsullarının keyfiyyət ekspertizası zamanı istifadə olunur.

- AZS TS 9979-2008, ГОСТ 9268-90, AZS TS 10053-2008 – Uyğun olaraq kökəltmə yemlərinin, buzov yemlərinin və süd yemlərinin keyfiyyət ekspertizası zamanı tətbiq edilir.

- TP TC 0201/2011, ГОСТ Р 52465-2005 – Bu texniki sənəd qarğıdalı yağlarının ekspertizası zamanı istifadə olunur.

- AZS 354-2009 – Günəbaxan yağlarının keyfiyyəy analizi zamanı tətbiq edilən sənəddir.

- AZS 291-2007 – Günəbaxan tumlarının keyfiyyət yoxlaması zamanı tətbiq olunan normativ-texniki sənəddir.

- ГОСТ 6292-93, İSO 9001:2008 – Düyü məmulatının ekspertiza prosesində istifadə edilir.

- TŞ AZ 2003619301.001-2016 – Bu texniki sənəd suxarı məhsullarının ekspertizası zamanı tətbiq edilir.

- AZS 406-2011, ГОCT 875-92 ГОCT 14849-89 – Makaron məmulatların keyfiyyət ekspertizası prosesinin nəticəsinə uyğun tətbiq edilən normativ-texniki sənəd formasıdır. Burada makaron və vermeşillərin keyfiyyət təyini üsulları və onların möhkəmliyi səviyyələri təyin olunur.

- AZS 354-2009 – Günəbaxandan əldə edilən saf1aşdırı1mış yağların keyfiyyət ekspertizası zamanı tətbiq edilən normativ-texniki sənəd formalarındandır.

- TР ТС 021/2011, ГОСТ 1129-2013, ТР ТС 024/2011 – Bu normativ texniki sənədlər xüsusi nişanlı məhsulların keyfiyyət ekspertizası zamanı istifadə olunur.

Bundan başqa ГОCT 26929-86, ГОCT 269230-86, ГОCT 26931-86, ГОCT 26932-86, ГОCT 26933-86 və ГОCT 26934-86 normativ texniki sənədlərindən istifadə etməklə yuxarıdakı ardıcıllıqla bitki mənşəli xammal və ərzaq məhsullarının tərkibindəki toksiki elementlərin, arsenin, misin, qurğuşunun, kadmiumun və sinkin təyin olunma üsulları analiz edilir.



Keyfiyyət ekspertizası bir tək fizioloji və kimyəv tərkibi analiz etmir. Həmçinin, malların tərkibindəki mikrosəviyyədə olan canlıların, bakteriyaların təyin edilməsi üçün bioloji ekspertiza da aparır. Bunların içərisində ГОCT 10444.15-95 – mezofe1 aerop və faku1tativ anerofop mikro səviyyəli canlıların miqdarının müəyyən edilməsi metodlarını; ГОCT 50474-93 – bağırsaq çöp1erinə aid olan mikroorqanizmlərin miqdarnın müəyyən edilməsi metodları; ГОCT 26668-85 – Bakteriyaların təyin edilməsi və ekspertizası üçün probların götürülməsini; ГОCT 10444.12-88 – bitki mənşəli ərzaq məhsulları daxilində kif göbə1ək1ərinin və maya1arın müəyyən edilməsi metodlarını; ГОCT 5048-93 – bitki mənşəli ərzaq məhsulların tərkibində salmonella mikrobioloji orqanizmlərin təyin edilməsi metodlarını icra edir. 56

2.2 Bitki mənşəli malların gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi və onun müqayisəli təhlili

Son zamanlarda dünya bazarında baş verən maliyyə böhranı bitki mənşəli malları bazarına da öz təsirini göstərmişdir. Belə ki, istehsalçılar azalan tələbatı və qiymətləri optimal səviyyədə saxlamaq üçün məcburiyyət qarşısında qalıb istehsal həcmini və iş yerlərini məhdudlaşdırdılar. Bu vəziyyət nəinki Azərbaycanda, bütün dünya bitki mənşəli malların ticarətində hiss olunmuşdur. Bunun üçün dünyada və ölkəmizdə bitki mənşəli malların ticarətindəki statistik nəticələrə diqqət yetirək.

world imports and exports mil dolŞəkil 6. Bitki mənşəli malların beynəlxalq ticarəti (100 milyon $)

Yuxarıdakı şəkildən də göründüyü kimi, 2008-ci ildən etibarən dünya maliyyə böhranın baş verməsi öz neqativ təsirini bu sektorda da göstərmişdir. Maksimal nəticə 2008-ci ilin əvvəlində qeyd olunsa da, bu nisbət həmin dövdən etibarən eniş göstərmişdir. Həmin dövrdə bitki mənşəli malların beynəlxalq ixrac dövriyyəsi 160 milyard ABŞ dolları idisə, bu nəticə eniş göstərərək 2015-ci ildə minimal nəticəsini qeyd etmişdir – 110 milyard ABŞ dolları. Maliyyə böhranı nəinki ölkənin istahsal və ixrac potensialına təsir edir, eyni qaydada istehlak və idxal prosesi də eyni dərəcədə ziyan görür. Yuxarıdakı şəkildə qeyd olunduğu kimi, bitki mənşəli malların beynəlxalq idxal dövriyyəsi 2008-ci ildə 150 milyard dollar ilə maksimal nəticə göstərmişdisə, minimal gəstəricini eyni qayda ilə 2015-ci ildə qeyd etmişdir – 120 milyard dollar. Son dövrlərdə xarici ticarətdə canlanma hiss olunmağa başlayıb və tendensiya bitki mənşəli malların ticarətində də hiss olunmağa başlayıb. İqtisadçıların fikrincə, 2016-cı ildən etibarən bitki mənşəli malların ixrac və idxalından canlanma yaşanacaq və əvvəlki potensialını əldə edəcək.

Bildiyimiz kimi, dünya ixrac-idxal prosesi ölkələr arasında ticarət əlaqələri mənasını verir. Dünya ticarətində ölkələrin ferqli yerləri olduğu kimi, bitki mənşəli malların ticarətində də ölkələrin bu sektorda fərqli ticarət nisbətləri mövcuddur. Aşağıdakı şəkildə ölkələr arasında bitki mənşəli malların ticarət yerləri göstərilmişdir. İlk olaraq, ölkələrin bitki mənşəli mal sektorunda beynəlxaq ixrac əməliyyatına diqqət yetirək.

exporterŞəkil 7. Bitki mənşəli malların beynəlxalq ixracı

Bir əvvəlki qrafikdə qeyd etdiyimiz kimi, 2008-ci ildən etibarən bitki mənşəli malların ticarət dövriyyəsində enmə müşahidə olunmuşdur. Yuxarıdakı şəkildə isə, ölkələrin dünya bitki mənşəli malların ixracındakı yeri qeyd olunub. Burdan da göründüyü kimi, 2008-ci ildən etibarən ölkələrin ixracında azalma baş vermişdir. Dünyada bitki mənşəli mallarını ən çox istehsal və ixrac edən ölkə kimi Çin ilk pillədə durur. Beynəlxalq ixrac dövriyyəsi 2008 – ci ildə 40 milyard dollar qeyd olunub və bu nəticə makimal göstəricidir. Həmin ildən etibarən azalma prosesi davam etmiş və 2015-ci ildə 25 milyard dollara düşmüşdür. Digər ölkələrin bu sektordakı yerinə nəzər salsaq, ikinci pillədə Çinin vilayəti olan, ancaq dünya ticarətində və iqtisadiyyatında əvəzsiz yeri olan Honkonq yer alır. Hazırda onun payı 14 milyard dollar dəyərindədir. Beynəlxalq ixrac dövriyyəsi 2015-ci ildə 10 milyar dollar olan ABŞ üçüncü pillədədir. Bu sektorda ixrac payları kifayət qədər olan digər ölkələr isə ardıcıllıqla Hindistan (8 milyard dollar), Almaniya (7 milyard dollar), Fransa (6 milyard dollar), KXDR (6 milyard dollar), Sinqapur (5 milyard dollar), Kanada (3 milyard dollar) və Çili (3 milyard dollar) tutur.

İndi isə bitki mənşəli malların beynəlxalq idxal dövriyyəsinə diqqət yetirək.

major importersŞəkil 8. Bitki mənşəli malların beynəlxalq idxalı

Bir əvvəlki qrafikdə dünya ölkələrinin beynəlxalq ixrac dövriyyəsində yerini qeyd etmişdik. İndi isə, bu malları ən çox satınalan, idxal edən ölkələrin siyahısına nəzər yetirək. Dünyada bitki mənşəli malları ən çox ixrac edən 2-ci ölkə olan Honkonq, həm də bu malları ən çox idxal edən ölkə statsundadır. 2008-ci ildə bu göstərici 35 milyard dollar dəyərində idisə, dünya maliyyə böhranın baş verməsi ilə alıcılıq qabiliyyətinin düşməsi nəticəsində bu dəyər 2015-ci ildə 20 milyard dollara düşmüşdür. Sonrakı yerdə isə ABŞ tutur, hansı ki burda maraqlı bir məqam var. Dünya maliyyə böhranı nəticəsində dünya ticarət dövriyyəsinin aşağı düşməsinin əksinə olaraq, ABŞ maliyyə bğhranı dövründə 20 milyard dollar ilə 2009-cu ildə özünün maksimal nəticəsini əldə etmişdir. Üçüncü pillədə isə, dünya texnologiya və beyin mərkəzlərindən olan Yaponiya yer alır, hansı ki ABŞ-ın maliyyə böhranından sonra idxal prosesindəki paradoksu yaratmışdır. Dünya idxal dövriyyəsində onun payı 2011-ci ildə 20 milyard, 2016-cı ildə isə 12 milyard dollar olmuşdur. Dövriyyədə ən çox pay sahibi olan digər ölkələr isə ardıcıllıqla – Almaniya (10 milyard dollar), KXDR (7 milyard dollar), Fransa (6 milyard dollar), Sinqapur (5,5 milyard dollar), Çin (5 milyard dollar), Malayziya (3 milyard dollar) – ölkələri tutur.

Azərbaycan Respublikası ticarət dövriyyəsində bitki mənşəli malların yeri. Dünya ticarəti dövriyyəsində olduğu kimi, 2008-ci ildən – dünya maliyyə böhranı – sonra Azərbaycanda da ticarət dövriyyəsində düşüşlər baş vermişdir. Azərbaycan Respublikasında bitki mənşəli malların ticarəti qeyri-neft sektorunda xüsusi yer tutur. Bunun nəticəsidir ki, bu sahədə baş verən inkişaf və defisit Azərbaycan iqtisadiyyatına təsir edir. 7

Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatında ixrac dövriyyəsində əsas yeri neft və neft məhsulları tutur. Aşağıdakı cədvəldə, bitki mənşəli mallarına daxil olan məhsulların 2015-ci ildə ixrac prosesindəki yeri və dəyəri göstərilmişdir:



Malın adı


2015-ci ilin ilk 8 ayı ərzində

2016-ci ilin ilk 8 ayı ərzində

2015-ci ilin ilk 8 ayının ixracına nisbətən %-lə

2016-ci ilin ilk 8 ayının ümumi ixraca nisbəti %-lə

Miqdar

Statistik dəyər

Miqdar

Statistik dəyər

Miqdar

Statistik dəyər







İdxal-cəmi




9 190 564.16




5 790 280.97




63.00

100.0

1

Meyvə-tərəvəz, ton

145 913.96

143 140.64

189 917.09

188 830.27

130.16

131.92

3.26

2

Çay, ton

2 391.52

10 982.15

743.68

3 945.10

31.10

35.92

0.07

3

Bitki mənşəli yağlar, ton

49 689.56

101 364.39

9 712.66

10 149.19

19.55

10.01

0.18

4

Şəkər, ton

144 463.21

152 387.75

74 664.88

42 349.50

51.68

27.7

0.73

5

Spirtli və spirtsiz içkilər, min ABŞ dolları




16 397.70




12 052.95




73.50

0.21

6

Pambıq iplik, ton

5 254.74

8 928.07

7 010.42

13 000.16

133.41

145.61

0.22

: application -> uploads -> 2016
2016 -> Ali məktəb psixologiyası
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> Magistratura məRKƏZİ
2016 -> İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya
2016 -> Bilet 1 Davranış iqtisadiyyatı Süni intellektin yaranmasının başlanğıc mərhələsi İnformasiya, verilən, məlumat, bilik Verilənlər bazasının modelləri Bioloji neyron İqtisadi informasiyanın layihələndirmə mərhələləri Genetik alqoritmlər Bilet
2016 -> Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1
2016 -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə