Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   2   3   4   5   6   7   8   9   ...   15

14 

 

Erqonomik tələblər - məmulatın istismar prosesində istifadə rahatlığını, onun 

insan  orqanizminin  xüsusiyyətlərinə  müvafiq  olmasını  və  məişətdə  insan 

tərəfindən istismarın optimal şəraitinin təmin edilməsini nəzərdə tutur. 

Erqonomik  tələblər  gigiyenik,  antropometrik,  fizioloji,  psixofizioloji  və 

psixoloji tələblərə bölünür. 

Antropometrik  tələblər  məmulatnı  yaxud  onun  ayrı-ayrı  detallarının  insan 

bədəninin  forma  və  ölçülərinə  müvafiq  olmasını,  fizioloji  tələblər  –  məmultanı 

istifadə zamanı insanın fiziki imkanlarına müvafiq olmasını; psixofizioloji tələblər 

–  məmulatın  insanın  hiss  orqanlarının  xüsusiyyətlərinə  müvafiq  olmasını  nəzərdə 

tutur.  Psixoloji  tələblər  isə  hazır  məmulatların  insan  psixologiyasının  xüsusiy-

yətlərinə müvafiqliyini xarakterizə edən tələblər aiddir. 

Gigiyenik tələblərin  xalq  istehlakı  mallarına vacibliyini  nəzərə alaraq onları 

xüsusi qrup kimi ayırmaq məqsədəuyğundur. 



Gigiyenik tələblər − insanın  məmulatla və mühitlə qarşılıqlı əlaqədə olduğu 

vaxtda onun həyat fəaliyyətinə, təhlükəsizlik və zərərsiz şəraiti nəzərdə tutur. 

Bu  tələblər,  polimer  materiallarından  və  plastik  kütlədən  hazırlanan  mallar 

üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Malların  tərkibində  insan  orqanizmi  üçün 

zərərli  olan  maddələr  yol  verilməyən  miqdarda  olarsa,  o  öz  təyinatı  üzrə  istifadə 

edilə bilməz (qab-qacaq, ətriyyat, ayaqqabı, paltar və s.). 

Bu  tələblərin  tərtib  edilməsi  və  riayət  edilməsinə  böyük  diqqət  yetirmək 

vacibdir. 

Yeni  məmulatın  istifadəyə  buraxmazdan  qabaq  onun  insan  üçün  zərərsiz 

olması  haqqında  Səhiyyə  Nazirliyinin  Dövlət  Sanitariya  Müfəttişliyinin  icazəsi 

tələb edilir. 

Sənaye  ticarətdə  göndərilən  malların  tərkibi,  məmulatın  xassələri,  onlara 

istifadə  qaydaları,  təhlükəsizlik  tədbirləri,  qorunma  üsulları,  ilk  yardım  haqqında 

tam  məmulat  verməyə borcludur.  Bu  məlumat  malın  üzərindəki etiketlərdə  yaxud 

da yaddaş dəftərçəsi halında malın yanına qoyulmalıdır. 

Estetik  tələblər  −  məmulatın  formasına,  konstruksiyasına,  xarici  tərtibatına 

və  digər  xüsusiyyətlərinə  verilən  tələblərdir.  Onlar  malın  ictimai  dəyərini, 




15 

 

yararlılığını, səmərəliliyini,  funksional  məqsədəuyğunluğunu,  istifadəsinin  rahatlı-



ğını, həmçinin əhalinin zövqünə və modaya məüvafiqliyini aşkar edir. 

Məmulatın  forması  üzvü  surətdə  təyinatı  ilə  yaşayış  mənzilinin  xüsusiy-

yətləri ilə (ölçüsü, işıqlanması) və binanın daxili görünüşü ilə təzad yaratmalıdır. 

Estetik  tələblər  məmulatın  üslub,  modaya,  zövqə  müvafiqliyini  nəzərdə 

tutur. 

Texnoloji  tələblər,  hər  şeydən  əvvəl,  materiallara,  misal  üçün  parçalara, 



ipliyə,  laklara,  inşaat  materiallarına  verilir.  Belə  materiallar  istifadə  zamanı 

yüngüllüyünə  və sadəliyinə  görə  fərqlənməsi, onların emalında  müasir  metodların 

tətbiq edilməsinə imkan yaratmalıdırlar. 

Məmulatnı  etibarlığına  verilən  tələblər.  Məmulat  istismar  zamanı  etibarlı 

olmalıdırlar. Etibarlılıq məmulatın verilmiş funksiyalarını tələb edilən vaxt ərzində 

yerinə  yetirmə  qabiliyyətini  xarakterizə  edir.  Etibarlılığı  yüksək  olan  malların 

istehsalı  əlavə  maddi  nemətlər  sərf  edilmədən  eyni  cür  əlavə  məmulatın 

buraxılmasına bərabərdir. 

Məmulatnı etibarlılığına verilən tələblər öz növbəsində onun imtinasızlığına, 

saxlanmasına,  uzunömürlülüyünə,  verilən  tələblərlə  ifadə  edilir  ki,  bu  da  məmu-

latın xidmət müddətinin uzanmasına imkan yaradır. 



Xidmət  müddəti  −  məmulatın  dağılan  anadək  yaxud  digər  vəziyyət  həddi-

nədək  təqvim  üzrə  istismar  müddətidir.  Xidmət  müddətinin  məlum  olması  elmi 

əsaslandırılmış  istehsalat  planlarının  tərtib  edilməsi,  satışı  və  mlın  təmir  edilməsi, 

həmçinin  ehtiyat  hissələrinin  və  detalların  istehsal  edilməsi  üçün  (texniki  mallar 

üçün) vacibdir. Fiziki və mənəvi köhnəlmə müddətinin böyük əhəmiyyəti vardır. 

Çoxlu miqdarda mallar istismar zamanı mexaniki təsirlərə məruz qalır ki, bu 

da onların həm zahiri həm də daxili köhnəlməsinə səbəb olur. 

Zahiri  köhnəlmə  zamanı  məmulatın  səthi  dağılır.  Bu  zaman  köhnəlmiş 

sahələrdə  məmulatın  qalınlığı,  kütləsi  və  nəticə  etibarilə  davamlığı  azalır. 

Köhnəlmənin böyüklüyü səthin quruluşundan,  materialların təbii  xassələrindən  və 

xarici təsirlərin intensivliyindən asılıdır. Məsələn, zahiri köhnəlmənin nisbəti sadə 



16 

 

və  yayılmaq  növlərindən  laboratoriya  şəraitində  asan  təhlil  ediləni  məmulatın 



sürtünmədən köhnəlməsi hesab edilir. 

Daxili mexaniki köhnəlmə materialların quruluşunun dəyişməsi ilə müşahidə 

edilir ki, bunun da nəticəsində mexaniki xassələr dəyişir. 

Daxili köhnəlmə zamanı məmulatın zahiri görünüşü, onun konstruksiyası bir 

qayda olaraq dəyişilməz qalır, lakin bu zaman materialların upruqluq və plastiklik 

xassələriazalır  və  məmulat  sərt,  kövrək  olur  ki,  bu  da  məmulatnı  davamlığının 

kəskin azalmasına və onun dağılmasına səbəb olur. Daxili köhnəlməni təyin etmək 

üçün gərilməyə, əyrilməyə qarşı mexaniki tədqiqatlar aparılır. 

Əksər hallarda məmulat mexaniki təsirlərdən daha təsirli olan fiziki-kimyəvi 

təsirlərə:gündüz  işığına,  ultrabənövşəyi  şüalara,  oksidləşdiricilər,  qələvi  və 

turşulara  məruz  qalır.  Bu  təsirlər  zamanı  material  və  məmulat  kimyəvi  tərkibini, 

fiziki xassələrini dəyişir və məmulat kimyəvi tərkibini, fiziki xassələrini dəyişir və 

köhnəlməyə məruz qala bilər. 

Qeyd etmək lazımdır ki, materiallar və məmulatlar eyni materialdan olsa da, 

köhnəlməsi  həmişə  eyni  deyildir.  Hazır  məmulatların  köhnəlməsinə  onun  konst-

ruksiyası  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Məsələn,  qeyri-düzgün  konstruk-

siyasının  seçilməsi  paltar  yaxud  ayaqqabının  yüksək  keyfiyyətli  materialladan 

hazırlanmasına  baxmayaraq  istismarın  ilk  başlanğıcından  belə  sürətlə  köhnəlmə-

sinə yaxud, hətta məmulatnı tam dağılmasına səbə ola bilər. 

Fiziki köhnəlmə ilə yanaşı məmulat mənəvi köhnəlməyə də məruz qala bilər 

ki,  bu  da  özünü,  məmulatın  zahiri  görünüşünün,  formasının,  konstruksiyasının, 

özünü  texniki-iqtsadi  göstəricilərinin  köhnəlməsində  yaxud  modaya  müvafiq 

olmamasından  özünü  göstərir.  Mənəvi  köhnəlməyə  texniki  tərəqqi  və  modanın 

dəyişilməsi də təsir göstərir. 



Malların  saxlanmasına  verilən  tələblər  −  ilk  növbədə  malların  dəyərini-

müəyyən  müddətdən  sonra  da  saxlanmasına  təmin  edən  tələblərdəndir.  Bu 

tələblərin  kimyəvi  malların,  ətriyyat  mallarının  fotokağızın  bağlayıcı  maddələrin 

və  digərlərinin  xarici  amillərin  təsirindən  (rütubət,  temperatur,  işıq  və  s.)  öz  əsas 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə