Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Məhsulun  keyfiyyəti  haqqında  elmlərin  məzmununa  əsasən  aşağıdakı 



istiqamətlərdə problemlər və məsələlər daxil olur: 

1.  İqtisadi  problemlər,  o  cümlədən:  keyfiyyətin  sosial-iqtisadi,  texniki-

iqtisadi  təbiətinə  aid  ümumi  və  fərdi  məsələlər;  keyfiyyətə  tələbatın  xarakterinin 

iqtisadi  və  sosial  inkişafla,  elmi-texniki  tərəqqinin  sürəti  ilə  əlaqələri:  ictimai 

istehsalın  effektivliyi;  əmək  bölgüsü  və  məhsulun  keyfiyyətinin  yüksəldilməsinin 

planlaşdırılması,  məhsulun  keyfiyyətinin  yüksəldilməsinin  stimullaşdırılması; 

məhsulun keyfiyyətinin təsərrüfat əlaqələrində yeri və bu kimi məsələlər; 

2.  Keyfiyyətin  texniki  problemləri,  yəni  məhsulun  layihələşdirilməsi, 

istehsal texnikası və texnologiyası, etibarlılığın və istismar müddətinin artırılması, 

keyfiyyət səviyyəsinin optimallaşdırılması məsələləri; 

3.  Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  problemləri;  məhsulun  keyfiy-

yətinin idarə edilməsi mexanizminin təşkilati, iqtisadi, sosial və texniki məzmunu; 

məhsulun keyfiyyətinin idarə edilməsi üzrə fəaliyyətin məzmunu; məhsulun bölüş-

dürülməsi;  ayrı-ayrı  istehsal-təsərrüfat  şəraitlərində  və  bütün  pillələrdə  məhsulun 

keyfiyyətinin  idarə  edilməsi  sisteminin  fəaliyyət  funksiyalarının  qurulması; 

məhsulun  keyfiyyətinin  yüksəldilməsi  şəraiti  ilə  ona  təsir  edən  amillər  arasında 

müvazinətin  məzmunu  və  tərkibi;  məhsulun  keyfiyyətinin  idarə  edilməsinin  tex-

nikası, exnologiyası və effektivliyi; 

4.  Kvalimetriya,  o  cümlədən:  məhsulun  keyfiyyət  göstəricilərinin  və  gös-

tərici qruplarının ölçü əlamətləri ilə ölçü xarakteristikalarının təbii oxşarlığı; məh-

sulun  keyfiyyət  göstəricilərinin  təsnifatı  və  qruplaşdırılması  əlamətləri;  məhsulun 

keyfiyyətinin obyektiv və subyektiv meyarları; 

Məhsulun atestasiyasının keyfiyyət kteqoriyaları üzrə sosial-iqtisadi təbiəti; 

Keyfiyyət kateqoriyaları üzrə məhsulun atestasiyasının təşkili problemləri; 

Məhsulun  keyfiyyətinin  müqayisə  edilməsi  və  qiymətləndirilməsi  üçün 

oxşarlığın və onların göstəricilərinin seçilməsi; 

Keyfiyyətin  qiymətləndirilməsinin  iqtisadi-riyazi  metodları;  məhsulun 

keyfiyyətinin  ölçülməsi,  qiymətləndirilməsi  və  idarə  edilməsinin  etimalı  məsə-

lələri; 



 

5.  Məhsulun  keyfiyyətinin  hüququ  məsələləri,  o  cümlədən;  keyfiyyətə  görə 



məsuliyyət; standart tələblərinə və texniki şərtlərə əməl edilməkən ötrü məsuliyyət; 

İdxal və ixrac münasibətlərində məhsulun keyfiyyəti üzrə məsuliyyət; 

6. Məhsulun keyfiyyəti haqqında məlumat, o cümlədən; məhsulun keyfiyyəti 

haqqında  məlumatın  məzmunu  və  tərkibi,  məhsulun  keyfiyyəti  haqqında  məlu-

matın  etibarlı  olması  və  obyektivliyi;  məhsulun  keyfiyyəti  haqqında,  məlumatın 

çoxluğu, ünvanlı olması və dövrülüyü; 

Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  sisteminin  məlumatla  təminatının 

ümumi və yerli problemləri. 

Göründüyü  kimi  göstərilən  problemlər  məhsulun  keyfiyyəti,  onun  idarə 

edilməsi  və  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  ilə  əlaqədar  olan  bütün 

məsələləri  əhatə  edə  bilər.  Belə  ki,  burada  ayrı-ayrı  məhsulların  keyfiyyətinin  və 

texniki  səviyyəsinin  yüksəldilməsi  ilə  bağlı  olan  bir  sıra  konkret  məsələlər, 

məhsulun keyfiyyətinin ekoloji mhitlə, təhsillə və s. qarşılıqlı əlaqəsini ifadə edən 

digər  problemlər,  məhsulun  keyfiyyətinin  standartlaşdırılması  məsələləri  də  öz 

əksini tapmalıdır. 

Məhsulun  keyfiyyəti  haqqında  elm,  ümumiyyətlə  keyfiyyət  haqqında 

elmlərin  müstəqil  bir  sahəsi  kimi  tanınmışdır,  elm  və  texnika  komitəsi  tərəfindən 

texniki və iqtisadi fənlərə aid edilmiş, standartlaşdırma ilə yanaşı burada məhsulun 

keyfiyyəti  haqqında  elmin  bütün  məsələlərinin  şərhinə  deyil,  ancaq  standartlaş-

dırmaya  dəxli  olan  əmtəəşünaslıq  təcrübəsində  daha  çox  rast  gələn  məsələlərin 

izahına  yol  verilir.  Burada  məqsəd  mütəxəssislərdə  məhsulun  keyfiyyətinin  idarə 

edilməsinə müstəqil yanaşmaq və onlarda yaradıcı keyfiyyətin aşılanmasına maraq 

oyatmaqdır.  Məhsulun  keyfiyyətinin  yüksəldilməsinə  təsir  metodlarının  zəngin-

ləşdirilməsi,  idarə  edilməsi  işlərinin  təşkili  və  nəzəri  həlli  bu  sahədə  çalışan 

mütəxəssislərin  və  işçilərin  birliyi  və  bacarığından  da  kəskin  surətdə  asılı  olduğu 

nəzərə alınmalıdır. 

Hər  bir  məhsulun  və  ya  xidmətin  keyfiyyətinin  optimal  səviyyədə  təmin 

edilməsi,  yüksəldilməsi  və  idarə  edilməsi  istehsalın  nəticələrinə  özünün  faydalı 

təsirini  göstərir.  Bu  təsir  bir  tərəfdən,  artıq  itkilərə  yol  vermədən  ən  səmərəli 



10 

 

üsullarla  hər  bir  məhsul  üçün  müəyyən  edilmiş  keyfiyyət  səviyyəsini  təmin 



etməklə;  digər  tərəfdən  isə  böyük  elmi  axtarışların,  layihələşdirmə  və  istehsalın 

təşkili, elmi-texniki nailiyyətlərin və yeni iş metodlarının istehsalda tətbiqi yolu ilə 

məhsulun  keyfiyyət  səviyyəsinin  yüksəltmək  və  formalaşdırmaqla  mümkün  olur. 

Burada əsas  məsələ birinci  növbədə  məhsulun keyfiyyəti sahəsində anlayışlara  və 

nəzəri  biliklərə  yiyələnməklə  keyfiyyətin  yüksəldilməsi  istiqamətlərinin  təyin 

etməkdən,  sonra  isə  xüsusilə  təşkilati,  iqtisadi-texniki  və  hüquqi  idarəetmə 

metodlarından  istifadə  etməklə  həmin  məsələlərin  həyata  keçirilməsinə  nail 

olmaqdan  ibraətdir.  Bu  baxımdan  məhsulun  keyfiyyətinin  idarə  edilməsi  üzrə 

fəaliyyətin  elmi  və  nəzəri  əsaslarının  işlənilməsinə  və  təkmilləşdirilməsinə  böyük 

ehtiyac vardır. Məhsulun keyfiyyəti sahəsində termin və anlayışların dəqiqləşdiril-

məsi  və  uzun  illər  bu  sahədə  mövcud  olan  fikir  ayrılıqları,  baxışların  müxtəlifliyi 

ölkənin  iqtisadi  yüksəlişinə  öz  mənfi  təsirini  göstərmiş  və  hər  il  milyardlarla 

manatlıq  məhsulun  səmərəsiz  yığına  çevrilməsinə,  dövlət  büdcəsi  hesabına  ucuz-

laşdırılmasına,  onların  öz  istehlakçılarına  lazımi  səviyyədə  keyfiyyət  göstəriciləri 

ilə  çatdırılmamasına  səbəb  olmuşdur.  Xüsusilə,  son  illərdə  məhsulun  keyfiyyəti 

problemləri  istehsalın  inkişafı  yolunda  misilsiz  əngələ  çevrilməyə  başlamışdı. 

Əksəriyyət  növlərdə  məhsuldar  beynəlxalq  və  daxili  bazarlarda  öz  rəqabət 

qabiliyyətini  itirir,  yerli  sənaye  sahələrinin  məhsullarının,  xüsusilə  xalq  istehlakı 

mallarının  əhali  tələbinə  uyğun  gəlməyən  səmərəsiz  mal  ehtiyatı  yığınına 

çevrilməsi,  əhalinin  alıcılıq  tələbinin  xaricdən  gətirilən  eyni  təyinatlı  məhsullar 

hesabına  ödənilməsi  ənənəyə  çevrilmişdir.  Buna  görə  də  təsadüfi  deyildir  ki, 

məhsulun  keyfiyyətinin  idarə  edilməsi  sahəsində  yeni  təşəbbüslər  1970-ci  illərin 

əvvəlindən başlayaraq Azərbaycanda da həyata keçirilməyə başlamışdır. 

Məhsulun  keyfiyyəti  sahəsində  terminlər  və  anlayışlar  ölkədə  1970-ci  ildən 

başlayaraq  QOST  15467-70  üzrə  nizamlaşdırılırdı.  Sonralar  isə  1979-cu  ildə 

yenidən  baxılmaqla  təkmilləşdirilərək  həmin  standart  qüvvəyə  mindi.  QOST 

15467-79-da  göstərilir  ki,  «Məhsulun  keyfiyyəti  -  məhsulun  öz  təyinatına  uyğun 

olaraq  müəyyən  tələbatı  ödəmək  qabiliyyətini  şərtləndirən  xassələrin  məcmusu-

dur».  Bu  cür  standart  anlayış  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  və  bu  sahə 



Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə