Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   ...   7   8   9   10   11   12   13   14   15

29 

 

üçün  bir  sestem  qəbul  etmək  mümkün  deyildir,  belə  ki,  xassə  göstəriciləri  və 



onların qiymətləndirilməsi arasında müxtəlif asılılıq mövcuddur. 

Hər  hansı  bir  xassənin  göstəricilərinin  qiymətləndirilməsi  üçün  analoji 

məmulatlar  üzrə  onların  dəyişmə  intervalını  bilmək  lazımdır.  Məsələn,  döşə-

mələrin  müxtəlif tozsoranlarla təmizlənmə dərəcəsi 50%  ilə 98% arasında dəyişir. 

Adətən  normativ-texniki  sənədlərdə  xassə  göstəricilərinin  aşağı  və  ya  yuxarı 

hədləri  göstərilir.  Buna  görə  də  standart  tələblərinin  öyrənilməis  vacibdir,  amma 

xassə göstəricilərinin absalyut interval dəyişməsinin təyini qənaətbəxş deyildir. 

Adətən xassə göstəricilərinin  mümkün intervalını təyin etmək üçün bircinsli 

məhsulun geniş tədqiqatı aparılır. 

Xassə  göstəricilərinə  absalyut  qiymət  verərkən  eksperimental  psixologiya-

psixofizioloji  qanun  olan  Veber-Fexner  qanununun  əsas  tələblərini  nəzərə  almaq 

lazımdır. Bu qanuna görə xassə göstəricilərinin absalyut qiyməti ilə onların qəbulu 

arasında  mütənasiblik  deyil,  loqorifmik  asılılıq  mövcuddur.  Məlumdur  ki,  insan 

qulağı  səsi  onu  intensiv  yüksəlməsinin  nisbəti  kimi  qəbul  etmir.  Səsin  intensivlik 

göstəricisinin 10-a qədər dəyişməsi qulaq tərəfindən, səsin çıxış səviyyəsindən asılı 

olmayaraq, səsin yüksəkliyinin ikiqat dəyişməsi kimi qəbul edilir. Məsələn, məişət 

maşını  tərəfindən  75-ə  qədər  əmələ  gələn  səs,  65-ə  qədər  olan  səsə  nisbətən  iki 

dəfə güclü qəbul edilir. 

Xassə  göstəricilərinin  absalyutu  və  bu  göstəricilərinin  bütün  intervalda 

qiymətləndirilməsi arasında  xətti asılılıq olduqda, qəbul edilmiş qiymət şkalası  və 

hər  bir  interval  altı  qiymət  demək  olar  ki,  kəsilir.  Belə  halda  göstərici  üçün  ən 

yüksək qiymət o zaman alınır ki, bu məmulatın göstəricisi etalona uyğun olsun. 

Amma  nəzəri  olaraq  xassə  göstəriciləri  ilə  onun  qiyməti  arasında  düz  xətti 

nisbi  asılılığı  təsəvvür  etmək  çox  çətindir,  xassə  göstəricilərinin  intervalaltı 

hissələrə bərabər bölünməis kvalimetriyanın təcrübəsində çox istifadə olunur. 

  Qiymət  və  göstərici  arasında  qeyri-xətti  asılılıq  zamanı  bütün  intervallarda 

xassə  göstəricilərinin  dəyişməsi  kəsirlər  və  intervalaltı  hissələrdə  qeyri-bərabər 

bölünərək uyğun qiymətlər alınır. 




30 

 

Məsələn, tədqiqatçıların birində maqnitafonların çıxış gücünün 10 ballı şkala 



üzrə qiymətləndirilməsi aşağıdakı kimi təklif olunur: 

Cədvəl 1.1 

Elektrik çıxışı gücü      

0,3 


0,5 





Qiyməti 





10 



 

  Başqa  hallarda  xassə  göstəricilərinin  optimal  əhəmiyyəti  onların  hədləri 

arasında  olur.  Belə  hala  misal  olaraq  parça  və  trikotaj  dəyişikliklərinin  hava  ke-

çirməsini  misal  göstərə bilərik. İnsanın özünü  normal  hiss etməsi, hava keçirməni 

mütləq qiymətinə uyğun olur. Hava keçirmənin artıb azalması insanın vəziyyətinin 

diskamfortluğununa  səbəb  olur.  Buna  görə  də  bulə  halda  ən  yüksək  qiymət  hava 

keçirmə  göstəricilərinin  ən  optimal  vəziyyətinə  təltif  olunur.  Havakeçirmə  göstə-

ricisinin  optimal  vəziyyətindən  aşağı  və  yuxarı  hədləri  başqa  qiymətlərlə  ifadə 

olunur. 

  Xassə  göstəricisi  və  onun  qiymətləndirilməis  arasında,  həmçinin  başqa 

əlaqələr  də  vardır.  Belə  hallarda  xassələrin  vahid  keyfiyyət  göstəriciləri  tutuş-

durulan növlərlə müqayisə vasitəsilə təyin olunur. 

  Hazırki  dövrdə  xalq  istehlakı  mallarının  xassələrinin  vahid  keyfiyyət 

göstəriciləri əsasən ekspert metodu vasitəsilə qiymətləndirilir və malların keyfiyyət 

səviyyəsinin  qiymətləndirilməsi  metodu  ilə  ifadə  olunur.  Bunun  üçün  müxtəlif 

qiymət  şkalaları  qəbul  edilmişdir,  məsələn,  0,  1,  2,  3,  4;  0,  3,  4,  5,  10,  20  və  40 

ballı. 

  Yüngül sənaye  məhsulları  üzrə absolyut qiymətləndirmə  üçnü zərurilik  hiss 



olunur,  belə  ki,  xassə  göstəricilərinə  görə  bu  mallar  üzrə  instrumental  metodla 

təyin olunan hər bir keyfiyyət kateqoriyası qradiasiyası mövcuddur. 

Əksər  xassə  göstəricilərindən  biri  qeyri-kafi  qiymət  olarsa,  onda  keyfiyyət 

bütövlükdə  qeyri-kafi  hesab  edilir  və  bu  halda  kompleks  göstəricilərin  təyininə 

zərurət ön plana keçir. 

 

 



31 

 

II. TƏCRÜBİ HİSSƏ 



2.1.  Polimer inşaat materiallarının keyfiyyətinə qoyulan ümumi istehlak və 

standart tələbləri 

 

 

Polimer  inşaat  materiallarının  keyfiyyətinə  qoyulan  tələblər  ümumi  və 

spesifik  tələblərə  bölünür.  Bunların  ən  əsasları  onların  tərkibinin,  konustruk-

siyasının, xarici görünüşünün, bəzək xarakterinin, habelə fiziki-kimyəvi və sanitar-

texniki göstəricilərinin standart tələblərinə uyğun gəlməsidir. Qeyd etmək lazımdır 

ki,  bu  qrup  məmulatların  keyfiyyəti  məmulatın  hazırlandığı  polimerin  növündən, 

tərkibindən, konustruksiyasından, texnoloji  rejimin düzgün yerinə yetirilməsindən 

bəzək  əməliyyatlarının  standarta  uyğun  aparilmasından  asılıdır.  Bunların  hamısı 

qüvvədə  olan  normative-texniki  sənədlərə  uyğun  olmalıdır.  Polimerdən  olan  hər 

bir inşşat təyinatlı məmulatın forması, konustruksiyası, ölçüləri və xarici görünüşü 

təsdiq olunmuş nümunəyə, texniki tələblərə və eləcə də standart tələblərinə uyğun 

olmalıdır. Polimerdən  olan  inşaat  materiallarının keyfiyyətini təyin edərkın  həmin 

məmulata  aid  olan  sahə  standartları,  texniki  şərtlər  və  sınaq  üsulları  göstərilən 

standartlar əldə rəhbər tutulmalıdır. 

Polimer  inşaat  materiallarının  keyfiyyətinə  qoyulan  tələbləri  düzgün  qiymət-

ləndirmək  üçün  birinci  növbədə  məmulatın  növünü,  istehsal  üsulunu,  təyinatını 

müəyyənləşdirmək lazımdır. Belə ki, istismar şəraitini və təyinatını nəzərə almadan 

bütün  polimer  inşaat  məmulatlarına  eyni  dərəcədə  keyfiyyət  tələbləri  vermək 

düzgün deyildir. 

Praktika göstərir ki, polimer inşaat materiallarına verilən tələblərin payı onun 

təyinatından  və  tətbiq  sahəsindən  asılı  olaraq  müxtəlif  ola  bilər.  Məsələn,  tətbiq 

sahəsindən asılı olaraq bəzi polimer inşaat materiallarından çürüməyə qarşı yüksək 

davanlılıq,  bəzilərindən  zərbəyə  və  digər  mexaniki  təsirlərə  qarşı  yüksək  davam-

lılıq  tələb  olunduğu  halda,  yaşayış  binalarının  daxili  interyerində  ttətbiq  olunan 

materiallardan isə digər xassələrlə yanaşı həm də yüksək gigyeniklik tələb olunur. 



Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə