Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   ...   7   8   9   10   11   12   13   14   15

32 

 

Məlum  olduğu  kimi  hazır  polimer  inşat  materiallarının  keyfiyyəti  onun 



istehsalı  üçün  sərf  edilən  xammalın  keyfiyyətindən,  tərkib  nisbələrinin  düzgün 

seçilməsindən,  emal  zamanı  texnoloji  rejimin  gözlənilməsindən,  eləcə  də 

qablaşdırılma, daşınma və saxlanma şərtlərindən asılıdır. 

Xam  materialın  tərkibi  və  keyfiyyəti  standartın  tələbinə  əsasən  nizamlanır. 

İstehsal  imkanlarına  uyğun  məmulat  konustruksiyasının  seçilməsi,  məmulatın 

təyinatına  uyğunluğu  ilə  yanaşı.  İstifadə  zamanı  rahatlığını  və  kifayət  qədər 

xiodmət müddətini təmin etməlidir.  

Digər xalq istehlakı  malları kimi polimer inşaat materiallarının da forması və 

konustruksiyası təsdiq olunmuş nümunəyə – etalona uyğun olmalıdır. 

Polimer materialları üçün texnoloji rejimin seçilməsi xammalın tərkibindən və 

xassələrindən  asılıdır,  əks  halda  polimer  inşaat  materiallarının  keyfiyyətini  aşağı 

sala bilən nöqsanlar yarana bilər, hətta məmulat yararsız olar. 

Polimer  inşaat  materiallarında  rast  gəlinən  nöqsanlar  müxtəlif  obyektiv  və 

subyektiv səbəblərdən əmələ  gələ bilər. Əksər xarakterik  nöqsanlar  xammal tərki-

binin  düzgün  nisbətdə  götürülməməsindən,  emal  üsulunun  düzgün  seçilməmə-

sindən,  emal  zamanı  texnoloji  rejimin  düzgün  aparılmaması  səbəbindən  əmələ 

gəlir. 

Polimer materiallarının xammal tərkibinin rolunu bilmək üçün sadə bir misal 



kifayətdir.  Məsələn,  polimerin  tərkibində  doldurucunun  az  olması,  məmulat 

formaya  salınan  zaman  böyük  yığılma  verməklə,  onun  mexaniki  möhkəmliyini 

aşağı salır. 

Yuxarıda  qeyd  olunduğu  kimi  polimer  inşaat  materiallarında  rast  gəlinən 

nöqsanların bir çoxları texnoloji proseslərin düzgün yerinə yetirilməməsi sayəsində 

əmələ  gəlir.  Məsələn,  istehsal  prosesində  formaya  salma  zamanı  temperaturun  və 

təzyiqin  düzgün  olmaması  nəticəsində  düzgün  olmayan  konustruksiya  və  əyri 

forma  yaranır.  Texnoloji  emal  zamanı  soyutma  rejiminə  də  ciddi  fikir  verilmə-

lidir.Əgər  soyutma  rejiminə  düzgün  əməl  edilməzsə,  məmulatda  daxili  gərginlik 

yaranar. 




33 

 

Polimer  inşaat  materiallarının  istehsalı  zamanı  əsas  şərtlərdən  biri  də  mate-



rialın presdə saxlanma müddətidir. Əgər məmulat pres-formada kifayət qədər sax-

lanmazsa, onun  forması dəyişə bilər. Presləmə  üsulu  ilə  məmulat  istehsal edərkən  

aşağıdakı nöqsanlar əmələ gələ bilər: 

a)  məmulatın  ölçüləri  tam  alınmır  –  presləmə  materialının  çəkisinin  kifayət 

qədər  olmaması,  zəif  axıcılığı  və  ya  presləmə  təzyiqinin  aşağı  olması  bu 

nöqsana səbəb olur; 

b)  məmulatın  səthi  parlaq  və  qabarıqdır.  Bu  presləmə  qəlibinin  həddən  artıq 

qızdırılması nəticəsində baş verə bilər; 

c)  məmulat  çatlayır  –  nöqsanın  bu  növü  də  presləmə  qəlibinin  həddindən 

artıq qızdırılması nəticəsində baş verir; 

d)  məmulatın  səthində  tutqun  ləkələr  –  presləmə  qəlibləri  kifayət  qədər 

qızdırılmamışdır və ya saxlama vaxtı az olmuşdur; 

e)  məmulat  yumşaq  alınır  və  presləmə  qəlibinə  yapıışr.  Bu  nöqsan  presləmə 

materialının  nəmliyinin  həddən  artıq  olması,  presləmə  qəlibinin  hədən 

artıq qızdırılması və ya saxlama vaxtının az olması nəticəsində baş verir; 

f)  məmulat qəlibdən çıxarıldıqda qırılır – bu nöqsan presləmə qəlibinin yaxşı 

cilalanmaması nəticəsində yaranır; 

g)  məmulat  müxtəlif  rəngə  çalır  –  temperatur  həddindən  artıq  olmuş  və  ya 

presləmə qəlibinin ayrı-ayrı yerləri çox qızmışdir. 

Polimer  inşaat  materiallarının  yekun  bəzək  əməliyyatları  zamanı  (cilalama 

zamanı)  xüsusilə  iri  dənəli  cilalayıcı  materiallardan  istifadə  edən  zaman,  məmu-

latın üzərində cizgilər əmələ gəlir. Bunlar da məmulatın xarici görünüşünə pis təsir 

göstərir. Polimer inşaat materiallarında rast gəlinən xarakterik nöqsanlardan biri də 

məmulatların  qalınlığının  qeyri-bərabər  olmasıdır.  Bu  nöqsan  isə  avadanlıq  və 

formanın dəqiq olmamasından əmələ gəlir. 



34 

 

Polimer  inşaat  materiallarının  istismar  zamanı  lazımi  istehlak  tələblərini 



ödəməsi  üçün  onların  kimyəvi  tərkibi,  fiziki-kimyəvi  və  sanitar-gigyenik  xassə 

göstəriciləri standart tələblərinə uyğun olmalıdır. 

Hazırda  ticarətə  daxil  olan  polimer-inşaat  materiallarının  yuxarıda  qeyd 

olunan  xassə  göstəricilərinə  beynəlxalq  normalara  cavab  verən  dövlət  standartları 

ilə nəzarət edilir. Qeyd etmək lazımdır ki, polimer inşaat  materiallarının keyfiyyət 

göstəricilərinin  təsdiq  edilmiş  standarta  uyğun  olmasına  istehsaledici  müəssisə 

təminat verməlidir. 

Hazırda respublikamızın ticarət sferasına daxil, olan Rusiyada istehsal olunan 

hermetikləşdirici  və bərkidici polimer  inşaat  materiallarının keyfiyyət  göstəriciləri 

ГОСТ  25621  –  2007  üzrə  normalaşdırılır.  Bu  standartda  qeyd  olunan  qrupa  aid 

olan məmulatlar təsnifatlaşdırılır və onların keyfiyyətinə qoyulan tələblər öz əksini 

tapır.  Həmin  stadarta  əsasən  hermetikləşdirici  və  bərkidici  polimer  inşaat 

materialları  konustruksiyada  istismarı  dövründə  bütün  növ  mexaniki  və  iqlim 

təsirlərində calaq olunan detalların etibarlı izolyasiyasını təmin etməli və aşağıdakı 

tələblərə cavab verməlidir: 

-40


ο

C  –  +70

ο

C  istismar  intervalı  temperaturunda  sabit  fiziki-mexaniki  və 



adgeziya xassələrinə malik olmalıdırlar; 

  atmosfer təsirlərinə və suyun təsirinə qarşı davamlı olmalıdırlar; 

  binaların  daxilində  tətbiq  olunan  zaman  ayrılan  zərərli  maddələrin 

konsentrasiyası polimer maddələri üçün yol verilən həddi aşmamalıdır; 

  binaların  konustruktiv  elementlərinin  odadavamlığının  normalaşdırılan 

həddini aşağı salmamalıdır; 

  bir  ildən  aşağı  olmayan  təminat  verilmiş  saxlanma  müddətinə,  bərkidici 

mastiklər  üçün  isə  6  aydan  az  olmayan  saxlanılma  müddətinə  malik 

olmalıdırlar; 

  birkomponentli  mastiklər  istifadəyə  hazır  formada,  çoxkomponentli 

olanlar  isə  tərkib  hissələri  ilə  birlikdə,  dəst  halında,  rahat  qablaşdırılmış 

formada satışa buraxılmalıdır. 

Mastiklər aşağıdakı tələblərə cavab verməlidirlər: 



Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə