21
bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Bu dövr
ərzində nə qədər ağır sınaqlardan keçdik. XX yüzilliyin sonuna
yaxın qarşılaşdığımız problemlər bəlkə də o sınaqların ən
məsuliyyətlisi idi. Çünki, burada söhbət ayrı-ayrı şəxslərin
deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya
bilməsindən gedirdi.
(Səhnəyə, musiqi sədaları altında iki oxucu daxil olur,Məmməd Arazın “Ayağa dur
Azərbaycan!” adlı şeirini söyləyirlər)
I oxucu:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
II oxucu:
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran
baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara,
batmışlara,
Qeytətini satmışlara
xırdalandın!!!
Gözünü sil, Vətən oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
22
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
I oxucu:
Səninləyəm, haqq-ədalət,
səninləyəm,
Milli qürur, milli qeyrət,
səninləyəm!
Səpil quma, göyər yerdə,
bit qayada,
Gizli nifrət, açıq nifrət,
səninləyəm,
Oyat bizi, ey yaradan,
səninləyəm!
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
İfaçılar alqış sədaları altında səhnədən ayrılırlar. Səhnəyə iki nəfər oxucu
çıxır. Onlar “Azadlıq nədir, ana” (müəllifi bilinmir) şeirində biri ananın, o biri isə
uşağın sözlərini söyləyir.
Ana: Bir gün balaca qızım
Bir sual verdi mənə
Uşaq: Azadlıq nədir, ana,
Xeyri nədir insana?
Müəllimim tövsiyyə
Eyləyir dönə - dönə.
Ana: Qızım, azadlıq
Haqdan gələn bir səsdir,
Sinə dolu nəfəsdir.
O sudur, o havadır,
O olmasa ölərik,
O elə günəşdir ki,
Sönsə buza dönərik.
O gül – çiçək ətirli
Xəzansız bağça – bağdır,
Üstündə gəzdiyimiz