Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   2   3   4   5   6   7   8   9   10   ...   15

20 

 

alınmış  nəticələrinin  doğulduğu  mütəxəssislərin  ixtisas  dərəcəsindən,  onların 



praktiki  təcrübəsindən  və  hiss  üzvlərinin  fizioloci  xüsusiyyətlərindən  asılıdır. 

Orqonoleptik  üsulda  xassə  göstəriciləri  həmişə  hesablama  ölçü  vahidləri  ilə  ifadə 

edilə bilmir, bu zaman bu  və ya digər  malların uyğun əlamətlərinə  görə  müqayisə 

etmək  çətin  olur.  Bütün  bu  çatışmamazlıqlara  baxmayaraq  orqonoleptik  üsul 

əmtəəşünaslıq  təcrübəsində  xüsusilə  məmulatların  nöqsanlarına  görə  sortlarının 

müəyyən edilməisndə geniş tətbiq edilir. 

Əmtəələrin  xassə  göstəricilərinin  ekseprt  üsulu  ilə  təyini  bir  adamın  deyil, 

bir  qrup  ixtisasçının,  ekspertin,  fikrinə  əsasən  aparılır.  Ekspert  qruppası  daimi  və 

yaxud  vaxtaşırı  fəaliyyət  göstərən  xüsusi  komissiyaya  daxil  olan  müxtəlif 

ixtisasçılardan-əmtəəşünaslardan,  layihələşdiricilərdən,  konstrukturlardan,  rəssam-

lardan  və  mühəndislərdən  ibarətdir.  Ekspert  üsulu  xassə  nomenklaturalarını  və 

onların göstəricilərini təyin etmək, məhsulun keyfiyyət səviyyəsini qiymətləndirən 

və  həmçinin  keyfiyyətin  attestasiyası  zamanı  nəzərə  alınan  xassələrin  çəki 

əmsalının müəyyən edilməis üçün geniş istifadə edilir. Bu halda xassə göstəriciləri 

ballarla  ifadə  olunur.  Bu  metodla  təyin  edilmiş  xassə  göstəricilərinin  doğruluğu 

ekspertin  ixtisas  dərəcəsindən  və  onların  orqanizmasının  fizioloji  xüsusiyyətlərin-

dən  asılıdır.  Ekspert  üsulu  zamanı  göstəricilərin  müəyyən  qədər  kənarlaşması 

zəruridir.  Ekspert  üsulu  ilə  malların  keyfiyyət  səviyyəsinn  qiymətləndirilməsinin 

doğruluğunu daha çox təmin etmək üçün ekspertin, onun üzvlərinin sayının və eyni 

zamanda  qiymətləndirmə  sisteminin  və  nəticərin  təhlil  üsullarının  diqqətlə 

seçilməsinin çox böyük əhəmiyyəti vardır. 

Ekspert  komissiyasının  tərkibində  maddi  marağı  olan  şəxslər  daxil 

edilməməlidir.  Qrup  tərkibi  yeddi  nəfərdən  az  olmamalıdır.  Ekspertin  nəticələri  

üçün yekun qərar səsvermə yolu ilə qəbul edilir. Qərar o vaxt qəbul edilmiş hesab 

edilir ki, onun təsdiqinə 2/3 səsdən az verilməmiş olsun. 

Ekspertin  nəticələrinə  əsasən  xassə  göstəriciləri  «əla»,  «yaxşı»,  «kafi»  və 

“qeyri-kafi”  qiymətlərlə  qiymətləndirilə  bilər.  Bəzi  mallar  üçün  müxtəlif  bal 

məcmusu  qəbul  edilmişdir.  Balların  bölgüsü  5,4,3,0  və  yaxud  3,2,1,0  ola  bilər. 

Birinci halda olduğu kimi ikinci halda da “qeyri kafi” qiymət “0” balına uyğundur. 



21 

 

Ekspertin  rəyinin  qiymətləndirən  zaman  orta  göstəricilərdən  çox  kənar  olan 



göstəriciləri atmaq lazım deyildir. Bu zaman ekspert nəticəsində müəyyən edilmiş 

qiymət  üçün  variasiya  əmsalı  təyin  edilir.  Ekseprtlərin  nəticələrinin  yüksək 

dərəcədə  uzlaşdığı  halda  variasiya  əmsalı  10%-dən  az,  normal  halda  10%-lə  15% 

arasında, aşağı halda isə 15%-dən çox olmamalıdır. 

Bəzi  hallarda  ekspert  qrupunun  razılığı  əsasında  qəbul  edilmiş  xassə 

göstəriciləri  istehlakçıların  fikirləri  ilə  üst-üstə  düşür.  Bu  xüsusilə  məmulatların 

estetik  xassə  göstəricilərinin  təyinində  özünü  daha  aydın  göstərir.  Məmulatların 

xassə  göstəricilərinn  ekspert  yolu  ilə  doğruluğu  ekspertin  ixtisas  dərəcəsindən  və 

ekspert komissiyasının işinin təşkil olunmsı səviyyəsindən asılıdır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  məmulatların  keyfiyyətinin  qiymətlən-

dirilməsi  üçnü  yaradılan  ekspert  komissiyası  iki  qrupdan  ibarət  olmalıdır:  işçi  və 

ekspert  qrupu.  Ekspert  qrupunun  vəzifəsi  ondan  ibarətdir  ki,  bu  qrupa  daxil  olan 

hər  bir  kəs  malın  keyfiyyətini  fərdi  olaraq  qiymətləndirir.  İşçi  qrupu  isə  məmu-

latları ekspertiza üçün hazırlayır, nəticələri təhlil edir, yekunlaşdırır və ekspertlərin 

ümumi fikirlərini cəmləşdirərək düzgün nəticəyə çıxarır. 

Ekspert qruppası əsasən aşağıdakı nümayəndələrdən ibarət olur: təşkilatçı (o 

həm də ekspert komissiyasının sədri olur),  məmulatın keyfiyyətini qiymətləndirən 

mütəxəssis, proqramlaşdırıcı və texniki işçilər. 

Ekspert  üsulu  alət  üsulunun  tətbiq  edilə  bilmədiyi  hallarda  daha  geniş 

işlədilir.  Məsələn:  məmulatların  bədii-layihə  və  səviyyəsinin  qiymətləndiril-

məsində və s. 

Malların  xassə  göstəricilərinin  sosioloji  metodla  təyin  edilməsi  istehlak-

çıların  geniş dairəsinin  fikirlərinin  yığılması, cəmləşdirilməsi  və təhlil edilməisinə 

əsaslanır.  Məmulatların  yığılması  şifahi  sorğu,  lazımi  suallardan  ibarət  xüsusi 

anketlərin  paylanması,  alıcı  konfranslarının  keçirilməsi,  sərgi  satışı  və  s.  yollarla 

həyata keçirilir. Burada ayrı-ayrı şəxslərin  göstəricilərinin qiymətləri cəmləşdirilir 

və  riyazi  təhlildən  keçirilir.  Bu  üsul  əsas  etibarilə  demək  olar  ki,  ticarətdə  geniş 

tətbiq  edilir.  Bəzi  mallar,  məsələn  geyim-ayaqqabı  malları  üçün  bu  üsul  ekspert 

üsuluna nisbətən daha mütərəqqi sayılır. 



22 

 

Əmtəəşünaslıq  təhlillərində  ən  çox  yayılmış  üsul  demək  olar  ki,  alət  üsulu 



sayılır.  Bu  üsulda  malların  xassə  göstəriciləri  ölçü  vasitələrinin,  cihazların  və 

kimyəvi  reaktivlərin  köməyi  ilə  aparılır.  Bu  üsul  başqa  üsullara  nisbətən  daha 

obyektiv  olmaqla,  xasslərin  asan  mənimsənilə  bilən  miqdar  göstəricilərinin 

alınmasına  imkan  verir.  Bu  üsulu  həyata  keçirən  zaman  başqa  üsullardan  fərqli 

olaraq təsədüflə yol verilmir. Xassə göstəriciləri bu üsulda dəqiq ölçü vahidəlri ilə 

(kq, m, om, mks və s.) ifadə edilir. Alət üsulunun əsasını metrologiya təşkil edir. 

Xassə  göstəricilərinin  təyini  üçnü  olan  bu  üsul  otağın  temperaturasına, 

rütubətinə  dəqiq  rəiayət  olunmasını,  standart  nümunələrin  hazırlanmasını, 

cihazların dəqiqliyini, təcrübələrin aparılması üçün standart metodların olmasını və 

xüsusi hazırlıqlı kadrların olmasını tələb edir. 

Ölkəmizdə  ölçü  vasitələri  üzərində  metroloji  nəzarət  Dövlət  standartı 

tərəfindən  həyata  keçirilir.  Bu  ölçü  vasitləri  vaxtaşırı  yoxlamadan  keçirilir. 

Yoxlama eyni zamanda növbədənkənar (uzun müddət saxlanılan zaman) kontrol və 

inspeksiya  xarakterli  olur.  Dövlət  nəzarəti  oraqanları  tərəfindən  yoxlama 

aparıldıqdan sonra cihazın işlənməsi haqda xüsusi vəsiqə verilir. Tərəzilər ildə bir 

dəfədən  tez  olmayaraq  yoxlanılır.  Ölçmə  qaydaları,  ölçü  cihazlarının  etalonları, 

Dövlət nəzarəti normaları standartlaşdırılmışdır. 

Alət  metodları  ilə  xassə  göstəricilərinin  təyini  bəzən  vaxt  aparır  və  əksər 

hallarda  məmulatın  dağılaraq  sıradan  çıxmasına  səbəb  olur.  Məhz  buna  görə  də 

lazımi  dəqiqlikdə,  az  müddətdə  nümunə  dağılmadan  bu  və  ya  digər  xassə 

göstəricilərinin  təyin  edə  bilən  ekspress  üsulların  işlənib  hazırlanması  daha  vacib 

məsələdir. 

Xassə göstəricilərinin təyinində alət  üsullarının obyektivliyi  ondan  ibarətdir 

ki,  bu  üsul  istehlakçılarla  mal  göndərənlər  arasında  olan  münaqişəyə  son  qoyur. 

Göstəricilərin  təyinində  nəticələrin  təkrar  olunması  və  dəqiqliyi  malların  bərabər 

ölçülü  olmasından  və  laboratoriya  təhlili  üçün  lazım  olan  şəraitə  riayət 

olunmasından asılıdır. Bu və ya digər xassə göstəricilərinin daha dəqiq nəticələrini 

almaq üçün bəzən bir sıra təkrar təcrübələr aparılır. 




Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə