Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 307,32 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix30.12.2017
ölçüsü307,32 Kb.
#18652
1   2   3   4   5   6   7   8   9   10

 

10.Şeir parçası. 



 

Azadlıq təşnələri 

Meydanlara doldular. 

Xalqımın düşmənləri 

Saraldılar, soldular. 

Bakının küçələri 

Coşğun bir çaya döndü. 

Ulduza, aya döndü... 

Düyümlənən yumruqlar 

Düşmənə: “Ölüm!” – dedi. 

Bəsdir bu qədər zillət. 

Bu qədər zülm, - dedi. 

 ( “Dirçəliş günü” Rafiq Yusifoğlu) 

 

Sitatlar: 

1.“Azərbaycan  xalqı  birləşməli  öz  müqəddəs  torpaqlarını  göz  bəbəyi  kimi 

qorumalıdır.  Azərbaycan  Respublikası  iqtisadi  və  siyasi  müstəqillik  yolu  ilə 

getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...” 

 

“17 noyabr 1990-cı il Milli Dirçəliş Günü Azərbaycan dövlətçiliyinin, milli dövlət 



rəmzləri  tariximizin dönüş nöqtələrindən biri kimi  tarixi  yaddaşımıza  əbədi daxil 

olub.” 


                                                                                

“Xalqımın  dirçəlişi  ilə  əldə  olunan  Azərbaycanın  dövlət  müstəqilliyi  əbədi 

olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!” 

 

“Tarixi  olduğu  kimi  qəbul  etmək,  dərk  etmək  və  olduğu  kimi  qiymətləndirmək    



lazımdır.” 

                                                                                                      

“Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi  

nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim  

borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub 

saxlamaqdır.” 

 

 

 



                                                           

Ümummilli lider Heydər Əliyev 

 

 

 



2. XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda 

mübarizə əsri kimi qalacaqdır. 17 noyabr Milli Dirçəliş Günü hadisələrindən sonra, 

Müstəqil  Azərbaycan  dövləti  günü-gündən  möhkəmlənəcək,  inkişaf  edəcək  və 

müstəqilliyini heç zaman əldən verməyəcək. 

                                         Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 

 

3.  “Bir  millətdə  şərəfin,  heysiyyətin,  namusun,  insanlığın  olması  və  yaşaması 



mütləq o millətin azadlıq və istiqlaliyyətə malik olmasından asılıdır. Mən yaşaya 


10 

 

bilmək üçün müstəqil bir millətin övladı olmalıyam. Buna görə, milli istiqlaliyyət 



məncə, həyati bir məsələdir.”     

 

 



 

 

 



 

Türkiyənin dövlət xadimi Mustafa Kamal Atatürk 

 

4.  “Tarix  dəfələrlə  sübut  etmişdir  ki,  xalqın  əvəzsiz  milli  sərvəti  olan 



dirçəlişimizin,  müstəqilliyimizin  qorunması,  onun  əldə  edilməsindən  qat-qat  ağır 

və mürəkkəb vəzifədir.” 

 

 “Dirçəlişlə əldə olunmuş dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.” 



                                                Tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov 

                                                                       

Milli Dirçəliş Günü ilə bağlı kiçik yaşlı oxucular üçün Azərbaycan, Vətən, 

dirçəlişlə,  müstəqilliklə,  bayraqla  bağlı  yazıçı  və  şairlərin  əsərlərindən  ucadan 

oxular,  səhərçiklər  hazırlamaqla  onlarda  vətənə  məhəbbət  aşılamaq,  dirçəlişin  nə 

olduğunu  başa  salmaq  olar.    Bununla  əlaqədar  uşaq  kitabxanalarında  keçirilən 

tədbirlərdən  biri  də  sual-cavab  gecələri,  viktorinalar,  oxucular  arasında  bilik 

yarışmalarıdır. Bu tədbirlər oxucuların mövzu ilə əlaqədar biliklərini üzə çıxardır, 

bilmədiklərini isə öyrədir.  

Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və maraqlısı  sual-cavab 

gecəsi  və  viktorinalardır.  Sual-cavab  gecələri  və  viktorinalar  canlı  söhbət  və 

müsahibə  şəklində  keçirilir.  Bu  da  oxucuları  maraqlandıran  sualların 

aydınlaşdırılmasına xidmət edir.  

Suallar və cavablar: 

1.

 

Niyə 17 noyabr ölkəmizdə “Dirçəliş Günü” kimi qeyd olunur? 



Cavab: Çünki 1988-ci il noyabr ayında Azərbaycanın müstəqillik yolunda yürüşü 

başlanmışdı və xalqımız bu günü Milli Dirçəliş Günü kimi qeyd edir. 

2.

 

Xalqımız nə üçün bu hərəkata Dirçəliş adını verdi? 



Cavab: Çünki məhz 17 noyabr hadisələrində birinci dəfə olaraq xalqın açıq şəkildə 

bir məqsəd ətrafında birləşməsi prosesi getdi və xalq bu hadisəyə “dirçəliş” adını 

verdi. 

3.

 



1988-  ci  il  17  noyabrda  hansı  hadisə  xalqın  qəzəbini  gücləndirib  oyanışa 

səbəb oldu? 

Cavab: Ermənilərin Dağlıq Qarabağda özbaşınalığı – tarixin yadigarı olan Topxana 

meşəsinin qırılması oldu. 

4.

 

Azərbaycan bayrağı ilk dəfə neçənci ildə yaradılıb? 



1918-ci ildə 28 may. 

5.

 



 Azərbaycan  Respublikasının  Dövlət  Bayrağının  üzərində  hansı  təsvirlər 

vardır? 


Cavab: Bayrağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz vardır. 

6.

 



 Bayrağın üzərində hansı rənglər var və bu rənglər nəyi ifadə edir? 

Cavab: Azərbaycan bayrağının yuxarı hissəsində mavi zolaq, aşağı hissəsində yaşıl 

zolaq, orta hissəsində isə qırmızı zolaq vardır. Bu rənglər ayrı-ayrılıqda hər biri bir 

məna ifadə edir. Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük 

ideyası ilə bağlıdır. Qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf 



11 

 

etdirmək,  bir  sözlə  müasirləşməni  ifadə  edir.  Yaşıl  rəng-islam  sivilizasiyasına, 



islam dininə mənsubluğu ifadə edir. 

7. Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir? 

Cavab:  Azərbaycan  Dövlət  Himninin  musiqisi  Üzeyir  Hacıbəyov,  sözləri  Əhməd 

Cavada aiddir. 

8. Dövlət bayrağı günü nə vaxtdan elan olunub? 

Cavab: 9 noyabr 2010-cu il. 

9. Demokratiya nədir və demokratiya deyəndə nəyi başa düşürsünüz? 

Cavab: Demokratiya deyəndə, azad adamlar cəmiyyəti, azadlığı seçmiş insanların 

toplumu nəzərdə tutulur. 

10. “Azadlıq” sözünü necə başa düşürsünüz? 

Cavab: “Azadlıq” deyəndə azadlıq, güclülük, möhkəmlik, öz sözünü azad, sərbəst 

söyləmək başa düşülür.  

11. Azərbaycanın gerbi haqqında nə bilirsiniz? 

Cavab: Azərbaycanın gerbi bayraq ilə bərabər bizim dövlət müstəqilliyimizi təmsil 

edən atributdur. 

12. Kim azadlığa, demokratiyaya aid sitatlar söyləyə bilər? 

Nümunə: 

1. Demokratiya Hakimiyyətin xalqa məxsus dövlət quruluşudur; bu zaman xalq öz 

iradəsini seçdiyi şəxslərlə ifadə edir. 

2. Azadlıqsız demokratiya yoxdur. Demokratiya olanda, hərə öz sözünü deyə bilir. 

3. O yerdə ki, hərə özünü düşünür, heç kəs qazanmır, hamı itirir. 

4. Demokratiya maarifsiz yaşaya bilməz. 

5. Demokratiya düşüncəli və namuslu hakimlərsiz davrana bilməz

13. Bu il ölkəmizdə Milli Dirçəlişimizin neçə ili tamam olur? 

2013-cü il Milli Dirçəlişimizin  25 ili tamam olur.  

Bilik  yarışmasında  bütün  suallara  düzgün  cavab  verən  oxucular  kitabxananın 

müdiriyyəti tətəfindən mükafatlandırılır. 

Kitabxanalarda  Milli  Dirçəliş  günü  ilə  bağlı  kitabxanaçı  oxucularla  söhbət 

apara bilər. Bildiyimiz kimi kitabxana bilik məbədgahıdır, kitab və ədəbiyyat isə 

tərbiyə işində böyük qüvvədir. Milli Dirçəlişimizin təbliği, izahı və öyrədilməsində 

kitabxanaların özlərinə məxsus spesifik imkanları vardır. Yəni başqa sözlə desək, 

kitabxanalar  kitabın  tərbiyəvi  rolundan  geniş  və  hərtərəfli,  məqsədyönlü  istifadə 

etməklə, təhsil müəssisələri ilə birlikdə Milli Dirçəlişimizin təbliği və öyrənilməsi 

işində yaxından iştirak etməlidir. Mənim fikrimcə kitabxanaçı elmdə  öyrənməyin 

sirlərini  öyrədən  mütəxəssis  sayılır.  Kitabxanaçılıq  işində  adətən  belə  bir  qayda 

özünü  doğrultmuşdur  ki,  məktəblilərin,  yeniyetmələrin,  gənc  oğlan  və  qızların 

düşünmək  və  öyrənmək  qabiliyyətini  fəallaşdırmaq  üçün  hansı  iş  üsulundan 

istifadə edilirsə edilsin kitabxananın apardığı söhbət aparıcı rol oynayır. 

     

Bu  gün  aparılan  tərbiyə  işinin  əsas  qayəsi  müstəqil,  demokratik,  hüquqi 



dövlət qurmağa qadir olan və həmin cəmiyyətdə yaşayacaq gənclər yetişdirməkdir. 

Bu  tərbiyə  sisteminin  əsas  tərkib  hissələrindən  biri  də  vətənpərvərlik  tərbiyəsidir. 

Kitabxanaçı “dirçəliş, müstəqillik, vətəndaşlıq” anlayışı ilə yanaşı “vətənpərvərlik” 

anlayışı haqqında da geniş məlumat verməlidir. Çünki vətənpərvərlik elə bir hisdir 




Yüklə 307,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə