Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   2   3   4   5   6   7   8   9   ...   15

17 

 

xassələrini dəyişən  və bir qayda olaraq keyfiyyət  göstəricilərini  itirən  mallar  üçün 



xüsusi əhəmiyyəti vardır. 

İqtisdi tələblər yalnız istehsal xərclərini deyil, həm də istehlakçının malı əldə 

etməsi, istifadəsi, təmiri üçün çəkilən başqa xərcləri nəzərdə tutur. 

Məhz  buna  görə  də  sənaye  məhsulları  bütün  keyfiyyət  göstəriciləri  ilə 

istehlak tələbini ödəmək xassəsinə malik olması ilə yanaşı iqtisadi cəhəti də sərfəli 

olmalıdır.  İqtisadi  tələbləri  xarakterizə  edən  əsas  göstəricilərə  məhsulun  maya 

dəyəri, istismar xərcləri, təmir və quraşdırma xərclərivə s. bu kimi göstəricilər aid 

edilir. 

Məhsulun  yaradılmasına  ən  az  əmək,  vəsait  və  material  sərf  etməklə  onun 

yüksək keyfiyyətini təmin etmək, istehsal  vaxtını azaltmaq  və  istifadə  müddətinin 

uzun  olmasını  təmin  etmək  xüsusi  əhəmiyyətə  malikdir.  İstehsal  edilən  hər  bir 

məhsul  təmir  olunan,  hissələrin  asanlıqla  əvəz  edilə  bilən,  asan  sökülüb-yığılan 

olması və istismar xərclərinin az olmasını təmin etməlidir. 

Ola bilər ki, yeni yaradılan məhsul, bütün keyfiyyət göstəriciləri ilə istehlak 

tələblərini  tam  ödəyə  bilər,  ucuz  olar,  lakin  texnoloji  cəhətdən  çətin  mənimsənilə 

bilər.  Odur  ki,  məmulatnı  keyfiyyətinə  verilən  tələblər  sırasında  texnoloji 

tədbirlərdə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Sənaye  məhsullarının  konstruksiya 

elementləri  onun  kütləvi  üsulla,  seriyalarla,  heç  olmasa,  partiyalarla  istehsalını 

təmin  etməlidir.  Bütün  bunlar  onun  maya  dəyərini  aşağı  salmağa,  mütərəqqi 

texnikadan səmərəli  istifadə etməyə,  material  və əmək  məsrəfini azaltmağa, əmək 

məhsuldarlığını artırmağa və yüksək əmək şəraiti yaratmağa təminat verir. 

Malların  keyfiyyətinə  verilən  bütün  bu  tələblər  onların  keyfiyyət 

göstəricilərinin qiymətləndirilməsinə imkan verir. 

Ümumiyyətlə,  keyfiyyət  göstəriciləri  dedikdə  malların  xassələrinin  kəmiy-

yətcə  xarakterizə  edilməsi  başa  düşülür.  Müəyyən  istismar  şəraitində  tətbiq 

edilərkən  xassə  göstəriciləri  müəyyən  tələbatı  ödəyən  malın  yararlılıq  dərəcəsini 

ifadə edir. 




18 

 

Keyfiyyət göstəricilərinin adları çox vaxt xassələrin adları ilə uyğun gəlmir. 



Məsələn,  ağacın  mıxı  və  şurupu  özündə  saxlama  qabiliyyəti  xassədir,  lakin  onun 

göstəricisi mıxı ağacdan çıxarmaq üçün sərf edilən qüvvədir. 

Keyfiyyət göstəriciləri adətən hər hansı bir ölçü vahidi ilə ifadə edilir (kq, m, 

q, km, kqs və s.), lakin onlar ölçüsüz də ola bilərlər. 

Keyfiyyət göstəriciləri vahid, kompleks, inteqral, baza, ümumiləşdirilmiş və 

nisbi göstəricilərlə xarakterizə olunur. 

Malın  vahid  keyfiyyət  göstəricisi  onun  yalnız  bir  xassəsinə  aid  olur, 

məsələn,  ətrin  qoxusunun  dayanıqlığı,  ağacın  teksturası,  parçanın  fakturası  və  s. 

Əgər  malın  keyfiyyət  göstəricisi  onun  bir  neçə  xassəsinə  aid  olarsa  bu  zaman  o, 

kompleks  adlanır.  Kompleks  göstərici  keyfiyyəti  təşkil  edən  müəyyən  qrup 

xassələrin cəmi ilə xarakterizə olunur. Əgər vahid göstəricilərdən heç olmazsa biri 

sıfıra  bərabər  olarsa,  bu  zaman  kompleks  göstərici  də  sıfra  bərabərdir.  Bu  onu 

göstərir ki, məhsul yararsızdır, hətta bir göstəricisinə görə belə  məhsul keyfiyyətli 

sayıra bilməz. 

Ümumiyyətlə,  keyfiyyət  anlayışı  nisbi  olduğundan  bir  və  yaxud  bir  neçə 

keyfiyyət  göstəricisinin  həcmini  bilərək  keyfiyyət  səviyyəsi  haqqında  fikir 

söyləmək olar. 

 

 



 

1.3.  Malların keyfiyyətinin qiymətləndirilməsinin müasir metodları 

 

 

Bildiyimiz  kimi,  əmtəəşünaslıq  malların  istehlak  xassələrini  öyrənir.  Bu 

zaman düzgün  göstəricilərin əldə edilməsi  üçün bir çox əmtəəşünas təcrübələri  və 

təhlilləri aparılır. Malların  xassələrinin  göstəricilərinin  hərtərəfli öyrənilməsi  üçün 

aparılan əmtəəşünas təcrübələri daha geniş və ətraflı sayılır. Təhlillərin aparılması 

zamanı  elmi  yeni  nəaliyyətlərindən  düzgün  istifad  əedilməlidir.  Təhlil  eyni 

zamanda  keyfiyyətin  qiymətləndirilməsində  və  yaxud  onun  təyin  edilməsi  üçün 

metodikaların  hazırlanmasında  materialların  xassələrinin  göstəriciləri  haqqında 




19 

 

məlumatların toplanması məqsədi ilə aparılır. Təhlillərin əksəriyyəti standarta daxil 



olan  normativ  texniki  göstəricilərə  əsasən  aparılır.  Bəzi  göstəricilər  az  əhəmiyyət 

kəsb  etdiyinə,  təhlilin  mürəkkəbliyinə  yaxud  işlənmiş  metodların  olmasına  görə 

standarta daxil edilmir. Əmtəəşünaslıq tədqiqatçılarının üstünlüyü bir daha ondadır 

ki, təhlillər nəticəsində xalq istehlakı  mallarının bəzi yeni xassə göstəriciləri aşkar 

edilir,  onların  təhlili  metodları  işlənib  hazırlanır  və  nəticədə  yeni  standartlar 

yaradılır. 

Ayrı-ayrı  xassə  göstəricilərinə  görə  əmtəəşünas  təhlilləri  buraxılmış  yeni 

partiya  malın  QOST-un  tələblərinə  uyğunluğunu,  başqa  sözlə,  göstəricilərin 

miqdar xarakteristikasını təyin edir. 

Malların  xassə  göstəricilərinin  təyin  edilməsi  üçün  aşağıdakı  üsullardan 

istifadə  edilir:  orqonoleptik,  sosioloji,  alət,  hesablama  və  təcrübə  istismar  üsulu. 

Ekspert  və  sosioloji  üsullar  müəyyən  dərəcədə  orqonoleptik  üsulun  müxtəlif 

növləri sayılır. 

Orqonoleptik üsul sadə olmaqla, malın tək-tək xassə göstəricilərinin insanın 

hiss  üzvlərinin (eşitmə,  görmə, dad bilmə, qoxu  və s.)  vasitəsi  ilə bilavasitə qəbul 

olunmasına  əsaslanır.  Bu  üsulla  yanmaya,  iyə,  islanmaya,  əldə  cırılmaya  aid  sadə 

yoxlamalar aparılır. Bu yoxlamaların nəticələrini əldə etmək üçün sadə cihazlar və 

vasitələrdən istifadə edilir ki, bunlara misal olaraq lupaların, xətkeşlərin və s. misal 

göstərə bilərik. 

Orqonoleptik üsulla xassə göstəriciləri təyin edilərkən nəticələr balarla ifadə 

edilir.  Orqonoleptik  üsul  əsas  etibarilə  bu  və  ya  digər  xassə  göstəricilərinin  təyin 

edilməisndə  alət  üsulunun  olmadığı  və  ya  zəif  inkişaf  etdiyi  hallarda  geniş  tətbiq 

edilir.  Məsələn:  ətirin  iyinin,  parçanın  bəzəyinin,  musiqi  alətlərinin  səslanməsinin 

və s. təyinində orqoleptik üsullardan geniş istifadə edilir. 

Orqonoleptik üsulun bir çox üstün və çatışmayan cəhətləri vardır. Bu üsulun 

üstünlüyü  əsas  etibarı  ilə  onun  sadəliyində  və  xassə  göstəricilərinin  tez 

qiymətləndirilməisndən  ibarətdir.  Bu  zaman  təhlil  üçün  xüsusi  otaqların,  cihaz  və 

alətlərin  olması  tələb  olunmuşdur.  Bu  üsulun  çatışmamazlığı  onun  tətbiqinin 

məhdudluğundan  və  nəticərin  subyektivliyindən  ibarətdir.  Xassə  göstəricilərinin 



Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə