Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 416,07 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix02.10.2017
ölçüsü416,07 Kb.
#2568
1   2   3   4   5   6   7   8   9   ...   15

11 

 

üzrə  işlərin  təşkili  üçün  nəzərdə  tutulan  texniki-iqtisadi  tələblərin  təbiətdən  irəli 



gəlir. O, məhsul istehsalçılarının və mütəxəssislərin hazırladıqları hər bir məhsulun 

xassələrinin  elə  bir  səviyyəsini  məqsəd  hədəfinə  çevirməyə  kömək  edir  ki,  həmin 

məhsullar  onlar  üçün  nəzərdə  tutulan  istismar  şəraitində  istehlakçıların  tələbini 

yüksək səviyyədə ödəyə bilsin, səmərəli olsun. 

Məhsulun  keyfiyyəti  –  bütün  texniki  xarakteristikaları  və  parametrləri, 

texnologiyaları, istifadə rahatlığını, gigiyenikliyi, təhlükəsizliyi, estetikliyi, iqtisadi 

cəhətdən əlverişliliyi və bu kimi xassə qruplarını özündə birləşdirir. 

QOST  15467-79  bu  sahəyə  aid  olan  bir  çox  anlayışların  konkret  şəkildə 

izahına yer verilir. Bunlardan bir neçəsini aşağıdakı kimi təqdim edirik: 

Keyfiyyətin  idarə  edilməsi  –  məhsulun  istehsalı  və  istehlakının  mərhələ-

lərində  və  idarəetmənin  bütün  pillələrində  keyfiyyətinin  xalq  təsərrüfatı  nöqteyi-

nəzərdən optimal və istehlak üçün tam yararlı səviyyədə hazırlanmasını təmin edən 

amillərə  və  şəraitə  daima  planauyğun  və  məqsədyönlü  surətdə  qarşılıqlı  təsir 

edilməsi prosesidir. 

Keyfiyyətə  nəzarət  –  məhsulun  keyfiyyət  göstəricilərinin  təyin  olunmuş 

tələblərinə uyğunluğunun yoxlanılmasıdır; 

Keyfiyyət  göstəricisi  –  məhsulun  keyfiyyətinin  tərkibinə  daxil  olan  xassə-

lərin miqdarca xarakteristikasıdır; 

Məhsulun  keyfiyyətinin  səviyysi  –  məhsulun  keyfiyyətinin  onun  baza 

göstəricilərinin məcmusu ilə müqayisəsinə əsaslanan nisbi xarakteristikadır. 

Məhsulun xassəsi – QOST 15467-79 –da – məhsulun hazırlanması, istismarı 

və ya istehlakı prosesində aşkara çıxan obyektiv xüsusiyyəti kimi izah edilir. 

Təcrübədə  məhsulun  istismarı  və  istehlakı  anlayışlarına  daha  çox  rast  gəli-

rik. Burada da şərti olaraq «istismar anlayışı istifadə zamanı öz işləmə qabiliyyətini 

sərf  edən  məhsullara  aid  işlədilir:  məsələn,  dazgahlar,  nəqliyyat  maşınları  və  s. 

Lakin  istifadə  zamanı  özləri  sərf  edilən  material  və  məmulatlar  isə  «istehlak» 

edilirlər:  məsələn,  yanacaq  növləri,  qida  maddələri,  material  və  yarımfabrikatlar, 

ədviyyə məhsullrı və s. 



 


12 

 

 



1.2.   Malların keyfiyyətinə verilən əsas tələblərin xarakteristikası 

 

 

Məhsulların keyfiyyətinin formalaşmasında onların keyfiyyətinə qarşı qoyu-



lan  tələblər  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  tələblər  istehlakçıların  maddi  və 

mədəni yaşayış səviyyəsinin inkişafından, məhsulun təyinatından, xammal ehtiyat-

larının  olmasından,  istehsalın  texnoloji  və  iqtisadi  imkanlarından  asılı  olaraq 

müxtəlif səviyyədə olur. 

Məhsulun  keyfiyyət  səviyyəsi  ilə  keyfiyyətə  verilən  tələblər  arasında  möv-

cud  olan  əksikliklər  mal  keyfiyyətinin  yüksəldilməsinin  və  çeşidinin  yeniləş-

dirilməsinə fasiləsizliyini təmin edir. 

Malların  keyfiyyətinə  verilən  tələblər  cəmiyyətin,  elmin  və  texnikanın, 

texnolojiyanın, iqtisadiyyatın, əhali tələbinin  inkişafı  və  yeni  növ  xammal  mənbə-

lərinin  yaranması  ilə  əlaqədar  olaraq  keyfiyyətin  yaxşılaşdırılması  istiqamətində 

daim təkmilləşdirilir. 

Dövri  xarakterinə  görə  məhsulun  keyfiyyətinə  veilən  tələblər  cari  və 

prespektiv ola bilər. 

Cari  tələblər  −  cari  dövrdə  istehsal  olunan  və  satışda  olan  malların  keyfiy-

yətinə qiymətləndirilməsi üçün nəzərdə tutulan kompleks keyfiyyət göstəriciləridir. 

Bu tələblər  mövcud standart  və  texniki şərtlərdə öz əksini tapır.  Lakin dövr 

keçdikcə bu tələblər yenidən baxılır və onlar təkmilləşdirilir. 



Prespektiv tələblər − nəticə etibarilə keyfiyyətin simvolunu yaradır. Belə ki, 

keyfiyyətin  qiymətləndirilməsi  üçün  yaranan  bu  tələblər  kompleksi  daha  geniş 

əhatəyə  malikdir.  Burada  texniki  iərəqqinin  imkanları,  işçilərin  yaradıcılıq 

qabiliyyəti və mütəşəkilliyi, cari dövr üzrə istehsal şərtləri, texnoloji imkanlar, yeni 

xammal  mənbələri  i.a.  şərtlər  nəzərə  alınır.  Prespektiv  tələblər  malların  istehsak 

dəyərinin yüksəldilməsinə, onun daim artan əhali tələbatını ödəməsi qabiliyyətinin 

yaxşılaşdırılmasına  xidmət  edir.  Prespektiv  tələblər  gələcək  dövrün  imkanlarını 

nəzərə almaqla yaradılır. Bu əmtəəşünaslıq elminin vəzifələrinə də aid olmaqla cari 




13 

 

dövr  üzrə  mövcud  olan  bütün  standart  və  texniki  şərtlərə  yenidən  baxılması  işini 



ortaya  atır.  Bunun  üçün  malın  təyinatı,  istismar  şəraiti,  bir  çox  göstəricilərin  və 

əlamətlərin təyin edilməsi mümkünlüyü öyrənilir. 

Malların  keyfiyyətinə  verilən  tələblər  xarakterinə  görə  ümumi  və  spesifik 

tələblərə ayrıla bilər. 

Malların keyfiyyətinə  verilən  ümumi tələblərə  məmulatın təyinatına  uyğun-

luğu  və  öz  funksiyasını  yerinə,  yetirməsi,  erqonomikliyi,  yəni  istifadə  rahatçılığı, 

məmulatın  gigiyenik  tələblərə  uyğun  olması-orqanizm  üçün  zərərsiz  olması, 

məmulatın  təmirinin  asanlığı,  uzunmüddətli  işlədilməsinə  verilən  tələblərə 

uyğunluğu, estetik və iqtisadi tələblərə uyğunluğu aid edilir. 

Bu tələblər ümumi  xarakter almasına baxmayaraq onların  yerinə  yetirilməsi 

təyinatlı mallar üzrə birinci, ikinci və s. dərəcəli ola bilər. Belə ki, məmulatların bir 

çoxunda  erqonomik  və  estetik  tələblərə,  bir  qisminlə  isə  etibarlılıq  göstəricilərinə 

daha çox üstünlük verilir. 

Ümumi tələblərdən fərqli olaraq, spesifik tələblər bu və ya digər mal qrupu-

nun yalnız özünə məxsus olması ilə fərqlənir. Məsələn, musiqi alətlərinin səslənmə 

keyfiyyəti,  şüşənin  işıqkeçirmə  qabiliyyəti,  televizorlarda  şəklin  aydınlığı,  səsin 

təmizliyi və s. spesifik tələblər hesab edilir. 

Mallar  verilən  həm  cari  və  prespektiv,  həm  də  ümumi  və  spesifik  tələbləri 

malın  istehlakının  hansı  tərəfini  xarakterizə  etməsindən  asılı  olaraq  sosioloji, 

funksional,  erqonomik,  estetik,  texnoloji,  etibarlılıq,  iqtisadi  vs  s.  kimi  tələblərə 

ayırmaq olar. 

Mallara  verilən  sosioloji  tələblər  dedikdə,  geniş  mənada  bu  və  ya  digər 

malın istehsalının ictimai tələblərə müvafiq olması başa düşülür. 

Statistik  göstəricilərin  təhlili,  istehlak  modellərinin  tərtib  edilməsi  və 

sosioloji  tədqiqatlar  bu  tələbləri  aşkar  etməyə  imkan  verir.  Bu  cür  təhlillərin 

əsasında malların optimal çeşidi yaradılır. 



Funksional  tələblər  −  məmulatın  əsas  funksiyasının  yerinə  yetirilməsinə 

verilən tələblərdir. Əgər mal funksional tələblərə müvafiq olmazsa bu zaman o öz 

təyinatına görə istifadə edilə bilər. 



Yüklə 416,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə