Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   2   3   4   5   6   7   8   9   ...   66

Mahmudov Əhməd Əkbər oğlu
Əhməd  Əkbər  oğlu  Mahmudov 
1923-cü 
ildə 
may 
ayının 
25-də 
Naxçıvan Muxtar Respublikasmm  Şərur 
rayonunun  Şahtaxtlı  kəndində  dünyaya 
gəlmişdir.
O,  1941-ci  ildə  orta  məktəbi  bitir- 
miş,  1942-1945-ci  illərdə  Sovet  Ordusu 
sıralannda  xidmət  etmiş,  ordu  sıralann- 
dan  tərxis  edildikdən  sonra,  1946-cı  ildə  K.Marks  adına 
Azərbaycan  Dövlət  Xalq  Təsərrüfatı  İnstitutunun  “Uçot- 
statistika”  fakültəsinə  daxil  olmuş  və  1950-ci  ildə  institutu 
fərqlənmə diplomu ilə bitirmişdir.
Məktəb  illərindən  sonra  cəbhə  həyatı  və  kənddə 
müəllimlik illəri Əhməd müəllimi daha da mətinləşdirmişdir. 
Heç  də  təsadüfı  deyildir  ki,  1950-  ci  ildə 
ali  məktəbi 
fərqlənmə  diplomu  ilə  bitirən  Ə.Mahmudov  elmi  fəaliyyətə 
doğulub 
boya-başa 
çatdığı 
indiki 
Şərur 
rayonunun 
təsərrüfatlanmn  iqtisadiyyatmı  çox  çətin  şəraitdə  tədqiqinə 
başlayır.  Aspirantura  illərində  o,  usanmadan  hər  bir 
təsərrüfatda olmuş,  istehsal amillərini tədqiq etməklə ehtiyat 
mənbələrini  aşkara  çıxarmışdır.  Bu  tədqiqatlar  nəticəsində 
o,  1956-cı  ildə  iqtisad  elmləri  namizədi  alimlik  dərəcəsi 
almaq  üçün  namizədlik  dissertasiyası  müdafıə  etmişdir.  O, 
öz  tədqiqatlannda  bir  rayon  timsalında  inandırıcı  şəkildə 
göstərirdi  ki,  istehsal  və  əmək  potensialmda 
səmərəli 
istifadə 
sayəsində  məhsul  istehsalını  ən  azı  2-3  dəfə 
artırmaq  mümkündür.  Lakin  bunun  üçün  düzgün  struktur
18
islahatlan  apanlmalı,  sərmayə  qoyulmalı  və  kadr potensialı 
gücləndirilməlidir.  Bir  sözlə  istehsalm  maliyyə  və  elmi 
tutumluğu  artınlmalıdır.
Əhməd müəllimin elmi fəaliyyəti bütünlüklə Azərbaycan 
və  MEA-nın  iqtisadiyyat  bölməsi  və  bu  bölmənin  əsasmda 
yaranan  Elmi-Tədqiqat 
İqtisadiyyat  İnstitutu  ilə  bağlı 
olmuşdur.  Onun  gənc  bir  alim  kimi  formalaşmasmda  və 
inkişafmda Azərbaycan və  Rus  iqtisadi  məktəblərinin böyük 
rolu  olmuşdur.  AMEA-nm  İqtisadiyyat  İnstitutunda  fəaliy- 
yətə  başlayan  iqtisad  elmləri  namizədi  öz  tədqiqat  arealmı 
daha  da  genişləndirərək,  1967-  ci  ildə  doktorluq  disserta- 
siyasım  müvəffəqiyyətlə  müdafıə  etmişdir.  Həmin  dövrdə 
hörmətli  alimin  elmi  ictimai  mühitdə  formalaşan  müsbət 
imici,  çalışdığı  elm  sahəsindəki  öncül  mövqeyi  ona  1972-ci 
ildə  AMEA-nm  müxbir  üzvü  və  11  il  sonra  isə  həmin 
akademiyanm  iqtisadiyyat  üzrə  ilk  həqiqi  üzvü  seçilməsinə 
zəmin  yaratmışdır.
50-ci 
illərin 
axırlarmdan 
başlayaraq 
iqtisadiyyat 
sahəsində  elmi  tədqiqatlann  bir  elmi  mərkəzdə  -  Elmlər 
Akademiyasınm  İqtisadiyyat  İnstitutunda  cəmləşməsi  qısa 
müddətdə bu sahədə ciddi müsbət nəticələr verdi.
Akademik  Əhməd  Mahmudov  respublikada  iqtisadiyyat 
elmin  formalaşmasında əvəzsiz xidmətləri  olan  bir vətəndaş, 
şəxsiyyətdir.  Məhz  onun  rəhbərlik  etdiyi  illərdə  Azərbaycan 
SSR  EA  İqtisadiyyat  İnstitutu  nəinki  respublikada,  eləcə  də 
keçmiş  Sovetlər məkanmda  sayılan  elmi-tədqiqat  mərkəzinə 
çevrilmişdi. 
Əhməd 
Mahmudovun 
rəhbərliyi 
altında 
respublikada  iqtisad  elminin  real  iqtisadi  həyatla  bağlılığı
19


daha  geniş  vüsət  almış,  elmi  tədqiqatlann  nəticəbrinin 
əhəmiyyəti xeyli yüksəlmişdi.
Əhməd Mahmudov böyük ziyalı,  əsl vətəndaş kimi  qeyd 
edirdi  ki,  respublikada  iqtisadiyyat  elmini  ancaq  sırf nəzəri, 
metodoloji  problemlərə  cəlb  etmək  o  qədər  səmərə  verə 
bilməz.  Çünki buna nə əlverişli  imkan, nə də o qədər ehtiyac 
var  idi.  Reallıq  respublikanın  iqtisadi  həyatınm  canlanması, 
xalq 
təsərrüfatınm 
inkişafına 
kömək 
edəcək 
aktual 
problemlərin  sistemli  tətbiqini  tələb  edirdi.  Bu  məsələdə 
Əhməd  Mahmudov  çox  çətin  şəraitdə  institutun  və  digər 
sahə  institutlannın  elmi  istiqamətlərində  real  iqtisadiyyatla 
bağlı problemlərə üstünlük verirdi.
AMEA-nm  İqtisadiyyat  İnstitutunda  iqtisad  elmi  üzrə 
Əhməd  Mahmudovun  başçılıq  etdiyi  respublika  miqyaslı 
əlaqələndirmə şurası fəaliyyət göstərir, məhsuldar qüw ələrin 
inkişafı  və  səmərəli  yerləşdirilməsi,  əmək  ehtiyatlan,  əsaslı 
vəsait  qoyuluşu,  istehsal  fondlanndan  istifadə,  səmərəlilik 
problemləri  ətraflı  tədqiq  olunur  və  əldə  olunan  nəticələr 
mütəmadi olaraq direktiv orqanlara təqdim edirdi.
Akademik  Əhməd  Mahmudov  70-ci  illərdə  Azərbaycan 
iqtisadiyyatmın  dinamik  inkişafma  istiqamətlənmiş  tövsiyə- 
lərin  hazırlanması  işində  bilavasitə  iştirak  edirdi.  Onun 
rəhbərliyi  ilə  respublikanm  müxtəlif  şəhər  və  rayonlannda 
elmi 
konfranslar, 
seminarlar 
keçirilir, 
sosial-iqtisadi 
problemlərin  elmi  tədqiqi  sahəsində  əməli  addımlar  atılırdı. 
Bir sözlə,  akademik Əhməd  Mahmudovun Azərbaycan  elmi 
qarşısmda ən böyük xidmətlərindən  biri  də onun bütünlükdə 
respublikanm  iqtisadçı  alimlərini  yaradıcı  işə  cəlb  etməsi, 
iqtisad elmini real həyata, gələcək inkişafa yönəltməsi idi.
20
Ə.  Mahmudov  bütün  elmi  fəaliyyətini  əsasən 
aqrar 
sahənin  iqtisadiyyatına  -   torpaq  fondundan,  su  və  əmək 
ehtiyatlanndan  səmərəli  istifadə,  istehsalın  intensivləş- 
dirilməsi,  ixtisaslaşdırılması,  əmək  məhsuldarhğmın  və 
iqtisadi  səmərəliliyini yüksəldilməsi,  gəlirlərin artırılması və 
istehlakın  yaxşılaşdırılması  kimi  problemlərin  həllinə  həsr 
etmişdir.  Bunu  müəllifın  əsərlərinin  xrolonogiyası  daha 
aydın  göstərir:  Naxçıvan  Muxtar  Respublikasının  iqtisadi 
inkişaf  məsələləri;  Azərbaycan  kənd  təsərrüfatında  əmək 
məhsuldarlığı  və  onun  yüksəldilməsi  yollan;  Dağ  kolxoz- 
lannın  iqtisadiyyatmın  yüksəldilməsi  problemləri;  İqtisadi 
inkişafda  intensiv  amillər  problemi;  Kənd  Təsərrüfatının 
intensivləşdirilməsinin  iqtisadi  səmərəliliyi;  Torpaq  kənd 
təsərrüfatında 
başlıca 
istehsal 
vasitəsidir; 
Əhalinin 
istehlakının yaxşılaşdırılması məsələləri;  Elm və istehsalatm 
vəhdəti;  İqtisad elminin inkişafının aktual məsələləri.
Onun digər tədqiqatçılardan fərqli  cəhətlərindən biri  əldə 
olunan  elmi  nəticələrinin  istehsalata  tətbiq  edilməsinə 
məsuliyyətli  münasibəti  idi.  Məhs  bu  prinsipiallıq  onun 
bütün  elmi  tövsiyələrinin  istehsalatda  tətbiq  tapmasmda  əks 
olunmuşdur.
Təsadüfı  deyildir  ki,  məhz  Əhməd  Mahmudovun 
əsərlərində  ilk  dəfə  olaraq  kənd  təsərrüfatının  intensiv- 
ləşdirilməsinin  zəruriliyi  əsaslandınlmış,  onun  metodoloji 
aspektləri  tədqiq  edilmişdir.  O  çox  zəngin  statistik  və 
konkret  materiallara  əsaslanaraq  Azərbaycan  kənd  təsərrü- 
fatında  intensivləşdirmənin  faktorlannı,  səviyyəsini  təhlil 
etmiş,  aqrar  sektorun  dinamik  inkişafındakı  rolunu  elmi 
cəhətdən əsaslandırmışdı.
21


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə