Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4641
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
83 
səsləndirilməsi, kompüter-informasiya daşıyıcılarında 
olan informasiyaların oxunması, televizor-audio-vizual 
informasiyaların ekrana çıxarılması, videokamera-
çəkilmiş kadrların göstərilməsi) nümunələrlə izahı  
vizual, ekran, videokamera, kadr 
III sinif 
1. İnformasiya və informasiya prosesləri 
1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara, 
informasiya proseslərinə aid nümunələr göstərir. 
Təbiət və cəmiyyətdəki informasiyalara (heyvanların 
səsi, küləyin səsi, gülün rəngi, quşun uçuşu, günəşin 
doğması, insanların söhbəti, paltarın rəngi, musiqi səsi, 
yeməyin dadı) nümunələrin göstərilməsi; informasiya 
proseslərinə (günəşin doğması, küləyin əsməsi, yağışın 
yağması, suyun qaynaması, dərsin gedişi və s.) 
nümunələrin göstərilməsi 
Təbiət, cəmiyyət, informasiya, proses 
1.1.2. Təbiət və cəmiyyətdəki informasiyaların 
qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.  
Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı 
əlaqəsini (quşun və təyyarənin uçuşu, atın və maşının 
hərəkəti, balığın və gəminin üzməsi və s.) nümunələrlə 
izahı 
Təbiət, cəmiyyət, informasiya, əlaqə 
1.1.3. Müvafiq şəraitə uyğun informasiyanın 
müxtəlif ötürülmə vasitələrini seçir. 
Müvafiq şəraitə uyğun informasiyanın müxtəlif  
ötürülmə vasitələrini (kitab, jurnal, qəzet, radio, 
televiziya, telefon, poçt, İnternet və s.) seçilməsi 
İnformasiya, vasitə, kitab, jurnal, qəzet, radio, 
televiziya, telefon, poçt, İnternet 
1.1.4. Təbiət və cəmiyyətdəki informasiyaların 
oxşar və fərqli cəhətlərini izah edir.  
Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və 
fərqli cəhətlərinin, qarşılıqlı əlaqəsinin izahı. 
İnsan təbiətdən aldığı informasiyalardan necə 
faydalana bilər? İnsanlar təbiətdəki informasiyalardan 
necə istifadə edə bilərlər? 
Təbiət, cəmiyyət,  fərqli cəhət, təbiətdəki 
informasiya, cəmiyyətdəki informasiya. 
1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi 
əlamətlərini müəyyən edir.  
Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərinin 
(tərkibi, hərəkətləri) müəyyən edilməsi 
Obyekt, qrup, əşya, əlamət, tərkib, hərəkət 
1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların 
ümumi əlamətlərini izah edir. 
Oxşar obyektlər qrupundakı əşyaların ümumi 
əlamətlərinin (tərkibi, hərəkətləri) izahı 
Obyekt, qrup, əşya, əlamət, tərkib, hərəkət 
1.2.3. Qrupdakı  obyektlərin  əlamətlərini  
kəmiyyət baxımından müəyyən edir.  
Qrupdakı  obyektlərin  əlamətlərinin  kəmiyyət 
baxımından (uzunluq, hündürlük, çəki, temperatur, 
tərkib hissələrinin sayı və s.) müəyyən edilməsi 
Qrup, obyekt , əlamət, kəmiyyət, uzunluq, 
hündürlük, çəki, temperatur, tərkib, hissə, say 
2. Formallaşdırma,  modelləşdirmə,  alqoritmləşdirmə və proqramlaşdırma 


 
84 
2.1.1. Hərəkəti,  hərəkətlər ardıcıllığını söz və 
işarələrlə təsvir etməyin mümkünlüyünü izah 
edir. 
Hərəkəti,  hərəkətlər ardıcıllığının söz və işarələrlə 
(aşağı, yuxarı, sağa, sola, yuxarı sağa, yuxarı sola, 
aşağı sağa, aşağı sola) təsvir etməyin mümkünlüyünün 
izahı 
Hərəkət, ardıcıllıq, söz, işarə, aşağı, yuxarı, 
sağa, sola 
2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş 
hərəkət fəaliyyətini təqdim  edir. 
Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət 
fəaliyyətinin təqdim  edilməsi 
Söz, işarə, sxem, hərəkət, fəaliyyət 
2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti, 
budaqlanan və dövri) icra edir.  
Xətti hərəkət fəaliyyətinin icrası; budaqlanan hərəkət 
fəaliyyətinin icrası; dövri hərəkət fəaliyyətinin icrası 
Xətti, budaqlanan, dövri, hərəkət, fəaliyyət 
2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri 
daxil olan mülahizələr söyləyir.  
Qrupda olan obyektlərin ümumi xüsusiyyətlərini təsvir 
etmək üçün “hamısı”, “heç biri” sözləri daxil olan 
mülahizələrin söylənməsi; qrupda olan obyektlərin 
fərqli xüsusiyyətlərini təsvir etmək üçün “bəzisi” 
sözləri daxil olan mülahizələrin söylənməsi 
Qrup, obyekt, xüsusiyyət, hamısı, heç biri, 
bəzisi, mülahizə 
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək 
üçün müxtəlif variantlar seçir. 
Məqsədə çatmaq üçün müxtəlif variantların 
müəyyənləşdirilməsi; müxtəlif variantlardan 
məqsədəuyğun yolun seçilməsi 
Məqsəd, müxtəlif, variant, məqsədəuyğun, yol 
2.2.3. Verilmiş informasiya əsasında obyekti  
təsvir edir. 
Verilmiş informasiya (obyektin əlamətləri, hərəkətləri) 
əsasında obyektin  təsvir edilməsi 
İnformasiya, obyekt, əlamət, hərəkət 
3. Kompüter, informasiya - kommunikasiya texnologiyaları və sistemləri 
3.1.1. Kompüterin əsas qurğularının (klaviatura, 
maus, monitor, sistem bloku) funksiyalarını 
ümumi şəkildə şərh edir. 
Kompüterin əsas qurğularının funksiyalarının 
(klaviaturanın- informasiyanın kompüterə daxil 
edilməsi, mausun- obyektlərin seçilməsi və müxtəlif 
əmrlərin verilməsi, monitorun- kompüterdəki işin 
nəticəsinin ekranda göstərilməsi, sistem blokunun-
informasiyaların saxlanması və emalı) ümumi şəkildə 
şərhi 
Kompüter, əsas, qurğu, funksiya, klaviatura, 
maus, monitor, sistem bloku, informasiya, 
obyekt, əmr, ekran, nəticə, emal 
3.1.2. Kompüterin əsas qurğuları ilə iş zamanı 
tələb olunan ümumi qaydaları və texniki 
təhlükəsizlik qaydalarını izah edir. 
Klaviatura ilə iş zamanı tələb olunan ümumi 
qaydaların və texniki təhlükəsizlik qaydalarının 
(klaviaturanın üzərinə ağır əşya qoymamaq, 
klaviaturaya yaş əllə toxunmamaq) izahı; maus ilə iş 
zamanı tələb olunan ümumi qaydaların və texniki 
təhlükəsizlik qaydalarının (mausu əldə düzgün tutmaq) 
izahı; monitor ilə iş zamanı tələb olunan ümumi 
Klaviatura, maus, monitor, sistem bloku, qayda, 
təhlükəsizlik, əşya, məsafə, ekran, kompüter, 
müəllim, naqil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə