Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   2   3   4   5   6   7   8   9   ...   15

 

I.  NƏZƏRİ HİSSƏ 



1.1.  Malların keyfiyyəti haqqında əsas anlayışlar 

 

 

Keyfiyyətin idarə edilməsi − elmin, texnikanın, xalq təsərrfatı sahələrinin və 



əhalinin  tələbatının  yüksək  səviyyədə  ödənilməsi  məqsədi  ilə  istehsalın  inkişafına 

və  məhsulun  keyfiyyətinin  yüksəldilməsinə  və  bu  sahədə  aparılan  işlərin 

səmərəliliyinin artırılmasına xidmət edən faydalı fəaliyyət prosesidir. Bu proses bir 

tərəfdən keyfiyyət haqqında anlayışların özlərinin yaranmasına və formalaşmasına, 

digər tərəfdən isə ayrı-ayrı obyektlərdə, hadisə və fəaliyyət sahələrində “keyfiyyət” 

anlayışları  ətrafında  formalaşmış  təfəkkür  istiqamətində  dəyişiklikləri  istiqamət-

ləndirən  təsir  formalarının  məcmusunu  özündə  birləşdirir.  Keyfiyyətin  idarə  edil-

məsi prosesi özünün mənasını və müasirliyini ancaq və ancaq keyfiyyət anlayışları 

əsasında  təmin  edir  və  bu  sahəyə  aid  daha  yeni  həyatı  mülahizələrin,  qanuna-

uyğunluqların aşkar edilməsinə və tətbiqinə səbəb olur. 

Elmdə  məlum olduğu kimi, “keyfiyyət” xarici aləmi və insan şüurunu əhatə 

edən  daha  universal  fəlsəfi  kateqoriyadır.  “Keyfiyyət”in  fəlsəfi  kateqoriya  kimi 

təhlili  ilk  dəfə  olaraq  e.ə.  III  əsrdə  yaşamış  Aristotel  tərəfindən  verilmişdir. 

Sonralar  isə  eramızın  XIX  əsrində  “Keyfiyyət”  anlayışı  Heygel  tərəfindən 

tamamilə  təsdiq  edilmişdir.  O,  göstərdi  ki,  “keyfiyyət”  hər  şeydən  əvvəl  varlığın 

müəyyənliyinin  oxşarlığıdır,  varlıq  o  zaman  heç  olur  ki,  öz  keyfiyyətini  itirir. 

Heygel  keyfiyyət  və  kəmiyyətin  bir-birinə  bağlı  olduğunu  və  vəhdətini  izah 

etmişdir.  Bu  və  ya  başqa  kəmiyyət  dəyişmələrinin  özünün  müəyyən  hüdudları, 

yəni  keyfiyyətcə  sərhəddi  olur,  onlar  həmin  hüdudu  keçdikcə,  kəmiyyətin  və 

keyfiyyətini yeni ölçüsü və nisbətlərinin yaranmasına səbəb olur. Ölçü – kəmiyətin 

və keyfiyyətin bilavasitə vahidləri və yaxud da keyfiyyətcə miqdarıdır. 

Qeyd  etmək  lazımdır  ki,  «keyfiyyət»  anlayışının  təbii,  sosial,  fəlsəfi, 

iqtisadi,  texniki,  sistemli  və  digər  mənalarda  izahına  sonralar  da  alimlər  geniş 

diqqət yetirmişlər. 




 

F.Engels  keyfiyyət  anlayışlarına  iki  planda  baxmışdar:  birincisi,  hər  bir 



keyfiyyətin sonsuz sayda çoxlu ölçü dərəcələri olur və onlar təyinatına və qavranıla 

bilən  ölçülərinə  görə  keyfiyyətcə  fərqlənirlər;  ikincisi  «keyfiyyət»  deyil,  ancaq 

keyfiyyətə  –  özü  də  sonsuz  miqdarda  müxtəlif  keyfiyyətə  malik  olan  şeylər 

mövcud olur. 

Fəlsəfi  baxımdan  keyfiyyəti  iki  böyük  sinfə  bölürlər:  təbii  keyfiyyət  və 

sosial keyfiyyət. 

Təbii  keyfiyyət  materiyanın  hərəkət  formalarına  uyğun  olaraq  fiziki, 

kimyəvi  və  biloji  keyfiyyətə  də  ayrıla  bilər.  Bunun  da  əsasında  materianın  forma 

və vəziyyətinin çoxcəhətliliyi durur. 

Sosial  keyfiyyət.  Bu  sosial  keyfiyyətin  daşıyıcısı  olmaqla  K.  Marksa  görə  – 

“ikinci təbiətin” əşyaları kimi insan əməyinin məhsullarında olur. 

Sosial  keyfiyyətin  özü  də  ç  növdə  izah  edilir.  Birinci  mənada  sosial 

keyfiyyət  funksional  keyfiyyət  adlandırılır.  Belə  ki,  insan  əməyi  ilə  yaradılan 

“ikinci  təbiət”  əşyalarının  hər  birinin  təyinatı  və  funksiyası  olur.  Bu  da  sosial 

inkişafın aparıcı şərtlərindən biri kimi özünü göstərir. 

İkinci  mənada  sosial  keyfiyyəti  sistemli  keyfiyyət  adlandırırlar.  Bu  zaman 

sosial keyfiyyət bir əşya deyil, bu qəbildən olan bütün əşyalara aid edilir. Sistemli 

ictimai keyfiyyətin ən yaxşı nümunəsi – dəyərdir. K. Marksa görə hər bir əmtəənin 

dəyərini onun yeni keyfiyyəti, yəni əmtəənin iqtisadi keyfiyyəti adlandırırlar. 

Üçüncü  mənada  sosial  keyfiyyət  ideal  keyfiyyətə  aid  edilir.  Burada 

keyfiyyətin  mənası  mücərrət  mənada  başa  düşülür  və  məntiqi  mənada  cismin  

mücərrəd bərkliyi, ideal xassələri və s. 

Sistemli  keyfiyyət  sahəsində  müasir  təsəvvürlərə  uyğun  olaraq  fəlsəfi 

kateqoriya  kimi  keyfiyyət  anlayışını  aşağıdakı  mənada  izah  edirlər:  “Keyfiyyət  – 

əşya  və  hadisələrin,  həm  də  xüsusi  qrup  əşyaların,  kollektivlərin  və  i.a.  xüsusi 

keyfiyyət  göstəriciləri  isə  onların  xassələri,  halı,  inkişafının  xüsusi  vəziyyəti, 

mərhələləri, pillələri və fazalarıdır”. 

Lakin,  “keyfiyyət”  anlayışının  fəlsəfi  və  ictimai  mənasının  araşdırılması  ilə 

kifayətlənmək  olmur.  Belə  ki,  xüsusilə  ictimai  istehsal  sahələrinin  fəaliyyətinin 




 

təşkili,  iqtisadiyyatın  idarə  edilməsi,  elmi-texniki  tərəqqinin  sürətləndirilməsi, 



maddi istehsalın qüdrətinin artırılması, bütün sahələrdə dövlətin əsas funksiyasının 

yerinə yetirilməsi, adamların istehlakına və normal həyat şəraitinə qayğıların təmin 

edilməsi,  hətta  ictimai  davranış  və  hüquq  normalarının  işlənib  həyata  keçirilməsi 

və digər problemlərin həllində müasir dövr üçün daha mürəkkəb sayılan keyfiyyət 

kateqoriyaların  və  bu  sahəyə  aid  olan  çoxlu  sayda  anlayışların  təsirindən  yan 

keçmək  olmur.  Artıq  son  dövrlərdə  xalq  istehlakı  mallarının  keyfiyyətinin 

yüksəldilməsi  xalqın  maddi  və  mədəni  həyat  şəraitinin  əsas  göstəricisi  kimi 

qiymətləndirilir. Məhsulların istismar müddətinin, etibarlılığının, estetik xassələrin 

yaxşılaşdırılması,  onların  istehsalın  artırılması,  çeşidinin  yeniləşdirilməsi  və 

istismar  xassələrinin  yaxşılaşdırılmasına  bərabər  aparılan,  həm  də  istehsal 

itkilərinin  azaldılmasına,  iqtisadi  səmərəliliyinin,  material  və  vəsaitlərə  qnaətin 

yüksəldilməsinə  kömək  edən  ən  başlıca  vəzifələr  kimi  qiymətləndirilir.  Yüksək 

keyfiyyətli  və  məhsuldar  olan  dəzgah  və  avadanlıq,  yüksək  kaloriyə  malik  olan 

ərzaq,  yüksək  istismar  xassələrinə  və  bədii  estetik  təsir  gücünə  malik  olan  xalq 

istehlakı malları nəinki ölkənin iqtisadi qüdrətini  möhkəmləndirir, həm də ölkənin 

dünya  şöhrətini  artıra  bilir.  Bu  baxımdan  məhsulun  keyfiyyəti  sahəsində  elm 

müstəqil  inkişaf  yoluna  çıxmış  özünün  müstəqil  elmi  istiqaməti  və  predmeti  ilə 

digr elmlərdən fərqlənməyə başlamışdır. 

Məhsulun keyfiyyəti  haqqında elm bütün  elmlərlə,  xüsusilə texniki,  iqtisadi 

və  əmtəəşünaslıq  elmləri  ilə  sıx  əlaqəyə  girərək  bu  və  ya  başqa  sosial  və  iqtisadi 

şəraitdə  məhsulların  keyfiyyətinin  yüksəldilməsinə  təsir  etməyin  ən  mühüm 

yollarını  aşkara  çıxarır  və  bu  sahəyə  aid  aparılan  bir  çox  işlərin  həyata 

keçirilməsinə metodiki rəhbərlik həyata keçirir, samballı təkliflərin hazırlanmasına 

və tətbiqinə kömək göstərə bilir. 

Məhsulun keyfiyyəti haqqında elmin predmetini mxtəlif əmək məhsullarının 

xassələri;  onların  istehlak,  iqtisadiyyat,  texnika,  taşkilatçılıq,  sosiologiya  və 

ekologiya  mövqedən  xarakteristikaları;  məhsulun  keyfiyyətinin  yüksəldilməsini 

təmin edən digər məsələlər təşkil edir. 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə