Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

23 

 

Malın  qeyri-bərabərliyi  dedikdə  bu  və  ya  digər  məmulatda  bu  və  ya  digər 



xasslərin  qəbul  edilmiş  göstəricidən  kənarlaşması  nəzərdə  tutulur.  Bir  məmulatnı 

ayrı-ayrı  hissələrində  səthinin  xarakteri,  təmizliyi,  rəngi,  parlaqlığı,  quruluşu, 

möhkəmliyi,  bərkliyi,  ölçüləri  və  başqa  göstəriciləri  müxtəlif  ola  bilər.  Qeyri-

bərabərliyin  böyüklüyünü  müəyyən  etmək  vacib  sayılır.  Qeyri-bərabərliyin 

imkandan asılı olaraq aşkara çıxarılması şərti olaraq görünə bilən və gizli olur. 

Görülə  bilən  qeyri-bərabərliyi  məmulatı  nümunə  ilə  müqayisə  etməklə 

aşkara çıxarmaq olar. 

Görülə bilən qeyri-bərabərliyə  müxtəlif səviyyədə boyanma, səthi təmizliyi, 

yerli yoğunlaşma, naxışın qeyri simmetrikliyi və s. aid edilir. 

Gizli qeyri-bərabərliyə isə, məsələn, müxtəlif səviyyədə bərklik, möhkəmlik 

və  s.  aiddir.  Malların  gizli  formada  meydana  çıxan  qeyri-bərabərliyini  alət 

üsulunun köməkliyi ilə müəyyən edirlər. 

Laboratoriya  şəraitində  qeyri-bərabərliyi  təyin  edən  zaman  bir  sıra  paralel 

təcrübələr  aparılır  və  nəticədə  bu  və  ya  digər  göstəricinin  qeyri-bərabərliyinin 

böyüklüyü haqqında yekun çıxarılır. 

Orqonoleptik  üsul  zamanı  hər  bir  məmulatın  qeyri-bərabərliyi  bir  sıra 

göstəricilər  üzrə eyni  vaxtda aşkara çıxarıla bilər, alət  üsulunda  isə bir-bir  və tez-

tez iki-üç göstərici aşkara çıxarılır. Laboratoriya təcrübələrinin nəticələrinə əsasən 

göstəricilərin qeyri-bərabərliyi haqqında doğru məlumatların alınması üçün təhlilin 

statistik üsulundan istifadə edilir. 

Laboratoriya  təcrübələrinin  nəticələrinə  əsasən  xassə  göstəricilərinin  qeyri-

bərabərliyini  hesablama  yolu  ilə  xüsusi  formulun  köməkliyi  ilə  təyin  edirlər.  Bu 

zaman  bir  sıra  mənalar  alınır  və  bunlardan  əlamətin  orta  riyazi  mənası  M

or



əlamətin  mənasından  orta  riyazi  azlıq  M

or

-M



min

,  əlamətin  mənasından  orta  riyazi 

çoxluq  M

or

  hesablanır.  Beləliklə,  qeyri-bərabərlik  göstəricisi  faiz  hesabı  ilə, 



parçalar, gönlər və s. üçün aşağıdakı formula ilə hesablanır. 

 

 



 


24 

 

100



M

n

)



M

(M

2n



H

or

min



or

1





 

burada: 



H – qeyri-bərabərlik göstəricisi; 

M

or



 – əlamətin bir sıra mənalarında alınan orta riyazi göstəricisi; 

M

min



 – aşağı mənalı əlamətlərdən alınan orta riyazi göstərici; 

n – bütün mənaların sayı; 

n – aşağı orta riyazi göstəricilərdən olan əlamətlərin sayı. 

Məmulatların  xassə  göstəriciəlrinin  təyinində  əsas  etibarilə  kimyəvi, 

mikroskopik, fiziki və mikrobioloji alət üsullarından geniş istifadə edilir. 

Kimyəvi  üsul  materiallarının  kimyəvi  tərkibinin,  onlarda  zərərli  maddələrin 

olmasını,  kimyəvi  xassə  göstəricilərinin,  materialların  turşuya,  qələviyə  və  suya 

qarşı davamlığının xarakterini təyin etmək üçün işlədilir. 

Mikroskop  üsulu  materialların  quruluş  tərkibini,  böyüklüyünü,  hissəcik-

lərinin  xarakterini  və  yerləşməsini  təyin  etməyə  imkan  verir.  Məsələn,  şüşənin  və 

çininin faza quruluşunun miqdar və keyfiyyəti xarakteristikasını və həmçinin lifin, 

ağacın,  kağızın,  gönün  və  s.  tərkibini  müəyyən  etməyə  imkan  verir.  Mikroskop 

təhlil  zamanı  bir  qayda  olaraq  tədqiq  edilən  obyektin  quruluşunun  fotoşəkilləri 

alınır. 


Fiziki  üsullar  malların  termiki,  mexaniki,  optiki,  elektrik  və  s.  xassə 

göstəricilərinin  təyin  edilməsi  üçün  istifadə  edilir.  Bu  üsulların  köməkliyi  ilə 

öyrənilən  obyektin  xassə  göstəricilərinin  miqdar  xarakteristikasını  təyin  etmək 

olar. 


Mikrobioloji  üsulun  sənaye  malların  əmtəəşünaslığında  tətbiqinin  məhdud-

luğuna  baxmayaraq,  bir  sıra  məmulatların,  xüsusilə  üzvi  mənşəli  məmulatların, 

saxlama müddətinin təyin edilməsində böyük məna kəsb edir. 

Alət  üsullarında  xassə  göstəricilərinin  təyin  edilməsi  zamanı  məsələ  yalnız 

göstəricinin  böyüklüyünü  təyin  etməkdə  deyil,  həmçinin  ölçmə  zamanı  buraxılan 

səhvi qiymətləndirməkdən ibarətdir. 




25 

 

Xəta,  ölçü  üsulunun  mütərəqqi  olmamasından,  istifadə  olunan  cihazlardan, 



tədqiq edilən  materiala  və  məmulata  və  həmçinin   ölçü  vasitələrinə  xarici şəraitin 

təsirindən baş verə bilər. Bununla bərabər cihazın işlənməsini müşahidə edən insan 

orqanizmanın fizioloji xüsusiyyətləri və s. bu zaman böyük rol oynayır. 

Ölçü xətaları kobud, sistematik və təsadüfi xətalar riyazi metodlar vasitəsilə 

aradan qaldırılır. 

Tədqiqatın  nəticələrini  araşdıran  zaman  təsadüfi  xətalar  riyazi  metodlar 

vasitəsilə aradan qaldırılır. 

Məlumdur  ki,  təsadüfi  kəmiyyətlərin  bölgüsü,  eyni  zamanda  ölçmənin 

təsadüfi səhvləri Qaussa qanununa tabe olur (normal bölgü qanunu). Normal bölgü 

əyrisində  daha  tez-tez  təsadüf  edilən  göstəricilərin  mənası  əyrinin  yuxarı  nöqtəsi 

ilə  (piki  ilə)  xarakterizə  olunur.  Az  qeyri-bərabərlik  zamanı  əyri  ordinat  oxu 

boyunca, çox qeyri-bərabərlik zamanı isə əksinə ordinat oxundan uzaqlaşır. Ölçmə 

nəticələrinin  təhlil  etmək  üçün  normal  bölgü  qanununa  tabe  olan  əsas  formulalar 

aşağıda  göstərilir. Ölçülən  göstəricilərin daha  həqiqi  mənası aşağıdakı  formula  ilə 

hesablanan orta riyazi kəmiyyət sayılır. 

 





n

1

i



i

χ

n



1

χ

 



burada: 

χ

  - orta riyazi kəmiyyət; 



1,2,…,n…,n – paralel müşahidələrin sayı; 

      


i

χ  


- tək müşahidələrin mənası. 

Müşahidə  nəticələrinin  orta  riyazi  mənadan  kənarlaşması,  bəzən  orta 

kvadratik xəta adlanan, orta kvadratik kənarlaşmanın xarakterizə edir. Göstərici 40 

olduqda bu aşağıdakı formula ilə təyin olunur. 

 

 



Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə