Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   ...   7   8   9   10   11   12   13   14   15

35 

 

  mastiklər  yaxılma  temperaturu  intervalında  lazımi  istifadə  rahatlığını 



təmin etməlidir; 

  mastiklər  lazımi  axıcılıq  müqavimətinə  malik  olmalı  və  yaxılma  və 

istismar prosesində qovşaqda dayanmalıdır; 

  bərkidici  mastiklər  dağılma  anında  0,1MPa-dan  az  olmayan  şərti 

möhkəmliyə  malik  olmalıdırlar;  dağılma  anında  nisbi  uzanma  150-300%-

dən az olmamalıdır; ikikomponentli bərkidici mastiklərin bərkimə müddəti 

iki saaydan az olmamalıdır; 

  bərkidici olmayan mastikalar bircinsli olmalıdır; en kəsiyi 60-30 mm olan 

nümunədə ölçüsü 1mm-dən çox olan ikidən artıq qarışıq olmamalıdır; 

  bərkiməyən mastiklərin minimal yol verilən istismar temperaturunda nisbi 

uzanması 7%-dən aşağı olmamalıdır. 

Quruyan mastiklər aşağıdakı tələblərə cavab verməlidirlər: 

  tozdan quruma müddəti 60 dəqiqədən artıq olmayaraq təmin olunmalıdır; 

  quru qalığın miqdarı 50%-dən artıq olmamalıdır; 

  tərkibində zəhərli həlledicilər olmamalıdır. 

Poqonaj məmulatlar aşağıdakı tələblərə cavab verməlidirlər: 

  calaq  və  qovuşaqların  izolyasiyası  üçün  nəzərdə  tutulan  poqonaj 

məmulatlar  istifadəyə  hazır  formada  buraxılmalıdır.  Yarıqlara  yapışdı-

rılması  nəzərdə  tutulan  məmulatlar  yapışqanla  dəstləşdirilməlidir.  Lakin 

istehlakçı  ilə  razılaşdırılmaya  əsasən  məmulatlar  satışa  yapışqansız  da 

çıxarıla bilər; 

  poqonaj  məmulatlar  yarıq,  qovuşaq  və  calaqların  mümkün  ölçü 

variasiyalarını nəzərə almaqla  müxtəlif tipik ölçülərdə buraxılır; 

  poqonaj  məmulatlar  tərkibində  kənar  qarışıqlar  olmamaq  şərtilə  bircinsli 

struktura  malik  olmalıdırlar;  məsaməli  aralıqlar  bərabərsəviyyəli  məsa-

məliliyə və bütöv səthi örtük təbəqəsinə malik olmalıdırlar. 

 

 



36 

 

2.2.  Ticarətə daxil olan polimer inşaat materiallarının bəzi istehlak 



xassələrinin tədqiqi və keyfiyyət göstəricilərinin standarta uyğunluğunun 

yoxlanması

 

 



Polimer  inşaat  materialları  onlara  qoyulan  istehlakçı  tələbini  ödəmək  üçün 

istehlak xassələrinin kompleksinə malik olmalıdırlar. Polimer inşaat materiallarının 

istehlak  xassələri  göstəricilərinə  sıxlıq,  möhkəmlik,  bərklik,  konusteruksiya 

keyfiyyəti,  temperatura  davamlılıq,  şaxtaya  davamlılıq,  kimyəvi  təsirlərə  qarşı 

davamlılıq, uzunömürlülük və s. aiddir. 

Aparılan  təhlillər  göstərir  ki,  polimer  inşaat  materialları  bir  çox  xassə 

göstəricilərinə  görə  digər  inşaat  materiallarından  üstündür.  Bu  müqayisəli  təhlili 

aşağıdakı kimi xarakterizə etmək olar.

  

Polimer  materiallarının  ən  qiymətli  xassələrindən  biri  onların  sıxlığının  az 



olmasıdır.  İnşaatda  ən  geniş  tətbiq  olunan  plastiklərin,  o  cümlədən  məsaməli 

plastiklərin  sıxlığı  1-dən  2200kq/m

3

-ə  qədər  dəyişir.  Xüsusi  plastiklər,  məsələn, 



rentgenkeçirməyən, barium-sulfat dolduruculu plastiklər daha yüksək sıxlığa malik 

ola  bilirlər.  Məsaməli  plastikləri  çıxmaq  şərtilə  plastik  kütlələrin  orta  sıxlığı 

alüminiumla müqayisədə 2 dəfə, polad, mis və qurğuşunla müqayisədə isə 5-8 dəfə 

azdır.  Buradan  aydın  görünür  ki,  hətta  slikat  materiallarının  bir  hissəsinin  belə 

plastik  kütlə  ilə  əvəz  olunması  bina  və  qurğuların  kütləsinin  əhəmiyətli  dərəcədə 

azalmasına səbəb olur. 

Laylı  doldurucuya  malik  plastik  kütlələrin  möhkəmlik  xarakteristikası  xüsu-

silə  yüksəkdir.  Məsələn,  şüşətekstolitin  dartılma  zamanı  möhkəmlik  həddi  280 

kq/sm

2

  (poladda  3800-4500  kq/sm



2

),  ağacda  3500  kq/sm

2

  və  şüşə  lifli  anizotrop 



polimer  materialında  4600  kq/sm

2

-dir.  Qeyd  olunanlardan  göründüyü  kimi,  təbə-



qəli  plastiklər  binaların  yük  düşən  konustruktiv  elementlərinin  hazırlanmasında 

tətbiq edilə bilər. 

Bu materialların sıxılmada möhkəmlik həddi də kifayət qədər yüksəkdir, daha 

dəqiq  desək,  bu  göstərici  ağacda  200  kq/sm

2

,  şüşətekstolitdə  1600  kq/sm



2

  və 


təbəqəli plastiklərdə isə 4000 kq/sm

2

-dir. 




37 

 

Beləliklə,  plastik  kütlə  materiallarının  dartılmada  və  sıxılmada  möhkəmlik 



həddi  göstəricisi  əsas  möhkəmlik  xarakteristikası  kimi  silikat  qrupuna  daxıl  olan 

bir  çox  inşaat  materiallarından  daha  yüksəkdir.  Məsaməli  plastiklərdə  möhkəmlik 

xarakteristikası o qədər də yüksək deyil, lakin, qoyulan tələbləri qane edir. 

Polimerdən  olan  konustruksiya  materialları  üçün  vacib  göstərici  materialın 

konustruktiv keyfiyyəti, başqa sözlə materialın möhkəmliyinin onun sıxlığına olan 

nisbətindən alınan əmsaldır. Yüksək konustruksiya keyfiyyəti əmsalına malik olan 

materialların  tikintidə  geniş  tətbiq  olunması  müasir  inşaatın  qarşısında  duran  əsas 

vəzifənin  –  bina  və  qurğuların  kütləsinin  azaldılması  məsələsinin  düzgün  həll 

olunmasına şərait yaradır. Məhz bu baxımdan plastik kütlələrin göstəriciləri birinci 

yeri tutur.  

Konustrukiv keyfiyyət əmsalı  kərpiclər  üçün 0,02, adi  markalı betonlar  üçün 

1,50-0,06,  polad  üçün  0,5,  düralüminium  üçün  1,6,  təbəqəli  polimer  materialları 

üçün  2,2  və  nəhayət  ağac  materialı  üçün  2,5-dir.  Beləliklə  konustruktiv  keyfiyyət 

əmsalına  görə  təbəqəli  plastiklər  əvəzedilməzdir,  onlardan  ən    möhkəm  və  ən 

yüksək keyfiyyətli konustruksiyalar yaratmaq olar. 

Sıx  plastik  kütlələrin  istilikkeçirməsi  0,2-0,6  kkal/msaat  dər.  hədlərində 

dəyişir.  Ən  yüngül  məsaməli  plastiklərin  istilikkeçirmə  əmsalı  0,026-dır,  başqa 

sözlə onların istilikeçirmə əmsalı havanın istilikeçirmə əmsalına yaxındır. 

Tamamilə  aydındır  ki,  plastik  kütlələrin  aşağı  istilikeçirməyə  malik  olması 

onların inşaat texnikasında geniş istifadəsinə imkan verir. 

Polimer  materiallarından  inşaatda  ən  geniş  tətbiq  olunanlardan  biri  də  üzvi 

şüşədir.  Üzvi  şüşələrin  şəffaflığı  maksimum  qəbul  olunmuş  100  vahidlə  (almaz 

üçün) müqayisədə 83-94 hüdudlarında dəyişir. Üzvi şüşələr asan formaya düşməsi 

ilə  də  fərqlənir.  Kifayət  qədər  möhkəmlik  xarakteristikasına  malik  olması  üzvi 

şüşələrin tikintidə tətbiqini daha da genişləndirir. 

Plastik  kütlə  materiallarının  ən  qiymətli  xassələrindən  biri  də  onların  asan 

emal  edilərək  müxtəlif,  hətta  ən  mürəkkəb  formanı  almasıdır.  Bu  materialların 

yonulmadan emal edilməsi hazırlanan məmulatın maya dəyərini də aşağı salır. 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə