Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

26 

 

1



n

)

χ



S

n



1

i

2



1

x





 

Orta kvadratik xətanın orta riyazi mənaya, başqa sbzlə variasiya əmsalı (V



n

vasitəsilə faizlə xarakterizə etmək olar. 



100

x

S



V

x

n



 



Düstur  vasitəsilə  hesablanmış  göstəricinin  orta riyazi  mənasının böyüklüyü, 

onun həqiqi orta mənasından fərqlənə bilər, buna görə də onun yerləşmə intervalını 

mütləq bilmək lazımdır. Gizli ehtimalın böyüklüyü zamanı (təcrübədə bu göstərici 

95%  və  ya  daha  artıq  götürülür)  sərbəstlik  dərəcəsinin  səviyyəsini  k(k=n-1) 

hesablanır  və  statistik  cədvələ  əsasən  Styudunt  əmsalı  tapılır.  Gizli  intervalın 

sərhəddi aşağıdakı düsturla hesablanır. 

n

S

t



ΔX

x



 



Norma  bölcüsü  zamanı  ölçülərinin  nəticəsi  üzrə  xətanı  aşağıdakı  kimi 

yazmaq olar. 

...%)

P

...,



(n

n

S



t

x

x



x





 

Bu o deməkdir ki, gizli ehtimal (P) zamanı ölçmənin orta nəticəsinin həqiqi 

qiyməti 

n

S



t

x

z



 - dən 



n

S

t



x

z



 - dək gizli interval həddində olacaqdır. 

Axırıncı  tənlikdən,  həmçinin  gizli  ehtimalı  verilən  zəruri  ölçmə  ədədlərinin 

təyini (ölçmənin etibarlılığı dərəcəsi) və yol verilə bilən xətanın miqdarının (adətən 

5%-dən  çox  olmur)  hesablanması  üçün  istifadə  edilir.  Göstəricinin  müəyyən 

miqdarı verildikdə (0,01 və ya 0,02) statistik cədvəl üzrə (n) sayda ölçmə məmulatı 

üzrə V

z

-nın qiyməti tapılır və onu V



k

 ilə müqayisə edilir. Əgər V

>

 



V

z

 olarsa, onda 



«şübhələnən» yayınma və ya kobud səhvlər olduqda ölçmənin vahid nəticəsi atılır. 

Yayınmanı  təyin  edən  zaman  müşahidənin  nəticəsinin  orta  riyazi  mənasını 

orta  kvadratik  uzaqlaşmadakı  payının  nisbi  kənarlaşması  miqdarı  aşağıdakı 

düsturla tapılır. 




27 

 

x



k

x

S



x

x

V



 



burada X

k

 – müşahidənin nəticəsinin yayınmasında «şübhələnən» göstəricilər. 



Hesablama  üsulu  ilə  xassələrin  göstəricilərinin  miqdarı  məlum  olan  başqa 

göstəricilər  vasitəsilə  hesablanmasına  əsaslanır.  Göstəricilərin  hesablanması  ayrı-

ayrı  göstəricilər  arasında  mövcud  olan  nəzəri  və  ya  emprik  asıllığa  əsasən  yerinə 

yetirilir.  Məlum  göstəricilər  başqa  üsullarla,  həmçinin  də  alət  üsulu  ilə,  məsələn, 

materialın sıxlığının və həm çəkisinə görə məsaməliliyi və s. təyin edilir. 

Məmulatın  təcrübi  istismar  üçulu  (təcrübi  geyimə)  məmulatın  etibarlılıq  və 

uzun  müddətlilik  göstəricilərinin  materialların  xassəlrinin  möhkəmlilik  göstəri-

cilərinin  təyin  edilməsi  üçün  geniş  istifadə  edilir.  Bu  üsul  məmulatın  müxtəlif 

istismar şəraitində davranışının müşahidə etməyə imkan verir. 

Təcrübi  geyilmə,  yükgül  sənaye  məhsullarının  (ayaqqabı,  paltar  və  s.) 

keyfiyyət  göstəricilərinin  qiymətləndirilməsi  üçün  geniş  istifadə  edilir.  Etibarlı  və 

obyektiv  sınaq  nəticələri  əldə  etmək  üçün  yoxlanılan  məmulatın  miqdarının, 

geyilmə şəraitinin və geyim kontingentinin düzgün təyin edilməsi vacibdir. 

Təcrübi geyilmə zamanı böyük məsrəf və uzun vaxt tələb olunur. Buna görə 

də  məmulatların  dağılması  üçün  ekspres  üsulların  işlənib  hazırlanması  böyük 

əhəmiyyət kəsb edir. 

İstismar  təcrübələri  laboratoriya  təhlilləri  ilə  paralel  surətdə  aparılır  və 

bunlar  bir-birini  tamalayır.  Əgər  onların  nəticəsi  yaxşı  əlaqəni  təmin  edirsə,  onda 

sınağın  doğruluğu  və  obyektivliyi  şübhə  yaratmır  və  düzgün  nəticə  və  təklif 

verməyə  imkan  verir.  Belə  bir  misalı  nəzərdən  keçirək.  Linoleumların  uzun 

ömürlüyünü,  yəni  onların  istismar  müddətinin  təyin  etmək  üçün  həm  istismar 

təcrübi  üsulu  ilə  həm  də  laboratoriya,  yəni  alət  üsulu  ilə  onların  sürtünməyə 

(dağılmaya)  qarşı  davamlığı  təyin  edilir  və  bunların  nəticəsində  onların  istismar 

müddəti haqqında dəqiq nəticə əldə edilir. 

Ayrı-ayrı keyfiyyət göstəriciləri ölçülən zaman bu və ya digər ölçülərlə ifadə 

olunur. Bu göstəricilərin keyfiyyət səviyyəsinin kompleks qiymətləndirilməsi üçün 

müqayisə edilə  bilən  formaya salınması  məqsədəuyğundur.  Belə ki,  müxtəlif ölçü 



28 

 

vahidlərini,  məsələn,  kq  və  saniyə,  metr  və  faiz  öz  aralarında  tutuşdurmaq  qeyri 



mümkündür.  Bu əməliyyatın  həyata keçirilməsi  o zaman  mümkündür ki, bunların 

hər  birinə  qiymət  verilsin.  Ümumiləşdirilmiş  xassələrin  göstəricilərinin  qiymət-

ləndirilməsi  özündə  onun  xasslərin  təşkil  edən  göstəriciləri  cəmləşdirilməsindən 

ibarət olacaqdır. Başhqa sözlə, hər bir xassənin göstəricilərinin hər hansı səviyyədə 

qiymətləndirilməsinə  baxılması  xassələrin  göstəricilərinin  formalılığının  yüksək-

lilik səviyyəsindən, yəni «ierarxiya ağacı» xassələrindən asılıdır. 

Burada «ölçmə» və «qiymətləndirmə» terminlərini fərqləndirmək lazımdır. 

Ölçmə özülüyündə  xassələrin  göstəricilərinin rəqəmlərlə  ifadəsindən  ibarət-

dir, amma qiymətləndirmə isə tutuşdurma nəticələri, ölçülən xassə göstəricilərinin 

etalon  göstəriciləri  ilə  müqayisəsi  və  ya  xassə  göstəricilərinə  verilən  tələblərlə 

müqayisəsindən ibarətdir. Əgər xassə göstəricilərinin ölçmə nəticələrini alət meto-

du  ilə  təyin  edilmiş  vahidlərlə  ifadə  olunursa,  onda  bu  göstəricilərin  qiymətlən-

dirilməsində nisbi və ölçüsüz hesab olunur. 

Ayrı-ayrı  keyfiyyət  göstəricilərinin  qiymətləndirilməsi  kvalimetriyanın  ən 

mürəkkəb məsələlərindən biridir. Qeyd etmək lazımdır ki, bu o vaxt icra olunur ki, 

xassə  göstəricilərinin  alət,  hesablama  və  ya  təcrübi  istismar  metodları  ilə  ifadə 

olunsun. 

Məlum olduğu kimi, xassə göstəricilərinin orqanoleptik, sosioloji və ekspert 

metodlarla  təyini,  xassələrə  qeyri-asılı  qiymətlər  verir.  Məhz  buna  görə  də  qəbul 

edilmiş  qiymətləndirmə  şkalasının  keyfiyyəti  təşkil  edən  bütün  xassə  göstəriciləri 

üçün vahid olması vacib sayılır. 

Xassə  göstəricilərinin  qiymətləndirilməsi  probleminin  mürəkkəbliyi  onunla 

bağlıdır ki, qiymətləndirmə  müvəqqəti  xarakter daşıyır. Məsələn,  geyim  müəyyən 

bir dövrədən asılı olaraq ən yüksək qiymətə malik ola bilər, amma bir neçə vaxtdan 

sonra bu geyim modanın tələblərinə cavab verə bilmədiyinə görə aşağı qiymətlənə 

bilər. 


Qiymətləndirmənin  təyini  zamanı  istehlakçıların  tələblərini  nəzərə  almaq 

lazımdır.  Ümumiyyətlə  bütün  xassə  göstəricilərinin  obsalyut  qiymətləndirilməsi 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə